Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 91
  • Lazar dirilir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Lazar dirilir
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • İlazər dirilir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Hənnanın, sonra da Qayafanın yanına aparılır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Qeyri-qanuni məhkəmə
    İsa Məsihin həyatı və xidməti
  • Butrus İsa Məsihi danır
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 91

Fəsil 91

Lazar dirilir

İSA MƏSİH camaatla birgə Lazarın qoyulduğu sərdabəyə yaxınlaşır. Sərdabə ağzı daşla örtülmüş bir mağaradır. İsa deyir: «Daşı kənara çəkin».

İsanın nə etmək istədiyini başa düşməyən Marta etiraz edir: «Ağa, o, dörd gündür ki, buradadır, indiyə yəqin iylənər».

Ancaq İsa ondan soruşur: «Məgər sənə demədim ki, inansan, Allahın əzəmətini görəcəksən?»

Daşı götürürlər. İsa gözlərini göyə qaldırıb ucadan dua edir: «Ata, çox sağ ol ki, məni eşitdin. Bilirəm, Sən məni həmişə eşidirsən; ancaq bunu burada durmuş camaatdan ötrü dedim ki, məni Sənin göndərdiyinə inansınlar». Bununla İsa göstərmək istəyir ki, onun indi görəcəyi iş Allahın gücü sayəsindədir. Sonra İsa çağırır: «Lazar, çölə çıx!»

Və Lazar çıxır. O, sarğılarla kəfənlənib, üzünü isə dəsmalla örtüblər. İsa deyir: «Kəfənini açın, azad olsun».

Marta ilə Məryəmə başsağlığı verməyə gəlmiş yəhudilərin çoxu bu möcüzəni görəndə İsaya iman gətirirlər. Digərləri isə İsanın nə etdiyini fəriseylərə danışmaq üçün gedirlər. Fəriseylərlə böyük kahinlər dərhal yəhudilərin ali məhkəməsi olan Sinedrionu çağırırlar.

Sinedriona baş kahin (həmin vaxt baş kahin Kayafa idi), həmçinin fəriseylər, sadukeylər, böyük kahinlər və sabiq baş kahinlər daxildir. Onlar deyirlər: «Biz nə edək? Bu adam çoxlu möcüzə göstərir. Onu özbaşına qoysaq, hamı ona inanacaq, onda romalılar gəlib həm məbədimizin, həm də xalqımızın axırına çıxacaqlar».

Din rəhbərləri İsanın «çoxlu möcüzə göstərdiyini» etiraf etsələr də, əslində, onlar öz mövqeləri və vəzifələrindən ötrü narahatdırlar. Lazarın dirilməsi sadukeylər üçün lap ağır zərbə olub, çünki onlar dirilməyə inanmırlar.

Sadukey olduğu ehtimal edilən Kayafa söz alıb deyir: «Siz heç nə bilmirsiniz və bir şeyi başa düşmürsünüz ki, bütün xalqın məhvindənsə, bir adamın ölməsi məhz sizin üçün yaxşıdır».

Bu sözləri Allah Kayafanın dilinə qoyur. Sonralar bu hadisəni nəql edən həvari Yəhya yazır: «O [Kayafa] bu sözləri özündən demədi». Kayafa İsanın ölümünü istəyir, çünki İsa onların nüfuz və hakimiyyətini sarsıdır. Ancaq Yəhyanın dediyi kimi, «İsa yalnız xalq üçün yox, həm də Allahın pərən-pərən olmuş övladlarını bir yerə yığmaq üçün ölür». Bəli, Allahın Oğlu Atasının niyyətinə uyğun olaraq bəşəriyyət uğrunda canını fəda edir.

Sinedrion İsanın ölümünə qərar verir və beləcə, Kayafa istəyinə nail olur. Lakin İsa bu haqda eşidir (ola bilsin, bu məlumatı ona dost münasibəti bəsləyən Sinedrion üzvü Nikodim çatdırır) və oradan çıxıb gedir. Yəhya 11:38—54.

▪ Nəyə görə İsa Lazarı diriltməzdən əvvəl ucadan dua edir?

▪ Lazarın dirilməsinin şahidləri nə edirlər?

▪ Sinedrion üzvlərinin bədxahlığı necə üzə çıxır?

▪ Kayafanın niyyəti nədir? Allah onun vasitəsilə hansı peyğəmbərliyi verir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş