Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lff d. 21
  • Xoş xəbərin müjdəçiləri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xoş xəbərin müjdəçiləri
  • Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Başlıqlar
  • Oxşar material
  • D Ə R İ N L İ Y Ə  V A R I N
  • İCMAL
  • Ə L A V Ə  M Ə L U M A T
  • Xoş müjdəni bəyan edirik
    Gözətçi qülləsi 2005
  • «Gedin və bütün xalqların içində şagird hazırlayın»
    Gözətçi qülləsi 2016
  • Müjdəni bölüşməyin üsulları
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Müjdəçilik işimiz
    Yehova Allahın müasir xalqı
Əlavə
Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
lff d. 21
Dərs 21. Şəhər küçələrinin birində kişi ədəbiyyat arabasının yanında duran iki Yehovanın Şahidi ilə danışır.

DƏRS 21

Xoş xəbərin müjdəçiləri

Çap versiyası
Çap versiyası
Çap versiyası

Yehova Öz Padşahlığı vasitəsilə bütün problemləri tezliklə aradan qaldıracaq. Bu, çox sevindirici xəbərdir. Onu hər kəsə müjdələmək lazımdır. İsa istəyirdi ki, davamçıları bu xəbəri insanlara bəyan etsin (Mətta 28:19, 20). Yehovanın Şahidləri İsanın bu əmrini necə yerinə yetirir?

1. Mətta 24:14 ayəsindəki peyğəmbərlik bu gün necə yerinə yetir?

İsa Məsih qabaqcadan demişdi: «Padşahlıq haqqındakı bu müjdə... bütün yer üzündə təbliğ ediləcək» (Mətta 24:14). Yehovanın Şahidləri bu vacib işi böyük sevinclə yerinə yetirir. Biz müjdəni bütün dünyada 1000-dən çox dildə təbliğ edirik. Bu işi həyata keçirmək üçün böyük güc və təşkilatçılıq tələb olunur. Yehovanın köməyi olmadan bu mümkün olmazdı.

2. Hansı üsullarla təbliğ edirik?

Biz müjdəni insanlara hər yerdə çatdırırıq. Birinci əsrdə yaşamış ilk məsihilər kimi, «ev-ev» təbliğ edirik (Həvarilərin işləri 5:42). Bu üsulun sayəsində hər il milyonlarla insanla söhbət edirik. Amma insanlar həmişə evdə olmurlar. Buna görə də ictimai yerlərdə də təbliğ edirik. Bir sözlə, biz hər fürsətdən istifadə edib insanlara Yehova barədə və Onun niyyətləri haqda danışırıq.

3. Müjdəni təbliğ etmək kimin məsuliyyətidir?

Müjdəni təbliğ etmək əsl məsihilərin hamısının məsuliyyətidir. Biz bu məsuliyyətə ciddi yanaşırıq. Başa düşürük ki, bu xəbər insanların həyatını xilas edir. Buna görə də bacardığımız qədər çox təbliğ etməyə çalışırıq. (1 Timutiyə 4:16 ayəsini oxuyun.) Biz bu işi görmək üçün pul almırıq, çünki Müqəddəs Kitabda deyilir: «Təmənnasız almısınız, təmənnasız da verin» (Mətta 10:7, 8). Hamı müjdəni qəbul etmir. Buna baxmayaraq, biz təbliğə davam edirik. Çünki bu, ibadətimizin ayrılmaz hissəsidir və təbliğ etməklə biz Yehovanı sevindiririk.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün Yehovanın Şahidləri bütün dünyada necə təbliğ edir və Yehova bu işdə onlara necə kömək edir.

A) İki Yehovanın Şahidi Kosta-Rikada dağın yamacında kişiyə təbliğ edir. B) Dörd Yehovanın Şahidi Birləşmiş Ştatlarda balıqçılara təbliğ edir. C) İki Yehovanın Şahidi Beninin kəndində bir kişiyə təbliğ edir. Ç) Yehovanın Şahidi Tailandda qayıqda mal satan qadına təbliğ edir. D) İki Yehovanın Şahidi Yapda qadına təbliğ edir. E) İsveçdə iki Yehovanın Şahidi qarlı havada çayın kənarında qadına təbliğ edir.

Bütün dünyada təbliğ: A) Kosta-Rika, B) ABŞ, C) Benin, Ç) Tailand, D) Yap, E) İsveç

4. Hamıya təbliğ etmək üçün var gücümüzlə çalışırıq

Yehovanın Şahidləri əllərindən gələni edirlər ki, xoş xəbəri bütün dünyada yaşayan insanlara çatdırsınlar. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

VİDEO: «“Yerin ucqarlarınadək” təbliğ olunur» (7:38)

  • Yehovanın Şahidlərinin təbliğə münasibətində sizin nə xoşunuza gəlir?

Mətta 22:39 və Romalılara 10:13—15 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Təbliğ işimizdən insanları sevdiyimiz necə görünür?

  • Yehova müjdəni təbliğ edənlərə necə yanaşır? (15-ci ayəyə baxın.)

5. Biz «Allahın əməkdaşlarıyıq»

Bir çox hadisələr göstərir ki, Yehova təbliğ işini idarə edir. Məsələn, Yeni Zelandiyada Pol adlı qardaş günorta vaxtı ev-ev təbliğ edəndə bir qadınla rastlaşmışdı. Elə həmin gün səhər bu qadın Yehovanın adını çəkərək dua etmişdi, yalvarmışdı ki, kimsə ona baş çəksin. Pol deyir: «Üç saat sonra mən onun qapısını döydüm».

1 Korinflilərə 3:6, 9 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Bu və buna bənzər hadisələr Yehovanın təbliğ işini idarə etdiyini necə göstərir?

Həvarilərin işləri 1:8 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə təbliğ işini həyata keçirmək üçün Yehovanın köməyinə ehtiyacımız var?

Bilirsiniz?

Həftəarası görüşlərimizdə biz hər həftə təbliğ işi ilə bağlı təlim alırıq. Bu görüşlərdən birində iştirak etmisinizsə, orada verilən təlimlə bağlı nə düşünürsünüz?

İki Yehovanın Şahidi yığıncaq görüşündə müjdəni təbliğ etməyin üsulunu səhnəcikdə göstərir.

6. Biz Allahın əmrinə tabe oluruq

Birinci əsrdə əleyhdarlar çalışırdı ki, İsa Məsihin davamçıları təbliği dayandırsın. Amma ilk məsihilər təbliğ etmək hüquqlarını müdafiə edirdilər. Bunun üçün onlar müjdənin qanuni tanınmasına çalışırdılar (Filippililərə 1:7). Bu gün Yehovanın Şahidləri də eyni şeyi edira.

VİDEOYA baxın.

VİDEO: «Xoş xəbərin qanuni müdafiəsi» (2:28)

Həvarilərin işləri 5:27—42 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nəyə görə təbliğ işini dayandırmayacağıq? (29, 38 və 39-cu ayələrə baxın.)

BƏZİ İNSANLAR SORUŞUR: «Nəyə görə Yehovanın Şahidləri ev-ev təbliğ edir?»

  • Necə cavab verərdiniz?

İCMAL

İsa Məsih davamçılarına buyurub ki, müjdəni bütün insanlara təbliğ etsinlər. Yehova bu işdə Öz xalqına dəstək olur.

Təkrar

  • Müjdə bütün dünyada necə təbliğ olunur?

  • Təbliğ işimizdən insanları sevdiyimiz necə görünür?

  • Sizcə, təbliğ işi ürəkaçan işdir? Nəyə görə belə düşünürsünüz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Yehovanın Şahidləri böyük şəhərlərdə insanlara necə təbliğ edir?

«Parisdə xüsusi ictimai şahidlik» (5:11)

Yehovanın Şahidləri qaçqınlara necə təbliğ edir?

«Qaçqınların ruhani ehtiyacı ödənilir» (5:59)

Görün bir bacımız həyatını təbliğ işinə həsr etdiyi üçün hansı hissləri keçirir.

«Bu həyat yolunu seçdiyim üçün xoşbəxtəm» (6:29)

Təbliğ işimizi asanlaşdıran mühüm məhkəmə qərarları haqda oxuyun.

«Padşahlığın müjdəçiləri hakimlər qarşısında» («Allahın Padşahlığı hökmranlıq edir!», fəsil 13)

a Təbliğ etmək Allahın buyruğudur. Buna görə də Yehovanın Şahidləri hökumətin icazəsindən asılı olmayaraq, xoş xəbəri təbliğ edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş