Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/1 s. 31—32
  • Yehovanın sənin üçün etdikləri üzərində düşün

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın sənin üçün etdikləri üzərində düşün
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Hər şey istədiyimiz kimi olmayanda
  • Yehova nələr edib?
  • İsanın yer üzündəki son 40 günündən nə öyrənirik?
    Gözətçi qülləsi 2024
  • İsa sağdır!
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Bütün peyğəmbərliklər Məsihdən bəhs edir
    Gözətçi qülləsi 2005
  • Başqalarına məsuliyyətlərə can atmağı öyrədin
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/1 s. 31—32

Yehovanın sənin üçün etdikləri üzərində düşün

İSANIN dirilməsindən bir neçə gün keçmişdi. Onun iki şagirdi Yerusəlimdən Emmausa gedirdi. «Lukanın müjdəsi»ndə yazılıb: «Şagirdlər aralarında danışarkən İsanın özü yaxınlaşıb onlarla yanaşı getdi. Amma onlar İsanı tanımadılar». İsa onlardan soruşdu: «“Nə barədə danışırsınız?” Şagirdlər dayandılar. Onlar çox qəmgin idilər». Bunun səbəbi nə idi? Şagirdlər ümid edirdilər ki, İsa İsrail xalqını digər millətlərin əsarətindən azad edəcək, amma o edam edildi və onların bütün ümidləri puça çıxdı. Buna görə də onlar qəmgin idilər (Luka 24:15—21; Həv. iş. 1:6).

İsa şagirdləri ilə mülahizə yürütməyə başladı. O, «Musadan və bütün Peyğəmbərlərdən başlayıb Müqəddəs Yazılarda özünə aid olan şeyləri bir-bir onlara izah etdi». Həqiqətən də, İsanın yer üzündə xidməti zamanı çoxlu mühüm və hər kəsin imanını möhkəmləndirə biləcək hadisələr baş vermişdi! Şagirdlər İsanın izahatlarına diqqətlə qulaq asırdılar və onların kədəri sevinclə əvəz olundu. Həmin axşam onlar dedilər: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» (Luka 24:27, 32). Biz İsanın şagirdləri ilə baş verən bu dəyişiklikdən nə öyrənə bilərik?

Hər şey istədiyimiz kimi olmayanda

Emmausa gedən iki şagirdin qəmgin olmasına səbəb arzuladıqları və ümid etdikləri hadisələrin baş verməməsi idi. Onlar Süleymanın məsəlləri 13:12 ayəsində yazılan hissləri keçirirdilər: «Gecikən ümid ürəyi xəstələndirir». Yehovaya uzun illər sədaqətlə xidmət edən bizlərdən bəziləri düşünürlər ki, ‘böyük müsibət’ artıq çoxdan baş verməli idi (Mat. 24:21; Vəhy 7:14). Aydındır ki, insanın ümidləri puça çıxanda o məyus ola bilər.

İsa bu iki şagirdin diqqətini artıq yerinə yetən peyğəmbərliklərə yönəldəndə ürəkləri yenidən sevinclə doldu. Bu peyğəmbərliklərin bəziləri hətta onların yaşadıqları dövr ərzində yerinə yetmişdi. Daxili sevincimizi qorumaq və məyusluğun öhdəsindən gəlmək üçün biz də belə edə bilərik. Maykl adında təcrübəli ağsaqqal deyir: «Fikrinizi Yehovanın hələ etmədikləri işlərə cəmləməyin. Əksinə, Onun artıq etdiyi işlər barədə düşünün». Yaxşı məsləhətdir, elə deyilmi?

Yehova nələr edib?

Yehovanın həyata keçirdiyi möhtəşəm işlərindən bəzilərinə nəzər salaq. İsa demişdi: «Mənə iman edən adam mənim etdiyim işləri edəcək və bunlardan da böyük işlər edəcək» (Yəh. 14:12). Allahın müasir xidmətçiləri bu vaxtadək görülməyən işləri görürlər. Yeddi milyondan çox adam böyük müsibətdən sağ çıxacağı vaxtı həsrətlə gözləyir. Demək olar ki, bəşər tarixində dünyanın bütün ölkə və ərazilərində möhtəşəm işlərini fəal şəkildə bəyan edən Yehovanın bu qədər sadiq xidmətçisi hələ olmayıb. Yehovanın İsanın davamçılarının ondan da «böyük işlər edəcək»ləri barədə dediyi peyğəmbərliyi gerçəkliyə çevirməsi göz qabağındadır.

Yehova bizim üçün daha nələr edib? O, səmimi insanların pis və qaranlıq dünyadan çıxıb Özünün ərsəyə gətirdiyi ruhani cənnətə daxil ola bilmələri üçün hər cür şərait yaradıb (2 Kor. 12:1—4). Bizim yaşadığımız ruhani cənnət necə də gözəldir! Şəxsi və ya Padşahlıq Zalındakı kitabxanaya bir nəzər sal. «Gözətçi Qülləsi nəşrlərinin indeksi»ni vərəqlə. «Gözətçi Qülləsinin kitabxanası»na (CD) göz gəzdir. Müqəddəs Kitab dramlarının yazısına qulaq as. Son konqresdə eşidib gördüklərini xəyalında canlandır. Məsihçi bacı-qardaşlarla olan sağlam ünsiyyət barədə fikirləş. Bizi bol-bol ruhani qida ilə təmin edən və sevən ümumdünya qardaşlığını bəxş edən Yehova Allah necə də səxavətlidir — bu, həqiqətən də, ruhani cənnətdir!

Məzmurçu Davud demişdi: «Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur» (Məz. 40:5). Bəli, Yehovanın bizim üçün etdiyi xariqüladə işləri və bizə aid niyyətləri barədə dərindən düşünsək, səmavi Atamız Yehovaya sədaqətlə və sidqi-ürəkdən xidmət etmək üçün həmişə güc-qüvvətimiz olacaqdır (Mat. 24:13).

[31-ci səhifədəki şəkil]

İsa şagirdlərinə öz düşüncələrini Yehovanın onlar üçün etdiyi işlərə yönəltməyə kömək etdi

[32-ci səhifədəki şəkillər]

Son konqresdə eşitdiklərini və gördüklərini xəyalında canlandır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş