Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w14 1/1 s. 4—5
  • Bəşəriyyətin ölümlə «əlbəyaxa» mübarizəsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bəşəriyyətin ölümlə «əlbəyaxa» mübarizəsi
  • Gözətçi qülləsi 2014
  • Başlıqlar
  • Oxşar material
  • ÖLÜM MƏĞLUB OLACAQMI?
  • Ölüm məhv ediləcək
    Gözətçi qülləsi (kütləvi) 2019
  • Əbədi yaşamaq mümkündür
    Gözətçi qülləsi 2006
  • Təqdimə
    Gözətçi qülləsi (kütləvi) 2017
Gözətçi qülləsi 2014
w14 1/1 s. 4—5
Misir fironu

ÜZ QABIĞINDA | ÖLÜMƏ ÇARƏ VARMI?

Bəşəriyyətin ölümlə «əlbəyaxa» mübarizəsi

Çin imperatoru Sin Şi Xuandi və ispan tədqiqatçısı Xuan Pons de Leon

İMPERATOR SİN Şİ XUANDİ

TƏDQİQATÇI PONS DE LEON

Ölüm qorxulu düşməndir. Biz var-gücümüzlə onunla mübarizə aparırıq: əziz adamımızı itirəndə ya heç cür bununla barışa bilmirik, ya da ki, gənc yaşlarımızda ölümlə üzləşəcəyimizi ağlımızın ucuna belə gətirmirik.

Çətin ki, qədimdə yaşayan fironlar kimi, ölməzlik axtarışında olan çox adam tapılsın. Onlar ölümün üzərində qələbə çalmaq üçün həm öz, həm də minlərlə qulların həyatını qurban veriblər. Tikdikləri ehramlar onların göstərdikləri cəhdlərin, eyni zamanda da uğursuzluğun göstəricisidir.

Çin imperatorları da ölməzlik arzusunda idilər. Fironlardan fərqli olaraq, onlar buna dirilik suyu vasitəsilə nail olmaq istəyirdilər. İmperator Sin Şi Xuandi əbədi yaşamaq üçün öz əlkimyagərlərinə sehirli içki hazırlamağı əmr etmişdi. İş ondadır ki, onların hazırladığı məhlulların tərkibində zəhərli civə var idi. Elə bu sehirli içkilərdən biri də imperatorun həyatına son qoydu.

Deyilənə görə, eramızın 16-cı əsrin ispan tədqiqatçısı Xuan Pons de Leon cavanlıq çeşməsini tapmaq üçün Karib dənizini ələk-vələk etmişdi. Bunun sayəsində o, Floridanı (ABŞ) kəşf etdi. Ancaq bir neçə il sonra hindularla toqquşma zamanı öldürüldü. Beləcə, onun cavanlıq çeşməsi axtarışı boşa çıxdı.

İstər fironlar, imperatorlar, istərsə də tədqiqatçılar — hamısı ölməzliyə nail olmaq arzusunda idilər. Əl atdıqları üsullar gülünc görünsə də, yenə də onları qınamaq olmaz. Çünki, demək olar ki, hər bir insan əbədiyyən yaşamağın həsrətindədir.

ÖLÜM MƏĞLUB OLACAQMI?

Nəyə görə biz ölümlə barışmırıq? Müqəddəs Kitab bunun səbəbini izah edir. Orada bütün Kainatın Yaradanı olan Yehovaa Allah haqda deyilir: «Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu» (Vaiz 3:11). Biz yer üzündəki gözəllikləri 70—80 il yox, əbədiyyən seyr etmək istəyirik (Məzmur 90:10). Bu, insanların əzəli istəyidir.

Allah boş yerəmi əbədiyyəti insanların ürəyinə qoyub? Bu, qeyri-mümkündür. Əksinə, O, bizim əbədi yaşamağımız üçün ölüm üzərində qələbə çalacaq. Müqəddəs Kitabda dəfələrlə ölümün aradan qaldırılması və əbədi həyatla bağlı Allahın vədi barədə danışılır. («Ölüm üzərində qələbə» adlı çərçivəyə baxın.)

İsa peyğəmbər aydın şəkildə demişdi: «Əbədi həyata qovuşmaq üçün Sən — yeganə həqiqi Allah və Sənin göndərdiyin İsa Məsih haqqında daima öyrənmək lazımdır» (Yəhya 17:3). Ölümlə aparılan «əlbəyaxa» mübarizəmiz boşuna deyil. İsa peyğəmbər demişdi ki, ölüm üzərində qələbə mümkündür. Bunu Allah edəcək.

a Yehova Müqəddəs Yazılara əsasən Allahın adıdır.

Ölüm üzərində qələbə

  • «Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək» (Yeşaya 25:8).

  • «Atamın iradəsi budur ki, Oğulu görüb ona iman edən hər kəs əbədi həyata qovuşsun» (Yəhya 6:40).

  • «Sonuncu düşmən isə ölümdür və o, məhv ediləcək» (1 Korinflilərə 15:26).

  • «[Bizim ümidimiz] heç vaxt yalan danışmayan Allahın əzəldən bəri vəd etdiyi əbədi həyat ümidinə əsaslanır» (Titusa 1:2).

  • «Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq... ölüm [olmayacaq]» (Vəhy 21:4).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş