Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/4 s. 6—7
  • İsa Allah haqqında nə öyrədirdi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Allah haqqında nə öyrədirdi?
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Oğul atanı tanıtmaq istəyir
    Gözətçi qülləsi 2012
  • Allah və İsa Məsih haqqında həqiqət
    Gözətçi qülləsi (kütləvi) 2020
  • İsa Məsihə dua etmək caizdir?
    Gözətçi qülləsi 2015
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Gözətçi qülləsi 2010
w10 1/4 s. 6—7

İsa Allah haqqında nə öyrədirdi?

«Oğulun kim olduğunu Atadan başqa heç kim bilməz; və Atanın kim olduğunu Oğuldan və Oğulun ona açmaq istədiyi şəxsdən başqa heç kim bilməz» (LUKA 10:22).

YER üzünə gəlməzdən əvvəl Allahın ilkin Oğlu saysız-hesabsız illər ərzində Atası ilə sıx ünsiyyətdə olmuşdu (Koloslulara 1:15). Beləliklə, Oğul Atasının fikirlərinə, hisslərinə və xüsusiyyətlərinə yaxşı bələd idi. Sonralar o, yer üzünə insan kimi gələndə Atası haqqında həqiqəti canla-başla öyrədirdi. Oğulun dediklərinə qulaq asaraq biz Ata haqqında çox şey öyrənə bilərik.

Allahın adı. Allahın adı, Yehova İsa üçün hər şeydən vacib idi. Bu sevimli Oğul istəyirdi ki, başqaları da onun Atasının adını bilsin və istifadə etsin. İsanın adı da «Yehova xilasdır» mənasını verir. Ölümündən əvvəlki gecə İsa duada Yehovaya demişdi: «Sənin adını onlara bildirdim» (Yəhya 17:26). Təəccüblü deyil ki, İsa Allahın adını çəkir və onu başqalarına da bildirirdi. Axı İsanı dinləyənlər Allahın adını və bu adın mənasını bilmədən Onun haqqında həqiqəti necə anlaya bilərdilər?a

Allahın böyük məhəbbəti. Bir dəfə İsa duada Allaha demişdi: «Ey Ata,.. dünya yaranmazdan əvvəl Məni sevdin» (Yəhya 17:24). Göydə Allahın məhəbbətini öz üzərində hiss edən İsa yer üzündə olanda həmin məhəbbətin bir çox gözəl cəhətlərini açıqlamağa çalışırdı.

İsa göstərdi ki, Yehovanın məhəbbəti genişdir. O qeyd etmişdi: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» (Yəhya 3:16). «Dünya» kimi tərcümə olunan yunan sözü «yer kürəsi» demək deyil. Bu ayədə olduğu kimi, o, adətən insanlara, bütün bəşəriyyətə aid edilir. Allahın bəşər ailəsinə olan məhəbbəti o qədər böyükdür ki, sadiq insanların günah və ölümün əsarətindən qurtulmaları və əbədi həyata ümid etmələri üçün O, əziz Oğlunu qurban verdi. Bu, ölçüyəgəlməz məhəbbətdir (Romalılara 8:38, 39).

İsa təsəlliverici bir həqiqəti bir daha təsdiq etmişdi: Yehova xidmətçilərinin hər birini ayrı-ayrılıqda çox sevir. İsa öyrədirdi ki, Yehova qoyunlarının hər birini əvəzolunmaz və dəyərli hesab edən çobana bənzəyir (Matta 18:12—14). Onun sözlərinə görə, Yehovanın xəbəri olmadan bir dənə də olsun sərçə yerə düşə bilməz. İsa əlavə etmişdi: «Sizin isə başınızdakı saçlar da belə sayılmışdır» (Matta 10:29—31). Əgər hansısa quşun yuvasında olmaması Yehovanın nəzərindən qaçmırsa, onda O, xidmətçilərinin hər birinə daha çox diqqət yetirib onların qayğısına qalmayacaqmı? Əgər Yehova bizim başımızdakı tüklərin sayını bilirsə, onda həyatımızda elə bir şey olarmı ki, ondan, məsələn, ehtiyaclarımızdan, çətinliklərimizdən, narahatçılıqlarımızdan Onun xəbəri olmasın?

Səmavi Ata. Ötən məqalədə qeyd edildiyi kimi, İsa Allahın vahid Oğludur. Buna görə də təəccüblü deyil ki, bu sevimli Oğul Yehovaya müraciət edəndə və Onun haqqında danışanda adətən Onu «Ata» adlandırırdı. İsanın Müqəddəs Kitabda yazılan ilk sözləri 12 yaşı olanda məbəddə söylədiyi sözlər idi. Həmin vaxt o, Yehovanı ‘Atası’ adlandırmışdı (Luka 2:49). «Ata» sözünə Müjdələrdə təxminən 190 dəfə rast gəlinir. İsa Yehovanı müxtəlif cür: ‘Atanız’, «Atamız» və ‘Atam’ adlandırmışdı (Matta 5:16; 6:9; 7:21). Bu sözü çəkinmədən deməklə İsa göstərirdi ki, günahlı və qeyri-kamil insanlar Yehova ilə sıx dostluq münasibətləri qura bilərlər.

Mərhəmətli və bağışlayan. İsa bilirdi ki, qeyri-kamil insanların Yehovanın mərhəmətinə ehtiyacları var. Bədxərc oğul haqqında söylədiyi məsəldə İsa Yehovanı qollarını açaraq peşman olan oğlunu qəbul edən mərhəmətli, bağışlayan ata ilə müqayisə etmişdi (Luka 15:11—32). Beləliklə, İsanın sözləri bizi əmin edir ki, Yehova günahkara mərhəmət göstərmək üçün onun ürəyində hər hansı bir dəyişikliyin baş verməsini gözləyir. Bəli, Yehova tövbə edən günahkarı bağışlamağı ürəkdən istəyir. İsa izah etmişdi: «Sizə deyirəm ki, beləcə də göydə, tövbə edən bir günahkara görə, tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaqdır» (Luka 15:7). Belə mərhəmətli Allaha kim yaxınlaşmaq istəməz?

Duaları eşidən. İsa göydə olanda Yehovanın ‘duaları eşitdiyinə’ və sadiq xidmətçilərinin dualarının Ona xoş olduğuna özü şahid olmuşdu (Məzmur 65:2). Buna görə də yer üzündə xidmət edərkən İsa onu dinləyənlərə necə və nə haqda dua etməyi öyrədirdi. «Dua etdiyiniz zaman... boş sözlər söyləməyin»,— deyə o məsləhət vermişdi. İsa dinləyicilərini «göydə olduğu kimi, yerdə də» Allahın iradəsinin olması üçün dua etməyə təşviq edirdi. Biz həmçinin gündəlik yeməyimiz, günahlarımızın bağışlanması və sınaqlara qarşı durmaq üçün dua edə bilərik (Matta 6:5—13). İsa öyrədirdi ki, Yehova bir ata kimi xidmətçilərinin dualarına cavab verir, onların imanla edilən səmimi xahişlərini yerinə yetirir (Matta 7:7—11).

Şübhəsiz, İsa Yehova və Onun necə Allah olması haqqında həqiqəti öyrətmək üçün hər fürsətdən istifadə edirdi. Lakin İsanın Yehova haqqında həvəslə danışdığı başqa bir şey də var idi. Yehova bunun vasitəsilə yer kürəsinə və insanlara dair niyyətini həyata keçirmək üçün bütün dünyada dəyişiklik edəcək. İsanın çatdırdığı xəbərin bu cəhəti onun təbliğinin əsas mövzusu idi.

[Haşiyə]

a Yehovanın adına Müqəddəs Kitabın orijinal mətnində təxminən 7 000 dəfə rast gəlinir. Bu adın mənası «Mən olmaq istədiyim Kəs olacağam» deməkdir (Çıxış 3:14, YD). Allah Öz niyyətini həyata keçirmək üçün lazım bildiyi hər kəs ola bilər. Beləliklə, bu ad Allahın hər zaman sözünün üstündə duracağına və bütün vədlərini həyata keçirəcəyinə zəmanət verir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş