Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/10 s. 20—23
  • İman və Allah qorxusu bizi cəsarətləndirir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İman və Allah qorxusu bizi cəsarətləndirir
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • İmansız və cəsarətsiz xalq
  • ‘Geri çəkilməyin’
  • Sadəcə Allahın mövcudluğuna inanmaq kifayət deyil
  • ‘Allaha məqbul’ insan
  • Allah qorxusundan irəli gələn cəsarət
  • «Cəsarətli və çox möhkəm ol»
    Gözətçi qülləsi 2012
  • Cəsarətli ol, Allahın Yehova səninlədir!
    Gözətçi qülləsi 2013
  • Bu sıxıntılı vaxtlarda Allahla yeriyin
    Gözətçi qülləsi 2005
  • Allahsız dünyada yaşayaraq, Xənok Allahın yolu ilə gedirdi
    Gözətçi qülləsi 2001
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/10 s. 20—23

İman və Allah qorxusu bizi cəsarətləndirir

‘Cəsarətli və möhkəm ol. Allahın Rəbb səninlədir’ (YEŞUA 1:9).

1, 2. a) İnsan gözü ilə baxanda israillilərin Kən’an xalqları üzərində qələbə qazanmağa ümidləri var idimi? b) Yehova Yeşuanı nəyə əmin etdi?

ERAMIZDAN əvvəl, 1473-cü ildə İsrail xalqı Və’d edilmiş diyara daxil olmağa hazırlaşırdı. Musa qarşıda duran çətinlikləri onlara xatırladaraq dedi: ‘Bu gün sizdən daha böyük, daha qüdrətli millətlərin torpaqlarını irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Onların şəhərləri böyük, hasarları göylərə çatır. Bu güclü, ucaboy xalq Anaqlılardır. Onların barələrində belə eşitmisiniz: «Anaqlıların qarşısında kim dayana bilər?»’ (Qanunun təkrarı 9:1, 2). Bəli, bu nəhəng döyüşçülər xalq arasında zərb-məsələ çevrilmişdi. Bundan əlavə, bə’zi Kən’an xalqları yaxşı silahlanmışdılar, onların ordularında atlar və təkərlərində dəmir dəryazları olan döyüş arabaları var idi (Hakimlər 4:13).

2 Bu xalqlardan fərqli olaraq, israillilər köləlikdən azad edilmiş, 40 il də səhrada yaşamışdılar. İnsan gözü ilə baxanda onların qələbə qazanmağa ümidləri çox az idi. Lakin Musa iman gözü ilə Yehovanın Öz xalqına başçılıq etdiyini ‘görürdü’ (İbranilərə 11:27). O, israillilərə dedi: ‘Önünüzdə gedən Allahınız Rəbb onları qıracaq, qarşınızda boyun əydirəcək’ (Qanunun təkrarı 9:3; Məzmur 33:16, 17). Musanın ölümündən sonra Yehova Yeşuanı əmin etdi ki, ona dayaq olacaq. O dedi: «Qalx, sən və bütün bu xalq İordan çayını keçib İsrail övladlarına verəcəyim torpağa gedin. Bütün ömrün boyu heç kəs sənə qarşı çıxa bilməyəcək. Musa ilə olduğum kimi səninlə də olacağam» (Yeşua 1:2, 5).

3. Yeşuanın imanını və cəsarətini möhkəmləndirən nə idi?

3 Yeşua Yehovadan dəstək və rəhbərlik almaq üçün Qanunu oxumalı, üzərində düşünməli və ona riayət etməli idi. Yehova dedi: «Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan. Sənə cəsarətli və möhkəm olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir» (Yeşua 1:8, 9). Yeşua Yehovanın sözlərinə qulaq asdığı üçün cəsarətli, möhkəm və onun yolu uğurlu oldu. Əfsuslar olsun ki, Yeşuanın müasirlərinin əksəriyyəti Allahın sözlərinə əhəmiyyət vermədi. Bunun nəticəsində, onlar müvəffəqiyyətsizliyə uğradılar və səhrada öldülər.

İmansız və cəsarətsiz xalq

4, 5. a) On kəşfiyyatçının əhval-ruhiyyəsi Yeşua və Kalevin əhval-ruhiyyəsindən nə ilə fərqlənirdi? b) Xalq imansızlıq göstərəndə Yehova hansı hissləri keçirirdi?

4 Bu hadisələrdən qırx il əvvəl, israillilər ilk dəfə Kən’anın sərhədlərinə yaxınlaşanda, Musa diyarı yoxlamaq üçün 12 kəşfiyyatçı göndərdi. Kəşfiyyatçılardan onu qorxu içində geri qayıtdı. Onlar qışqırırdılar: «Orada gördüyümüz hər kəs uca boyludur. Orada nəhəng adamların nəslindən olan Anaqlıları gördük. Onların yanında özümüzü çəyirtkə boyda hiss etdik». Doğurdanmı təkcə anaqlılar yox, orada yaşayan «hər kəs» də nəhəng idi? Xeyr. Anaqlılar Daşqından qabaq yaşamış nəhəng adamların nəslindən idilərmi? Əsla yox! Onların bu şişirtmələri ucbatından bütün xalqı qorxu bürüdü. İsraillilər hətta Misirə, köləlikdə olduqları ölkəyə qayıtmaq istədilər! (Saylar 13:31–14:4).

5 Lakin kəşfiyyatçılardan ikisi, Yeşua və Kalev Və’d edilmiş diyara girməyə can atırdılar. Onlar deyirdilər: «Onları məğlub edə bilərik. Müdafiəçiləri onları atıb getmişdir, amma Rəbb bizimlədir. Onlardan qorxmayın!» (Saylar 14:9). Yeşua və Kalevin nikbinliyi əsassız idimi? Yox! Yeşua və Kalev bütün xalq ilə birgə Yehovanın Misir padşahlığını və onun allahlarını On bəla vasitəsilə alçaltdığının şahidi olmuşdular. Onlar, həmçinin Yehovanın fir’onu və onun ordusunu Qırmızı dənizdə batırdığını da görmüşdülər (Məzmur 136:15). Aydın olur ki, on kəşfiyyatçının və onların sözünə uyanların qorxuya düşməsi üzürsüz idi. «Nə vaxtadək bu xalq Mənə hörmətsizlik edəcək? Aralarında etdiyim əlamətləri görə-görə nə vaxta qədər Mənə iman gətirməyəcəklər?», — deyə Yehova dərindən kədərləndiyini bildirdi (Saylar 14:11).

6. Cəsarət imanla necə bağlıdır və bizim günlərdə bu nədən aydın olur?

6 Yehova problemin kökünü üzə çıxartdı, xalqın ürəksizliyi imanlarının çatışmadığını nümayiş etdirirdi. Bəli, iman və cəsarət bir-birindən ayrılmazdır. Onların arasındakı sıx bağlılıq həvari Yəhyanın sözlərindən görünür. O, məsihçi yığıncağı və onun apardığı ruhani müharibə haqda yazırdı: «Dünyaya qalib gələn zəfər budur: imanımız» (1 Yəhya 5:4). Bizim günlərdə Yeşuanın və Kalevin imanına bənzər iman, aralarında cavan və yaşlı, sağlam və ya səhhəti zəif olan altı milyondan artıq Yehovanın Şahidini Padşahlıq haqqında xoş xəbəri təbliğ etməyə sövq edir. İndiyədək heç bir düşmən bu qüdrətli, cəsarətli ordunu susdura bilməmişdir (Romalılara 8:31).

‘Geri çəkilməyin’

7. ‘Geri çəkilmək’ ifadəsi nə deməkdir?

7 Yehovanın xidmətçiləri Pavel kimi xoş xəbəri cəsarətlə təbliğ edirlər. O yazmışdı: «Biz... geri çəkilib, həlak olanlardan deyilik; iman edib, canlarının xilasına nail olanlardanıq» (İbranilərə 10:39). Pavelin qeyd etdiyi ‘geri çəkilmək’ ifadəsi ani qorxuya düşmək demək deyil, çünki Allahın bir çox sadiq xidmətçilərinin həyatında vaxtaşırı belə anlar olur (1 Şamuel 21:12; 1 Padşahlar 19:1-4). Bir Müqəddəs Kitab lüğətində izah edilir ki, bu ifadə «dönmək, uzaqlaşmaq, imandan zəif yapışmaq» mə’nasını daşıyır. Həmin lüğətdə, həmçinin qeyd edilir ki, ‘geri çəkilmək’, məcazi mə’nada «yelkəni endirərək» Allaha xidmətdə «sür’əti azaltmaq» kimi də işlənə bilər. Əlbəttə ki, möhkəm imanları olanlar tə’qiblərə mə’ruz qalanda, xəstələnəndə və ya digər sınaqlarla üzləşəndə «sür’ətlərini azaltmaq» niyyətində deyillər. Onlar xidmətlərində irəliləyiş edir və Yehovanın onların qayğısına qaldığına və məhdudiyyətlərindən xəbərdar olduğuna əmindirlər (Məzmur 55:22; 103:14). Sənin də belə imanın varmı?

8, 9. a) Yehova erkən məsihçilərin imanını necə möhkəmləndirdi? b) İmanımızı möhkəmləndirmək üçün biz nə edə bilərik?

8 Bir dəfə həvarilər imanlarının çatışmadığını hiss edərək İsadan ‘imanlarını artırmağı’ xahiş etdilər (Luka 17:5). İsa onların səmimi xahişinə cavab verdi və bu, eramızın 33-cü ilinin Pentikost günündə xüsusilə aydın oldu. Həmin gün şagirdlərin üzərinə müqəddəs ruh töküldü və bunun sayəsində onlar Allahın Kəlamını və niyyətini daha yaxşı anladılar (Yəhya 14:26; Həvarilərin işləri 2:1-4). Şagirdlərin imanı möhkəmləndi və onlar fəal təbliğ etməyə başladılar. Müqavimətlərə baxmayaraq, xoş xəbər ‘göy altında olan hər məxluqa təbliğ edildi’ (Koloslulara 1:23; Həvarilərin işləri 1:8; 28:22).

9 Əgər biz də imanımızı möhkəmləndirmək və xidmətdə irəli getmək istəyiriksə, Müqəddəs Kitabı oxumalı, onun üzərində düşünməli və müqəddəs ruh almaq üçün dua etməliyik. Yeşua, Kalev və erkən məsihçilər kimi, yalnız Allahın həqiqətlərini beynimizdə və ürəyimizdə həkk etməklə biz ruhani müharibədə davam gətirmək və qələbə qazanmaq üçün lazımi cəsarət verən iman əldə edəcəyik (Romalılara 10:17).

Sadəcə Allahın mövcudluğuna inanmaq kifayət deyil

10. Həqiqi imana sahib olmaq nə deməkdir?

10 Allahın qədimdəki sadiq xidmətçilərinin nümunələri göstərir ki, cəsarət və dözümü verən iman deyəndə sadəcə Allahın mövcudluğuna inanmaq nəzərdə tutulmur (Yaqub 2:19). İmanlı adam Yehovanı bir şəxsiyyət kimi tanıyır və Ona tam e’tibar etməyi bacarır (Məzmur 78:5-8; Süleymanın məsəlləri 3:5, 6). O, Allahın qanun və prinsiplərinə riayət etməyin öz xeyrinə olduğuna ürəkdən inanır (Yeşaya 48:17, 18). O, həm də Yehovanın bütün və’dlərini yerinə yetirəcəyinə və ‘Onu axtaranlara mükafat verəcəyinə’ tam əmindir (İbranilərə 11:1, 6; Yeşaya 55:11).

11. Yeşua ilə Kalevə iman və cəsarətlərinə görə hansı xeyir-dualar verilmişdir?

11 Belə iman daima inkişaf edir. Öyrəndiyimiz həqiqətləri həyatımızda tətbiq edəndə, faydasını ‘dadanda’, dualarımızın cavablarını ‘görəndə’ və ya Yehovanın rəhbərliyini həyatımızda hiss edəndə imanımız daha çox möhkəmlənir (Məzmur 34:8; 1 Yəhya 5:14, 15). Biz əmin ola bilərik ki, Yeşua və Kalev Allahın xeyirxahlığını daddıqca onların imanı daha dərin kök salırdı (Yeşua 23:14). Məsələn, Allahın və’d etdiyi kimi, onlar səhrada 40 il dolaşandan sonra sağ qaldılar (Saylar 14:27-30; 32:11, 12). Onlar Kən’anın altıillik istilasında fəal iştirak etmiş, Allah onlara uzun ömür və can sağlığı vermiş, onlar hətta şəxsi torpaq sahəsi almışdılar. Yehova Ona sadiq qalanları və cəsarətlə xidmət edənləri səxavətlə mükafatlandırır (Yeşua 14:6, 9-14; 19:49, 50; 24:29).

12. Yehova Öz «kəlamını» hansı mə’nada ‘üstün tutur’?

12 Yehovanın Yeşua və Kalevə bəslədiyi sevgi dolu xeyirxahlığı məzmurçunun sözlərini yadımıza salır: «İsmini, kəlamını hər şeydən [«kəlamını ismindən», YD] üstün tutmusan» (Məzmur 138:2). Yehova və’dlərinə adı ilə zamanət verəndə, və’dlərinin yerinə yetməsi gözlədiyimizdən artıq olur (Efeslilərə 3:20). Bəli, Yehova heç vaxt Ondan ‘zövq alanların’ ümidini boşa çıxarmır (Məzmur 37:3, 4).

‘Allaha məqbul’ insan

13, 14. Nəyə görə Xanoka iman və cəsarət lazım idi?

13 Məsihçilik dövründən əvvəl yaşamış Allahın digər sadiq şahidi Xanoka diqqət yetirək. Onun da nümunəsi bizə iman və cəsarətə aid çox şey öyrədə bilər. Peyğəmbərlik etməyə başlamazdan əvvəl o, ehtimal ki, iman və cəsarətinin sınaqdan keçiriləcəyini bilirdi. Xanok bunu haradan bilirdi? Yehova Eden bağında Şeytan İblisin xidmətçilərilə Öz xidmətçiləri arasında düşmənçilik olacağını bildirmişdi (Yaradılış 3:15). Xanok bu ədavətin bəşər tarixinin başlanğıcında — Qabil, qardaşı Habili öldürəndə meydana çıxdığını bilirdi. Maraqlıdır ki, onların atası Adəm, Xanok anadan olandan sonra təxminən 310 il yaşamışdı (Yaradılış 5:3-18).

14 Bunlara baxmayaraq, cəsarətli Xanok «Allaha yaxın oldu» və Yehovaya qarşı söylədikləri bütün ‘sərt sözlərə’ görə müasirlərini mühakimə etdi (Yaradılış 5:22; Yəhuda 14, 15). Xanok həqiqi ibadəti cəsarətlə müdafiə etdiyi üçün, ehtimal ki, onun çoxlu düşmənləri var idi, bu isə Xanokun həyatını təhlükə qarşısına qoyurdu. Buna görə də, Yehova onu ölüm əzabından qurtartdı. Xanok ‘Allaha məqbul olduğuna dair şəhadət aldıqdan’ sonra, Yehova onu həyatdan ölümə ‘köçürdü’. Görünür, bu zaman Yehova ona peyğəmbərlik rö’yası verərək onu xüsusi vəziyyətə qərq etmişdir (İbranilərə 11:5, 13; Yaradılış 5:24).

15. Xanok Yehovanın müasir xidmətçiləri üçün hansı gözəl nümunəni qoymuşdur?

15 Xanokun ‘köçürülməsini’ qeyd etdikdən sonra Pavel, ‘iman etmədən Allaha məqbul olmağın qeyri-mümkünlüyünü’ yazmaqla imanın vacibliyini bir daha vurğuladı (İbranilərə 11:6). İman Xanoka Yehova ilə yerimək və Onun hökm xəbərini allahsız insanlara e’lan etmək üçün cəsarət verirdi. Beləliklə Xanok bizim üçün gözəl nümunə qoymuşdur. Biz də həqiqi ibadətə qarşı çıxan və hər cür pisliklə dolu dünyada Xanokun işinə bənzər bir iş görürük (Məzmur 92:7; Matta 24:14; Vəhy 12:17).

Allah qorxusundan irəli gələn cəsarət

16, 17. Avdiya kim idi və o hansı vəziyyətə düşmüşdü?

16 İmanla bərabər Allah qarşısında ehtiram dolu qorxu bizi cəsarətləndirir. Gəlin İlyas peyğəmbərin və İsrailin şimal padşahlığında hökmranlıq edən Axavın dövründə yaşamış və Allahdan qorxan insanın gözəl nümunəsinə nəzər salaq. Axavın padşahlığı dövründə Baala ibadət misli görünməmiş miqyasda yayılmışdı. Baalın 450, Aşeranın isə 400 peyğəmbəri Axavın arvadı ‘İzevelin süfrəsində yemək yeyirdi’. Aşera bütləri kişi cinsiyyət üzvünün rəmzi idi (1 Padşahlar 16:30-33; 18:19).

17 Yehovanın barışmaz düşməni İzevel həqiqi ibadətin kökünü İsraildən kəsmək istəyirdi. O, Yehovanın bə’zi peyğəmbərlərini öldürmüşdü, hətta İlyası da öldürmək istəyirdi. Lakin İlyas Yehovanın göstərişinə əməl edərək İordan çayının o tayına qaçdı (1 Padşahlar 17:1-3; 18:13). Şimali padşahlıqda həqiqi ibadətdə qalmağın nə qədər çətin olduğunu təsəvvür edə bilərsənmi? Bəs əgər sən padşah sarayında xidmət edirsənsə, onda necə? Allahdan qorxan və Axavın saray rəisi olan Avdiya məhz belə vəziyyətə düşmüşdüa (1 Padşahlar 18:3).

18. Avdiya nəyin sayəsində Yehovanın görkəmli xidmətçisi olmuşdur?

18 Sözsüz, Avdiya Yehovaya ibadət edərkən ehtiyatlı idi və müdrikliklə davranırdı. Lakin o imanından dönmədi. 1 Padşahlar 18:3 ayəsində deyilir: «Avdiya Rəbdən çox qorxurdu». Həqiqətən də, Avdiyanın Allah qarşısında böyük qorxusu var idi! Allah qarşısında sağlam qorxu onu çox cəsarətləndirirdi. Bu, İzevel Yehovanın peyğəmbərlərini öldürdükdən dərhal sonra etdiyi hərəkətindən aydın görünür.

19. Avdiyanın gördüyü hansı iş onun cəsarətli insan olduğunu göstərir?

19 Biz oxuyuruq: «İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman Avdiya peyğəmbərlərdən yüz nəfəri aparıb onları əlli-əlli olaraq mağaralarda gizlətmiş, çörək və su ilə tə’min etmişdi» (1 Padşahlar 18:4). Yüz nəfəri gizlicə yedizdirməyin nə qədər təhlükəli bir iş olduğunu təsəvvür edin. Avdiyanın bu hərəkəti yalnız Axavın və İzevelin deyil, saraya tez-tez gəlib-gedən 850 yalançı peyğəmbərin də nəzərinə çarpa bilərdi. Bundan savayı, İsraildə yaşayan bir çox bütpərəstlər də, kəndlidən tutmuş rəisədək, Avdiyanın işinin üstünü açmaq, bununla da padşahın və mələkənin rəğbətini qazanmaq üçün heç bir imkanı əldən verməzdilər. Buna baxmayaraq, Avdiya bütün bu bütpərəstlərin düz gözünün qabağında cəsarətlə Yehovanın peyğəmbərlərinin qayğısına qalırdı. Allah qorxusu necə də böyük qüvvədir!

20. Allah qorxusu Avdiyaya necə kömək etdi və onun nümunəsi sənə necə kömək edir?

20 Bəli, Avdiya Allahdan qorxduğu üçün cəsarətli insan idi, buna görə də Yehova onu düşmənlərindən müdafiə etdi. Süleymanın məsəlləri 29:25 ayəsində deyilir: «İnsandan qorxan özünü tələyə salar, amma Rəbbə güvənən arxayın yaşar». Avdiya heç də qeyri-adi insan deyildi; o, işinin üstünün açılacağından və öldürüləcəyindən qorxurdu. Biz də onun yerində olsaydıq həmin hissləri keçirərdik (1 Padşahlar 18:7-9, 12). Buna baxmayaraq, Allah qorxusu insan qarşısında qorxuya üstün gəlməkdə ona kömək edirdi. Avdiya hər birimiz, xüsusilə də azadlığını, hətta həyatını itirmək təhlükəsi ilə qarşılaşaraq Yehovaya xidmət edənlər üçün çox gözəl nümunədir (Matta 24:9). Gəlin hamımız «Allaha məqbul ehtiram və ixlaskarlıqla» xidmət edək (İbranilərə 12:28).

21. Növbəti məqalədə nə müzakirə olunacaq?

21 İman və Allah qorxusu bizə cəsarətli olmağa kömək edən yeganə xüsusiyyətlər deyil; məhəbbət hətta daha böyük qüvvədir. «Allah bizə qorxaqlıq ruhu deyil, qüdrət, məhəbbət və nəfsə hakim olmaq ruhu vermişdir», — deyə, həvari Pavel yazırdı (2 Timoteyə 1:7). Növbəti məqalədə, bu çətin günlərdə Allaha cəsarətlə xidmət etmək üçün məhəbbətin bizə necə kömək etdiyini görəcəyik (2 Timoteyə 3:1).

[Haşiyə]

a Bu, peyğəmbər Avdiya deyil.

Cavab verə bilərsinizmi?

• Yeşua və Kalev nəyin sayəsində cəsarətli idilər?

• Həqiqi iman nədir?

• Allahın hökm xəbərini cəsarətlə bəyan etməyə Xanoka nə kömək edirdi?

• Allah qorxusu cəsarətli olmağımıza necə kömək edir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş