Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g21 №  3 s. 14—15
  • Cavabı bilmək vacibdir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cavabı bilmək vacibdir
  • Oyanın! 2021
  • Başlıqlar
  • Oxşar material
  • Həyatınız mənalı olacaq
  • Hikmətli məsləhətlər tapacaqsınız
  • Suallarınıza cavab tapacaqsınız
  • Gələcəyə ümidlə baxacaqsınız
  • Allah haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Müqəddəs Kitab gözəl gələcək vəd edir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Müqəddəs Kitab gözəl gələcək vəd edir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsinə giriş
  • Yaradanımızı yaxından tanıyaq
    Müqəddəs Kitab təlimləri
Əlavə
Oyanın! 2021
g21 №  3 s. 14—15
Bir qrup gənc ağacdakı heyvanları heyranlıqla izləyir.

Cavabı bilmək vacibdir

Yaradanın var olduğuna əmin olmaq nəyə görə vacib məsələdir? Əgər dəlillər sizi Onun varlığına əmin etsə, onda Müqəddəs Kitabın Ondan ilham aldığına dair sübutları da araşdırmaq istəyəcəksiniz. Müqəddəs Kitabda yazılanlara etibar etsəniz, bunun xeyrini çox şeydə görəcəksiniz. Məsələn:

Həyatınız mənalı olacaq

MÜQƏDDƏS KİTABDA YAZILIB: «[Allah] sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu» (Həvarilərin işləri 14:17).

MƏNASI: Bu dünyada sizə həzz verən hər şey Yaradanın nemətidir. Allahın sizin qeydinizə nə qədər qaldığını öyrənəndə bu nemətlərin qədrini daha çox biləcəksiniz.

Hikmətli məsləhətlər tapacaqsınız

MÜQƏDDƏS KİTABDA YAZILIB: «Sən doğruluğu, haqq-ədaləti, xeyrin bütün yollarını dərk edərsən» (Məsəllər 2:9).

MƏNASI: İnsanı Allah yaratdığına görə O, yaxşı bilir ki, xoşbəxt olmaq üçün insana nə lazımdır. Müqəddəs Kitabı araşdırdıqca elə indidən sizə köməyi dəyəcək çox şey öyrənəcəksiniz.

Suallarınıza cavab tapacaqsınız

MÜQƏDDƏS KİTABDA YAZILIB: «Allahın elminə yetişərsən» (Məsəllər 2:5).

MƏNASI: Yaradanın mövcud olduğuna əmin olanda həyatın vacib suallarına cavab tapa biləcəksiniz. Məsələn, həyatın mənası nədir? Nəyə görə dünyada bu qədər əzab-əziyyət var? Ölümdən sonra həyat var? Müqəddəs Kitabdan bu suallara doğru-düzgün cavab tapa biləcəksiniz.

Gələcəyə ümidlə baxacaqsınız

MÜQƏDDƏS KİTABDA YAZILIB: «Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir» (Ərəmya 29:11).

jw.org saytında «Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?» və «Müqəddəs Kitabın müəllifi kimdir?» videolarına baxın. «Axtar» xanasına «Müqəddəs Kitabın doğruluğu» və «Müqəddəs Kitabın müəllifi» sözlərini yazaraq bu videoları tapa bilərsiniz.

MƏNASI: Allah vəd edir ki, gələcəkdə pislikləri, əzab-əziyyəti aradan qaldıracaq, ölüm olmayacaq. Allahın vədlərinə etibar etsəniz, gələcəyə olan ümid sizə bugünkü çətinliklərə cəsarətlə sinə gərməyə kömək edəcək.

Yaradana iman insanlara necə kömək edir?

Sindi.

«Məni o valeh edir ki, Allah insana həyatın hər sahəsində yol göstərir. Məsələn, həyatda nəyi vacib tutmaq lazımdır? İnsanlarla necə yola getmək olar? Allahın dostu necə olmaq olar?» (Sindi, ABŞ).

Elis.

«Yaradana inanmaq həyatımı mənalı, xoşbəxt edir. Bunun sayəsində həyat mənə darıxdırıcı gəlmir. Çünki Onun haqqında, yaratdıqları haqda, Kəlamı barədə öyrənməyə o qədər gözəl şeylər var ki!» (Elis, Fransa).

Peter.

«Allahın Müqəddəs Kitabda yazılan kəlamlarına əməl etdikcə xoşbəxt oluram. Bu mənə kömək edir ki, insanlara tənqidi yanaşmayım, daha diqqətcil olum, nəyim varsa ona qane olum. Həmçinin Allah mənə yaxşı ata olmağı öyrədir» (Peter, Niderland).

Liz.

«Əvvəllər həyatım yeməkdən, yatmaqdan və sürünə-sürünə özümü işə çatdırmaqdan ibarət idi. Ona yaşamaq demək olmazdı, sürünürdüm! İndi isə həyata gözəl ənam kimi baxıram. Həyatdan zövq alıram, qədrini bilirəm!» (Liz, Estoniya).

Adrien.

«Mən təbiətcə çox narahat adamam. Amma bilirəm ki, pisliklərin, ədalətsizliyin və əzabların sonu olacaq. Bu isə mənə dözməyə güc verir» (Adrien, Fransa).

Görün həyatın vacib suallarına Müqəddəs Kitabda necə cavab verilir. «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir? Tam versiya» adlı videoya baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş