Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Oyaq durmaqda İsanın həvarilərindən nümunə götür
    Gözətçi qülləsi 2012 | 15 yanvar
    • 4, 5. Müqəddəs ruh Paveli və onun əməkdaşlarını necə istiqamətləndirirdi?

      4 Birincisi, həvarilər Yehovanın harada təbliğ etmək göstərişinə ciddi riayət edirdilər. Gəlin «Həvarilərin işləri» kitabında qələmə alınan bir hadisəyə nəzər salaq və görək İsa Yehovanın onun ixtiyarına verdiyi müqəddəs ruhun vasitəsilə həvari Pavelə və onun əməkdaşlarına qeyri-adi səyahət zamanı necə yol göstərirdi (Həv. iş. 2:33). Gəlin biz də onlarla birgə bu səyahətə çıxaq. (Həvarilərin işləri 16:6—10 ayələrini oxu.)

  • Oyaq durmaqda İsanın həvarilərindən nümunə götür
    Gözətçi qülləsi 2012 | 15 yanvar
    • 7 Bu vaxt onlar çoxlarına qeyri-adi görünə biləcək bir qərar verdilər. 8-ci ayədə deyilir: «Onlar Misiyadan keçib Troasa gəldilər». Beləliklə, onlar qərbə üz tutdular, şəhərləri bir-bir arxada qoyaraq 563 kilometr yol qət edib Makedoniyaya aparan liman şəhəri Troasa çatdılar. Burada Pavel və əməkdaşları üçüncü dəfə «qapını döydülər» və budur, qapı geniş açıldı! Sonra baş verənlər barədə 9-cu ayədə oxuyuruq: «Gecə Pavelə bir xəyal gəldi. Pavel gördü ki, bir makedoniyalı durub ona yalvarır: “Nə olar, Makedoniyaya gəl, bizə kömək et”». Axır ki, Pavel harada təbliğ etməli olduğunu bildi. Onlar ləngimədən Makedoniyaya yollandılar.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş