Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/12 s. 13—23
  • Bu gün Allaha izzəti kimlər verir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bu gün Allaha izzəti kimlər verir?
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Onlar “üzürsüzdürlər”
  • “Kor başçılar” çoxlarını azdırırlar
  • Əslində Allaha izzəti kimlər verir?
  • Sən Allaha izzət verirsənmi?
  • Sən Yehovanın calalını əks etdirirsənmi?
    Gözətçi qülləsi 2012
  • Yehovaya şərəf verin
    Gözətçi qülləsi 2025
  • Qoy heç nə şərəfə çatmaqda sənə mane olmasın
    Gözətçi qülləsi 2013
  • Hamı Yehovanın izzətini bəyan etsin
    Gözətçi qülləsi 2004
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/12 s. 13—23

Bu gün Allaha izzəti kimlər verir?

“Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən” (VƏHY 4:11).

1, 2. a) Hansı nümunələr biomimetika haqqında təsəvvürlər verir? b) Hansı sual yaranır və təəssüflər olsun ki, nəyi e’tiraf etməli oluruq?

BU hadisə 1940-cı illərdə baş vermişdir. Günlərin birində isveçrəli mühəndis Jorj de Mestral öz iti ilə gəzintiyə çıxmışdı. Gəzintidən qayıtdıqdan sonra o öz paltarında, həmçinin itinin tükündə ayıpəncəsi bitkisinin qozalarını gördü. Maraqlı olduğu üçün həmin qozaları mikroskop altında nəzərdən keçirməyi qərara aldı və ilgəyi olan hər şeyə ilişən kiçicik qarmaqlara diqqət yetirdi. Bu onu, yapışqan ilgək — ayıpəncəsinin sintetik ekvivalentini düzəltmək fikrinə gətirdi. Jorj de Mestral təbiəti təqlid edən yeganə şəxs deyil. Birləşmiş Ştatlarda Rayt qardaşları iri quşların uçuşunu tədqiq edərək aeroplan düzəltmişlər. Fransız mühəndisi Aleksandr Qustav Eyfel Parisdə onun adını daşıyan qülləni, insanın bud sümüyünə bədənin ağırlığına tab gətirməyə imkan yaradan prinsiplər əsasında yaratmışdır.

2 Bu nümunələr biomimetika, təbiətdən texniki ideyalar mənimsəmək məqsədi güdən elm haqqında təsəvvürlər verira. Lakin belə bir sual yaranır: ixtiraçılar, nümunəsində bir çox şeylər düzəltdikləri ayıpəncəsinin xırda qarmaqlarını, böyük quşların qanadlarını, insanın bud sümüyünü və bütün başqa gözəl varlıqları yaradan Kəsə tez-tezmi layiq olduğu izzəti verirlər? Təəssüflər olsun ki, bu gün Allaha, Onun həqiqətən layiq olduğu izzəti nadir hallarda verirlər.

3, 4. “İzzət” kimi tərcümə olunan ibrani sözü hansı mə’nanı daşıyır və Yehovaya münasibətdə tətbiq olunanda bu sözün altında nə nəzərdə tutulur?

3 Kim isə soruşa bilər: “Allaha nəyə görə izzət vermək lazımdır? Məgər O, onsuz da izzətli deyilmi?” Doğrudur, Yehova Kainatda ən böyük izzətə malikdir, lakin bu o demək deyil ki, hamı bu cür düşünür. Müqəddəs Kitabda “izzət” kimi tərcümə olunan ibrani sözü əsas e’tibarı ilə “ağırlıq” mə’nasını daşıyır. Bu, cəmiyyətdə insana nüfuz gətirən bir şeyə aiddir. Allaha tətbiq olunanda isə, bu söz insanda Allah qarşısında dərin ehtiram hissi oyadır.

4 Bu gün az adam Allaha qarşı bu hissləri keçirir (Məzmur 10:4; 14:1). Düzünü desək, görkəmli adamlar Allaha inanmadıqları bəs deyilmiş kimi, çox vaxt başqalarını Kainatın izzətli Yaradanına hörmətsiz tərzdə yanaşmağa təhrik edirlər. Bu necə baş verir?

Onlar “üzürsüzdürlər”

5. Alimlərin çoxu mö’cüzəli varlıqların mövcud olmasını necə izah edirlər?

5 Bir çox alimlər qətiyyətlə iddia edirlər ki, Allah yoxdur. Belə isə, onda onlar, insanlar da daxil olmaqla, canlı varlıqların yaranmasını necə izah edirlər? Onların fikrincə, bütün bu mö’cüzələr kor təsadüf, təkamül prosesi nəticəsində əmələ gəlib. Məsələn, təkamül nəzəriyyəsi tərəfdarı Stiven Cey Quld yazırdı: “Biz yalnız ona görə mövcuduq ki, qəribə bir balıq qrupunun xüsusi üzgəcləri olmuş, həmin üzgəclərdən isə quru heyvanlarının əl-ayaqları inkişaf etmişdir... Biz ehtimal ki, daha “yüksək” səbəb tapmağa çalışırıq, o isə mövcud deyil”. Riçard Liki və Rocer Luin də buna bənzər bir şey yazmışlar: “Ola bilər ki, insan cinsi sadəcə olaraq təbiətin kobud səhvidir”. Yaradılan şeylərin gözəlliyi və mürəkkəbliyindən heyran olan alimlər də Allaha izzət vermirlər.

6. Dünyanın Allah tərəfindən yarandığına çoxları nəyə görə inanmırlar?

6 Ali təhsilli adamlar təkamül nəzəriyyəsini fakt kimi müdafiə edəndə, sanki deyirlər ki, bu tə’limə yalnız cahil adamlar inanmaya bilər. Bu nəyə gətirib çıxarır? Çox illər qabaq təkamül nəzəriyyəsinin tərəfdarı olan bir nəfər bu nəzəriyyəni qəbul edənlərin fikirləri ilə maraqlanmışdı. O, deyir: “Mə’lum oldu ki, təkamül tərəfdarlarının çoxunun buna inanmalarına səbəb, onlara deyildiyi kimi, buna bütün dərrakəli insanların inanmalarıdır”. Bəli, elm xadimləri öz ateist nöqteyi-nəzərlərini ifadə edəndə, çoxlarını dünyanın Allah tərəfindən yarandığı fikrindən daşındırırlar (Süleymanın məsəlləri 14:15, 18).

7. Romalılara 1:20 ayəsinə əsasən bizi əhatə edən dünyada nə aydın görünür və siz nəyə görə bu cür cavab verirsiniz?

7 Alimlərin bu cür əminlikləri faktlara və ya dəlillərə əsaslanırmı? Çətin ki! Bizi əhatə edən hər bir şey Yaradanın mövcudluğundan bəhs edir. Həvari Pavel yazırdı: “Dünya [bəşəriyyət] yaranandan bəri Onun [Allahın] gözlə görülməz xüsusiyyətləri, yə’ni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür. Buna görə də [imansızlar] üzürsüzdürlər” (Romalılara 1:20). Yaradanın əl işlərinin üzərində Onun mövcudluğunun sübutlarını görmək olar. Buna görə də Pavel deyir ki, bəşər tarixinin ilk günlərindən insanlar Allahı Onun yaratdıqlarının vasitəsilə “anlaya” bilirdilər. Allahın mövcudluğuna dair sübutları harada görmək olar?

8. a) Göylər Allahın qüvvəsi və müdrikliyi haqqında necə şahidlik edir? b) Nədən görünür ki, Kainatın İlk Səbəbi olmuşdur?

8 Biz Allahın mövcud olduğuna dair sübutları ulduzlu göylərdə görürük. Məzmur 19:1 ayəsində deyilir: “Göylər Allahın izzətini bəyan edər”. “Göylər” — günəş, ay və ulduzlar — Allahın müdrikliyi və qüvvəsi barədə şahidlik edir. Təkcə ulduzların sayı bizi ehtiram hissi ilə doldurur. Və bütün bu səmavi cisimlər kosmosda nizamsız surətdə deyil, fiziki qanunlara müvafiq olaraq hərəkət edirlərb (İşaya 40:26). Bu cür harmoniyanı kor təsadüfə aid etmək müdriklikdirmi? Diqqətəlayiq fakt odur ki, bir çox alimlərin fikrincə Kainatın başlanğıcı olmuşdur. Bundan irəli gələn nəticə barəsində bir professor yazmışdır: “Kainatın əbədi mövcud olması barəsindəki fikir ateistlərin və aqnostiklərin ürəyincədir. Lakin Kainatın başlanğıca malik olması, görünür ki, ilk səbəbin olmasını tələb edir. Məgər bu cür nəticəni kifayət qədər səbəbsiz təsəvvür etmək olarmı?”

9. Heyvanat aləmi Yehovanın müdrikliyinə necə şahidlik edir?

9 Allahın mövcudluğunun sübutlarını yerdə də görürük. Məzmurçu nida edir: “Ya Rəbb, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən, yaratdıqların yer üzünü doldurub” (Məzmur 104:24, MKŞ). Yehovanın “yaratdıqları”, o cümlədən heyvanlar, Onun müdrikliyinə şahidlik edirlər. Məqalənin əvvəlində qeyd olunduğu kimi, təbiət o qədər gözəl yaradılıb ki, alimlər çox vaxt ondan texniki ideyaları mənimsəyirlər. Daha bir neçə nümunəni nəzərdən keçirək. Alimlər maralın buynuzlarını tədqiq edirlər ki, daha möhkəm kaskalar düzəldə bilsinlər; yaxşı eşitmə qabiliyyəti olan milçək növlərini öyrənirlər ki, eşitmə qurğularını təkmilləşdirsinlər; bayquşun lələklərini diqqətlə nəzərdən keçirirlər ki, gözəgörünməz təyyarələrin xarakteristikasını təkmilləşdirsinlər. Lakin insan nə qədər çalışsa da, təbiətdə gördüyü şah əsərləri eynilə təkrarlaya bilməz. Bir kitabda qeyd olunur: “İnsanın cəhd göstərərək etmək istədiklərini canlı təbiət artıq çoxdan edir, lakin bu zaman yanacaq ehtiyatını tükəndirmir, planeti çirkləndirmir və öz gələcəyini təhlükə altına atmır” (“Biomimicry—Innovation Inspired by Nature”). Bu əsl müdriklikdir!

10. Dahi Yaradanın mövcud olduğunu inkar etmək nəyə görə məntiqsizdir? Nümunə əsasında izah edin.

10 Göyə və ya yerdəki varlıqlardan hansına nəzər salsaq, hər şey Yaradanın mövcudluğundan bəhs edir (Yeremya 10:12). Burada ruhani varlıqların sözləri ilə razılaşmamaq mümkün deyil: “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı” (Vəhy 4:11). Lakin bir çox alimlər gözləri ilə gördüklərindən həzz alsalar da, ‘ürəklərinin gözləri’ ilə bütün bunlarda Allahın əlini görə bilmirlər (Efeslilərə 1:18). Belə bir nümunə gətirmək olar: təbiətin gözəlliyindən valeh olmaq və eyni zamanda Dahi Yaradanın mövcud olduğunu inkar etmək, təmiz kətanı şah əsərinə çevirən rəssamın yaratdığı gözəl şəkildən zövq alaraq, onun mövcudluğunu inkar etmək qədər məntiqsizdir. Allaha iman gətirməkdən imtina edən insanların “üzürsüz” olduqlarına təəccüb etmək lazımdırmı?

“Kor başçılar” çoxlarını azdırırlar

11, 12. Alın yazısı haqqındakı ehkam hansı fərziyyəyə əsaslanır və nəyə görə Allahı hörmətdən salır?

11 Bir çox dini insanlar səmimi qəlbdən düşünürlər ki, öz ibadət üsulları ilə Allaha izzət verirlər (Romalılara 10:2, 3). Lakin ümumi götürdükdə din, milyonlarla insanların Allaha izzət verməsinə maneçilik törədən bəşər cəmiyyətinin tərkib hissəsindən biridir. Məgər bu mümkündürmü? İki nümunəni nəzərdən keçirək.

12 Birincisi, bu dünyanın dinləri öz tə’limləri ilə Allahı hörmətdən salırlar. Nümunə üçün alın yazısı haqqındakı tə’limi götürək. Bu ehkam ona əsaslanır ki, əgər Allah gələcəyi görməyə qadirdirsə, deməli bütün hadisələrin nəticəsini bilir. Beləliklə, bu tə’lim onu nəzərdə tutur ki, Allah hər bir insanın taleyini — yaxşı ya pis — qabaqcadan tə’yin edib. Bu cür nöqteyi-nəzərə əsasən bu gün dünyada baş verən iztirab və pisliklərdə Allah günahkardır. Əslində Allahın baş düşməni, Müqəddəs Kitabda “dünyanın rəisi” adlanan Şeytanın günahkar olduğu şeylərdə Allahı günahlandırırlarsa, Onu izzətləndirməkdən danışmaq olmaz (Yəhya 14:30; 1 Yəhya 5:19).

13. Nəyə görə Allahın gələcəyi görmək qabiliyyətini idarə edə bilmədiyini düşünmək ağılsızlıq olardı? Nümunə əsasında izah edin.

13 Alın yazısı — Müqəddəs Kitabda olmayan, Allaha ləkə gətirən tə’limdir. Bu tə’limdə Allahın edə bildikləri və Onun, əslində etdikləri barəsindəki anlayışlar dolaşıq düşür. İş ondadır ki, Allah gələcəyi görmək qabiliyyətinə malikdir, bu haqda Müqəddəs Kitabda aydın deyilir (İşaya 46:9, 10). Lakin Onun Öz qabiliyyətini idarə edə bilmədiyini və ya bütün hadisələrin gedişatı üçün cavabdeh olduğunu düşünmək məntiqəuyğun deyil. Gəlin düşünək: bizlərdən kim böyük fiziki qüvvəyə malik olduğu halda yolda qarşısına çıxan bütün ağırlıqları qaldırardı? Əlbət ki, heç kim! Eləcə də Allahın gələcəyi görmək qabiliyyəti də onu qabağı görməyə və hər şeyi qabaqcadan tə’yin etməyə vadar etmir. O, qabağı görmək qabiliyyətindən müdrikliklə, Öz qərarına əsasən istifadə edirc. Tamamilə aydındır ki, alın yazısı kimi yalan tə’limlər Allaha izzət gətirmir.

14. Bu dünyanın dinləri hansı tərzdə Allahı rüsvay edir?

14 İkincisi, bu dünyanın dinlərinin pərəstişkarları öz davranışları ilə Allahı rüsvay edirlər. Məsihçilər İsa Məsihin tə’limlərinə riayət etməlidirlər. Başqa şeylərlə yanaşı İsa öz davamçılarına ‘bir-birini sevməyi’ və ‘dünyadan olmamağı’ öyrədirdi (Yəhya 15:12; 17:14-16). Bəs Xristian dünyasının ruhaniləri haqqında nə demək olar? Onlar bu tə’limlərə əməldə riayət edirlərmi?

15. a) Ruhanilərin hərbi münaqişələrdəki rolu nədən ibarətdir? b) Ruhanilərin davranışı insanlara necə tə’sir edib?

15 Ruhanilərin hərbi münaqişələrdəki rolunu nəzərdən keçirək. Onlar müharibələrə tərəf çıxır, onlara dəstək verir, hətta millətlərin bir çox müharibələrinə rəhbərlik edirdilər. Onlar qoşunlara xeyir-dua verir və insan ölümünə bəraət qazandırırdılar. Qeyri-ixtiyari olaraq sual yaranır: “Məgər onlar heç zaman düşünməyiblərmi ki, düşmən tərəfdə olan bu cür kahinlər də eyni şeyi edirlər?” (“Allah kimin tərəfindədir?” adlı çərçivəyə baxın.) Din rəhbərləri qanlı müharibələrdə Allahın onları dəstəklədiyini iddia edəndə, Onu rüsvay edirlər. Onlar həm də Müqəddəs Kitab normalarını köhnəlmiş e’lan etməklə və hər növ əxlaqsızlığa göz yummaqla da Allahı rüsvay edirlər. Bugünkü ruhanilər İsa Məsihin “haqsızlıq edənlər” və “kor başçılar” adlandırdığı qədim din rəhbərlərini necə də xatırladırlar! (Matta 7:15-23; 15:14). Ruhanilərin davranışları ucbatından bir çox insanların Allaha olan məhəbbəti soyuyub (Matta 24:12).

Əslində Allaha izzəti kimlər verir?

16. Əslində Allaha kimlərin izzət verdiyinə dair sualın cavabından ötrü nəyə görə Müqəddəs Kitaba müraciət etmək lazımdır?

16 Əgər insan cəmiyyətinin görkəmli və nüfuzlu nümayəndələri ümumilikdə Allaha izzət vermirlərsə, bəs onda bunu kimlər edir? Bu sualın cavabı üçün Müqəddəs Yazılara müraciət etmək lazımdır. Məntiqidir ki, Allah Özü Onu necə izzətləndirməyi seçmək hüququna malikdir və Öz nöqteyi-nəzərini Kəlamı olan Müqəddəs Kitabda bildirir (İşaya 42:8). Gəlin Allaha izzət verməyin üç üsulunu nəzərdən keçirək və əslində bu gün Allaha kimlərin izzət verdiyini müəyyən edək.

17. Yehova, adının mədh edilməsinin Onun üçün vacib olduğunu necə göstərdi və Allahın adını bu gün bütün dünyada kimlər izzətləndirir?

17 Birincisi, Allahı — Onun adını mədh etməklə izzətləndirmək olar. Bunun Allahın iradəsi olduğunu, Yehovanın İsaya dediyi sözlərindən görmək olar. Ölümünə bir neçə gün qalmış İsa dua edirdi: “Ey Ata, adını izzətləndir!” O zaman səs cavab vermişdi: “Həm izzətləndirdim, həm də izzətləndirəcəyəm” (Yəhya 12:28). Əgər Yehovanın Özü iradəsini bu cür bildirmişdirsə, aydın olur ki, adının izzətlənməsi Onun üçün vacibdir. Allahın adını bütün dünyada həm bəyan, həm də mədh edərək, bu gün Ona izzəti verən kimlərdir? Yehovanın Şahidləri. Onlar bunu dünyanın 235 ölkəsində edirlər (Məzmur 86:11, 12).

18. Allaha həqiqətən kimlərin ibadət etdiyini necə bilmək olar və Müqəddəs Kitab həqiqətlərini yüz ildən çox müddət ərzində hansı qrup insanlar öyrədirlər?

18 İkincisi, Allahı, başqalarına Onun haqqındakı həqiqəti öyrətməklə izzətləndirmək olar. İsa demişdir ki, həqiqi ibadətçilər Allaha ‘həqiqətən ibadət edəcəklər’ (Yəhya 4:24). Allaha “həqiqətən” ibadət edən insanları necə tanımaq olar? Onlar Müqəddəs Kitaba zidd gedən, Allah və Onun iradəsi haqqındakı təsəvvürləri təhrif edən tə’limləri rədd etməlidirlər. Bunun əvəzinə Allahın Kəlamında olan təmiz həqiqətləri, o cümlədən Yehovanın Haqq-Təala mövqeyinə görə izzətə layiq olduğunu (Məzmur 83:18); İsa Məsihin Yehovanın oğlu və Allahın Xilaskar Padşahlığının tə’yin olunmuş Rəhbəri olduğunu (1 Korinflilərə 15:27, 28); Allahın Padşahlığının Yehovanın adını müqəddəs edəcəyini və Onun yerə və insanlara dair niyyətini həyata keçirəcəyini (Matta 6:9, 10); Padşahlıq haqqındakı bu xoş xəbərin bütün dünyada təbliğ edilməli olduğunu öyrətməlidirlər (Matta 24:14). Artıq yüz ildən çoxdur ki, bu qiymətli həqiqətləri sədaqətlə öyrədən bir qrup insanlar var ki, bu da Yehovanın Şahidləridir.

19, 20. a) Məsihçinin nümunəvi davranışı Yehovanı nəyə görə izzətləndirə bilər? b) Allahı yaxşı davranışları ilə kimlərin izzətləndirdiyini müəyyən etməkdə hansı suallar kömək edə bilər?

19 Üçüncüsü, Yehovanı, Onun normalarına müvafiq yaşamaqla izzətləndirmək olar. Həvari Peter yazırdı: “İman gətirməyənlər arasında müsbət həyat sürün ki, pislikedənlərmişsiniz kimi sizə iftira atsalar da, xeyirli işlərinizi görüb, Allahın onlara yaxınlaşdığı gündə, Ona izzət versinlər” (1 Peter 2:12). Məsihçinin davranışı onun imanını əks etdirir. Ətrafdakılar bu əlaqəni — məsihçinin yaxşı davranışının onun imanının bəhrəsi olduğunu görəndə, bu, Allaha izzət gətirir.

20 Bu gün Allahı yaxşı davranışı ilə kimlər izzətləndirir? Məsələn, bir çox ölkələrdə hakim dairələr hansı dinin nümayəndələrini sülhpərvər, qanuna itaətkar və nümunəvi vergi ödəyənlər kimi tə’rifləyirlər? (Romalılara 13:1, 3, 6, 7). Bütün dünyada irqi, milli və etnik maneələri dəf edən birlikləri ilə kimlər məşhurdurlar? (Məzmur 133:1; Həvarilərin işləri 10:34, 35). Bütün dünya üzrə hansı qrup insanlar qanunlara, ailə dəyərlərinə və Müqəddəs Kitabın əxlaq normalarına hörmətlə yanaşmağa təşviq edən, Müqəddəs Kitabın maarifləndirici fəaliyyəti ilə tanınırlar? Davranışları bu və ya digər sahələrdə özü-özünə şahidlik edən yalnız bir qrup vardır ki, bu da Yehovanın Şahidləridir!

Sən Allaha izzət verirsənmi?

21. Nəyə görə bizlərdən hər birimiz Allaha izzət verib-vermədiyi üzərində düşünməlidir?

21 Bizlərdən hər birimiz özümüzdən soruşmalıyıq: “Şəxsən mən Yehovaya izzət verirəmmi?” 148-ci Məzmurdan göründüyü kimi, yaradılan varlıqların demək olar ki, hamısı Allaha izzət verir. Mələklər, göylər, yer və onu təşkil edən heyvanlar — onların hamısı Yehovaya izzət verir (1-dən 10-a kimi ayələr). Çox heyif ki, bunu insanların çoxu etmirlər! Allaha həyatımızla izzət verməyə çalışaraq, biz bütün varlıqlara qoşulur və Yehovaya birgə həmd edirik (11-dən 13-ə kimi ayələr). Həyatımızı bundan yaxşı qurmağın üsulu mövcud deyil.

22. Allaha izzət verənlər hansı xeyir-duaları alırlar və nəyə qəti qərarlı olmaq lazımdır?

22 Allaha izzət verənlər çoxlu xeyir-dualar alırlar. Məsihin fidiyə qurbanlığına iman gətirərək biz Allahla, səmavi Atamızla barışır və Onunla, bizə xeyir-dua və sevinc gətirən səmimi münasibətlər inkişaf etdiririk (Romalılara 5:10). Əgər Allahın izzətə layiq olması üzərində düşünsək, ürəyimiz sevinclə və Ona minnətdarlıq hissi ilə dolacaq (Yeremya 31:12). Belə olan halda bizim başqalarına da xoşbəxt, mə’nalı həyat sürməyə kömək etməkdə qüvvəmiz olacaq və bundan daha da xoşbəxt olacağıq (Həvarilərin işləri 20:35). Siz də Allaha həm indi, həm də əbədiyyən izzət verməyə qəti qərarlı olan kəslərin arasında olun!

[Haşiyələr]

a “Biomimetika” ifadəsi bios, “həyat” və mimesis, “təqlid etmək” kimi yunan sözlərindən əmələ gəlib.

b Göylərin Allahın müdrikliyi və qüvvəsi haqqında necə şahidlik etməsi barədə daha ətraflı mə’lumatı Yehovanın Şahidləri tərəfindən dərc edilmiş “Yehovaya yaxınlaş” kitabının 5-ci və 17-ci fəsillərindən oxumaq olar (türk).

c Yehovanın Şahidləri tərəfindən dərc edilmiş “Gözətçi Qülləsi”nin 1995-ci il 15 fevral sayınnın 5-7-ci səhifələrinə (rus.), həmçinin “Müqəddəs Yazıların dərk edilməsi” kitabının 1-ci cildinin 853-cü səhifəsinə (ing.) baxın.

Xatırlayırsınızmı?

• Nəyə görə demək olar ki, alimlər ümumilikdə insanlara Allaha izzət verməkdə kömək etmirlər?

• Dünyanın dinləri hansı iki mə’nada insanlara Allaha izzət verməkdə maneçilik törədirlər?

• Allahı necə izzətləndirmək olar?

• Bizlərdən hər birimiz Yehovaya izzət verib-vermədiyi üzərində nəyə görə düşünməliyik?

[21-ci səhifədəki çərçivə]

“Allah kimin tərəfindədir?”

İkinci Dünya müharibəsi zamanı Almaniyanın hərbi hava qüvvələrində xidmət edən, sonradan isə Yehovanın Şahidi olan bir kişi xatırlayır:

“Bütün bu müharibə illərində demək olar ki, bütün dinlərin — katoliklərin, lüteranların, anqlikanların və başqa dinlərin ruhanilərinin təyyarələrə və onların ekipajlarına məhvedici yüklərini atmağa getməzdən əvvəl xeyir-dua verdiklərini görəndə narahat olurdum. Çox vaxt düşünürdüm: “Allah kimin tərəfindədir?”

Alman əsgərləri toqqasında “Gott mit uns” (“Allah bizimlədir”) sözləri yazılan kəmər gəzdirsələr də, mən özümdən, “nəyə görə Allah əks tərəfdə olub, həmən dinə mənsub olan və həmən Allaha dua edən əsgərlərlə olmasın?” — deyə soruşurdum”.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş