Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 6/02 s. 1
  • Başqalarına kömək etmək istəyirsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Başqalarına kömək etmək istəyirsənmi?
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • Kömək əlini uzada bilərsənmi?
    Müqəddəs ibadətimiz 2004
  • İsa Məsih kimi başqalarına qulluq edin
    Gözətçi qülləsi 2022
  • Valideynlər, ailənizin tələbatlarının qeydinə qalın
    Gözətçi qülləsi 2005
  • Bir-birimizin dərdinə şərik olaq
    Gözətçi qülləsi 2019
Əlavə
Müqəddəs ibadətimiz 2002
km 6/02 s. 1

Başqalarına kömək etmək istəyirsənmi?

1 İsa Məsih insanlara həqiqi mə’nada qayğı göstərirdi. Cüzam xəstəliyinə tutulmuş adam kömək üçün yalvaranda, İsa əlini uzadıb ona toxunaraq dedi: “İstəyirəm, saf ol!” (Mark 1:40-42). Başqalarına kömək etməkdə İsanın düşüncə tərzini necə təqlid edə bilərik?

2 Maraqlananlar. Yığıncağın hər bir üzvü, maraqlanan insanlara Yehovanın xidmətçisi olmaqda kömək edə bilər. Yığıncaq görüşlərinə yeni maraqlananlar gəldikdə, onlarla salamlaş və tanış ol. Hər bir əlverişli şəraitdə onları ruhlandırmağa çalış. Verdikləri şərhlərə görə minnətdarlığını bildir. Müqəddəs Kitabın prinsiplərini həyatlarında tətbiq etməyə sə’y göstərdiklərinə görə onları tə’riflə. Yığıncaqda həqiqi dostlar tapmaqda onlara kömək et.

3 Həmimanlılar. İman qardaşlarımız, onlara müxtəlif sahələrdə kömək etməyimizə xüsusilə layiqdirlər (Qalat. 6:10). Onlardan əksəriyyəti sağlamlıqları ilə əlaqədar çətinlik çəkirlər. Onlara baş çəkməklə, söhbət edib ruhlandırar və güman ki, hansısa praktiki köməkliyi göstərə bilərsən. Bacı-qardaşlarımız başqa çətinliklərlə də qarşılaşırlar. Onlara diqqət yetir, vaxtını əsirgəmədən onları dinlə və ruhlandır (1 Salon. 5:14). Çoxlu vəzifələr yerinə yetirən ağsaqqallar da bizim əməkdaşlığımıza ehtiyac duyurlar (İbr. 13:17). Hazırlıq və qarşılıqlı yardım ruhu əks etdirməklə, həmimanlılarımıza təsəlli verə bilərik (Kolos. 4:11).

4 Ailə üzvləri. İsanın insanlara göstərdiyi qayğını ailəmizin daxilində də əks etdirməliyik. Uşaqların rifahı naminə göstərilən dərin maraq, valideynləri təşviq edəcəkdir ki, “onları Rəbbin tərbiyə və nəsihəti ilə” böyütsünlər (Efes. 6:4). Uşaqlar da öz növbəsində ailəvi öyrənmənin, yığıncaq görüşlərinin və ya təbliğ xidmətinin vaxtı gəldikdə həmişə hazır olmalıdırlar. Böyük uşaqlar, qocalıq dövrünün çətinliklərinin öhdəsindən gəlməkdə yaşlı valideynlərinə kömək etməklə, canıyananlıq göstərməkdə İsanı təqlid edə bilərlər. Bizim hamımız, bu və digər üsullarla öz evimizdə Allaha sədaqətli ola bilərik (1 Tim. 5:4).

5 İsanı təqlid edərək başqalarına kömək edəndə, ağrıları yüngülləşdirir və ailənin, o cümlədən yığıncağın birliyinə kömək edirik. Ən əsası isə, “mərhəmətli Ata”mız Yehovaya şərəf gətiririk (2 Kor. 1:3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş