Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/2 s. 12—16
  • İsa Məsih — ən böyük Missioner

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih — ən böyük Missioner
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Yeni ərazidə fədakarlıq ruhu
  • Yaxşı təlim almış Müəllim
  • İsa necə öyrədirdi?
  • İnsanları İsaya cəlb edən xüsusiyyətlər
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab təlimləri
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • “Sizə bir nümunə göstərdim”
    Gözətçi qülləsi 2002
  • Nəyə görə ‘Məsihi’ izləməliyik?
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/2 s. 12—16

İsa Məsih — ən böyük Missioner

«Mən... Ondanam və O Məni göndərdi». YƏH. 7:29

1, 2. «Missioner» sözünün mənası nədir və kimi ən böyük Missioner adlandırmaq olar?

«MİSSİONER» sözünü eşidəndə ağlına nə gəlir? Bəziləri təsəvvürünə, xidmət etdiyi ölkələrin siyasi və iqtisadi işlərinə qarışan Xristian dünyasının missionerlərini gətirir. Güman ki, sən Yehovanın Şahidi kimi, Rəhbərlik Şurasının dünyanın müxtəlif ölkələrində xoş xəbəri təbliğ etmək üçün göndərdiyi missionerləri düşünürsən (Mat. 24:14). Bu missionerlər təmənnasız olaraq vaxtlarını və qüvvələrini insanların Yehova Allaha yaxınlaşmalarına və Onunla xüsusi münasibət yaratmalarına kömək etmək kimi şərəfli işə sərf edirlər (Yaq. 4:8).

2 «Missioner» və «missionerlər» sözlərinə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin əsas mətnində rast gəlinmir. Lakin «Qeydlərlə olan Müqəddəs Kitab»da (ing.) Efeslilərə 4:11 ayəsinə verilən haşiyədə yazılıb ki, «müjdəçilər» kimi tərcümə olunan yunan sözünü «missionerlər» kimi də tərcümə etmək olar. Yehova ən böyük Müjdəçi olsa da, kimsə tərəfindən heç vaxt göndərilmədiyi üçün Onu ən böyük Missioner adlandırmaq olmaz. İsa Məsih səmavi Atası haqqında demişdi: «Mən... Ondanam və O Məni göndərdi» (Yəh. 7:29). Bəşəriyyətə böyük məhəbbətindən irəli gələrək, Yehova vahid Oğlunu yer üzünə göndərdi (Yəh. 3:16). Yer üzünə göndərilməsinin səbəblərindən biri ‘həqiqətə şəhadət etmək’ olduğu üçün, İsa ən böyük, ən yaxşı Missioner adlandırıla bilər (Yəh. 18:37). O, Padşahlıq haqqında xoş xəbəri tam müvəffəqiyyətlə bəyan etmişdi və onun xidmətindən bu gün biz də faydalanırıq. Məsələn, missioner təyin olunub-olunmasaq da, İsanın təlim üsullarından xidmətimizdə istifadə edə bilərik.

3. Hansı sualları nəzərdən keçirəcəyik?

3 İsanın Padşahlığın təbliğçisi kimi fəaliyyət göstərməsi bizdə növbəti sualları doğurur: İsa yer üzündə xidmət edərkən nələrlə qarşılaşmışdı? Onun təlimləri nə üçün səmərə gətirmişdi? Və onun xidmətini müvəffəqiyyətli edən nə idi?

Yeni ərazidə fədakarlıq ruhu

4-6. İsa yer üzünə göndəriləndə həyatında hansı dəyişikliklər baş verdi?

4 Müasir missionerlər, eləcə də Padşahlığın təbliğçilərinə böyük ehtiyac olan ərazilərə köçən bəzi məsihçilər əvvəllər yaşadıqlarından aşağı həyat səviyyəsinə uyğunlaşmalı olmuşlar. Amma biz İsanın təmiz niyyətlə Yehovaya xidmət edən mələklər arasında Atası ilə göydə yaşayarkən olduğu şəraiti ilə yerdəki şəraiti arasındakı fərqi təsəvvürümüzə belə gətirə bilmərik (Əyy. 38:7). Pozulmuş dünyada günahlı insanlar arasında yaşamaq necə də fərqli idi! (Mark 7:20-23). İsa, hətta onun ən yaxın şagirdləri arasındakı rəqabətə səbir etməli olmuşdu (Luka 20:46; 22:24). Təbii ki, o, yer üzündə qarşılaşdığı hər bir çətinliyin öhdəsindən mükəmməl surətdə gəlirdi.

5 İsa möcüzəli surətdə insan dilində danışmağa başlamadı: o bunu körpəlikdən öyrənməli oldu. İsanın göydə mələklərə göstərişlər verdiyini nəzərə alsaq, bu doğrudan da böyük dəyişiklik idi! İsa yer üzündə ən azı bir ‘insan dilindən’ istifadə edirdi. Bu, ‘mələk dilindən’ tamamilə fərqlənirdi (1 Kor. 13:1). Lətif kəlamlara gəldikdə isə, heç kim İsa kimi danışmamışdı (Luka 4:22).

6 Gəlin görək Allahın Oğlu yer üzünə gələndə həyatında daha hansı böyük dəyişikliklər oldu. İsa Adəmdən günahı miras almasa da, sonradan onun ‘qardaşları’, yəni məsh edilmiş davamçıları olanlar kimi, insan oldu. (İbranilərə 2:17, 18 ayələrini oxu.) Yer üzündəki həyatının axırıncı gecəsində İsa səmavi Atasından ‘on iki legiondan çox mələk’ göndərməsini rica etmədi. Amma təsəvvürünə gətir: Baş mələk Mikayıl olan İsanın sərəncamında nə qədər mələk vardı! (Mat. 26:53; Yəhuda 9). Düzdür, İsa möcüzələr göstərirdi, lakin yer üzündə etdikləri göydə edə bildikləri ilə müqayisədə nisbətən məhdud idi.

7. Yəhudilər Qanunla bağlı məsələlərdə necə davranırdılar?

7 İsa insan kimi yer üzünə gəlməzdən əvvəl «Kəlam» olduğu müddətdə, çox ehtimal ki, Allahın səhrada israillilərə yol göstərən Nümayəndəsi idi (Yəh. 1:1; Çıx. 23:20-23). Buna baxmayaraq, onlar mələklər vasitəsilə aldıqları Qanuna ‘riayət etmədilər’ (Həv. iş. 7:53; İbr. 2:2, 3). Birinci əsrdə yaşamış yəhudi din rəhbərləri də Qanunun əsl mənasını sezmədilər. Misal üçün, Şənbə haqqındakı qanuna nəzər salaq. (Mark 3:4-6 ayələrini oxu.) Din alimləri və fəriseylər ‘Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırdılar’ (Mat. 23:23). Lakin İsa ruhdan düşmürdü və həqiqəti bəyan etməyə davam edirdi.

8. Nə üçün İsa bizə yardım edə bilər?

8 İsa fədakarlıq ruhuna malik idi. O, insanları sevir və onlara kömək etməyi bərk arzulayırdı. O, müjdəçi ruhunu heç vaxt itirmirdi. Və yer üzündə xidmət edərkən Yehovaya sadiq qaldığına görə, İsa ona «itaət edənlərin hamısı üçün əbədi qurtuluş səbəbi oldu». Üstəlik, «Özü imtahan olunub ələm çəkdiyi üçün, [bizim kimi] imtahan olunanlara yardım edə bilər» (İbr. 2:18; 5:8, 10).

Yaxşı təlim almış Müəllim

9, 10. Yer üzünə göndərilməzdən əvvəl, İsa necə təlim almışdır?

9 Müasir məsihçilər missioner kimi göndərilməzdən öncə, Rəhbərlik Şurası onların təlim almasının qeydinə qalır. Bəs İsa Məsih də təlim almışdımı? Bəli, amma o, Məsih kimi məsh olunmazdan əvvəl nə dini məktəbdə oxumuş, nə də ki hansısa tanınmış müəllimin şagirdi olmuşdu. (Yəh. 7:15; müqayisə et: Həvarilərin işləri 22:3.) Belə isə, İsada təlim vermək qabiliyyətinin olduğunu nəyə əsasən deyə bilərik?

10 Anası Məryəmdən və ögey atası Yusifdən nə öyrəndiyindən asılı olmayaraq, o, xidmət üçün təlimi ən yüksək Mənbədən almışdı. Buna görə İsa demişdir: «Mən Özümdən söyləmədim; Məni göndərən Ata Özü nə deyəcəyimi və nə söyləyəcəyimi Mənə əmr etdi» (Yəh. 12:49). Diqqət yetirin ki, Oğul verdiyi təlim haqda xüsusi göstərişlər almışdı. Şübhəsiz ki, İsa yer üzünə gəlməzdən əvvəl, Atasının təlimatlarını dinləməyə çox vaxt ayırmışdı. Məgər o bundan yaxşı təlim ala bilərdimi?

11. Atasının insanlara münasibətini İsa nə dərəcədə əks etdirirdi?

11 Oğul yaradıldığı vaxtdan bəri Atası ilə yaxın münasibətdə olmuşdu. İsa yerə gəlməzdən əvvəl, Yehovanın insanlarla davranışını müşahidə etməklə onlara necə yanaşdığını görürdü. Allahın bəşəriyyətə məhəbbəti Oğulda o dərəcədə əks olunurdu ki, o, hikmətin təcəssümü kimi deyə bildi: «Bəşər övladlarına görə fərəhlənirdim» (Sül. məs. 8:22, 31).

12, 13. a) İsa Atasının israillilərlə münasibətini müşahidə etməkdən nə öyrəndi? b) İsa aldığı təlimi necə tətbiq edirdi?

12 Oğul xoşagəlməz vəziyyətlərdə Atasının necə davrandığını müşahidə etməklə də öyrənmişdi. Misal üçün, gəlin Yehovanın inadcıl israillilərlə necə davrandığına nəzər salaq. Nehemya 9:28 ayəsində deyilir: «Rahat olan kimi yenə Sənin [Yehovanın] nəzərində pis işlər gördülər. Buna görə də Sən onları düşmənə təslim etdin, düşmənləri də onlara hökm etdi. Onlar yenə də Sənə fəryad etdi, Sən də onları göylərdən eşidib Öz böyük mərhəmətinə görə dəfələrlə qurtardın». Yehova ilə əməkdaşlığı və işlərini müşahidə etməsi sayəsində, İsa yer üzündə xidmət edərkən insanlara eyni şəfqət hissi ilə yanaşırdı (Yəh. 5:19).

13 İsa şagirdlərinə şəfqətlə yanaşmaqla öyrəndiklərini tətbiq edirdi. Ölümündən əvvəlki gecə İsanın çox sevdiyi həvarilərinin ‘hamısı onu tərk edib qaçdı’ (Mat. 26:56; Yəh. 13:1). Həvari Peter hətta Məsihi üç dəfə inkar etdi! Amma İsa həvarilərinə onun yanına qayıtmağa imkan verdi. O, Peterə dedi: «Mən sənin üçün dua etdim ki, imanın azalmasın; sən də bir zaman dönüb öz qardaşlarına qüvvət ver» (Luka 22:32). Ruhani İsrail «həvarilərlə peyğəmbərlərin» təməli üzərində möhkəm tikilmişdir və Yeni Yerusəlimin divarının on iki təməl daşının üstündə Quzunun — İsa Məsihin on iki sadiq həvarisinin adları var idi. Bizim günlərdə də, məsh olunmuş məsihçilər həsr olunmuş əməkdaşları olan ‘başqa qoyunlarla’ birlikdə Allahın qüdrətli əli və sevimli Oğlunun rəhbərliyi altında Padşahlıq haqqında xoş xəbəri təbliğ edən bir təşkilat kimi çiçəklənir (Efes. 2:20; Yəh. 10:16; Vəhy 21:14).

İsa necə öyrədirdi?

14, 15. İsanın təlim üsulu din alimləri və fəriseylərinkindən nədə fərqlənirdi?

14 İsa davamçılarına təlim verərkən öyrəndiklərini necə tətbiq edirdi? İsanın və yəhudi din rəhbərlərinin təlim üsullarını müqayisə edəndə, İsanın təlim üsullarının onlarınkından qat-qat üstün olduğunu görürük. Din alimləri və fəriseylər ‘öz ənənələri naminə Allahın əmrini təsirsiz edirdilər’. Onlardan fərqli olaraq, İsa özündən danışmırdı, həmişə Allahın sözünü və ya xəbərini çatdırırdı (Mat. 15:6; Yəh. 14:10). Biz də belə etməliyik.

15 İsanı din rəhbərlərindən tamamilə fərqləndirən başqa bir amil də vardı. O, din alimləri və fəriseylər haqda dedi: «Sizə əmr etdikləri hər şeyə riayət və əməl edin; lakin onların əməllərinə görə etməyin, çünki söylərlər, amma əməl etməzlər» (Mat. 23:3). İsa öyrətdiklərinə özü də riayət edirdi. Gəlin bunun həqiqətən də belə olduğunu göstərən bir nümunəyə nəzər salaq.

16. Nəyə görə deyə bilərik ki, İsa Matta 6:19-21 ayələrində dediyi sözlərə əsasən yaşayırdı?

16 İsa şagirdlərini ‘göydə xəzinələr yığmağa’ təşviq edirdi. (Matta 6:19-21 ayələrini oxu.) Bəs İsanın özü bu nəsihətə müvafiq yaşayırdımı? Bəli, o özü haqqında haqlı olaraq deyə bildi: «Tülkülərin hini və göy quşlarının yuvası vardır; İnsan Oğlu isə başını söykəməyə yer tapmır» (Luka 9:58). İsa sadə həyat tərzi sürürdü. O, əsasən Padşahlıq haqda xoş xəbəri bəyan etməklə məşğul idi və yer üzündə xəzinələr yığmaq nəticəsində yaranan qayğılardan azad olmağın nə demək olduğunu göstərdi. İsa göydə xəzinələr yığmağın daha yaxşı olduğunu, ‘nə güvə, nə pas məhv edər və nə oğrular oraya girər, nə də oğurlarlar’ deməklə qeyd etdi. Bəs sən İsanın göylərdə xəzinələr yığmaq nəsihətinə əməl edirsənmi?

İnsanları İsaya cəlb edən xüsusiyyətlər

17. İsanı möhtəşəm müjdəçi edən hansı xüsusiyyətlər idi?

17 İsanı möhtəşəm müjdəçi edən hansı xüsusiyyətlər idi? Onlardan biri, kömək etdiyi insanlara münasibəti idi. İsa Yehovanın gözəl xüsusiyyətlərindən olan təvazökarlığı, məhəbbəti və şəfqəti də əks etdirirdi. Gəlin görək bu xüsusiyyətlər bir çoxlarını İsaya necə cəlb edirdi.

18. İsanın təvazökar olduğunu nəyə əsasən deyə bilərik?

18 İsa yerə gəlmək tapşırığını qəbul etməklə «Özünü heç edərək Özünü qul surətinə salıb, insanlara oxşar oldu» (Filip. 2:7). Bu, təvazökarlıq əlaməti idi. Bundan əlavə, İsa insanlara yuxarıdan aşağı baxmırdı. O belə düşünmürdü: «Mən göydən gəlmişəm, buna görə mənə qulaq asmalısınız». Fırıldaqçı məsihlərdən fərqli olaraq, İsa özünün həqiqi Məsih olduğu barədə car çəkmirdi. Bəzən o, insanlara onun kim olduğunu və etdiklərini başqalarına danışmağı qadağan edirdi (Mat. 12:15-21). İsa istəyirdi ki, adamlar onun ardınca getmək qərarına şəxsi müşahidələri əsasında gəlsinlər. O öz şagirdlərindən, göylərdə əməkdaşlıq etdiyi kamil mələklər kimi olmağı gözləmirdi və bu onlar üçün əsl xeyir-dua idi.

19, 20. Məhəbbət və şəfqət İsanı başqalarına kömək etməyə necə təşviq edirdi?

19 İsa Məsih səmavi Atasının əsas xüsusiyyəti olan məhəbbəti də təzahür etdirirdi (1 Yəh. 4:8). O, xalqa məhəbbətdən irəli gələrək təlim verirdi. Misal üçün, onun bir gənc rəisə necə münasibət göstərdiyinə baxaq. (Mark 10:17-22 ayələrini oxu.) İsa «ona məhəbbətlə baxdı» və ona kömək etmək istədi, amma gənc rəis Məsihin davamçısı olmaq üçün mal-dövlətini buraxmaq istəmədi.

20 İsanın cəlbedici xüsusiyyətlərindən biri də şəfqət idi. Onun təliminə hay verənlər, bütün qeyri-kamil insanlar kimi, problemlərin ağır yükünü daşıyırdılar. Bunu bilən İsa onları şəfqət və rəhmlə öyrədirdi. Məsələn, bir dəfə o və həvariləri o qədər məşğul idilər ki, hətta yemək yeməyə belə vaxtları yox idi. Bəs İsa onu dinləməyə gələn izdihamı görəndə necə davrandı? İsanın «onlara yazığı gəldi; çünki çobansız qoyunlar kimi idilər. Və onlara çox şeylər öyrətməyə başladı» (Mark 6:34). İsa xidmət etdiyi ərazidəki insanların acınacaqlı vəziyyətinə diqqət yetirirdi və öz qüvvəsini onlara təlim verməyə və rifahları üçün möcüzələr göstərməyə sərf etdirdi. İsanın gözəl xüsusiyyətləri bəzi insanları cəlb edir, sözləri isə hərəkətə təşviq edirdi və onlar onun şagirdləri olurdular.

21. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?

21 Növbəti məqalədə İsanın yer üzündəki xidmətindən daha çox şey öyrənə biləcəyimizi görəcəyik. Biz ən böyük Missioner olan İsa Məsihi daha necə təqlid edə bilərik?

Necə cavab verərdiniz?

• İsa yer üzünə gəlməzdən əvvəl necə təlim almışdı?

• İsanın təlim üsulları din alimləri və fəriseylərin təlimindən nədə üstün idi?

• İsanın hansı xüsusiyyətləri insanları cəlb edirdi?

[15-ci səhifədəki şəkil]

İsa xalqı necə öyrədirdi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş