-
Həqiqətin əsaslarından öyrənəkGözətçi qülləsi 2012 | 15 yanvar
-
-
Həqiqətin əsaslarından öyrənək
«Qanunda ifadə olunan biliyin və həqiqətin əsaslarına [yiyələnmisən]» (ROM. 2:20).
-
-
Həqiqətin əsaslarından öyrənəkGözətçi qülləsi 2012 | 15 yanvar
-
-
1. Pavelin Musanın Qanunu barədə dediklərini başa düşmək bizim üçün nəyə görə vacibdir?
HƏVARİ PAVELİN Allahdan ilham alaraq yazdığı məktublar olmasaydı, Musanın Qanununun bir çox yönlərinin nə qədər vacib olduğunu başa düşmək bizim üçün çətin olardı. Məsələn, Pavel «İbranilərə məktub»unda izah edir ki, İsa «sadiq baş kahin» kimi birdəfəlik «barışıq qurbanı»nı necə gətirib və bunun sayəsində həmin qurbanlığa iman edənlər «əbədi xilas»a necə nail ola bilərlər (İbr. 2:17; 9:11, 12). O həmçinin göstərir ki, müqəddəs məskən sadəcə olaraq «səmavi şeylərin... kölgəsidir» və İsanın vasitəçilik etdiyi əhd Musanın vasitəçilik etdiyi əhddən «daha yaxşı»dır (İbr. 7:22; 8:1—5). Pavelin Qanunun müxtəlif yönlərinin nəyi təmsil etdiyini izah etməsi onun günlərindəki məsihçilər üçün böyük əhəmiyyət kəsb etdiyi kimi, bizim üçün də vacibdir. Bu, Allahın bizim üçün etdiklərinin nə qədər qiymətli olduğunu daha yaxşı başa düşməyə kömək edəcək.
2. Yəhudi mənşəli məsihçilər digər millətlərdən olan insanlarla müqayisədə hansı üstünlüyə malik idilər?
2 Pavelin Romadakı məsihçilərə ünvanlandığı məktubdakı bəzi fikirlər Musanın Qanununa bələd olan yəhudi mənşəli məsihçilərə aid idi. O etiraf edirdi ki, bu məsihçilərin Allahın Qanunundan xəbəri olduğu üçün onlar Yehova və Onun saleh prinsipləri barədə «biliyin və həqiqətin əsaslarına» bələddirlər. Onlar Qanunda ifadə olunan həqiqətlərin əsaslarını başa düşür və onları ürəkdən sevirdilər. Buna görə də onlardan əvvəl yaşamış sadiq yəhudilər kimi, Yehova barədə həqiqətləri başqalarına da öyrədə bilərdilər. (Romalılara 2:17—20 ayələrini oxu.)
İSANIN FİDYƏ QURBANLIĞININ KÖLGƏSİ
3. Qədimdə yəhudilərin gətirdiyi qurbanları araşdırmaqdan biz hansı faydanı əldə edəcəyik?
3 Yehovanın niyyətini başa düşmək üçün Qanunda ifadə olunan həqiqətin əsaslarını bilməyimiz vacibdir. Musanın Qanununun əsaslarını təşkil edən prinsiplər bu gün də öz dəyərini və əhəmiyyətini itirməyib. Bunu yadda saxlayaraq, gəlin Qanunun bir yönünü araşdıraq: cürbəcür qurbanlar və təqdimlər təvazökar yəhudiləri Məsihə doğru necə aparmışdı və Allahın tələblərini başa düşməyə onlara necə kömək etmişdi? Allahın Öz xidmətçiləri üçün təsis etdiyi əsas tələblər dəyişməzdir. Buna görə də gəlin görək Onun israillilərə qurban və təqdimlərlə bağlı verdiyi qanunların köməyilə biz müqəddəs xidmətimizin keyfiyyətini necə yoxlaya bilərik (Mal. 3:6).
-