Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp21 №  2 s. 7—9
  • Dünyanın sonu nə zaman gələcək?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dünyanın sonu nə zaman gələcək?
  • Gözətçi qülləsi (kütləvi) 2021
  • Başlıqlar
  • Oxşar material
  • MÜQƏDDƏS KİTABDA DÜNYANIN SONU BARƏDƏ İKİ MƏQAMA DİQQƏT YETİRİN:
  • DÜNYANIN SONUNA ƏLAMƏT
  • AXIRZAMAN
  • CƏNNƏT YAXINDIR!
  • Dünyanın sonu haqqında dörd suala cavab
    Gözətçi qülləsi 2010
  • «Axır günlərdə»mi yaşayırıq?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın niyyəti tezliklə yerinə yetəcək
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Dünyanın sonu
    Müqəddəs Kitab təlimləri
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2021
wp21 №  2 s. 7—9
İsa Məsih həvarilərinə axırzamanın əlaməti barədə danışır.

Dünyanın sonu nə zaman gələcək?

Əvvəlki məqalədə öyrəndik ki, Müqəddəs Kitabda dünyanın sonu deyildikdə Yer kürəsinin və ya bəşəriyyətin sonu nəzərdə tutulmur. Əksinə, bu gün mövcud olan, daxildən çürümüş quruluşun və bu quruluşu dəstəkləyən insanların sonu nəzərdə tutulur. Bəs bu şər dünyanın sonu nə zaman gələcək? Müqəddəs Kitabda bu barədə nəsə deyilir?

MÜQƏDDƏS KİTABDA DÜNYANIN SONU BARƏDƏ İKİ MƏQAMA DİQQƏT YETİRİN:

«Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz» (MƏTTA 25:13).

«Diqqətli olun, oyaq qalın, çünki təyin edilmiş vaxtı bilmirsiniz» (MARK 13:33).

Deməli, yer üzündə heç kim dünyanın sonunun nə zaman gələcəyini dəqiq bilmir. Amma Allah dünyanın sonu üçün konkret vaxt, konkret gün və saat təyin edib (Mətta 24:36). Bəs bu o deməkdir ki, sonun yaxın olub-olmadığını heç cür bilə bilmərik? Xeyr, bu o demək deyil. Peyğəmbərlərimizdən biri demişdi ki, müəyyən hadisələri görəndə sonun yaxın olduğunu başa düşə bilərik.

DÜNYANIN SONUNA ƏLAMƏT

Müqəddəs Kitabda yazılan hadisələr «dövrün yekununa əlamət»dir. Orada yazılıb: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq» (Mətta 24:3, 7). Orada həmçinin yazılıb ki, xəstəliklər, yaxud epidemiyalar olacaq (Luka 21:11; haşiyə). Sizcə, bütün bunlar bu gün yerinə yetmir?

Yaşadığımız zəmanədə dağıdıcı müharibələr, aclıq, zəlzələlər, həmçinin amansız xəstəliklər dünyanı viran qoyub. Məsələn, 2004-cü ildə Hind okeanında baş verən güclü zəlzələ sunamiyə səbəb olmuşdu. Bunun nəticəsində isə 225 000 adam həyatını itirmişdi. Üç ildir ki, COVID-19 pandemiyası bütün dünyanı cənginə alıb. O, təxminən 6,9 milyon insanın ölümünə səbəb olub. Müqəddəs Kitaba əsasən, bu kimi hadisələr dünyanın sonunun yaxın olduğunu göstərir.

AXIRZAMAN

Dünyanın sonundan qabaqkı dövr Müqəddəs Kitabda «axırzaman» adlanır (2 Butrus 3:3, 4). 2 Timutiyə 3:1—5 ayələrinə əsasən, axırzamanda əxlaq dəyərləri tənəzzülə uğramalı idi. («Dünyanın sonunun astanasında» adlı çərçivəyə baxın.) Sizcə, bu gün insanlar xudbin, tamahkar, zalım deyillər? İnsanlarda bir-birinə məhəbbət soyumayıb? Bu, dünyanın sonuna lap az qaldığını göstərən digər sübutdur.

Bəs axırzaman nə qədər davam edəcək? Müqəddəs Kitaba əsasən, çox az. Sonra Allah «yeri tələf edənləri tələf» edəcək (Vəhy 11:15—18; 12:12).

Müharibələr

Əsgərlər müharibədə səngərdən atəş açırlar.
  • 2007-ci ildən 2017-ci ilədək silahlı qarşıdurma və terrorizm qurbanlarının sayı 118 faiz artıb

Xəstəlik

Xəstəxanada yatan xəstə kişi.
  • Ürək xəstəlikləri, insult, ağciyər xəstəliyi, neonatal (yenidoğulmuşlarda) pozğunluqlar, ishal xəstəlikləri, xərçəng, vərəm ən çox ölümə səbəb olan xəstəliklərdir

Aclıq

Aclıq çəkən balaca qız əlində kasa tutub.
  • 2021-ci ildə dünya əhalisinin 9,8 faizi aclıq çəkib, beş yaşa qədər uşaqların üçdə biri kifayət qədər qidalanmayıb və inkişafdan qalıb

Ümumdünya təbliğ işi

Yehovanın Şahidləri ədəbiyyat arabasının yanında dayanıb bir kişi ilə söhbət edir.
  • 8,6 milyondan çox müjdəçi (Yehovanın Şahidi) 240 ölkədə 1000-dən çox dildə nəşrlər paylayır

CƏNNƏT YAXINDIR!

Allah bu şər dünyanın sonunun gününü və saatını artıq təyin edib (Mətta 24:36). Ancaq bir şad xəbər də var: Allah «heç kəsin məhv olmasını istəmir» (2 Butrus 3:9). O, insanların qarşısında imkan açır ki, Onun qayda-qanunlarını öyrənib əməl etsinlər. Çünki Allah istəyir ki, biz bu şər dünyanın sonundan sağ çıxıb, yeni dünyada, cənnətə çevrilmiş Yer kürəsində əbədiyyən yaşayaq.

Allahın iradəsi ilə bütün dünyada maarifləndirmə işi həyata keçirilir. Beləcə, bu gün hər kəs öyrənə bilər ki, Allahın Padşahlığının hakimiyyəti altında yaşamaq üçün nə etməlidir. Allahın Kəlamında yazılıb ki, Allahın Padşahlığı haqqında müjdə «bütün yer üzündə təbliğ ediləcək» (Mətta 24:14). Bütün dünyada Yehovanın Şahidləri müjdəni təbliğ etməyə, insanlara Allah haqda öyrətməyə milyardlarla saat sərf edir. Müqəddəs Kitaba əsasən, dünyanın sonu gəlməzdən əvvəl təbliğ işi bütün dünyada həyata keçirilməlidir.

İnsan hakimiyyətinin sonu çatıb. Şad xəbər ondan ibarətdir ki, siz dünyanın sonunda xilas olub, yer üzündəki cənnətdə yaşaya bilərsiniz. Növbəti məqalədən öyrənəcəksiniz ki, yeni dünyada yaşamaq üçün nə etmək lazımdır.

DÜNYANIN SONUNUN ASTANASINDA

«Axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, xain, tərs, təkəbbürlü olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər. Onlar üzdən özlərini mömin göstərəcək, əslində isə Allahın yolu ilə getməyəcəklər» (2 TİMUTİYƏ 3:1—5).

Müqəddəs Kitabda axırzamanla bağlı deyilənlər gələcəyə ümidlə baxmağa kömək edir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş