Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/3 s. 12—16
  • Son yaxındır — Yehovaya güvən!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Son yaxındır — Yehovaya güvən!
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Ürəyimiz Yehovanın qanunlarını pozmağa təhrik edəndə
  • Laqeydlik və ya ədavətlə üzləşəndə
  • Narahatçılıqlar bizi boğanda
  • «Allahın verdiyi qəlb rahatlığı» qoy ürəyini qorusun
  • E’tibar etmədən xoşbəxt olmaq mümkün deyil
    Gözətçi qülləsi 2004
  • Dindaşlarınıza etibar edin
    Gözətçi qülləsi 2022
  • Bütün ürəyinlə Yehovaya güvən
    Gözətçi qülləsi 2003
  • Sıxıntılı anlarda bütünlüklə Yehovaya bel bağla
    Gözətçi qülləsi 2003
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/3 s. 12—16

Son yaxındır — Yehovaya güvən!

«Rəbbə həmişə güvənin» (YEŞAYA 26:4).

1. Allahın xidmətçiləri ilə bu dünyanın insanları arasında hansı fərq var?

YAŞADIĞIMIZ dünyada milyonlarla insanlar artıq bilmirlər kimə və ya nəyə güvənsinlər, çünki dəfələrlə qəlbləri qırılıb və ya məyus olublar. Lakin Yehovanın xidmətçiləri haqda bunu demək olmaz! Allahın müdrikliyini əldə rəhbər tutan insanlar kimə güvənməli olduqlarını yaxşı bilirlər, buna görə də bu dünyaya və onun ‘əsilzadələrinə’ bel bağlamırlar (Məz. 146:3). Onlar həyatlarını və gələcəklərini Yehovaya etibar edirlər, çünki Yehovanın onları sevdiyini və vədlərini həmişə yerinə yetirdiyini bilirlər (Rom. 3:4; 8:38, 39).

2. Yeşua Allahın etibara layiq olduğunu necə təsdiqlədi?

2 Qədimdə yaşayan Yeşua Allahın etibara layiq olduğunu təsdiqləmişdi. Ömrünün sonuna az qalmış o, soydaşlarına demişdi: «Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi» (Yeşua 23:14).

3. Allahın adı Onun barəsində nəyi açıqlayır?

3 Yehova vədlərini yalnız xidmətçilərini sevdiyi üçün yox, əsas etibarilə, Öz adı naminə həyata keçirir (Çıx. 3:14; 1 Şam. 12:22). Allahın adı barədə Cozef Roterhamın tərcümə etdiyi Müqəddəs Kitabın girişində qeyd olunur: «[Bu] ən lütfkar vəddir və göstərir ki, Allah hər vəziyyətə, hər çətinliyə, hər ehtiyaca uyğunlaşmağa qadirdir... [Bu], vəd,.. vəhy, yaddaşlıq və anddır. Allah Öz Adına həmişə sadiq qalacaq; ondan heç vaxt utanmayacaq» («The Emphasized Bible»).

4. a) Yeşaya 26:4 ayəsi bizi nəyə səsləyir? b) Bu məqalədə biz nə müzakirə edəcəyik?

4 Özündən soruş: «Allahı nə dərəcədə yaxşı tanıyıram? Bu, Ona etibar etməyim üçün kifayətdirmi? Hər şeyin Allahın nəzarəti altında olduğunu bilərək gələcəyə əminliklə baxırammı?» Yeşaya 26:4 ayəsində yazılıb: «Rəbbə həmişə güvənin, çünki Rəbb Allah əbədi Qayadır». Müqəddəs Kitabın yazıldığı dövrdə Yehova bəzən insanların həyatlarına möcüzəvi şəkildə müdaxilə etsə də, bu gün bunu etmir. Bununla belə, Allahımız ‘əbədi Qaya’ olaraq qalır və biz Ona ‘həmişə güvənə’ bilərik. Etibarımıza layiq olan Allahımız sadiq xidmətçilərinə bu gün necə kömək edir? Birincisi, şirnikdirici təsirlərə müqavimət göstərmək üçün Allahdan kömək istəyəndə O, bizi möhkəmləndirir; ikincisi, xidmətdə laqeyd və ədavətli münasibətlə üzləşəndə bizə dayaq olur; üçüncüsü, narahatçılıqlar bizi sıxanda bizə güc-qüvvət verir. Bunları bir-bir müzakirə etdikcə Yehovaya olan etibarını necə möhkəmləndirə biləcəyinin üzərində düşün.

Ürəyimiz Yehovanın qanunlarını pozmağa təhrik edəndə

5. Hansı məsələdə Yehovaya güvənmək xüsusilə çətin ola bilər?

5 Yehovanın əxlaq normalarına və prinsiplərinə riayət etməyin düzgün olduğuna və əsil xoşbəxtlik gətirdiyinə ürəkdən inanmaq həsrətlə gözlədiyimiz Cənnətə və dirilməyə inanmaqdan daha çətin ola bilər. Süleyman padşah nəsihət edirdi: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər» (Sül. məs. 3:5, 6). Diqqət yetirdinsə, burada söhbət bizim ‘yollarımızdan’ gedir. Bəli, Yehovaya etibar etdiyimiz təkcə Onun vədlərinə inanmağımızdan yox, bütün həyat tərzimizdən görünməlidir. Sınaqlar zamanı Yehovaya güvəndiyimizi necə göstərə bilərik?

6. Pis fikirləri qovmaq qətiyyətini necə möhkəmləndirə bilərsən?

6 Pis əməldən yaxa qurtarmaq istəyiriksə, ilk növbədə, beynimizi belə fikirlərdən təmizləməliyik. (Romalılara 8:5; Efeslilərə 2:3 ayələrini oxu.) Bəs onda pis fikirləri qovmaq qətiyyətini necə möhkəmləndirə bilərsən? Beş üsulu nəzərdən keçirək. 1) Dua vasitəsilə Allahdan kömək dilə (Mat. 6:9, 13). 2) Allahın əmrlərinə riayət edən, həm də riayət etməyən Müqəddəs Kitab personajlarının nümunələri üzərində düşün. Davranışlarının onlar üçün nə ilə nəticələndiyinə diqqət yetira (1 Kor. 10:8—11). 3) Günah işlətsən, bunun sənə və yaxınlarına hansı mənəvi və ya emosional zərbə vuracağını fikirləş. 4) Xidmətçisi ciddi günaha yol verəndə Yehovanın hansı hissləri keçirdiyini düşün. (Məzmur 78:40, 41 ayələrini oxu.) 5) Yehovanın sadiq xidmətçisi istər camaat qarşısında, istərsə də təklikdə olanda pisliyi rədd edib düzgün olanı edəndə Onun ürəyinin sevinclə necə dolduğunu təsəvvür et (Məz. 15:1, 2; Sül. məs. 27:11). Sən də Yehovaya güvəndiyini göstərə bilərsən.

Laqeydlik və ya ədavətlə üzləşəndə

7. Yeremya hansı sınaqlarla üzləşirdi və hərdən o, özünü necə hiss edirdi?

7 Bir çox bacı-qardaşlarımız təbliğ işinin çətin olduğu ərazilərdə xidmət edirlər. Onlara, həqiqətən də, təhəmmül gərəkdir. Yeremya peyğəmbər məhz belə bir ərazidə — keşməkeşli son günlərini yaşayan Yəhuda padşahlığında xidmət edirdi. Yehovanın hökm xəbərini itaətkarlıqla bəyan etdiyi üçün onun Allaha olan etibarı hər gün sınağa çəkilirdi. Hətta bir dəfə Yeremyanın sadiq mirzəsi Baruk artıq təngə gəldiyini söyləmişdi (Yer. 45:2, 3). Bəs Yeremya ruh düşkünlüyünə qapılırdı? Bəli, bir dəfə bu, onunla baş vermişdi. «Doğulduğum gün lənətə gəlsin!.. Nə üçün ana bətnindən çıxdım? Əzab-əziyyət görmək, ömrümü rüsvayçılıqla keçirmək üçünmü?» — deyə o nida etmişdi (Yer. 20:14, 15, 18).

8, 9. Yeremya 17:7, 8 və Məzmur 1:1—3 ayələrinə əsasən, həmişə bəhrəli olmaq üçün biz nə etməliyik?

8 Lakin bütün bunlara baxmayaraq, Yeremya təslim olmadı. Onun Yehovaya olan etibarı sarsılmadı. Nəticədə, Yeremya 17:7, 8 ayələrində yazılan Yehovanın sözləri bu sadiq peyğəmbərin üzərində yerinə yetdi: «Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. O, sular kənarında əkilmiş ağac kimi olacaq. Elə ağac ki çay kənarında kök salar, isti gələndə qorxmaz, yarpağı həmişə yaşıl qalar, quraqlıq olan il qayğı çəkməz, bəhər verməkdən qalmaz».

9 «Çay kənarında» və ya suvarılan meyvə bağında əkilən yaşıl və şaxəli ağac kimi, Yeremya heç vaxt ‘bəhər verməkdən qalmırdı’. O, ətrafındakı rişxəndçilərin təsiri altına düşmək istəmirdi. Əksinə, həyatverici ‘su’ Mənbəyi olan Yehovaya yaxın durur və Onun hər sözünə ciddi yanaşırdı. (Məzmur 1:1—3 ayələrini oxu; Yer. 20:9.) Yeremya bizə, xüsusilə də təbliğin çətin getdiyi ərazilərdə xidmət edən bacı-qardaşlara necə də gözəl nümunə qoyub! Əgər sən də belə ərazidə xidmət edirsənsə, bütün qəlbinlə Yehovaya güvənməyə davam et. Onda Allah sənə təhəmmül verəcək ki, «Onun adını ucaldan mədh qurbanı» gətirəsən (İbr. 13:15).

10. Biz Allahdan hansı xeyir-duaları almışıq və özümüzə hansı sualı verməliyik?

10 Yaşadığımız son günlərin çətinliklərinin öhdəsindən gəlmək üçün Yehova bizə lazım olan hər şey təqdim edib. Məsələn, bizə verdiyi ruhani ənamlardan biri hal-hazırda daha çox dilə dəqiq tərcümə olunan tam Müqəddəs Kitabdır. Həmçinin O, sadiq və ağıllı nökər vasitəsilə hamımızı vaxtlı-vaxtında bol ruhani qida ilə təmin edir. Üstəlik, biz yığıncaqlarda və konqreslərdə görüşdüyümüz çoxlu bacı-qardaşların dəstəyinə malikik. Bəs sən Yehovanın təqdim etdiyi bütün ənamlardan tam yararlanırsanmı? Bu suala müsbət cavab verənlərin hamısı «şadlanıb mədhiyyələr söyləyəcək». Allahın sözünü qulaqardına vuranlar isə ‘ürək ağrısından qışqıracaq, kədərli ruhla fəryad edəcəklər’ (Yeşaya 65:13, 14).

Narahatçılıqlar bizi boğanda

11, 12. Dünyada mövcud olan problemləri nəzərə alsaq, ən müdrik yol hansı yoldur?

11 Qabaqcadan deyildiyi kimi, bu dünya problemlərin içində boğulur, elə bil, daşqın sularının altında qalıb (Mat. 24:6—8; Vəhy 12:12). Adətən, çay məcrasından çıxıb daşanda insanlar yüksək yerlərə qaçır və ya evin damına çıxırlar — əsas odur ki, ora hündür yer olsun. Buna bənzər tərzdə, dünyanın problemləri artdıqca, insanlar zirvə kimi görünən iqtisadiyyatda, siyasətdə, dində, eləcə də elm və texnologiyada pənah axtarırlar. Lakin onların heç birini əsil sığınacaq adlandırmaq olmaz (Yer. 17:5, 6). Yehovanın xidmətçiləri isə ən etibarlı sığınacağa — ‘əbədi Qaya’ olan Yehovaya üz tutublar (Yeşaya 26:4). Məzmurçu deyirdi: «[Yehova] möhkəm qayam və pənahımdır». (Məzmur 62:6—9 ayələrini oxu.) Qayayabənzər Yehova bizim də sığınacağımız olsun deyə nə etməliyik?

12 Bunun üçün biz çox vaxt insan müdrikliyi ilə üst-üstə düşməyən Allahın Kəlamına riayət etməliyik (Məz. 73:23, 24). Məsələn, insan müdrikliyinə arxalananlar belə deyirlər: «Əşi, beşgünlük dünyadır, ye, iç, kef elə!», «Özün üçün karyera qur», «Çoxlu pul qazan», «Ürəyin nə istəyirsə onu al», «Dünyanı gəz-dolan». Allahın müdrikliyi isə məsləhət görür ki, «bu dünyadan bəhrələnən, ondan tam şəkildə bəhrələnməyən kimi olsun, çünki bu dünyanın səhnəsi dəyişir» (1 Kor. 7:31). İsa da öz davamçılarını Padşahlıq işini həyatlarında həmişə birinci yerə qoymağa səsləyirdi. Belə edənlər öz xəzinələrini ən təhlükəsiz yerdə — «göydə» toplayırlar (Mat. 6:19, 20).

13. Yəhyanın birinci məktubundakı sözləri nəzərə alaraq, özümüzə hansı sualları verməliyik?

13 ‘Dünyaya və dünyadakı şeylərə’ münasibətin Yehovaya tam güvəndiyini göstərirmi? (1 Yəh. 2:15—17). Sənin üçün daha vacib və dəyərli olan nədir: ruhani sərvətlər və Yehovaya xidmət, yoxsa bu dünyanın təklif etdiyi şeylər? (Filip. 3:8). ‘Gözünü tox’ saxlamağa çalışırsanmı? (Mat. 6:22). Əlbəttə, Allah istəmir ki, Onun xidmətçiləri, xüsusilə də ailəli olanlar düşüncəsiz davransınlar və ya məsuliyyətsiz olsunlar (1 Tim. 5:8). Allah istəyir ki, onlar son günlərini yaşayan Şeytan dünyasına yox, tamamilə Ona arxalansınlar (İbr. 13:5).

14-16. ‘Gözlərini tox’ saxlayan və ilk növbədə Padşahlıq işini düşünənlərin bəziləri hansı xeyir-duaları almışlar?

14 Üç uşaq sahibi olan Riçardla Rutun nümunəsinə nəzər salaq. Riçard deyir: «Ürəyimdə hey fikirləşirdim ki, Yehovaya daha çox xidmət edə bilərəm. Güzəranım yaxşı idi, amma hiss edirdim ki, Allaha yalnız vaxtımın artıq qalan hissəsini verirəm. Ölkəmizdə iqtisadi böhranın ən yüksək həddə çatdığı vaxt olsa da, Rutla qərara gəldik ki, gedib müdirlə danışım və ondan mənə həftədə dörd gün işləməyə icazə verməsini xahiş edim. Amma bu qərarı verməzdən öncə biz oturub Yehovaya dua etdik və bunun büdcəmizə necə təsir edəcəyini götür-qoy etdik. Müdir xahişimi qəbul etdi və bir ayın içində mən yeni cədvəl üzrə işləməyə başladım». Qərarına görə Riçard peşman oldumu?

15 O deyir: «Aldığım məvacib 20 faiz azaldı, amma indi ailəmlə vaxt keçirmək və uşaqlarıma təlim-tərbiyə vermək üçün ildə əlavə 50 günüm var. Bunun sayəsində xidmətə sərf etdiyim vaxt ikiqat, Müqəddəs Kitabı öyrətdiyim insanların sayı isə üçqat artdı və indi mən yığıncaqda daha çox iş görə bilirəm. Uşaqlarla məşğul olmaq üçün vaxtım daha çox olduğundan Rut vaxtaşırı köməkçi pioner kimi xidmət edir. Mən bacardığım qədər bu cədvəl üzrə yaşamaq niyyətindəyəm».

16 Tammüddətli xidmətçi olmaq üçün daha az işləmək qərarına gələn Roy və Petinanın nümunəsinə nəzər salaq. Onların oğlu başqa yerdə, qızı isə balaca olduğu üçün onlarla birlikdə qalır. Roy deyir: «Mən həftənin üç, Petina isə iki gününü işləyir. Bundan əlavə, biz həyət evindən bina evinə köçdük ki, ev işləri daha az vaxt aparsın. Övladlarımız dünyaya gəlməzdən öncə də biz pioner idik və heç vaxt bu istəyimizi itirməmişdik. Buna görə də uşaqlarımız bir az böyüyəndə biz tammüddətli xidmətimizi bərpa etdik. Bunun gətirdiyi xeyir-dualar var-dövlətlə müqayisəyə gələ bilməz».

«Allahın verdiyi qəlb rahatlığı» qoy ürəyini qorusun

17. Həyatın qeyri-sabit olduğunu nəzərə alsaq, Müqəddəs Kitab sənə necə təsəlli verir?

17 Sabah başımıza nə gələcəyini heç birimiz bilmirik, çünki ‘zaman və fürsət’ hər kəsin qabağına çıxır (Vaiz 9:11). Amma Allahla sıx münasibətləri olmadığı üçün özlərini təhlükəsizlikdə hiss etməyən insanlardan fərqli olaraq, biz narahat olmamalıyıq (Mat. 6:34). Həvari Pavel yazmışdı: «Heç nəyə görə narahat olmayın. Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin. Allahın verdiyi qəlb rahatlığı bütün insan fikirlərini üstələyir; o, ürəyinizi və zehninizi... qoruyacaq» (Filip. 4:6, 7).

18, 19. Allah bizə necə təsəlli verir? Nümunə çək.

18 Bir çox həmimanlılarımız dara düşəndə Yehovanın verdiyi qəlb rahatlığını hiss edirlər. Bir bacı deyir: «Cərrah mənə dəfələrlə hədə-qorxu gələrək qanköçürməyə razılıq verməyimə nail olmaq istəyirdi. Onun ilk “salamı” belə idi: “Bu nə cəfəngiyatdır belə — ‘qan olmaz’?!” Həmin anlarda və başqa vaxt ürəyimdə Yehovaya dua edirdim və O, mənə qəlb rahatlığı verirdi. Özümü qaya kimi möhkəm hiss edirdim. Çoxlu qan itirdiyimə görə zəifləsəm də, mövqeyimi aydın şəkildə Müqəddəs Kitab əsasında həkimə izah etdim».

19 Bəzən Allah bizə hansısa qayğıkeş bacı və ya qardaş, yaxud da vaxtlı-vaxtında verdiyi ruhani qida vasitəsilə köməklik göstərir. Yəqin ki, sən də bacı-qardaşlardan bu kimi sözlər eşitmisən: «Bu məqalə necə də yerinə düşüb! Elə bil, mənim üçün yazılıb!» Bəli, şəraitimiz və tələbatımız hər necə olsa da, əgər biz Yehovaya güvəniriksə, O, Öz məhəbbətini bizə sübut edəcək. Axı biz Onun ‘qoyunları’ və adını daşıyan xalqıq (Məz. 100:3; Yəh. 10:16; Həv. iş. 15:14, 17).

20. Nəyə görə Şeytanın dünyası yerlə yeksan ediləndə Yehovanın xidmətçiləri təhlükəsizlikdə olacaqlar?

20 İnsanların Şeytan dünyasında güvəndikləri hər şey sürətlə yaxınlaşan «Rəbbin qəzəb günündə» yerlə yeksan ediləcək. Qızıl, gümüş və digər qiymətli əşyalar insanları qətiyyən xilas edə bilməyəcək (Sef. 1:18; Sül. məs. 11:4). Yeganə etibarlı sığınacaq ‘əbədi Qayamız’ olan Yehova Allah olacaq (Yeşaya 26:4). Buna görə də gəlin Allahın salehlik yolları ilə itaətkarlıqla yeriyək, laqeyd və ədavətli münasibətə baxmayaraq, Padşahlıq haqda xoş xəbəri təbliğ edək və qayğı yükümüzü Allahın üzərinə qoyaq. Bununla da Ona tam güvəndiyimizi göstərək. Əgər belə etsək, onda biz, həqiqətən də, ‘əmin-amanlıqda yaşayacağıq, rahatlıq tapacağıq, pislikdən qorxmayacağıq’ (Sül. məs. 1:33).

[Haşiyə]

a «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 102—106-cı səhifələrinə bax.

İzah edə bilərsinizmi?

Allaha güvəndiyimizi

• ürəyimiz bizi pislik etməyə təhrik edəndə...

• laqeydlik və ədavətli münasibətlə üzləşəndə...

• narahatçılıqlar bizi boğanda...

necə göstərə bilərik?

[13-cü səhifədəki şəkil]

Allahın normalarına riayət etmək xoşbəxtlik gətirir

[15-ci səhifədəki şəkil]

«Rəbb Allah əbədi Qayadır»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş