Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/1 s. 8—10
  • Yaxın gələcəyimizə dair peyğəmbərliklər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaxın gələcəyimizə dair peyğəmbərliklər
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Yeni dünyada alacağımız xeyir-dualar
  • Gözəl gələcəyə dair peyğəmbərlik
  • Yer üzündə qurulacaq Cənnətdə əbədi həyat!
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Sülh içində yeni dünya bir zaman gələcəkmi?
    Sülh içində yeni dünya. Bir zaman gələcəkmi?
  • Allahın qurduğu valehedici yeni dünya
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Məsihin gəlişi nəyi həyata keçirəcək?
    Gözətçi qülləsi 2007
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/1 s. 8—10

Yaxın gələcəyimizə dair peyğəmbərliklər

İNSANLARIN və yerin gələcəyi haqda danışarkən həvari Peter yazmışdır: «Biz Onun [Allahın] vədinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür» (2 Peter 3:13). «Yeni göylər və yeni yer» haqda vəd ilk öncə Yeşaya peyğəmbər vasitəsilə verilmişdi (Yeşaya 65:17; 66:22). Həmin peyğəmbərliyə istinad etməklə Peter göstərdi ki, onun günlərində bu peyğəmbərlik hələ tam yerinə yetməyib.

Sonralar, təxminən eramızın 96-cı ilində həvari Yəhyaya verilən vəhydə həmin ‘yeni yer’ Allahın Padşahlığının gətirəcəyi xeyir-dualarla əlaqələndirilir (Vəhy 21:1-4). Həvari Pavel kimi, İsanın da Allahın Padşahlığının gəlişi ərəfəsində dünyadakı vəziyyət haqda dediyi sözlər gözümüzün qabağında yerinə yetir. Buna görə də, biz bu Padşahlığın tezliklə yeni dünyanı təsis edəcəyini gözləyə bilərik. Həmin dünya necə olacaq? Bu haqda Müqəddəs Yazıların «Yeşaya» kitabından öyrənə bilərik.

Yeni dünyada alacağımız xeyir-dualar

Bütün dünyada sülh və ibadətdə birlik. «Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək» (Yeşaya 2:2-4).

İnsanlarla heyvanlar arasında sülh. «O gün qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə çəpiş birgə yatacaq, buzov, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq, onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq, onların balaları bir yerdə yatacaq, şir də buğa tək saman yeyəcək... Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək, heç bir kəs o birisini məhv etməyəcək, həqiqətən, sular dənizi necə doldurursa, dünya da Rəbbin biliyi ilə elə dolacaq» (Yeşaya 11:6-9).

Hamı üçün bol qida. «Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq» (Yeşaya 25:6).

Ölüm olmayacaq. «[Allah] ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Rəbb belə söylədi» (Yeşaya 25:8).

Ölülər diriləcək. ‘Sənin ölülərin yaşayacaq, bədənləri diriləcək. Ey torpaq altında yatanlar, oyanın, sevinc nəğməsini oxuyun. Rəbb torpaqdakı ölüləri dirçəldəcək’ (Yeşaya 26:19).

Məsih ədalətli Hakimdir. «Gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin o, yoxsullara haqq ilə hökm edəcək, yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq» (Yeşaya 11:3, 4).

Korlar və karlar şəfa tapacaqlar. «Korların gözləri, karların qulaqları açılacaq» (Yeşaya 35:5).

Səhra məhsuldar olacaq. «Səhra və quru torpaq sevinəcək, göl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq» (Yeşaya 35:1, 2).

Yeni yer. «Mən yeni göylər [yeni səmavi hökumət] və yeni yer [yeni saleh insan cəmiyyəti] yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, heç yada düşməyəcək. Yaratdığıma əbədilik sevinin, şadlanın... Onlar [Allahın vəd etdiyi yeni dünyanın sakinləri] evlər tikib orada məskunlaşacaq, meynəliklər əkəcək, bəhrələrindən yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, seçilmişlərim əllərinin işlərindən zövq alacaq. Onlar boş yerə əlləşməyəcək, övladları bəlalarla üzləşməyəcək. Çünki özləri də, övladları da, Rəbbin xeyir-dualı nəsli olacaq. Onlar Məni çağırmamışdan Mən onlara cavab verəcəyəm, onlar hələ danışarkən Mən eşidəcəyəm». «“Yaratdığım yeni göylər və yeni yer Önümdə necə durursa, nəsliniz, adınız belə duracaq” Rəbb bəyan edir» (Yeşaya 65:17-25; 66:22).

Gözəl gələcəyə dair peyğəmbərlik

Yeşayanın kitabı Müqəddəs Yazılarda gələcək xeyir-dualar haqda xəbər verən yeganə kitab deyil. Müqəddəs Kitabda Allahın İsa Məsihin rəhbərlik etdiyi Padşahlıq vasitəsilə görəcəyi gözəl işləri təsvir edən çoxlu peyğəmbərliklər vara. Siz də bu cür cənnət şəraitində yaşamaq istərdinizmi? Bu mümkündür! Allahın gələcəyə dair xoş niyyəti haqda Müqəddəs Kitabın əslində nə öyrətdiyini və onlardan necə faydalana biləcəyinizi öyrənin. Yehovanın Şahidləri böyük məmnuniyyətlə sizə kömək edəcəklər.

[Haşiyə]

a Allahın Padşahlığı və onun həyata keçirəcəyi işlər barədə daha çox məlumatı Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 76-85-dək səhifələrindən ala bilərsiniz.

[8-ci səhifədəki şəkil]

İnsanlar bir-biriləri ilə və heyvanlarla sülhdə olacaqlar

[9-cu səhifədəki şəkil]

Ölənlər həyata qayıdacaqlar

[10-cu səhifədəki şəkil]

Bütün yer üzü cənnət olacaq

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş