Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 94
  • Dua və təvazökarlığın vacibliyi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dua və təvazökarlığın vacibliyi
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Lazım olan iki şey — dua və təvazökarlıq
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Yehova ədaləti bərpa edəcəkdir
    Gözətçi qülləsi 2007
  • «Özünüzü fəriseylərin mayasından... gözləyin»
    Gözətçi qülləsi 2012
  • Özünü öymək düzgündür?
    Böyük Müəllimdən öyrən
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 94

Fəsil 94

Dua və təvazökarlığın vacibliyi

İSA MƏSİH əvvəllər Yəhudeyada olarkən israrla dua etməyin vacibliyini göstərən bir məsəl danışmışdı. İndi Yerusəlimə sonuncu səfəri zamanı o, daima dua etməyin vacibliyini bir daha vurğulayır. Görünür, İsa hələ də Samariyada, yaxud Qalileyada olanda şagirdlərinə belə bir məsəl danışır:

«Bir şəhərdə Allahdan qorxmayan və insanları saymayan bir hakim vardı. Orada həmçinin bir dul qadın da yaşayırdı. Bu qadın daima hakimin yanına gedib: “Mənimlə rəqibim arasında ədalətli hökm çıxar”, — deyirdi. Hakim bir müddət ona kömək etmirdi, amma sonradan öz-özünə dedi: “Düzdür, Allahdan qorxmuram, insanları da saymıram, amma bu dul qadının gəlib-getməyi məni lap boğaza yığdı. Gərək onun işi ilə əlaqədar ədalətli hökm çıxarım ki, daha gəlib baş-beynimi aparmasın”».

Sonra İsa məsəlin məğzini açıqlayır: «Görürsünüz, haqq-nahaq tanımayan hakim nə dedi?! Əgər o belə etdisə, məgər səbirli Allah Ondan gecə-gündüz imdad diləyən seçilmişləri üçün ədaləti bərpa etməyəcək?»

Bu o demək deyil ki, İsa Yehova Allahı ədalətsiz hakimə oxşadır. Xeyr, o demək istəyir ki, əgər ədalətsiz hakim israrla edilən xahişi eşidirsə, ədalətli və xeyirxah Allah Öz xalqının gecə-gündüz etdiyi yalvarışlara mütləq cavab verəcək. Buna görə də İsa deyir: «Bunu bilin ki, Allah onlar üçün ədaləti tezliklə bərpa edəcək».

Çox vaxt fağırlara və kasıblara haqsızlıq edildiyi halda nüfuzlu və varlı adamlara hörmət göstərilir. Allah isə ədalətlidir: O, pis adamları cəzalandıracaq, Öz xidmətçilərinə əbədi həyat bəxş edəcək. Bəs nə qədər insan Allahın ədaləti tezliklə bərpa edəcəyinə inanır?

İsa duanın gücünü və imanı bir-birilə əlaqələndirərək soruşur: «Bəs görəsən, insan Oğlu gələndə yer üzündə belə iman tapacaqmı?» Bu sual cavabsız qalsa da, görünür, İsa bununla demək istəyir ki, Məsih padşahlıq taxtına çıxanda az sayda adamda bu cür iman olacaq.

İsanı dinləyənlər arasında imanı ilə qürurlanan insanlar var. Onlar özlərini saleh hesab edir və başqalarına yuxarıdan aşağı baxırlar. Ola bilsin, İsanın şagirdləri arasında da belələri var. İsa belə adamlara aşağıdakı məsəli söyləyir:

«İki adam dua etmək üçün məbədə girdi. Onlardan biri fərisey, digəri vergiyığan idi. Fərisey durub ürəyində belə dua etdi: “Şükür Sənə, İlahi! Mən qalan adamlar kimi — soyğunçu, haqsız, zinakar və ya bu vergiyığan kimi deyiləm. Həftədə iki dəfə orucumu tuturam, aldığım hər şeyin onda birini verirəm”».

Adətən, fəriseylər başqalarında təəssürat yaratmaq üçün öz salehliklərini nümayiş etdirirlər. Onlar bazar ertəsi və cümə axşamlarını özləri üçün oruc günləri təyin etmiş və hətta kiçik çöl otlarından da ondabir vergisini dəqiqliklə ödəyirlər. Amma adi insanlara həqarətlə baxırlar. Bunu bir neçə ay bundan qabaq Çardaqlar bayramı zamanı dedikləri sözlərdən görmək olar: «Bu lənətə gəlmiş camaatın isə Qanundan xəbəri yoxdur».

Sonra İsa məsəldə belə «lənətə gəlmiş» adamdan danışır: «Vergiyığan isə uzaqda durub gözlərini də göyə qaldırmağa cürət etmirdi, amma peşmançılıqdan sinəsinə vurub deyirdi: “Ya Allah, mən günahkara rəhmin gəlsin”». Vergiyığan öz günahlarını təvazökarlıqla boynuna aldığı üçün İsa deyir: «Bunu bilin ki, bu adam Allahın gözündə o birisindən daha saleh çıxdı. Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək».

Beləliklə, İsa bir daha təvazökarlığın vacibliyini vurğulayır. Onun şagirdləri özlərindən razı fəriseylərin böyük nüfuza malik olduğu, vəzifə və rütbəyə hər zaman önəm verilən bir cəmiyyətdə böyüyüblər. Buna görə də təəccüblü deyil ki, bütün bunlar onlara da təsir etmişdir. Burada İsa həqiqi təvazökarlıq dərsi verir. Luka 18:1—14; Yəhya 7:49.

▪ Ədalətsiz hakim dul qadının xahişini nə üçün yerinə yetirir və İsanın bu məsəlində hansı ibrət var?

▪ İsa Padşah kimi zühur edəndə necə iman axtaracaq?

▪ İsanın fərisey və vergiyığan haqqındakı məsəli kimlərə aiddir?

▪ Fəriseylərin hansı düşüncə tərzi təhlükəlidir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş