Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 20
  • Kana şəhərində ikinci möcüzə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kana şəhərində ikinci möcüzə
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Qanədəki ikinci möcüzə
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Peyğəmbərin ilk möcüzəsi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İlk möcüzə
    İsa Məsihin həyatı və xidməti
  • “Onun saatı hələ çatmamışdı”
    Gözətçi qülləsi 2000
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 20

Fəsil 20

Kana şəhərində ikinci möcüzə

YƏHUDEYADAKI geniş təbliğ işindən sonra İsa Məsih doğma yerlərə qayıdır. Lakin o, bura dincəlmək üçün gəlməyib. İsa burada, Qalileyada daha böyük təbliğ işinə başlayır. Şagirdləri isə ondan ayrılıb öz evlərinə qayıdır və əvvəlki peşələri ilə məşğul olurlar.

İsa hansı mövzuda təbliğ edir? O deyir: «Vaxt yetişdi, Allahın padşahlığı yaxındır. Tövbə edin və xoş xəbərə inanın». Bəs bu xəbər burada necə qarşılanır? Qalileyalılar İsanı qəbul edir, ona hörmət-izzət göstərirlər, amma bunu xoş xəbərə görə etmirlər. Onlardan çoxu bir neçə ay bundan əvvəl Yerusəlimdə, Pasxa bayramında olarkən İsanın möcüzələrini görmüşdülər, ona görə də onu belə yaxşı qarşılayırlar.

Görünür, İsa Məsih Qalileyadakı genişmiqyaslı təbliğ işinə Kana şəhərindən başlayır. Yadınızdadırsa, bir müddət bundan əvvəl İsa Yəhudeyadan qayıdan baş burada, toy ziyafətində suyu şəraba çevirmişdi. Bu səfərki gəliş zamanı başqa hadisə olur. Padşah Hirod Antipanın bir naibinin oğlu bərk xəstələnir. İsanın Yəhudeyadan Kana şəhərinə gəldiyini eşidən naib İsanı tapmaq üçün birbaşa Kapernahumdan bura gəlir. Dərd-qəm içində olan bu ata İsaya yalvarır: «Ağa, nə olar, gəl gedək, qoyma oğlum ölsün».

İsa ona deyir: «Get, oğlun sağaldı». Naib İsanın sözünə inanır və geriyə, Kapernahuma qayıdır. Hələ yolda ikən nökərləri sevinə-sevinə gəlib uşağın sağaldığını ona çatdırırlar! Naib onlardan uşağın nə vaxt sağaldığını soruşur.

Onlar deyirlər: «Dünən günorta saat bir olardı».

Naib başa düşür ki, uşaq İsanın: «Oğlun sağaldı», — dediyi vaxtda sağalıb. Bundan sonra naibin özü və bütün ev əhli İsa Məsihin davamçısı olur.

İsa Yəhudeyadan Kanaya qayıdanda iki dəfə möcüzə göstərməklə bu şəhəri şərəfləndirir. Əlbəttə, bunlar İsanın bu vaxta qədər göstərdiyi möcüzələrin hamısı deyildir. Sadəcə bu möcüzələr İsa Məsihin Qalileyaya qayıtması ilə bağlı olduğu üçün vurğulanır.

İsa indi Nazaretə, evinə gedir. Onu orada nə gözləyir? Yəhya 4:43—54; Mark 1:14, 15; Luka 4:14, 15.

▪ İsa Qalileyaya qayıdanda şagirdlər hara gedirlər və nə ilə məşğul olurlar? Qalileyalılar İsanı necə qəbul edirlər?

▪ İsa hansı möcüzəni göstərir və bunun nəticəsində nə olur?

▪ Kana hansı şərəfə layiq görülür?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş