-
İsa sönməz cəhənnəm odunumu nəzərdə tuturdu?Gözətçi qülləsi 2008 | 15 iyun
-
-
Ancaq İsanın sözlərini Yeşayanın peyğəmbərliyinin son ayəsi ilə müqayisə edinb. İsanın Yeşayanın 66-cı fəslinin bu ayəsinə əsaslandığı aydın görünmürmü? Peyğəmbər burada, görünür, «Yerusəlimdən yaxınlıqdakı Hinnom dərəsinə (Gehenna), bir vaxtlar insanların qurban gətirildiyi (Yer 7:31), axırda isə şəhər zibilliyinə çevrildiyi yerə» getməkdən danışır («The Jerome Biblical Commentary»). Yeşaya 66:24 ayəsindəki simvolik sözlər əzab çəkən insanlara aid deyil; orada cəsədlərdən danışılır. Bu ayədə canlı insanların, yaxud ölməz ruhların deyil, qurdların ölməməsindən danışılır. Bəs belə isə İsanın sözlərinin mənası nədir?
Bir katolik kitabında Mark 9:48 ayəsinə verilən şərhə diqqət yetirin: «[Bu] ifadə Yeşayadan (66, 24) götürülmüşdür. Peyğəmbər adətən cəsədlərin məhv olmasının iki üsulunu göstərir: çürümə və yandırılma... Qurdun və atəşin bir yerdə işlənilməsi məhvolma fikrini gücləndirir... Hər iki məhvedici qüvvə tükənməyən (“sönməyən, ölməyən”) kimi təsvir olunur: onlardan qaçmaq qeyri-mümkündür. Bu parçada mövcudluğuna davam edən insan yox, qurd və atəşdir və onlar birlikdə gücləri çatan hər şeyi məhv edirlər. Buna görə də, burada əbədi işgəncə deyil, birdəfəlik məhvolma təsvir edilir, belə ki bu cür məhv edilənlər heç vaxt dirilməyəcəklər, onların ölümü əbədidir. Beləliklə, [atəş] birdəfəlik məhvolmanın simvoludur» («El evangelio de Marcos. Análisis lingüístico y comentario exegético», II cild).
-
-
İsa sönməz cəhənnəm odunumu nəzərdə tuturdu?Gözətçi qülləsi 2008 | 15 iyun
-
-
b «Onlar eşiyə çıxanda Mənə qarşı asi çıxanların meyitlərini görəcək. Meyitləri yeyən qurd ölməyəcək, onları yandıran alov sönməyəcək. Bütün bəşər onlardan iyrənəcək» (Yeşaya 66:24).
-