Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/9 s. 24—29
  • Yehovanın izzəti xalqına işıq saçır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın izzəti xalqına işıq saçır
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Gözlənildiyindən də artıq xeyir-dualar
  • Təşkilati irəliləyişlər
  • Yehovanın işığı saçmağa davam edəcək
  • Artım davam edir
  • Yehova xalqını işıqla gözəlləşdirir
    Gözətçi qülləsi 2002
  • İşığı seçənlər üçün qurtuluş
    Gözətçi qülləsi 2001
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2024
  • İşıqda gəzənlər üçün sevinc
    Gözətçi qülləsi 2001
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/9 s. 24—29

Yehovanın izzəti xalqına işıq saçır

“Rəbb sənin əbədi işığın olacaq” (İŞAYA 60:20).

1. Yehova sadiq xidmətçilərinə necə xeyir-dua verir?

“RƏBB öz xalqından razıdır; təvazökarları qurtuluşu ilə gözəlləşdirir” (Məzmur 149:4). Bu sözləri bir zamanlar məzmurçu demişdir və onun sözlərinin həqiqət olduğunu tarix dəfələrlə sübuta yetirmişdir. Yehovanın xidmətçiləri Ona sadiq qaldıqda, O, onların qeydinə qalır, səmərəli edir və qoruyur. Keçmişdə Allah xalqına düşmən üzərində qələbə bəxş edirdi. Bu gün isə, ruhən möhkəm qalmaqda onlara kömək edir və İsa Məsihin fidiyə qurbanlığı əsasında xilas əldə etməyin mümkün olduğuna onlara zəmanət verir (Romalılara 5:9). Yehova bunu ona görə edir ki, xalqı Onun gözündə gözəldir.

2. Müqavimətlərə baxmayaraq, Allahın xalqı nəyə əmindir?

2 Qaranlığa qərq olmuş dünyada “Allah yolunda... yaşamaq istəyənlər”, şübhəsiz ki, müqavimətlərlə üzləşəcəklər (2 Timoteyə 3:12). Lakin Yehova düşmənlərin hərəkətlərinə göz qoyur, onları xəbərdar edir: “Sənə qulluq etməyən millət və ölkə yox olacaq; və o millətlər tamamilə xarab olacaq” (İşaya 60:12). Bugünkü müqavimətlər müxtəlif formalar alır. Bə’zi ölkələrdə düşmənlər səmimi qəlbli məsihçilərin Yehovaya ibadətlərinə məhdudiyyət qoymağa, yaxud onu qadağan etməyə çalışırlar. Başqa ölkələrdə fanatiklər Yehovanın xidmətçilərinə hücum edir, onların mülkünü yandırırlar. Lakin unutmayaq ki, Yehovanın iradəsini yerinə yetirənlərə qarşı edilən hər bir müqavimətlə nə baş verəcəyini Yehova əvvəlcədən müəyyən edib. Düşmənlər məğlub ediləcək. Övladları tərəfindən təmsil edilən Siona qarşı mübarizə aparan kəslər müvəffəqiyyətsizliyə uğrayacaqlar. Böyük Allahımız Yehovanın verdiyi bu zəmanət məgər bizi ruhlandırmırmı?

Gözlənildiyindən də artıq xeyir-dualar

3. Yehovanın xidmətçilərinin gözəl olduqları və bol səmərə verdikləri əyani surətdə necə təsvir edilir?

3 İndiki sistemin son günlərində Yehova xalqına gözlənildiyindən də artıq xeyir-dualar verir. Bu, xüsusilə də ibadət yerlərinə, həmçinin Onun adını daşıyanlara aiddir. Vaxt keçdikcə Yehova ibadət yerlərini daha da izzətləndirir. İşayanın peyğəmbərliyinə əsasən, Yehova Siona bu sözlərlə müraciət edir: “Livanın izzəti olan sərv, çinar və şümşad ağacı müqəddəsimin yerini gözəlləşdirmək üçün hamısı birdən sənə gələcəklər; və ayaqlarımın yerini izzətli qılacağam” (İşaya 60:13). Qalın meşələrlə örtülən dağlar qarşımızda gözəl mənzərə açır. Buna görə də, böyük və qəşəng ağaclar Yehovanın xidmətçilərinin gözəl olduqlarını və bol səmərə verdiklərini münasib tərzdə təsvir edir (İşaya 41:19; 55:13).

4. “Müqəddəs yer” və Yehovanın ‘ayaqlarının yeri’ nə deməkdir və onlar necə gözəlləşir?

4 Bəs İşaya 60:13 ayəsində xatırlanan “müqəddəs yer” və Yehovanın ‘ayaqlarının yeri’ ifadələrində nəzərdə tutulan nədir? Bu ifadələr, Yehovanın böyük ruhani mə’bədinin həyətlərinə — Yehovaya ibadət etmək və İsa Məsih vasitəsilə Ona yaxınlaşmaq üçün olan quruluşa aiddir (İbranilərə 8:1-5; 9:2-10, 23). Yehova həmin ruhani mə’bədə, bütün xalqlardan olan insanları ibadət üçün toplamaqla izzətləndirəcəyi haqda niyyətini bildirdi (Haqqay 2:7). Bütün insanlardan olan izdihamın Yehovaya ibadət üçün yüksək dağa necə axışdıqlarını İşaya artıq qabaqcadan görmüşdü (İşaya 2:1-4). Çox yüzilliklər sonra isə həvari Yəhya rö’yada “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan, kimsənin saymağa qadir olmadığı böyük bir izdiham” görmüşdü. Onlar “Allahın taxtı qarşısında” dururdular və “Onun mə’bədində gecə-gündüz Ona” xidmət edirdilər (Vəhy 7:9, 15). Bizim günlərdə, bu peyğəmbərliyin yerinə yetdiyi bir dövrdə, Yehovanın evinin gözəlləşdiyini gözlərimizlə görürük.

5. Sionun övladları ilə yaxşılığa doğru hansı böyük dəyişikliklər baş verdi?

5 Bu, Sion üçün yaxşılığa doğru böyük dəyişiklik demək idi. Yehova deyir: “Sən buraxılmış və nifrət görmüş olduğuna və içindən kimsə keçmədiyinə əvəz olaraq, səni əbədi öyünmə və çox nəsillərə sevinc qılacağam” (İşaya 60:15). Birinci Dünya müharibəsinin sonuna doğru “Allahın İsraili” həqiqətən də viranəlik dövrünü yaşayırdı (Qalatiyalılara 6:16). O, doğrudan da özünü “buraxılmış” hiss edirdi, belə ki, onun yer üzündəki övladları Allahın iradəsinin onlar üçün nədən ibarət olduğunu anlamırdılar. Sonra, 1919-cu ildə, Yehova məsh edilmiş xidmətçilərini yenidən həyata dirçəltdi və o vaxtdan bəri onları gözəl ruhani çiçəklənmə ilə xeyir-dualandırır. Bəs İşaya 60:15 ayəsində yazılmış və’d bizi ruhlandırmırmı? Yehova Sionu “əbədi öyünmə” sanacaq. Bəli, həm Sionun övladları, həm də Yehova Sionla fəxr edəcəklər. Sion “sevincə” çevriləcək, sonsuz şənliyə səbəb olacaq. Üstəlik, bu hansısa qısa müddət ərzində davam etməyəcək. Yerdə yaşayan övladları tərəfindən təqdim edilən Siona qarşı iltifat nəsildən nəslə davam edəcək. Bu iltifat heç zaman bitməyəcək.

6. Məsihin davamçıları millətlərin vəsaitlərindən necə istifadə edirlər?

6 İndi isə Allahın daha bir və’dini dinləyək. Yehova Siona müraciət edərək deyir: “Millətlərin südünü əməcəksən və padşahların döşlərini əməcəksən; və biləcəksən ki, səni qurtaran və fidiyə ilə Xilaskarın olan, Yaqubun Qadiri, Rəbb mənəm” (İşaya 60:16). Sion hansı mə’nada “millətlərin südünü... padşahların döşlərini” əməcək? O mə’nada ki, məsh edilmiş məsihçilər və onların həmkarları olan “başqa qoyunlar” həqiqi ibadətin yayılması üçün millətlərin qiymətli vəsaitlərindən istifadə edirlər (Yəhya 10:16). Könüllü surətdə ianə edilmiş pullar, geniş miqyaslı ümum­dün­ya təbliğ və tə’lim işinin mümkün olmasına kömək edir. Qabaqcıl texnikanın müdrik şəkildə tətbiq edilməsi, Müqəddəs Kitabın və ona əsaslanan ədəbiyyatın yüzlərlə dillərdə çap edilməsini asanlaşdırır. Hələ heç zaman Müqəddəs Kitab həqiqəti bu qədər əlçatan olmamışdır. Çoxsaylı dövlətlərin vətəndaşları öyrənirlər ki, məsh edilmiş xidmətçilərini ruhani əsarətdən xilas edən Yehova həqiqətən də Xilaskardır.

Təşkilati irəliləyişlər

7. Sionun övladları hansı əlamətdar irəliləyiş dövrünü yaşayır?

7 Yehova xalqını başqa cəhətdən də gözəlləşdirir. O, xalqına təşkilatda yaxşılığa doğru edilən dəyişikliklərlə xeyir-dua verir. İşaya 60:17 ayəsində oxuyuruq: “Tunc yerinə qızıl gətirəcəyəm və dəmir yerinə gümüş və ağac yerinə tunc və daş yerinə dəmir gətirəcəyəm. Və mə’murlarını sülh edəcəyəm, nəzarətçilərini də ədalət [“sülhü sənin nəzarətçilərin, ədaləti tapşırıq verənlərin kimi tə’yin edəcəyəm”, YD]”. Tuncun qızıl ilə əvəz olunması irəliləyişdir, eyni fikri ayədə xatırlanan digər materiallara da aid etmək olar. Bununla əlaqədar, son günlər ərzində Allahın İsraili təşkilati cəhətdən durmadan irəliləyir. Buna bir neçə nümunə.

8-10. 1919-cu ildən e’tibarən baş verən bə’zi təşkilati dəyişiklikləri təsvir edin.

8 Allahın xalqının yığıncaqlarında 1919-cu ilə qədər rəhbərlik işlərini, yığıncağın üzvlərinin demokratik yolla seçdikləri ağsaqqallar və dyakonlar icra edirdilər. Həmin ildən e’tibarən “sadiq və ağıllı qul” hər bir yığıncaqda xidməti rəhbərlər tə’yin etməyə başladı. Onların vəzifəsinə təbliğ fəaliyyətinə nəzarət etmək daxil idi (Matta 24:45-47). Lakin bu, bir çox yığıncaqlarda böyük nailiyyətə səbəb olmadı, çünki seçilmiş bə’zi ağsaqqallar xoş xəbəri yaymaq işini tam mə’nada dəstəkləmirdilər. Bu səbəbdən, 1932-ci ildə yığıncaqlara artıq ağsaqqal və dyakonlar seçməmək tapşırığı verildi. İndi yığıncaqlar, xidməti rəhbərlə əməkdaşlıq edəcək xidməti komitə seçməli idi. Bu, böyük irəliləyiş idi — “ağac”ı ­“tunc”la əvəz etmişdilər!

9 Bütün dünya üzrə mövcud olan yığıncaqlarda, 1938-ci ildə Müqəddəs Yazılara daha çox müvafiq gələn yenilik qəbul etmək qərarlaşdırıldı. Yığıncağın işlərini dostluq xidmətçisi və digər xidmətçilər idarə etməyə başladılar. Onların hamısı “sadiq və ağıllı qulun” rəhbərliyi altında tə’yin edildilər. Daha seçkilər keçirilmirdi. Yığıncaqlar teokratik yolla tə’yinat almağa başladı. “Daş”ı “dəmir”lə, “tunc”u isə “qızıl”la əvəz etdilər.

10 Lakin irəliləyişlər bununla bitmədi. Məsələn, 1972-ci ildə aydın oldu ki, əgər yığıncaqlardakı nəzarət teokratik yolla tə’yin olunmuş və aralarında əməkdaşlıq edən, eyni zamanda heç birinin başqaları üzərində səlahiyyəti olmayan ağsaqqallar şurası tərəfindən icra olunarsa, bu, birinci əsrin məsihçi yığıncaqlarının rəhbərlik üsuluna daha çox müvafiq olar. Təxminən iki il əvvəl isə irəliyə doğru daha bir addım atıldı. Bə’zi hüquq korporasiyalarındakı rəhbərlikdə dəyişiklik baş verdi, bu dəyişikliyin sayəsində Rəhbərlik şurası, baş verən hüquqi məsələlərə yayınmadan Allahın xalqının ruhani maraqlarına daha çox diqqət ayıra bildi.

11. Allahın xalqı arasında baş verən təşkilati dəyişikliklərin arxasında duran kimdir və bu dəyişikliklər nəyə səbəb olmuşdur?

11 Bu irəliləyişlərin arxasında duran kimdir? Əlbəttə ki, Yehova Allah. O deyir: “Qızıl gətirəcəyəm”. Sonra davam edir: “Sülhü sənin nəzarətçilərin, ədaləti tapşırıq verənlərin kimi tə’yin edəcəyəm”. Bəli, Yehova xalqının qayğısına qalmaqda məs’uliyyət daşıyır. Xalqının gözəlləşdirilməsinə qabaqcadan deyilmiş təşkilati irəliləyişlər də daxildir. Bunun sayəsində Yehovanın Şahidləri çoxlu xeyir-dualar alırlar. İşaya 60:18 ayəsində oxuyuruq: “Artıq məmləkətində zorakılıq, sərhədlərində soyğun və qırğın eşidilməyəcək; fəqət divarlarına Qurtuluş və qapılarına Həmd adını verəcəksən”. Necə də gözəl sözlərdir! Bəs onlar necə yerinə yetdi?

12. Nəyin sayəsində məsihçilər arasında sülh hökm sürür?

12 Məsihçilər Yehovanın verdiyi tə’lim və rəhbərliyə diqqətlə yanaşırlar. Bunun nəticəsində isə İşayanın dediyi sözlər yerinə yetir: “Bütün oğulların Rəbb tərəfindən öyrədilmiş olacaq; və oğullarının əmin-amanlığı çox olacaq” (İşaya 54:13). Bundan əlavə, Yehovanın ruhu Onun xalqına tə’sir göstərir, bu ruhun səmərəsinə isə sülh daxildir (Qalatiyalılara 5:22, 23). Yehovanın xalqının sülhsevərliyi, onları bu qəddar dünyada təravətləndirici sığınacaq edir. Məsihçilər arasında mövcud olan, əsasını bir-birinə məhəbbət təşkil edən sülh, yeni sistemdəki həyat haqqında təsəvvür yaradır (Yəhya 15:17; Koloslulara 3:14). Hər birimiz bu sülhə çox şadıq və böyük məmnunluqla buna imkan yaradırıq. Bu isə, Allahımıza şərəf və izzət gətirir, həmçinin ruhani cənnətimizin əsas tərkib hissəsini təşkil edir (İşaya 11:9).

Yehovanın işığı saçmağa davam edəcək

13. Nəyə görə əmin ola bilərik ki, Yehovanın işığı xalqı üzərinə əbədiyyən saçacaq?

13 Yehovanın işığı Onun xalqı üzərinə saçmağa davam edəcəkmi? Bəli. İşaya 60:19, 20 ayələrində oxuyuruq: “Gündüz sənin işığın artıq günəş olmayacaq; və aydınlıq üçün ay sənə işıq verməyəcək; ancaq əbədi işığın Rəbb və izzətin öz Allahın olacaq. Artıq günəşin batmayacaq və ayın çəkilməyəcək; çünki Rəbb sənin əbədi işığın olacaq və yas günlərin sona yetəcək”. 1919-cu ildə ruhani əsirlərin “yas”ı başa çatdıqda, Yehova onların üzərinə işıq saçmağa başladı. Üstündən 80 ildən artıq vaxt keçdikdən sonra, onlar hələ də Yehovanın lütfündən faydalanırlar, Onun işığı isə saçmağa davam edir. Və bu işıq heç zaman sönməyəcək. Allahımız heç zaman öz xidmətçiləri üçün günəş kimi “batmayacaq” və ay kimi “çəkilməyəcək”. Öz işığını onların üzərinə əbədiyyət boyu saçacaqdır. Bu fikir, bu qaranlıq dünyanın son günlərini yaşayan bizləri necə də ruhlandırır!

14, 15. a) Allahın bütün xidmətçiləri hansı mə’nada “salehdirlər”? b) Başqa qoyunlar İşaya 60:21 ayəsinin hansı vacib icrasını gözləyirlər?

14 Allahın İsrailinə — Sionun yer üzündəki nümayəndələrinə dair Yehovanın daha bir və’di İşaya 60:21 ayəsində yazılıb: “Sənin xalqın, hamısı saleh adamlar olacaq; onlar ki, izzət tapım deyə əkdiyim fidan, əllərimin işidirlər, diyarı əbədiyyən mülk edəcəklər”. 1919-cu ildə, məsh edilmiş məsihçilər öz fəaliyyətlərini bərpa edən zaman, qeyri-adi insanlar qrupunu təmsil edirdilər. Günaha qərq olmuş bu dünyada onlar İsa Məsihin fidiyə qurbanlığına olan sarsılmaz imanları sayəsində “saleh” sayılıblar (Romalılara 3:24; 5:1). Sonra onlar, Babil əsarətindən azad olmuş israillilərə bənzər tərzdə ruhani “məmləkətə” — fəaliyyət dairəsinə malik oldular. Onlar bu məmləkətdə hökm sürən ruhani cənnətə sevinirlər (İşaya 66:8). Həmin məmləkətin cənnət gözəlliyi heç zaman solmayacaq, çünki, qədim İsraildən fərqli olaraq, Allahın İsraili ümumilikdə sədaqətsizlik etməyəcək. Allahın İsrailinin imanı, sarsılmazlığı və sə’yi Allahın adına izzət gətirməkdən tükənməyəcək.

15 Bu ruhani xalqın bütün üzvləri yeni əhdə daxildirlər. Hamısının ürəyində Yehovanın qanunları yazılıb, Yehova isə İsanın fidiyə qurbanlığı sayəsində onların günahlarını bağışlayıb (Yeremya 31:31-34). Yehova onları öz oğulları kimi, saleh sayır və onlarla kamil insanlar imiş kimi davranır (Romalılara 8:15, 16, 29, 30). İsanın fidiyə qurbanlığı sayəsində, onların həmkarları olan başqa qoyunların da günahı bağışlanır, onlar da İbrahim kimi imanları sayəsində Allahın dostları olaraq saleh sayılırlar. Onlar “libaslarını yuyub, onları Quzunun qanı ilə ağartdılar”. Məsh edilmişlərin həmkarları olan bu başqa qoyunlar başqa böyük mükafatı gözləyirlər. Onlar “böyük məşəqqətdən” sağ çıxaraq, yaxud dirildilərək, bütün yer üzü cənnətə çevrilən zaman İşaya 60:21 ayəsində yazılan sözlərin icrasını görəcəklər (Vəhy 7:14; Romalılara 4:1-3). O zaman “həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar” (Məzmur 37:11, 29).

Artım davam edir

16. Yehova hansı gözəl və’di verdi və bu və’d necə yerinə yetdi?

16 “İşaya” kitabının 60-cı fəslinin axırıncı ayəsində, Yehovanın bu fəsildəki sonuncu və’di yazılıb. O, Siona deyir: “Kiçiyi min kişi və zəifi qüvvətli bir millət olacaq; mən, Rəbb, vaxt gəlincə bunu tezləndirəcəyəm” (İşaya 60:22). Bizim günlərdə Yehova öz sözünə sadiq çıxdı. 1919-cu ildə məsh edilmiş məsihçilər öz fəaliyyətlərini bərpa edərkən sayları çox deyildi. Onların sayı həqiqətən də “kiçik” idi. Lakin sıralarına yeni ruhani israillilər daxil olduqda, onların sayı artdı. Sonra isə getdikcə onlara daha çox başqa qoyunlar qoşulmağa başladılar. Allahın xalqı arasında hökm sürən sülh və Onun “məmləkətində” mövcud olan ruhani cənnət o qədər səmimi qəlbli insanları cəlb etdi ki, ən “zəif” millət “qüvvətli bir millətə” çevrildi. Hal-hazırda bu “millət” — Allahın İsraili və Allaha sadiq olan altı milyondan çox “əcnəbilər” — bir çox müasir dövlətlərin əhalisindən sayca çoxdur (İşaya 60:10). Bu “məmləkətin” vətəndaşlarının hamısı Yehovanın işığını əks etdirdiklərinə görə Onun gözündə gözəldirlər.

17. “İşaya” kitabının 60-cı fəslini nəzərdən keçirmək sizə necə tə’sir bağışlayır?

17 Bəli, “İşaya” kitabının 60-cı fəslindən olan vacib fikirləri nəzərdən keçirmək imanı möhkəmlədir. Yehova əvvəlcədən bilirdi ki, Onun xalqı ruhani əsarətə düşəcək, sonra isə qayıdacaqdır. Yehovanın bu cür uzaqgörən olduğunu bilmək necə də təskinlik verir! Bizi heyrətə salan odur ki, Yehova xidmətçilərinin sayındakı müasir artımı neçə illər qabaqcadan söyləmişdir. Yehovanın bizi heç zaman tərk etməyəcəyini bilmək də təsəllivericidir! “Əbədi həyata tə’yin olunanları” qonaqpərvərliklə qəbul etmək üçün “şəhərin” darvazalarının həmişə açıq olmasında nə qədər məhəbbət və zəmanət əks olunur! (Həvarilərin işləri 13:48, YD). Yehova bundan sonra da xalqının üzərinə işıq saçacaqdır. Sion isə yenə də öyünməyə səbəb olacaq, çünki onun övladları bundan sonra da işıqlarının daha parlaq tərzdə nur saçmasına imkan verəcəklər (Matta 5:16). Biz Allahın İsraili ilə sıx münasibətdə olmağa və Yehovanın işığını əks etdirmək kimi dəyərli imkanı qiymətləndirməyə həmişəkindən daha çox meylliyik!

İzah edə bilərsinizmi?

• Padşahlıq işinə qarşı göstərilən müqavimətlərə baxmayaraq biz nəyə əminik?

• Sionun övladları hansı mə’nada “millətlərin südünü əmirlər”?

• Yehova necə “ağac yerinə tunc” verir?

• İşaya 60:17, 21 ayələrində hansı iki keyfiyyət vurğulanır?

• Ən “zəif” millət “ən qüvvətli bir millətə” necə çevrildi?

[28-ci səhifədəki çərçivə/şəkillər]

İşayanın peyğəmbərliyi bütün bəşəriyyət üçün işıqdır

Bu məqalələrin mövzusu, 2001-2002-ci illərdə keçirilən “Allah Kəlamının müəllimləri” adlı vilayət konqresində səslənən mə’ruzədə təqdim edilmişdir. Demək olar ki, konqresin keçirildiyi hər yerdə bu mə’ruzənin sonunda natiq “İşayanın peyğəmbərliyi — bütün bəşəriyyət üçün işıqdır” kitabının II cildinin buraxılışını e’lan etmişdir. Bir il əvvəl bu kitabın I cildi buraxılmışdır. İndi, artıq II cildin buraxılışından sonra, əlimizdə “İşaya” kitabının, demək olar ki, bütün ayələrini müasir anlayışla izah edən nəşr var. Bu iki cildli kitab, imanı möhkəmlədən İşayanın peyğəmbərlik kitabını dərindən anlayıb, daha çox qiymətləndirməyə kömək edəcək.

[25-ci səhifədəki şəkillər]

Sərt müqavimətlərə baxmayaraq, Yehova öz xalqını “qurtuluşu ilə gözəlləşdirir”.

[26-cı səhifədəki şəkillər]

Allahın xidmətçiləri, həqiqi ibadətin yayılması üçün millətlərin dəyərli vəsaitlərindən istifadə edirlər.

[27-ci səhifədəki şəkil]

Yehova öz xalqına təşkilati irəliləyiş və sülh verməklə xeyir-dualandırır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş