Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 21
  • Doğma şəhərindəki sinaqoqda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Doğma şəhərindəki sinaqoqda
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • İsa peyğəmbər Nasirədəki sinaqoqda
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Qüdrətli peyğəmbəri Nasirədə də qəbul etmirlər
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa yenidən Nazaretə gedir
    İsa Məsihin həyatı və xidməti
  • Sinaqoq. İsanın və şagirdlərinin təbliğ etdiyi yer
    Gözətçi qülləsi 2010
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 21

Fəsil 21

Doğma şəhərindəki sinaqoqda

İSA MƏSİH Nazaretə qayıdır, şəhər əhli həyəcan içindədir. Təxminən bir il bundan qabaq o vəftiz olmaq üçün Yəhyanın yanına gedəndə camaat onu adi bir dülgər kimi tanıyırdı. İndi isə möcüzələr göstərən bir adam kimi hər yerdə ad çıxarıb. Şəhər sakinləri intizardadır, onlar həmin möcüzələri burada görmək istəyirlər.

İsa adəti üzrə sinaqoqa gələndə onların hövsələsi daha da daralır. İbadət vaxtı o, qiraət üçün ayağa qalxır; ona Yeşaya peyğəmbərin söylədiyi peyğəmbərlik yazılmış tumarı verirlər. İsa Yehovanın müqəddəs ruhu ilə məsh olunmuş şəxs haqqında yazılmış yeri açıb oxuyur. Biz həmin sözləri Müqəddəs Kitabda, «Yeşaya» kitabının 61-ci fəslində oxuya bilərik.

Həmin şəxsin əsirlərə azadlığı, korlara işığı və Yehovanın iltifat ilini təbliğ edəcəyini oxuduqdan sonra İsa tumarı sinaqoq xidmətçisinə qaytarır və yerinə əyləşir. Hamının gözü ondadır. İsa, ehtimal ki, oxuduqlarını bir qədər açıqladıqdan sonra bəyan edir: «Eşitdiyiniz bu ayələr bu gün yerinə yetdi».

İnsanlar onun dediyi «xoş sözlərə» heyran qalır və bir-birindən soruşurlar: «Məgər bu, Yusifin oğlu deyil?» İsa onların möcüzə görmək istədiklərini bilir, ona görə də sözünə belə davam edir: «Yəqin siz “Təbib, əvvəlcə özünü sağalt” məsəlini mənə aid edəcəksiniz. “Kapernahumda gördüyün işlərin sorağı qulağımıza çatıb, onlardan öz vətənində də elə”, — deyəcəksiniz». Görünür, İsanın köhnə qonşuları hesab edirlər ki, o, ilk növbədə həmşəhərlilərindən olan xəstələri sağaltmalıdır. Buna görə də onlar ondan inciyiblər.

Bunu anlayan İsa onlara keçmişdə olmuş hadisələri misal gətirir: İlyas peyğəmbərin günlərində İsrail torpağında xeyli dul qadın var idi. Lakin İlyas onlardan heç birinin yanına göndərilmədi. O, Sidon diyarına, israilli olmayan bir dul qadının evinə getdi və orada möcüzə göstərib onu ölümdən qurtardı. Elişa peyğəmbərin günlərində İsraildə bir çox cüzamlı var idi, lakin Elişa yalnız Suriyalı Naamanı sağaltdı.

Sinaqoqdakılar onlardakı xudbinliyi və iman çatışmazlığını ifşa edən bu müqayisələri eşidəndə bərk qəzəblənirlər. Onlar İsanı qamarlayıb darta-darta şəhərdən kənara çıxarır və Nazaret şəhərinin tikildiyi dağın sıldırımına gətirib aşağı atmaq istəyirlər. Lakin İsa onların əlindən qurtulur və çıxıb oradan gedir. Luka 4:16—30; 1 Padşahlar 17:8—16; 2 Padşahlar 5:8—14.

▪ Nazaret camaatı nə üçün həyəcan içindədir?

▪ İsanın həmşəhərliləri əvvəlcə onun nitqini necə dinləyirlər? Sonra onlar nəyə görə qəzəblənirlər?

▪ Camaat İsaya nə etmək istəyir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş