Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/08 s. 1
  • «Boyunduruğumu üzərinizə götürün»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Boyunduruğumu üzərinizə götürün»
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • İsa insanlara təravət verirdi
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • «Yanıma gəlin, mən sizə təravət verəcəyəm»
    Gözətçi qülləsi 2019
  • Qoy ruhani məşğuliyyətlər sənə təravət gətirsin
    Gözətçi qülləsi 2010
  • Həyatdakı gərginliyi azaltmağa dair praktiki rəhbərlik
    Gözətçi qülləsi 2002
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 5/08 s. 1

«Boyunduruğumu üzərinizə götürün»

1 İsa insanları onun boyunduruğu altında rahatlıq tapmağa dəvət edirdi. Bu səmimi dəvətə hay verməklə narahatlıq və təzyiqlərlə dolu olan dünyada əsl mənada yüngüllük tapmışıq (Mat. 11:29, 30). Şagirdlik boyunduruğunu götürmək təkcə maraqlı yox, həm də təravətləndirici işi görməyi özünə daxil edir. Bu iş Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək və insanlara bizimlə birlikdə İsanın xeyirxah boyunduruğu altında təravət tapmağa kömək etməkdir (Mat. 24:14; 28:19, 20).

2 Xidmətin gətirdiyi rahatlıq. İsa demədi ki, davamçıları öz yükləri ilə bərabər onun yükünü də daşısınlar, əksinə, onları öz ağır yüklərini onun yüngül yükü ilə dəyişməyə dəvət etdi. Artıq biz nə bu dünyanın narahatlıqları və ümidsizliyi ilə yüklənir, nə də güvənilə bilməyən var-dövlətə görə ağır zəhmət çəkirik (Luka 21:34; 1 Tim. 6:17). Biz hətta məşğul insanlar olsaq və gündəlik ehtiyaclarımızı təmin etmək üçün işləsək də, həyatımızı Allaha ibadət ətrafında cəmləşdiririk (Mat. 6:33). Nəyin ən vacib olduğuna düzgün baxışı qorusaq, xidmətə yük kimi baxmayacağıq, əksinə, o bizə həmişə təravət gətirəcək (Filip. 1:10).

3 Adətən bizə əziz olan şeylər haqqında danışmağı sevirik (Luka 6:45). Bütün məsihçiləri isə dərindən maraqlandıran Yehova Allah və Onun Padşahlığının gətirəcəyi xeyir-dualardır. Beləliklə, ‘yaxşı şeylər müjdələmək’ və xidmət edərkən gündəlik qayğılarımızı arxada buraxmaq necə də təravət gətirir! (Rom. 10:15). Sözsüz ki, bir işi nə qədər çox görürüksə, bir o qədər də səriştəli olur və sevinc tapırıq. Buna görə, gücümüz çərçivəsində xidmətə çox vaxt sərf etməklə daha çox rahatlıq tapacağıq. Üstəlik, təbliğimizə hay verən insanları görəndə biz necə də ruhlanırıq! (Həv. iş. 15:3). Hətta laqeyd münasibətlə və ya təqiblərlə üzləşəndə belə, səylərimizin Yehovaya məqbul olduğunu və Onun xeyir-dualarının axırda müsbət nəticələr gətirəcəyini yadda saxlasaq, xidmət bizə ruhani təravət gətirəcək (Həv. iş. 5:41; 1 Kor. 3:9).

4 Yehovanın Şahidləri olan bizlər İsanın dəvətini qəbul edəndə onunla xidmət etmək üstünlüyünə malik oluruq (Yeşaya 43:10; Vəhy 1:5). İnsana heç bir şey bundan çox təravət gətirə bilməz!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş