Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 6 s. 20—s. 21 abz. 8
  • Vəd edilmiş uşaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vəd edilmiş uşaq
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Vəd edilmiş uşaq
    İsa Məsihin həyatı və xidməti
  • O, eşitdiklərinin mənası üzərində düşünürdü
    İman örnəkləri
  • «Mən Yehovanın quluyam!»
    İman örnəkləri
  • Ərdə olmayan qız hamilədir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 6 s. 20—s. 21 abz. 8
Şəmun körpə İsanı qucağında tutur,Yusif, Məryəm və peyğəmbər Hənnə isə ona baxırlar

FƏSİL 6

Vəd edilmiş uşaq

LUKA 2:21—39

  • İSA SÜNNƏT EDİLİR VƏ BİR MÜDDƏTDƏN SONRA ONU MƏBƏDƏ GƏTİRİRLƏR

Yusiflə Məryəm Nasirəyə qayıtmırlar, onlar Beytləhmdə qalırlar. Tövratdakı qanuna uyğun olaraq, onlar səkkizgünlük İsanı sünnət edirlər (Lavililər 12:2, 3). Həmçinin İsraildə oğlan uşağına sünnət edilən gün ad vermək adəti var. Yusiflə Məryəm Cəbrayıl mələyin göstərişinə əsasən, uşağın adını İsa qoyurlar.

Bir aydan çox vaxt keçib. Artıq körpə qırxgünlükdür. Valideynləri onu götürüb Allahın Yerusəlimdəki məbədinə gətirirlər. Bura onların qaldığı evdən cəmi bir neçə kilometr məsafədə yerləşir. Allahın qanununa görə, oğlan uşağı qırxgünlük olanda anası pak olmaq üçün məbəddə qurban gətirməli idi (Lavililər 12:4—7).

Məryəm belə də edir. O, iki balaca quş qurban gətirir. Buradan biz Yusiflə Məryəmin maddi vəziyyətlərinin nə yerdə olduğunu öyrənirik. Qanuna əsasən, qadından bir toğlu və quş qurbanı gətirmək tələb olunurdu. Əgər qadının buna imkanı çatmırdısa, onda bir cüt göyərçin, yaxud bir cüt qumru quşu gətirə bilərdi. Məryəmin təqdimindən görünür ki, o, kasıb idi.

«PAK OLMAQ VAXTLARI YETİŞƏNDƏ»

Yusiflə Məryəm körpə İsanı sünnət etmək üçün məbədə gətirirlər

İsrailli qadın dünyaya uşaq gətirəndə o, dini ayinə əsasən, müəyyən müddət natəmiz hesab olunurdu. Natəmiz qaldığı müddət qurtarandan sonra qadın təmizlənmə qurbanı kimi yandırma qurbanı gətirməli idi. Bütün bunlar israillilərə xatırladırdı ki, qeyri-kamilliyi və günahlı həyatı miras alıblar. Körpə İsa kamil və müqəddəs idi (Luka 1:35). Bununla belə, Yusiflə Məryəm, Qanuna uyğun olaraq, «pak olmaq vaxtları yetişəndə» uşağı məbədə gətirdilər (Luka 2:22)

Məbəddə Şəmun adlı yaşlı bir kişi Yusiflə Məryəmə yaxınlaşır. Yehova Allah ona bildirmişdi ki, o, ölməmişdən qabaq vəd edilmiş Məsihi görəcək. Həmin gün müqəddəs ruh Şəmunu məbədə yönəldir və o, orada Yusiflə Məryəmə rast gəlir. Şəmun körpəni qucağına alır.

Şəmun uşağı qucağında tutub Allaha şükür edir: «Ya Külli-İxtiyar Allah! Dediyin kimi, indi qulun qəbrə arxayın gedə bilər, çünki xilas yolunu öz gözlərimlə gördüm, o yolu ki Sən bütün xalqların önündə hazırladın. O, xalqların gözündəki duvağı qaldıran işıqdır, xalqın İsrailin şərəfidir» (Luka 2:29—32).

Yusiflə Məryəm bunları eşidəndə heyrətlənirlər. Sonra Şəmun onlara xeyir-dua verib Məryəmə deyir ki, onun oğlu «İsraildə bir çoxlarının yıxılması və yenidən qalxması üçündür» və kədər Məryəmin qəlbini iti qılınc kimi yarıb keçəcək (Luka 2:34).

Həmin gün 84 yaşlı qadın peyğəmbər Hənnə də orada idi. Ümumiyyətlə, o, həmişə məbədə olur. Hənnə Yusifə, Məryəmə və körpə İsaya yaxınlaşır. O, Allaha şükür etməyə və hər kəsə İsa haqqında danışmağa başlayır.

Yusif və Məryəm məbəddə baş verənləri görüb hədsiz sevinirlər. Bütün bunlar bir daha onları əmin edir ki, İsa Allahın vəd etdiyi övladdır!

  • İsraildə oğlan uşaqlarına nə vaxt ad qoyurdular?

  • İsraildə oğlan uşağı qırxgünlük olanda ana nə etməli idi və Məryəmin bu tələbi yerinə yetirməsindən onun maddi vəziyyəti haqqında nə öyrənirik?

  • Məbəddə İsanın vəd edilmiş Məsih olduğu kimlərə bəlli olur və onlar bunu necə göstərirlər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş