-
Oyaq durmaqda İsanın həvarilərindən nümunə götürGözətçi qülləsi 2012 | 15 yanvar
-
-
11, 12. Hirod Peter və digər həvarilərlə necə rəftar edirdi və nəyə görə?
11 İsa ilə Getsemani bağında olan Peter sonralar hərarətli duanın gücünü öz üzərində hiss etmişdi. (Həvarilərin işləri 12:1—6 ayələrini oxu.) İlk ayələrdən öyrənirik ki, yəhudiləri razı salmaq üçün Hirod məsihçiləri təqib etməyə başlayır. Şübhəsiz ki, onun Yaqubun həvari və İsaya xüsusilə yaxın olduğundan xəbəri var idi. Buna görə də o, Yaqubu «qılıncla öldürdü» (2-ci ayə). Yığıncaq sevimli həvarisini itirdi. Bu, qardaşlar üçün necə də böyük sınaq idi!
-
-
Oyaq durmaqda İsanın həvarilərindən nümunə götürGözətçi qülləsi 2012 | 15 yanvar
-
-
13, 14. a) Peter zindanda olanda yığıncaq nə edirdi? b) Dua etmək məsələsində Peterin həmimanlılarından nə öyrənirik?
13 Yığıncaq nə etməli olduğunu çox gözəl bilirdi. 5-ci ayədə oxuyuruq: «Beləliklə, Peter zindanda idi, yığıncaq isə onun üçün gecə-gündüz dua edirdi». Bəli, onlar sevimli qardaşları üçün israrla və ürəkdən dua edirdilər. Yaqubun ölümü onları kədərləndirsə də, onlar nə ruhdan düşdülər, nə də ki dua etməyin əbəs olduğu qənaətinə gəldilər. Əksinə, onlar bilirdilər ki, sədaqətli xidmətçilərinin duası Yehova üçün böyük əhəmiyyət kəsb edir. Əgər iradəsinə uyğundursa, Allah bu cür dualara cavab verir (İbr. 13:18, 19; Yaq. 5:16).
14 Peter zindanda olanda yığıncağın onun üçün dua etməsindən nə öyrənirik? Oyaq qalmaq təkcə özümüz üçün yox, bacı-qardaşlarımız üçün də dua etməyi özünə daxil edir (Efes. 6:18). Sınaqlarla üzləşən həmimanlılarını tanıyırsan? Bəziləri təqiblərlə, dövlət tərəfindən qadağalarla, kimlərsə təbii fəlakətlərlə üzləşirlər. Nəyə görə onlar üçün ürəkdən dua etməyəsən? Yaxud, ola bilsin, elə də nəzərə çarpmayan problemlərdən, məsələn, ailə münaqişələrindən, ruh düşkünlüyündən və xəstəliklərdən əziyyət çəkən bacı-qardaşlar tanıyırsan. «Duaları eşidən» Yehova ilə söhbət edərkən nəyə görə onları da dualarına daxil etməyəsən? (Məz. 65:2).
-