Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/2 s. 10—14
  • «Cəsarətli və çox möhkəm ol»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Cəsarətli və çox möhkəm ol»
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • ALLAHSIZ DÜNYADA CƏSARƏTLİ ŞAHİDLƏR
  • İMAN VƏ CƏSARƏT NÜMUNƏLƏRİ
  • ALLAHA XİDMƏT EDƏN MƏRD QADINLAR
  • SÖZLƏRİMİZ İNSANLARI CƏSARƏTLƏNDİRƏ BİLƏR
  • CƏSARƏTLİ MƏLİKƏ ESTER
  • «QORXMA»
  • «CƏSARƏTLİ OL!»
  • «Cəsur ol,.. işə başla!»
    Gözətçi qülləsi 2017
  • Cəsarətli ol, Allahın Yehova səninlədir!
    Gözətçi qülləsi 2013
  • Cəsur olmaq mümkündür
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Qüvvətli və cəsarətli olun!
    Gözətçi qülləsi 2003
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/2 s. 10—14

«Cəsarətli və çox möhkəm ol»

«Cəsarətli və çox möhkəm ol... çünki Allahın Rəbb... səninlədir» (YEŞUA 1:7—9).

NECƏ CAVAB VERƏRDİN?

Xanok və Nuh necə cəsarət göstərirdilər?

Qədimdə yaşayan bəzi qadınlar iman və cəsarətlə bağlı bizə hansı nümunəni qoyublar?

Sənə güclü təsir bağışlayan cəsarətli gənclər kimlərdir?

1, 2. a) Həyatda düzgün olanı etmək üçün bəzən hansı xüsusiyyət lazımdır? b) Biz indi nəyi araşdıracağıq?

CƏSARƏT qorxunun, utancaqlığın və ürəksizliyin tamamilə əksi olan bir xüsusiyyətdir. Cəsarətli deyildikdə, ağlımıza güclü, şücaətli və mərd insan gələ bilər. Lakin gündəlik həyatda düzgün olanı etmək üçün də bəzən cəsarət tələb olunur.

2 Müqəddəs Kitabda haqqında bəhs olunan insanlardan bəziləri çox çətin şəraitdə böyük cəsarət göstərmişdilər. Digərləri isə bu gün Yehovanın bir çox xidmətçilərinin üzləşdiyi oxşar vəziyyətlərdə cəsarət göstərmişlər. Müqəddəs Kitabın cəsarət nümunələrindən nə öyrənmək olar? Bəs biz necə cəsarətli ola bilərik?

ALLAHSIZ DÜNYADA CƏSARƏTLİ ŞAHİDLƏR

3. Xanokun allahsız insanlara çatdırdığı xəbər nədən ibarət idi?

3 Daşqından əvvəlki dövrdə yaşayan pis insanlara Yehova haqqında şəhadət vermək böyük cəsarət tələb edirdi. Lakin «Adəmdən sonra yeddinci nəsildə doğulmuş Xanok» Allahın növbəti peyğəmbərlik xəbərini insanlar arasında şücaətlə bəyan edirdi: «Budur, Yehova on minlərlə müqəddəs mələyi ilə gəldi ki, hamı üzərində hökmünü icra etsin və bütün allahsızları qorxub-çəkinmədən gördükləri pis işlərinə görə, Allah qorxusu olmayan günah sahiblərini Ona qarşı dedikləri bütün biabırçı sözlərə görə ittiham etsin» (Yəhuda 14, 15). Xanokun bu peyğəmbərliyi artıq həyata keçmiş kimi bəyan etməsi onun yerinə yetəcəyinə zərrə qədər də şübhə etmədiyini göstərirdi. Elə də oldu: bütün allahsız insanlar Daşqın zamanı məhv oldular.

4. Nuh hansı şəraitdə Allahla yeriyirdi?

4 Daşqın eramızdan əvvəl 2370-ci ildə, Xanokun peyğəmbər kimi xidmət etdiyi dövrdən təxminən 650 il sonra baş vermişdi. Bu ərəfədə Nuh dünyaya gəldi, ailə sahibi oldu və oğulları ilə birlikdə gəmi tikdi. Pis mələklər insan cildinə girərək gözəl qadınlardan özlərinə arvad aldılar və onlardan nəhəng insanlar dünyaya gəldi. Üstəlik, insanların şər əməlləri o qədər çoxaldı ki, yer üzü zorakılıqla doldu (Yar. 6:1—5, 9, 11). Bu cür acınacaqlı vəziyyətin hökm sürməsinə baxmayaraq, Nuh «Allahla bir yol gedirdi» və «salehlik təbliğçisi» olaraq cəsarətlə təbliğ edirdi. (2 Peter 2:4, 5 ayələrini oxu.) Axır günlərdə bizə də məhz belə cəsarət lazımdır.

İMAN VƏ CƏSARƏT NÜMUNƏLƏRİ

5. Musa iman və cəsarəti necə təzahür etdirmişdi?

5 Musa təqlid edilməli iman və cəsarət nümunəsidir (İbr. 11:24—27). Eramızdan əvvəl 1513—1473-cü illərdə israilliləri Misirdən çıxartmaq və səhrada onlara bələdçilik etmək üçün Allah Musadan istifadə etmişdi. Musa bu təyinat üçün yararsız olduğunu düşünsə də, onu qəbul etdi (Çıx. 6:12). O və qardaşı Harun dəfələrlə Misirin zülmkar padşahının hüzuruna gələrək Yehovanın On bəlasını cəsarətlə bildirirdilər. Bu bəlalar vasitəsilə Yehova Misir allahlarını alçaltdı və Öz xalqını xilas etdi (Çıx., fəs. 7—12). Allah bu gün bizə kömək etdiyi kimi, ona da kömək etdiyi üçün Musa iman və cəsarət təzahür etdirmişdi (Qanun. t. 33:27).

6. Hakimiyyət orqanları tərəfindən sorğu-suala tutulsaq, cəsarətlə şahidlik verməyə bizə nə kömək edəcək?

6 Musada olan cəsarət bizə də lazımdır, çünki İsa demişdi: «Məndən ötrü sizi hakimlərin və padşahların önünə gətirəcəklər. Beləcə onlara və digər xalqlara şəhadət verəcəksiniz. Sizi məhkəməyə verəndə nədən və ya necə danışacağınız barəsində narahat olmayın, çünki nə demək lazım olduğu sizə həmin an veriləcək. Danışanda tək olmayacaqsınız, Atanızın müqəddəs ruhu sizin vasitənizlə danışacaq» (Mat. 10:18—20). Hakimiyyət orqanları tərəfindən sorğu-suala tutulsaq, Yehovanın ruhu bizə hörmətcil tərzdə, eyni zamanda iman və cəsarətlə şahidlik verməyə kömək edəcək. (Luka 12:11, 12 ayələrini oxu.)

7. Yeşuanın cəsarətli və müvəffəqiyyətli olmasına səbəb nə idi?

7 Musanın xələfi Yeşua Allahın Qanununu müntəzəm araşdırdığı üçün onun möhkəm imanı və cəsarəti vardı. Eramızdan əvvəl 1473-cü ildə İsrail xalqı Vəd edilmiş diyarın astanasında dururdu. Bu zaman Allah əmr etdi: «Cəsarətli və çox möhkəm ol». Yeşua Qanuna uyğun davrandığı təqdirdə müdrik davranacaq və uğur qazanacaqdı. Allah ona demişdi: «Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir» (Yeşua 1:7—9). Bu sözlər Yeşuanı necə də ürəkləndirmişdi! Şübhə yoxdur ki, Allah onunla idi və Vəd edilmiş diyarın böyük hissəsini cəmi-cümlətanı altı ilə, yəni eramızdan əvvəl 1467-ci ilədək istila edilməsi buna bir sübutdur.

ALLAHA XİDMƏT EDƏN MƏRD QADINLAR

8. Rahab iman və cəsarət təzahür etdirməkdə hansı nümunəni qoyub?

8 Keçmişdə bir çox qadınlar Yehovaya xidmətdə mərdlik göstərmişlər. Məsələn, Yerixo şəhərində yaşayan fahişə Rahab Allaha iman təzahür etdirmişdi: o, cəsarət göstərərək Yeşuanın göndərdiyi iki kəşfiyyatçını gizlətmiş, sonra isə onları axtaran padşahın adamlarını səhv istiqamətə yönəltmişdi. İsraillilər Yerixo şəhərini ələ keçirəndə o, ailəsi ilə sağ qaldı. Rahab pis həyat tərzindən əl çəkib Yehovanın sadiq xidmətçisi oldu və hətta Məsihin ulu nənəsi olmaq şərəfinə layiq görüldü (Yeşua 2:1—6; 6:22, 23; Mat. 1:1, 5). İman və cəsarəti ona böyük xeyir-dualar gətirdi!

9. Devora, Baraq və Yael necə şücaət göstəriblər?

9 Yeşua eramızdan əvvəl təxminən 1450-ci ildə vəfat etdikdən sonra İsraildə hakimlər dövrü başladı. Kənan padşahı Yavin 20 il İsrail xalqına zülm edib, əziyyət verirdi. Həmin ərəfədə Yehova qadın peyğəmbər Devora vasitəsilə hakim Baraqa bu padşahla döyüşməyi əmr etdi. Baraq 10 000 nəfər adamı Tavor dağına yığdı. Yavinin ordu başçısı Sisra ordusu və 900 döyüş arabası ilə Qişon vadisinə gəldi. İsraillilər vadiyə daxil olanda Allah elə etdi ki, çay qəflətən öz məcrasından çıxdı və döyüş meydançası bataqlığa çevrildi. Belə vəziyyətdə kənanlıların döyüş arabaları artıq işə yaramırdı. Baraqın adamları döyüşdə qalib gəldilər, «Sisranın bütün ordusu [isə] qılıncdan keçirildi». Sisra qaçıb Yael adlı bir qadının çadırında gizləndi, lakin o, yuxuya gedəndə qadın onu öldürdü. Devoranın Baraqa qabaqcadan dediyi kimi, bu qələbənin şöhrəti qadının — Yaelin adına yazıldı. Devoranın, Baraqın və Yaelin şücaəti sayəsində İsrail «qırx il rahat yaşadı» (Hak. 4:1—9, 14—22; 5:20, 21, 31). Allahdan qorxan bir çox kişi və qadınlar eyni iman və cəsarət təzahür etdirmişlər.

SÖZLƏRİMİZ İNSANLARI CƏSARƏTLƏNDİRƏ BİLƏR

10. Nəyə görə demək olar ki, sözlərimiz həmimanlılarımızı cəsarətləndirə bilər?

10 Sözlərimiz həmimanlılarımızı cəsarətləndirə bilər. Eramızdan əvvəl 11-ci əsrdə yaşamış padşah Davud oğlu Süleymana nəsihət etmişdi: «Möhkəm və cəsarətli ol, bu işi gör, qorxma və ruhdan düşmə, çünki Rəbb Allah, mənim Allahım səninlədir. O, Rəbbin məbədinin bütün xidmət işi sona çatmamış səni atmaz və tərk etməz» (1 Saln. 28:20). Süleyman cəsarətlə davrandı və Yerusəlimdə Yehova üçün möhtəşəm bir məbəd inşa etdi.

11. İsrailli qızcığazın cəsarətlə dediyi sözlər bir insanın həyatını necə dəyişdi?

11 Eramızdan əvvəl onuncu əsrdə israilli qızcığazın cəsarətlə dediyi sözlər bir cüzamlı üçün əsil xeyir-dua oldu. İsrailə soxulan quldur dəstəsi bu uşağı Suriyaya əsir aparmışdı və o, cüzama tutulmuş ordu başçısı Naamanın qulluqçusu olmuşdu. Yehovanın Elişa vasitəsilə göstərdiyi möcüzələrindən xəbəri olan bu qız Naamanın arvadına dedi ki, əri İsrailə getsə, həmin peyğəmbər onu sağaldacaq. Onun dediyi kimi davranan Naaman möcüzəvi şəkildə xəstəliyindən şəfa tapıb Yehovanın xidmətçisi oldu (2 Pad. 5:1—3, 10—17). Əgər sən gəncsənsə və bu qız kimi Yehovanı sevirsənsə, O, müəllimlərinə, sinif yoldaşlarına və başqalarına təbliğ etməyin üçün sənə də cəsarət verə bilər.

12. Padşah Xizqiyanın sözləri onun təbəələrinə necə təsir etdi?

12 Təhlükəli vəziyyətlə üz-üzə gələn insana deyilən düşünülmüş sözlər ona ürək-dirək verə bilər. Eramızdan əvvəl səkkizinci əsrdə assuriyalılar Yerusəlimə hücum etməyə hazırlaşanda Xizqiya padşah təbəələrinə dedi: «Möhkəm və cəsarətli olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür. Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Bu sözlər xalqa necə təsir etdi? «Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi» (2 Saln. 32:7, 8). Biz təqib olunanda belə sözlər həm bizə, həm də həmimanlılarımıza cəsarət verə bilər.

13. Axavın saray rəisi Avdiya cəsarətli olmaqda bizə hansı nümunəni qoyub?

13 Bəzən susmaq üçün də cəsarət tələb olunur. Eramızdan əvvəl onuncu əsrdə padşah Axavın saray rəisi Avdiya cəsarətlə Yehovanın yüz peyğəmbərini «əlli-əlli... mağaralarda» gizlədirdi ki, zalım məlikə İzebel onları öldürməsin (1 Pad. 18:4). Avdiya kimi, Yehovanın bir çox müasir sadiq xidmətçiləri həmimanlıları barədə məlumatları təqibçilərə söyləməkdən imtina etməklə cəsarət göstərmiş olurlar.

CƏSARƏTLİ MƏLİKƏ ESTER

14, 15. Məlikə Esterin imanı və cəsarəti nədən görünürdü?

14 Eramızdan əvvəl beşinci əsrdə qəddar Haman bütün Fars imperiyasında yəhudilərin kökünü kəsmək planını quranda məlikə Ester böyük cəsarət və iman təzahür etdirmişdi. Təəccüblü deyil ki, bundan xəbər tutan xalq dərin kədərə qərq olmuşdu, onlar oruc tutub, sidqi-ürəkdən dua edirdilər (Est. 4:1—3). Məlikə Ester çox narahatçılıq keçirirdi. Onun əmisi oğlu Mordokay bu fərmanın surətini Esterə göndərdi və ona padşahın yanına gedib xalq üçün yalvarmasını istədi. Lakin padşahın çağırışı olmadan onun hüzuruna gələn hər kəsi ölüm gözləyirdi (Est. 4:4—11).

15 Buna baxmayaraq, Mordokay Esterə dedi: «Əgər sən susarsansa, Yəhudilərə yardım və qurtuluş başqa yerdən gələcək... Kim bilir, bəlkə elə bu gün üçün sən mələkəliyə çatmısan?» Ester Mordokaydan Şuşan şəhərində olan bütün yəhudiləri toplayıb onun üçün oruc tutmağı xahiş etdi. O dedi: «Mən də... oruc tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm» (Est. 4:12—17). Ester cəsarətlə davrandı və onun adını daşıyan kitabda göstərildiyi kimi, Allah Öz xalqını xilas etdi. Bizim günlərdə də məsh edilmiş məsihçilər və onların həsr olunmuş əməkdaşları sınaqlar zamanı eyni cəsarət göstərirlər və «duaları eşidən» Allah hər zaman onlarladır. (Məzmur 65:2; 118:6 ayələrini oxu.)

«QORXMA»

16. İsa gənclərimiz üçün hansı sahədə gözəl nümunədir?

16 Eramızın birinci əsrində 12 yaşlı İsa bir dəfə məbəddə «müəllimlərin arasında oturub onlara qulaq asır və sual verirdi». «İsanı dinləyənlərin hamısı onun zəkasına və cavablarına valeh olurdu» (Luka 2:41—50). Gənc olmasına baxmayaraq, yaşca özündən böyük olan bu müəllimlərə sual vermək üçün onun kifayət qədər iman və cəsarəti var idi. İsanın nümunəsini yadda saxlamaq yığıncaqdakı gənclərə onlardan izahat tələb edən hər kəsin qarşısında ümidlərini müdafiə etmək üçün yaranan fürsətlərdən istifadə etməyə kömək edəcək (1 Pet. 3:15).

17. Nəyə görə İsa davamçılarını cəsur olmağa təşviq edirdi və bizə nə üçün cəsarət lazımdır?

17 İsa başqalarını qorxmamağa təşviq edirdi (Mat. 9:2, 22). O, şagirdlərinə demişdi: «Elə bir vaxt gəlir ki, artıq gəlib də, hamınız məni tək qoyub evinizə dağılışacaqsınız. Ancaq mən tək qalmayacağam, çünki Atam mənimlədir. Bunu sizə ona görə dedim ki, mənim sayəmdə qəlb rahatlığı tapasınız. Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim» (Yəh. 16:32, 33). Dünya İsanın erkən davamçılarına nifrət etdiyi kimi, bizə də nifrət edir. Lakin gəlin heç vaxt bu dünya kimi olmayaq! Allahın Oğlunun cəsarəti üzərində düşünmək bizə özümüzü bu dünyadan ləkəsiz saxlamağa kömək edəcək. İsa dünyaya qalib gəldi. Bu, bizdə də alınacaq! (Yəh. 17:16; Yaq. 1:27).

«CƏSARƏTLİ OL!»

18, 19. Həvari Pavel iman və cəsarəti necə təzahür etdirirdi?

18 Həvari Pavel bir çox sınaqlara tab gətirmişdi. Bir dəfə o, Yerusəlimdə olanda yəhudilər ona hücum etmək istəyirdilər. Roma əsgərləri özlərini vaxtında çatdırmasaydılar, onlar Paveli parça-parça edərdilər. «Gecə Ağamız Pavelin yanında durub dedi: “Cəsarətli ol! Necə ki, mənim haqqımda Yerusəlimdə ətraflı şəhadət verirsən, Romada da eləcə şəhadət verməlisən”» (Həv. iş. 23:11). Pavel məhz belə də etdi.

19 Pavel Korinfdəki yığıncağı parçalamağa çalışan «görkəmli [həvariləri]» qorxmadan tənbeh edirdi (2 Kor. 11:5; 12:11). Onlardan fərqli olaraq, Pavel əsil həvari olduğunu sübut edə bilərdi: o, dəfələrlə həbsxanaya düşmüş, döyülmüş, təhlükəli səfərlərdə olmuş, digər təhlükələrlə üzləşmiş, ac-susuz və yuxusuz qalmış, eləcə də həmimanlılarının fikrini çəkmişdi. (2 Korinflilərə 11:23—28 ayələrini oxu.) Pavelin göstərdiyi iman və cəsarət bu qüvvənin Allahdan olduğuna dəlalət edir.

20, 21. a) Həyatdakı çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün bizə cəsarətin lazım olduğunu göstərən bir nümunə çək. b) Hansı vəziyyətlərdə cəsarət göstərmək lazımdır və biz nəyə əmin ola bilərik?

20 Həqiqi məsihçilərin hamısı şiddətli təqiblərə məruz qalmır. Bununla belə, hər birimizə gündəlik problemlərin öhdəsindən gəlmək üçün cəsarət gərəkdir. Braziliyada yaşayan və vaxtilə quldur dəstəsinin üzvü olmuş bir gənc qardaşın nümunəsinə nəzər salaq. Müqəddəs Kitabı öyrənərkən o başa düşdü ki, həyatında dəyişiklik etməlidir. Lakin dəstəni tərk edənlər, adətən, öldürülürdü. O dua etdi və Müqəddəs Kitab əsasında dəstə başçısına nə üçün dəstəni tərk etmək istədiyini izah etdi. Gənc oğlan heç bir problem olmadan dəstədən çıxdı və buna görə ondan qisas almadılar. Sonra o, təbliğçi oldu.

21 Xoş xəbəri təbliğ etmək üçün cəsarət gərəkdir. Məktəbdə oxuyan gənc məsihçilərə nöqsansızlıqlarını qorumaq üçün cəsarət lazımdır. Başdan axıra qədər konqreslərdə iştirak etmək üçün işdən icazə almaq da cəsarət tələb edir. Bunun kimi nə qədər istəsəniz vəziyyətlər sadalamaq olar. Üzləşdiyimiz sınaqlardan asılı olmayaraq, Yehova «imanla edilən» dualarımızı cavabsız qoymayacaq (Yaq. 5:15). Şübhə yoxdur ki, O, bizə Öz müqəddəs ruhundan verə bilər ki, «cəsarətli və çox möhkəm» olaq!

[11-ci səhifədəki şəkil]

Xanok Allahsız dünyada cəsarətlə təbliğ edirdi

[12-ci səhifədəki şəkil]

Yael cəsarətli və möhkəm idi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş