Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  3 s. 6—7
  • Anlayış göstərin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Anlayış göstərin
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • Problem
  • Müqəddəs Kitabdan məsləhət
  • Anlayış göstərməyin faydası
  • Nə edə bilərsiniz?
  • Şəfqətli olun
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Allah şəfqət sahibidir
    Gözətçi qülləsi (kütləvi) 2018
  • Ailə və dostluq
    Oyanın! 2019
  • Xidmətdə püxtələşək. Padşahlıq haqda əminliklə danışmaqla
    Müqəddəs ibadətimiz 2014
Əlavə
Oyanın! 2020
g20 №  3 s. 6—7
Avropalı və siqh kişi təyyarədə yanaşı oturub. Onlar bir-birilə xoş ünsiyyət edirlər.

Anlayış göstərin

Problem

Diqqətimizi başqalarının bizdən fərqli olduğuna cəmləyəndə bu fərqləri nöqsan və ya qüsur hesab edəcəyik. Özümüzü onlardan üstün sayacağıq. Bu cür münasibət olanda onlara anlayışla yanaşmaq çətin olur. Bu isə dərində olan bir problemdən, qərəzdən xəbər verir.

Müqəddəs Kitabdan məsləhət

«Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın» (ROMALILARA 12:15).

Mənası: Bu məsləhəti iki sözlə ifadə etmək olar: anlayış göstərin. Yəni özünüzü başqasının yerinə qoyun, onun dərdinə şərik olun.

Anlayış göstərməyin faydası

Biz başqasına anlayışla yanaşanda həmin adamla nə qədər oxşar olduğumuzu başa düşürük. Görürük ki, o da bizim kimi eyni hissləri keçirir. Anlayış kömək edir ki, mənşəyindən asılı olmayaraq, bütün insanların bəşər ailəsinin üzvü olduğunu dərk edək. O insanlarla aramızda olan oxşar cəhətlərə diqqətimizi cəmləyəndə onlara münasibətimiz də yaxşılaşır.

Anlayış bizə həmçinin başqalarına hörmət etməyə kömək edir. Seneqalda yaşayan Ann-Mari aşağı kastadan hesab olunan adamlara bir vaxtlar yuxarıdan aşağı baxırdı. Ancaq anlayış ona bu münasibətini dəyişməyə kömək etdi. O deyir: «Aşağı kastadan olan adamların çətinliklərin i görəndə fikirləşdim ki, görəsən mən onların yerində olsaydım, özümü necə hiss edərdim. Onda başa düşdüm ki, bu adamlardan heç də üstün deyiləm. Axı nə etmişəm ki, onlardan üstün olum?!» Bəli, əgər biz başqasının çətinliklərini başa düşməyə çalışsaq, onlara tənqidi yanaşmayacağıq.

Nə edə bilərsiniz?

Mənfi münasibət bəslədiyiniz adamlarla aranızdakı fərqli cəhətləri yox, oxşar cəhətləri görməyə çalışın. Məsələn, onların növbəti hallarda hansı hissləri keçirdiyi barədə düşünün:

Anlayış kömək edir ki, bütün insanların bəşər ailəsinin üzvü olduğunu dərk edək

  • ailəlikcə yemək yeyəndə

  • ağır iş gününün sonunda

  • dostları ilə vaxt keçirəndə

  • sevdikləri musiqiyə qulaq asanda

Sonra özünüzü onların yerinə qoyun və düşünün:

  • Kimsə mənim ləyaqətimi alçaltsaydı, özümü necə hiss edərdim?

  • Kimsə məni tanımadan haqqımda yanlış düşünsəydi, özümü necə hiss edərdim?

  • Onların mənsub olduğu təbəqədən olsaydım, özümə qarşı hansı rəftarı gözləyərdim?

Həmin avropalı və siqh kişi bir-birinə aralarındakı oxşar cəhətləri, ailələri ilə birgə olduqları, xoşladıqları idmanla məşğul olduqları, işdə olduqları anları əks etdirən şəkilləri göstərirlər.

Real həyatdan nümunə: Robert (Sinqapur)

«Əvvəllər fikirləşirdim ki, kar adamlar qəribədirlər. Onları əqli cəhətdən qüsurlu və çox dəymədüşər hesab edirdim. Ona görə də onlardan uzaq gəzirdim. Amma bunu qərəz hesab etmirdim, çünki fikirləşirdim ki, bunun heç kimə ziyanı yoxdur.

Kar adamlara anlayışla yanaşanda qərəz hissini dəf edə bildim. Məsələn, məndə kar adamların əqli cəhətdən qüsurlu olması təəssüratı ona görə yaranmışdı ki, onlarla danışanda adama donuq baxışlarla baxırlar. Öz-özümə düşündüm: “Mənimlə danışan adamın nə dediyini eşitməsəydim, özümü necə hiss edərdim?” Sözsüz ki, mən də bu cür baxardım. Hətta eşitmə aparatım olsaydı da, eşitməyə çətinlik çəkdiyim halda, üzümdə elə ifadə yaranardı ki, sanki başa düşməyə çətinlik çəkirəm.

Özümü kar insanların yerinə qoyandan sonra ürəyimdəki qərəz yoxa çıxdı».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş