Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  3 s. 4—5
  • Faktlarla tanış olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Faktlarla tanış olun
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • Problem
  • Müqəddəs Kitabdan məsləhət
  • Faktları bilməyin faydası
  • Nə edə bilərsiniz?
  • Qərəzə yoluxmusunuz?
    Oyanın! 2020
  • Məhəbbət göstərin
    Oyanın! 2020
  • Aramızda birlik olsun
    Gözətçi qülləsi 2018
  • Onlar qərəzə qalib gəldilər
    Oyanın! 2020
Əlavə
Oyanın! 2020
g20 №  3 s. 4—5
Maşın zavodunda iki kişi qadından iş üçün müsahibə götürür. Qadın gərgindir.

Faktlarla tanış olun

Problem

Qərəz çox vaxt məlumatsızlıqdan qaynaqlanır. Növbəti nümunələrə nəzər salaq:

  • Bəzi iş adamları düşünür ki, elmi və texniki işlər qadınların görəcəyi iş deyil.

  • Orta əsrlərdə Avropada yəhudiləri su quyularını zəhərləməkdə və xəstəlik yaymaqda haqsız yerə ittiham edirdilər. Nasistlərin dövründə yəhudilərə yenə də böhtan atdılar. Bu dəfə onları Almaniyada iqtisadi böhrana səbəb olmaqda təqsirləndirdilər. Hər iki ittihamın nəticəsində yəhudilər ifrat qərəzin qurbanı oldular. Bu gün də bu qərəz müəyyən dərəcədə hiss olunmaqdadır.

  • Çoxları düşünür ki, əlilliyi olanlar həyatdan küskün və ya kinli insanlardır.

Bu kimi yalanlara inanan adamlar haqlı olduqlarını sübut etmək üçün kimlərisə nümunə çəkir, və ya dəlillər gətirirlər. Onlarla razılaşmayanları isə cahil hesab edirlər.

Müqəddəs Kitabdan məsləhət

«Elmsiz olmaq yaxşı deyil» (MƏSƏLLƏR 19:2)

Mənası: İnsan faktları bilməyəndə yanlış qərarlar verir. Əgər biz faktlara yox, yalana inanırıqsa, insanlar haqqında yanlış fikirdə olacağıq.

Müqəddəs Kitabda qərəz barədə nə deyilir?

Bəzi insanlar iddia edirlər ki, Müqəddəs Kitabda qərəz aşılanır. Bəs görəsən əslində Müqəddəs Kitabda bu barədə nə yazılıb?

  • Bütün insanların əcdadı eynidir. Allah «bir insandan hər xalqı yaratdı» (Həvarilərin işləri 17:26).

  • Allah ayrı-seçkilik etmir. «Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:34, 35).

  • Allah insanın zahirinə yox, ürəyinə baxır. «İnsan zahiri görür, Allah isə ürəyi» (1 İşmuil 16:7).

Faktları bilməyin faydası

Əgər insanlar haqqında faktları bilsək, onlar haqda geniş yayılmış yanlış fikirlərə inanmayacağıq. Müəyyən bir qrup insan haqda eşitdiklərimizin həqiqət olmadığını biləndə özümüz də başqa qrup insanlar haqda qərəzli fikirlər irəli sürməyəcəyik.

Real həyatdan nümunə: Yoviça (Balkan)

Əvvəlki məqalədə adı çəkilən Yoviça uşaq vaxtından yerlilərindən, xəbərlərdə, televiziya proqramlarında bir kiçik etnik qrup haqqında həmişə pis şeylər eşidirdi. O deyir: «Mən bu insanlara qərəzlə yanaşırdım, hətta onlara nifrət bəsləyirdim. Həm də özümü haqlı hesab edirdim.

Ancaq orduda xidmət edəndə əsgər yoldaşlarımdan bəziləri həmin etnik qrupdan idi və mən onlarla yaşayıb işləməli olmuşdum. Vaxt keçdikcə onları yaxından tanıdım. Hətta dillərini öyrənməyə, xalq mahnılarına qulaq asmağa başladım. Birlikdə yaxşı vaxt keçirirdik. Onlara münasibətim dəyişdi. Amma qərəz elə hissdir ki, yenidən peyda ola bilər. Buna görə də xəbərlərdə həmin etnik qrup barədə mənfi fikirlər söylənəndə qulaq asmıram. Həmçinin onları lağa qoyan filmlərə, komediyalara baxmıram. Bilirəm ki, qərəz qəzəbə, hətta nifrətə çevrilə bilər».

Nə edə bilərsiniz?

  • Cəmiyyətdə hansısa bir qrup insan haqda mənfi fikir formalaşsa da, unutmayın ki, əslində o adamların çoxu heç də belə deyil.

  • Nəzərə alın ki, həmin insanlar haqda hər şeyi bilmirsiniz.

  • Etibarlı mənbədən məlumat alın.

Onlar nifrət üzərində zəfər çaldılar

Şəkillər: 1) İki kişi gəzə-gəzə söhbət edir. 2) Həmin kişilərdən biri dostlarının arasındadır və gülümsəyir.

Bir ərəbə və yəhudiyə qərəzi dəf etməyə nə kömək etdi?

«Əsl məhəbbət nifrət üzərində nə vaxt zəfər çalacaq?» adlı videoya baxın. Videonun adını jw.org saytında yazıb axtarın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş