Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp21 №  2 s. 10—12
  • Cənnətə aparan yol

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cənnətə aparan yol
  • Gözətçi qülləsi (kütləvi) 2021
  • Başlıqlar
  • Oxşar material
  • ALLAHI TANIYIN VƏ XİLAS OLUN
  • ALLAHIN KƏLAMINI HƏR GÜN OXUYUN
  • DUA EDİB ALLAHDAN KÖMƏK İSTƏYİN
  • Allah-Taala bu günə qədər nələr edib?
    Gözətçi qülləsi (kütləvi) 2019
  • Əbədi yaşamaq üçün nə edə bilərsiniz?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Sülh içində yeni dünyada sən də yaşaya bilərsən!
    Böyük Müəllimdən öyrən
  • Məsih nəyin naminə iztirab çəkib öldü?
    Gözətçi qülləsi (kütləvi) 2016
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2021
wp21 №  2 s. 10—12

Cənnətə aparan yol

Ötən məqalələrdən öyrəndik ki, Allah tezliklə bu şər dünyaya, onun bütün problemlərinə son qoyacaq. Bu mütləq olacaq! Çünki Allah Öz Kəlamında vəd edir:

«Dünya öz istəkləri ilə bərabər keçib gedir» (1 YƏHYA 2:17).

Sözsüz, sağ qalanlar da olacaq. Çünki həmin ayədə belə bir vəd də yazılıb:

«Allahın istəyini yerinə yetirən isə əbədi yaşayır».

Deməli, sağ qalmaq üçün Allahın istəyini yerinə yetirmək vacibdir. Allahın istəyinin nədən ibarət olduğunu bilmək üçün isə əvvəlcə Onu tanımalıyıq.

ALLAHI TANIYIN VƏ XİLAS OLUN

Şəkillər: 1) Tibb bacısı yorğun və məyus halda xəstəxananın döşəməsində oturub. 2) O, xəstəxananın bufetində fasilə edəndə görür ki, iş yoldaşı sevinclə jurnal oxuyur. 3) İş yoldaşı tibb bacısına Müqəddəs Kitabdan ayə oxuyur və ona jw.org saytının vizit kartını verir.

Müqəddəs Kitabda deyilir: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı... tanısınlar» (Yəhya 17:3). Dünyanın sonunda xilas olub əbədi yaşamaq istəyiriksə, Allahı tanımalıyıq. Allahı tanımaq sadəcə Allahın varlığına inanmaq, yaxud Onun haqda bəzi şeyləri bilmək demək deyil. Biz Allahla dost olmalıyıq. Kiminləsə dostluğumuzu möhkəmləndirmək üçün onunla vaxt keçirmək lazımdır. Bu, Allahla dostluğa da aiddir. Gəlin Müqəddəs Kitabdan bəzi vacib həqiqətlərə nəzər salaq. Bunlar bizə Allahla dost olmağa və bu dostluğu qorumağa kömək edəcək.

Müqəddəs Kitabdakı həqiqətlər

Tibb bacısı evdə jw.org saytına daxil olur.

Allahın əzəli niyyəti o idi ki, insanlar Cənnətdə yaşasın.

Allah Adəmlə Həvvanı yaratdı və onları Ədən bağında, yəni Cənnətdə məskun etdi. Adəmlə Həvva günahsız, kamil idilər. Xoşbəxt həyat sürsünlər deyə Allah onları hər şeylə təmin etmişdi. Adəmlə Həvva heç vaxt ölməyib əbədi yaşaya bilərdilər. Amma bir şərtlə: onlar Allahla dostluğu qorumalı idilər. Di gəl, onlar Allahın verdiyi sadə bir əmri pozdular.

Dünyadakı əzab-əziyyətin səbəbi var.

Adəm Allahın itaətindən çıxmaqla həm özünün, həm də bütün bəşəriyyətin əbədi yaşamaq imkanını bada verdi. Müqəddəs Kitab bunu belə izah edir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi» (Romalılara 5:12). Necə ki, hansısa bir qüsur valideynlərdən övlada irsən keçə bilir, eynilə, günah da irs olaraq Adəmdən övladlarına keçdi. Məhz buna görə insanlar qocalır və ölür.

Allah bizə kömək etmək üçün artıq tədbir görüb.

Müqəddəs Kitabda deyilir: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16). Allah İsa Məsihi yer üzünə göndərdi ki, həyatını bizim uğrumuzda qurban versin. Bu, Allahın bizə olan məhəbbətinin izharıdır. Hindistanda yaşayan 86 yaşlı Prabharkar adlı bir kişi deyir: «Bu barədə düşünəndə Yehovanına məni nə qədər çox sevdiyini görürəm. Onun məhəbbəti sayəsində əbədi yaşayacağıma ümid edirəm».

Etdiyi yaxşılığa görə Allaha minnətdarlığımızı göstərə bilərik.

Müqəddəs Kitabda deyilir ki, Allahın bizə etdiyi yaxşılığı qiymətləndirdiyimizi Onun əmrlərinə riayət etməklə göstərə bilərik (1 Yəhya 2:3). Yehova Allah bizə bildirir ki, indi xoşbəxt olmaq üçün necə yaşamalıyıq (Əşiya 48:17, 18). Allah bizim əzab çəkməyimizi istəmir. O vəd edir ki, əgər biz Onun öyüd-nəsihətinə əməl etsək, həm indi xoşbəxt yaşayacağıq, həm də əbədi yaşamaq imkanımız olacaq.

ALLAHIN KƏLAMINI HƏR GÜN OXUYUN

Tibb bacısı nahar fasiləsində Müqəddəs Kitabı oxuyandan sonra səmaya baxır.

Dünyanın sonunda xilas olmaq üçün dua edib Allahdan kömək istəyin və Onun istəyini yerinə yetirin

Biz yaşamaq üçün müntəzəm qidalanırıq. Amma İsa Məsih demişdi: «İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər bir kəlmə ilə yaşamalıdır» (Mətta 4:4).

Biz bu gün Yehovanın sözlərini Müqəddəs Kitabın səhifələrindən oxuya bilərik. Bu kitabı oxuduqca, siz Allahın keçmişdə və indi gördüyü işlərlə tanış olacaqsınız və gələcəkdə nələr edəcəyini öyrənəcəksiniz.

DUA EDİB ALLAHDAN KÖMƏK İSTƏYİN

Bəzən insan Allahın dediyi kimi yaşamaq istəyir, amma Onun günah hesab etdiyi əməllərdən əl çəkə bilmir. Bu zaman Allahı tanımağın insana çox böyük köməyi dəyə bilər.

Gəlin şərti olaraq Sakura adlandırdığımız bir qadının nümunəsinə baxaq. O, əvvəllər əxlaqsız həyat tərzi sürürdü. Ancaq Müqəddəs Kitabı araşdıranda gördü ki, Allah əxlaqsızlıq etməməyi buyurur (1 Korinflilərə 6:18). Sakura dua edib Allahdan güc istədi və pis əməlindən əl çəkə bildi. Amma onda hələ də belə istəklər baş qaldırır. O deyir: «Ağlıma natəmiz fikirlər gələndə dua edib bu barədə Yehova ilə danışıram. Bilirəm ki, bu mübarizəni təkbaşına apara bilmərəm. Dua etməyin sayəsində Yehovaya daha da yaxın oluram». Sakura kimi milyonlarla insan Allahla yaxından tanış olur. Allah onlara həyatlarında dəyişiklik etməyə güc verir, saleh ömür sürməyə kömək edir (Filippililərə 4:13).

Siz Allahı yaxından tanıdıqca, Allah da sizi tanıyacaq, sizi Özünə dost biləcək (Qalatiyalılara 4:9; Zəbur 25:14). O zaman Allahın vəd etdiyi Cənnətdə yaşaya biləcəksiniz. Bəs Cənnətdə həyat necə olacaq? Növbəti məqalə bu suala cavab verir.

a Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş