Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/9 s. 19—24
  • Yehova xalqını işıqla gözəlləşdirir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova xalqını işıqla gözəlləşdirir
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Peyğəmbərlikdə olan qadın işıq saçır
  • Qadının övladları evə dönürlər!
  • Siona tacirlər və çobanlar axışır
  • Yehovanın təşkilatı genişlənir
  • Yehovanın izzəti xalqına işıq saçır
    Gözətçi qülləsi 2002
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2024
  • İşıqda gəzənlər üçün sevinc
    Gözətçi qülləsi 2001
  • İşığı seçənlər üçün qurtuluş
    Gözətçi qülləsi 2001
Gözətçi qülləsi 2002
w02 1/9 s. 19—24

Yehova xalqını işıqla gözəlləşdirir

“Qalx, [“ey qadın”, YD] aydınlan, çünki işığın gəldi və Rəbbin izzəti sənin üzərinə doğdu” (İŞAYA 60:1).

1, 2. a) Bəşəriyyət hansı vəziyyətdədir? b) Bəşəriyyəti qaranlığa qərq edən kimdir?

“EH, KAŞ ya İşaya, ya da müqəddəs Pavel burada olaydı!” Bu sözləri 1940-cı illərdə ABŞ-ın prezidenti Harri Trumen böyük qüssə ilə demişdir. O, nəyə görə belə demişdir? Ona görə ki, o zaman dünyaya yüksək əxlaqlı rəhbərlərin nə dərəcədə lazım olduğunu dərk edirdi. XX əsrin ən zülmət dövrü — İkinci Dünya müharibəsi yenicə sona çatmışdı. Ancaq müharibənin başa çatmasına baxmayaraq, dünyada sülh yox idi. Bəşəriyyət qaranlığa bürünmüşdü. Bu qaranlıq, indi də, həmin müharibənin başa çatdığından 57 il sonra da dünyanı qərq edir. Prezident Trumen sağ olsaydı, sözsüz ki, İşaya və həvari Pavel kimi yüksək əxlaqlı rəhbərlərin bəşəriyyətə bu gün də lazım olduğunu anlayardı.

2 Baxmayaraq ki, prezident Trumenin bu haqda bilib-bilməməsi mə’lum deyil, amma həvari Pavel insanlara tə’sir edən qaranlıq haqqında yazmış və bu barədə xəbərdarlıq etmişdir. Məsələn, Pavel həmimanlılarını xəbərdar etmişdir: “Mübarizəmiz qan və ətə qarşı deyildir, ancaq rəyasətlərə, hakimiyyətlərə, bu qaranlıq dünyanın hökmranlarına, yə’ni səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır” (Efeslilərə 6:12). Bu sözlərdən aydın olur ki, Pavel yalnız dünyanı qərq edən ruhani qaranlıq haqqında deyil, həm də onun arxasında kimin durduğunu da bilirdi. Əslində bu, “dünyanın hökmranları” adlanan əzəmətli iblisanə qüvvələrdir. Bu cür əzəmətli ruhani qüvvələrin yaratdığı qaranlığı dağıtmaq adi insanlara müyəssər ola bilərmi?

3. Bəşəriyyətin qaranlığa qərq olmasına baxmayaraq, Allaha sadiq kəslər üçün İşaya nəyi qabaqcadan demişdir?

3 Bəşəriyyətin qərq olduğu qaranlıq barədə İşaya da bəhs edirdi (İşaya 8:22; 59:9). Lakin o, Allahdan ilham alaraq bizim günlər haqqında qabaqcadan demişdir ki, hətta indiki zülmət dövrdə Yehova işığı sevənləri işıqlandıracaq. Bəli, Pavel və İşaya bizimlə olmasalar da, onların qələmə aldıqları, həyatımızda rəhbər tuta biləcəyimiz ilhamlanmış yazılara sahibik. Yehovanı sevənlər üçün bunun necə xeyir-dua olduğunu anlayaq deyə, “İşaya” kitabının 60-cı fəslində yazılmış peyğəmbərlik sözlərinə diqqət yetirək.

Peyğəmbərlikdə olan qadın işıq saçır

4, 5. a) Yehova qadına hansı əmri verir və ona nəyi və’d edir? b) “İşaya” kitabının 60-cı fəslində hansı həyəcanlandırıcı xəbər yerləşir?

4 “İşaya” kitabının 60-cı fəslinin ilk sözləri, tamamilə acınacaqlı vəziyyətdə olan qadına ünvanlanıb. Qadın zülmət içində üzüstə yerə uzanmışdır. Gözlənilmədən işıq zülməti yarır, bu zaman Yehova deyir: “Qalx, [“ey qadın”, YD] aydınlan; çünki işığın gəldi və Rəbbin izzəti sənin üzərinə doğdu” (İşaya 60:1). Bəli, “qadının” ayağa qalxıb, Allahın işıq və əzəmətini təzahür etdirmək vaxtı çatmışdır! Nəyə görə? Cavabı növbəti ayədə tapırıq: “Budur, dünyanı qaranlıq və ümmətləri zülmət örtəcək; fəqət sənin üzərinə Rəbb doğacaq və izzəti sənin üzərində görünəcək” (İşaya 60:2). Qadın Yehovanın əmrinə tabe olduqda, Allah bunun gözəl nəticə verəcəyinə onu əmin edir. Yehova deyir: “Sənin işığına millətlər və sənə doğan günün parlaqlığına padşahlar gələcəklər” (İşaya 60:3).

5 Bu üç ayədə yazılan həyəcanlandırıcı sözlər “İşaya” kitabının 60-cı fəslinə giriş kimi xidmət edir və qısa olaraq onun məğzini ifadə edir. Bu sözlər, peyğəmbərlikdə deyilən qadınla nə baş verəcəyini əvvəlcədən xəbər verir və bəşəriyyəti bürümüş zülmət içində Yehovanın verdiyi işıqda yaşamağın necə mümkün olduğunu bizə göstərir. Bəs bu üç giriş ayələrində olan peyğəmbərlik nümunələri nəyi təmsil edir?

6. “İşaya” kitabının 60-cı fəslində bəhs olunan qadın kimi təmsil edir və onu yer üzündə təqdim edən kimlərdir?

6 İşaya 60:1-3 ayələrində bəhs edilən qadın, Sionu — Yehovanın ruhani məxluqlardan ibarət səmavi təşkilatını təmsil edir. Bu gün Sion, “Allahın İsrailinin” yer üzündə qalan üzvləri ilə, Məsihlə göydə idarə etmək ümidi ilə yaşayan, ruhla məsh edilmiş məsihçilərin ümumdünya yığıncağını təmsil edir (Qalatiyalılara 6:16). Bu ruhani xalqın 144 000 üzvü var və “İşaya” kitabının 60-cı fəslinin müasir icrası, “axır günlərdə” həmin xalqın yer üzündə yaşayan üzvlərinə diqqət yetirir (2 Timoteyə 3:1; Vəhy 14:1). Bu peyğəmbərlikdə, məsh edilmiş məsihçilərin həmkarlarına, “başqa qoyun”lardan ibarət “böyük izdihama” da xüsusi diqqət yetirilir (Yəhya 10:16; Vəhy 7:9).

7. Sion 1918-ci ildə hansı vəziyyətdə idi və peyğəmbərlikdə o necə təsvir edilir?

7 Elə bir zaman olubmu ki, peyğəmbərlikdə bəhs edilən qadın kimi, “Allahın İsraili” qaranlıqda yatsın? Bəli, bu hadisə təxminən 80 il bundan əvvəl baş verib. Məsh edilmiş məsihçilər Birinci Dünya müharibəsi zamanı var-qüvvələri ilə şahidlik işini davam etdirməyə çalışırdılar. Lakin 1918-ci ildə, müharibənin son ilində təşkil edilmiş təbliğ, demək olar ki, dayanmışdı. Ümumdünya təbliğ işinə cavabdeh olan Cozef Ruterfordu və digər məs’ul qardaşları yalan ittiham əsasında uzunmüddətli həbsə məhkum etmişdilər. O zaman yer üzündə yaşayan məsh edilmişlər “Vəhy” kitabında peyğəmbərcəsinə belə təsvir edilirlər: “Məcazi dildə Sodom və Misir adlanan böyük şəhərin baş küçəsində səriləcəkdir” (Vəhy 11:8). Məsh edilmiş övladları tərəfindən təmsil edilən Sion üçün bu, həqiqətən də zülmət dövrü idi!

8. 1919-cu ildə hansı kəskin dəyişikliklər baş verdi və bunun nəticəsi nə oldu?

8 Lakin 1919-cu ildə vəziyyət kəskin surətdə dəyişdi. Yehova Siona işıq saçdı! Allahın İsrailinin qalan üzvləri qalxdılar və xoş xəbəri yenidən cəsarətlə və’z edərək, Yehovanın işığını əks etdirməyə başladılar (Matta 5:14-16). Bu məsihçilərdə yenidən dirçələn sə’y sayəsində, Yehovanın işığına başqa insanlar da gəldilər. Əvvəlcə Allahın İsrailinin yeni üzvləri gəlməyə başladılar. İşaya 60:3 ayəsində onlar “padşahlar” adlanırlar, çünki onlar Allahın səmavi Padşahlığında Məsihin həmvarisləri olacaqlar (Vəhy 20:6). Daha sonra Yehovanın işığına başqa qoyunlardan ibarət böyük izdiham gəlməyə başladı. Peyğəmbərlikdə bu insanlar “millətlər” adlanır.

Qadının övladları evə dönürlər!

9, 10. a) Qadının qarşısında hansı gözəl mənzərə açılır və bu, gələcəkdə baş verəcək hansı hadisələri göstərir? b) Sevinmək üçün Sionun hansı səbəbləri var?

9 İndi Yehova İşaya 60:1-3 ayələrində verilən peyğəmbərlik nümunələrini açıqlamağa başlayır. O, qadına yeni əmr verir. Yehovanın sözlərinə diqqət yetirin: “Ətrafa gözlərini qaldır da bax”. Qadın əmri yerinə yetirir və budur, onun qarşısında necə də gözəl mənzərə açılır! Onun övladları evə dönürlər. Daha sonra ayədə deyilir: “Hamısı toplanıb sənə gəlirlər; oğulların uzaqdan gələcəklər və qızların qucaqda daşınacaq” (İşaya 60:4). Padşahlıq haqqındakı xəbərin 1919-cu ildə bütün dünyada bəyan edilməyə başlanması sayəsində Yehovanın xidmətçilərinə minlərlə yeni insanların qoşulması mümkün oldu. Onlar da Allahın İsrailinin məsh edilmiş üzvləri, yə’ni Sionun “oğulları” və “qızları” oldular. Beləliklə, Yehova 144 000-in axırıncı üzvlərini işığa gətirməklə Sionu gözəlləşdirir.

10 Sion övladları ilə bir yerdə olduqda onun sevincini təsəvvür edə bilərsinizmi? Yehova Sionun sevinci üçün üstəlik başqa səbəblər də verir. Biz oxuyuruq: “O zaman görəcəksən və üzün parıldayacaq və ürəyin çırpınacaq və genişlənəcək; çünki dənizin bolluğu sənə döndəriləcək, millətlərin zənginliyi sənə gələcək” (İşaya 60:5). Bu peyğəmbərlik sözlərinə müvafiq olaraq 1930-cu illərdən e’tibarən Siona, yer üzündə əbədi yaşamaq ümidinə malik olan çoxsaylı məsihçilər axışır. Onlar “dəniz”dən — Allahdan uzaqlaşmış bəşəriyyətdən çıxır və “millətlərin zənginliyi”ni təqdim edirlər. Onlar “millətlərin dəyərli” nümayəndələridir (Haqqay 2:7; İşaya 57:20). Diqqət yetirin ki, bu “dəyərli” insanlar Allaha dağınıq halda, ayrı-ayrılıqda xidmət etmirlər. Məsh edilmiş qardaşları ilə birlikdə Allaha xidmət etməyə başlayaraq və “tək Çoban”a malik olan “tək sürü”nü təşkil edərək, bu insanlar Sionu daha gözəlləşdirirlər (Yəhya 10:16).

Siona tacirlər və çobanlar axışır

11, 12. Siona axışan adamları təsvir edin.

11 Əvvəlcədən deyilən bu yığımın sayəsində, Yehovaya izzət verən insanların sayı iti sür’ətlə artır. Bunlar, peyğəmbərliyin növbəti sözlərində deyilir. Təsəvvür edin ki, siz “qadınla” Sion dağının başında durursunuz. Şərq tərəfə nəzər salın, nə görürsünüz? “Dəvələrin çoxluğu, Midyanın və Eyfanın birgüvənli dəvələri səni örtəcək; Şebadan olanların hamısı gələcəklər; altun və buxur gətirəcəklər və Rəbbin həmdlərini e’lan edəcəklər” (İşaya 60:6). Çoxsaylı tacirlər dəvə karvanları ilə Yerusəlimə aparan yol ilə hərəkət edirlər. Dəvələr, demək olar ki, ölkəni bürümüşlər! Tacirlər qiymətli bəxşişlər, “altun və buxur” aparırlar. Onlar Allahın işığına doğru gedirlər ki, Allahı insanlar qarşısında mədh etsinlər, “Rəbbin həmdlərini e’lan” etsinlər.

12 Yol boyunca görünən yalnız tacirlər deyil. Siona doğru çobanlar da axışır. Peyğəmbərlikdə daha sonra deyilir: “Kedarın bütün sürüləri sənə toplanacaq, Nebayotun qoçları sənə yarayacaq” (İşaya 60:7a). Maldarlıqla məşğul olan tayfalar öz sürülərindən ən yaxşı heyvanları Yehovaya qurban vermək üçün, müqəddəs şəhərə gəlirlər. Siona qulluq etmək üçün onlar, hətta öz xidmətlərini də təklif edirlər! Yehova bu əcnəbiləri necə qəbul edəcək? Buna Allahın özü cavab verir: “Məqbul olaraq qurbangahıma çıxacaqlar; və gözəlliyimin evini bəzəyəcəyəm” (İşaya 60:7b). Yehova bu əcnəbilərin qurban və xidmətlərini inayətlə qəbul edir. Onların iştirakı mə’bədi gözəlləşdirir.

13, 14. Qərbdən yaxınlaşmaqda olan nədir?

13 İndi isə qərbə tərəf dönün. Orada nə görürsünüz? Sanki uzaqda suların üzərinə yayılmış bulud ağarır. Yehova, ola bilsin, sizdə yaranan sualı verir: “Bir bulud kimi və yuva dəliklərinə uçan göyərçinlər kimi bu uçanlar kimdir?” (İşaya 60:8). Elə Özü də cavab verir: “Adalar və öncə Tarşiş gəmiləri məni gözləyəcəklər; ta ki, uzaqdan sənin oğullarını, gümüşləri və altunları ilə bərabər, Allahın Rəbbin ismi üçün və İsrailin Müqəddəsi üçün gətirsinlər; çünki sənə gözəllik verən odur” (İşaya 60:9).

14 Bu mənzərəni təsəvvür edə bilərsinizmi? Ağ bulud yaxınlaşır və indi uzaqda, qərbdə çoxsaylı ağ ləkələrə bənzəyir. O, dalğa üzərində uçan quşların dəstəsinə bənzəyir. Lakin onlar yaxınlaşdıqda, görürsən ki, bunlar yelkənli gəmilər imiş. Yerusəlimə doğru üzən gəmilər o qədər çoxdur ki, yuvalarına uçan göyərçinlər dəstəsini xatırladır. İti sür’­ət­lə uzaq limanlardan üzən bu gəmilər, Yerusəlimdə Yehovaya ibadət edəcək imanlıları daşıyırlar.

Yehovanın təşkilatı genişlənir

15. a) İşaya 60:4-9 ayələrində hansı artım əvvəlcədən deyilmişdi? b) Məsihçilər hansı ruhu təzahür etdirirlər?

15 Həqiqi ibadətin bütün dünyada genişlənməsinə dair mənzərə 4-9-cu ayələrdə necə də aydın təsvir edilir! Bu genişlənmə ­1919-cu ildən e’tibarən baş verir. Yehova nəyə görə Sionu bu cür artımla xeyir-dualandırır? Ona görə ki, Allahın İsraili 1919-cu ildən bəri itaətkarlıq göstərərək, daima Yehovadan gələn işığı əks etdirir. Bəs diqqət yetirdinizmi ki, 7-ci ayəyə əsasən, millətlərdən gələn yeni insanlar Allahın “qurbangahına” çıxırlar? Qurbangaha qurbanları qoyurlar, bu da ki, Yehovaya xidmətin qurbanlarla bağlı olduğunu xatırladır. Həvari Pavel yazırdı: “Sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim edin; mə’nəvi ibadətiniz budur” (Romalılara 12:1). Pavelin sözlərinə əsasən, səmimi qəlbli məsihçilər həftədə bir dəfə dini yığıncaqlarda iştirak etməklə kifayətlənmirlər. Onlar həqiqi ibadətin genişlənməsi naminə vaxtlarını, qüvvələrini və imkanlarını sərf edirlər. Məgər bu cür sadiq xidmətçilər Yehovanın evinə izzət gətirmirlərmi? İşayanın peyğəmbərliyinə əsasən elədir ki, var. Və biz də əmin ola bilərik ki, bu sə’yli xidmətçilər öz növbəsində Allahın gözündə gözəldirlər.

16. Keçmişdə bərpaetmə işinə kimlər kömək edirdi, bəs bizim günlərdə kimlər kömək edir?

16 Millətlərdən gələn yeni insanlar işləmək istəyirlər. Peyğəmbərlikdə daha sonra deyilir: “Əcnəbilər sənin divarlarını tikəcəklər və padşahları sənə xidmət edəcəklər” (İşaya 60:10). Bu sözlər birinci dəfə, Babil əsarətindən qayıdan zaman yerinə yetdikdə padşahlar və millətlərdən olan başqa insanlar həqiqətən də Yerusəlimin və mə’bədin bərpasında kömək etmişlər (Ezra 3:7; Nehemya 3:26). Bu peyğəmbərliyin müasir icrasında isə, böyük izdiham həqiqi ibadəti “tikmək” üçün məsh edilmiş qalığa kömək edir. Böyük izdihamın üzvləri məsihçi yığıncağını yaratmaqda kömək göstərir və bununla da Yehovanın şəhər “divarlarına” bənzər təşkilatını möhkəmlədirlər. Onlar, həmçinin Padşahlıq və konqres Zallarının və Beyt-Ellərin tikintisində həqiqi mə’nada iştirak edirlər. Beləliklə, onlar məsh edilmiş qardaşları ilə birlikdə Yehovanın böyüməkdə olan təşkilatının tələbatlarının qayğısına qalırlar.

17. Yehovanın öz xalqını necə gözəlləşdirdiyini nümunə əsasında göstərin.

17 İşaya 60:10 ayəsində yazılmış son sözlər necə də ruhlandırır! Yehova deyir: “Səni qəzəbimdə vurdum, fəqət lütfümlə sənə mərhəmət etdim”. Doğrudur, 1918-1919-cu illərdə Yehova öz xalqına öyüd verdi. Amma bu keçmişdə qaldı. İndi Yehova üçün məqam çatıb ki, məsh edilmiş xidmətçilərinə və onların həmkarları olan başqa qoyunlara inayət göstərsin. Bu haqda, onları sanki gözəlləşdirərək xeyir-dua verdiyi qeyri-adi artım şəhadət edir.

18, 19. a) Yehova Onun təşkilatına yeni gələcək insanlar haqqında nə və’d edir? b) İşaya 60-cı fəslin qalan ayələri bizə nəyi göstərir?

18 Hər il yüz minlərlə yeni “əcnəbilər” Yehovanın təşkilatı ilə əməkdaşlıq etməyə başlayır və hələ çoxsaylı insanların imkanı var ki, onların nümunəsini təqlid etsinlər. Yehova Siona müraciət edir: “Qapıların daima açıq duracaq; millətlərin sərvətini və sürgün gətirilən padşahlarını sənə gətirsinlər deyə gecə-gündüz bağlanmayacaqlar” (İşaya 60:11). Bə’zi əleyhdarlar bu “qapını” bağlamaq istəyirlər, lakin biz bilirik ki, onlar buna müyəssər olmayacaqlar. Yehova özü söyləmişdir ki, hər necə olsa da, qapılar açıq qalacaq. Artım davam edəcəkdir.

19 Bu axır günlərdə Yehova öz xalqını gözəlləşdirərək başqa sahələrdə də xeyir-dua verir. İşaya 60-cı fəslin qalan ayələri həmin sahələri peyğəmbərcəsinə göstərir.

İzah edə bilərsinizmi?

• “İşaya” kitabının 60-cı fəslindəki “qadın” kimdir və yer üzündə onu kimlər təmsil edir?

• Sionun övladları nə zaman üzüstə uzanmışlar və onlar nə vaxt və necə “qalxdılar”?

• Yehova müxtəlif simvollar vasitəsilə Padşahlığın təbliğçilərinin artımını əvvəlcədən necə demişdir?

• Yehova hansı yollarla öz xalqına işıq verir?

[20-ci səhifədəki şəkil]

“Qadına” ayağa qalxmaq əmri verilir.

[22-ci səhifədəki şəkil]

Gəmilər üfüqdəki göyərçinlərə bənzəyirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş