Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/11 s. 17—19
  • «Sülh gətirən... şeylərə can ataq»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Sülh gətirən... şeylərə can ataq»
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Nəyə görə sülhə can atmalıyıq?
  • Problemi sakitcə müzakirə etmək sülhü bərpa edə bilər
  • Dilindən müdrikcəsinə istifadə et
  • Allaha ‘çiyin-çiyinə xidmət edək
  • Sülhə can atın
    Gözətçi qülləsi 2011
  • Sülh. Onu necə tapmalı?
    Gözətçi qülləsi 2018
  • Mübahisələri məhəbbətlə yoluna qoyun
    Gözətçi qülləsi 2016
Gözətçi qülləsi 2008
w08 15/11 s. 17—19

«Sülh gətirən... şeylərə can ataq»

TƏZƏ salınmış yol hamar və möhkəm olur. Amma vaxt keçdikcə üzərində çatlar və çuxurlar əmələ gələ bilər. Təhlükəsiz və yaxşı vəziyyətdə qalması üçün yolu vaxtlı-vaxtında təmir etmək gərəkdir.

Eynilə, hərdən başqaları ilə münasibətlərimizdə çətinliklər və hətta «çatlar» yarana bilər. Həvari Pavel Romadakı məsihçilərin arasında fikir ayrılıqlarının olduğunu yazmışdı. O, həmimanlılarına məsləhət edirdi: «Sülh gətirən və bir-birimizi ruhən inkişaf etdirən şeylərə can ataq» (Rom. 14:13, 19). ‘Sülh gətirən şeylərə can atmaq’ nəyə görə vacibdir? Bunu cəsarətlə və daha yaxşı necə edə bilərik?

Nəyə görə sülhə can atmalıyıq?

Yol vaxtlı-vaxtında təmir olunmazsa, kiçik çatlar təhlükəli çuxurlara çevrilə bilər. Həll olunmamış fikir ayrılıqları da eyni təhlükəni daşıyır. Həvari Yəhya yazırdı: «Kim desə ki, mən Allahı sevirəm, amma öz qardaşına nifrət edirsə, o yalançıdır. Çünki gördüyü qardaşını sevməyən, görmədiyi Allahı necə sevə bilir?» (1 Yəh. 4:20). Həll olunmamış fikir ayrılığı nəticədə məsihçinin öz qardaşına nifrət etməsinə səbəb ola bilər.

İsa Məsih göstərdi ki, başqaları ilə sülhü bərpa etməyəndə Yehova ibadətimizi qəbul etmir. İsa şagirdlərinə belə bir göstəriş vermişdi: «Əgər öz qurbanını qurbangah qarşısına gətirdiyin zaman orada yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını orada qurbangahın qarşısında qoy, get əvvəlcə qardaşın ilə barış və ondan sonra gəl, qurbanını təqdim et» (Mat. 5:23, 24). Bəli, sülhə can atmağımızın başlıca səbəbi Yehova Allahı razı salmaq istəyimizdira.

Filipi şəhərindəki yığıncaqda yaranan bir vəziyyət sülhə can atmağın digər səbəbini göstərir. Görünür, iki ruhani bacı Evodiya və Sintixi arasındakı naməlum bir problemə görə bütün yığıncağın sülhü təhlükə altında idi (Filip. 4:2, 3). İki insan arasındakı həll olunmamış fikir ayrılığı qısa bir vaxtda hamının qulağına çata bilər. Yığıncaqda məhəbbət və birliyi qorumaq arzusu bizi həmimanlılarımızla sülhdə olmağa təşviq edir.

İsa demişdi: «Sülhpərvərlər nə bəxtiyardırlar!» (Mat. 5:9). Sülhə can atmaq sevinc və məmnunluq gətirir. Üstəlik, insanlarla sülhdə olmaq səhhətimizə yaxşı təsir göstərir, çünki «ürəyin rahatlığı cana həyat verər» (Sül. məs. 14:30). Ürəkdə kin saxlamaq isə xəstələnmək təhlükəsini artıra bilər.

Əksər məsihçilər sülhə can atmağın vacib olduğu ilə razılaşsalar da, ola bilsin, sən həmimanlılarla problemləri necə həll etməyi bilmirsən. Gəl bu işdə bizə kömək edəcək Müqəddəs Kitab prinsiplərini nəzərdən keçirək.

Problemi sakitcə müzakirə etmək sülhü bərpa edə bilər

Yolun üstündəki kiçik çatları, adətən, yamaq vurmaqla təmir edirlər. Qardaşlarımızın xırda səhvlərini bağışlaya və üstünü örtə bilərikmi? Bu üsulu əksər problemlərin həlli üçün istifadə etmək olar, çünki həvari Peterin yazdığı kimi, «məhəbbət bir çox günahın üstünü örtər» (1 Pet. 4:8).

Amma bəzən problem elə ciddi ola bilər ki, ona sadəcə məhəl qoymamaq mümkün deyil. Görün, israillilər Vəd olunmuş diyarda məskunlaşandan tez sonra nə baş vermişdi. «Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı» İordan çayının yanında «möhtəşəm görünüşlü qurbangah qurdular». Digər qəbilələr fikirləşdilər ki, qurbangah yalançı allahlara ibadət etmək məqsədilə ucaldılıb və bu məsələyə sadəcə göz yuma bilmədilər. Onlar müharibəyə hazırlaşdılar (Yeşua 22:9-12).

Yəqin, onların bəziləri qardaşlarının pis iş gördüklərini zənn etməyə kifayət qədər əsasları olduğunu və qəfil hücumun az itkilər gətirəcəyini düşünürdülər. Amma tələm-tələsik nə isə etməkdənsə, İordan çayının qərb sahilindəki qəbilələr problemi müzakirə etmək üçün qardaşlarının yanına öz nümayəndələrini göndərdilər. Onlar soruşdular: «Nədir İsrailin Allahına belə xəyanət etdiniz? Niyə Onun yolundan döndünüz?» Qurbangah tikən qəbilələrin xəyanət etmədikləri məlum oldu. Bəs onlar ittihamlara necə reaksiya göstərdilər? Onlar bütün hirslərini qardaşlarının üzərinə tökdülərmi və ya onlarla danışmaqdan imtina etdilərmi? Yox, onlar mülayim cavab verdilər və izah etdilər ki, bu işi Yehovaya xidmət etmək arzusundan irəli gələrək ediblər. Onların belə cavab vermələri Yehova ilə münasibətlərini qorudu və həyatlarını xilas etdi. Anlaşılmazlığın sakitcə müzakirə edilməsi sayəsində problem həll olundu və sülh bərqərar edildi (Yeşua 22:13-34).

Ciddi tədbirlərə keçməzdən öncə, digər israillilər müdrik davranaraq problemi Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı ilə müzakirə etdilər. Allahın Kəlamı buyurur: «Qəzəblənməyə tələsmə, çünki qəzəb ağılsızların ürəyində yuva salar» (Vaiz 7:9). Müqəddəs Yazılarda göstərildiyi kimi, həmimanlılarımızla ciddi problemləri həll etməyin ən yaxşı üsulu onu sakitcə və açıqca müzakirə etməkdir. Əgər ürəyimizdə kin saxlayır və xətrimizə dəyən həmimanlımıza yaxınlaşmırıqsa, Yehovadan xeyir-dua gözləyə bilərikmi?

Tutaq ki, qardaş və ya bacı bizə yaxınlaşıb onun qəlbinə toxunduğumuzu deyir və bəlkə də, bizi yalandan ittiham edir, bəs onda necə? «Həlim cavab hirsi yatırar», — deyə Müqəddəs Kitab cavab verir (Sül. məs. 15:1). İttiham olunan qəbilələr hərəkətlərinin səbəbini mülayim, lakin aydın tərzdə izah etməklə gərginliyi aradan qaldırdılar. Problemi həll etmək üçün təşəbbüsü kimin öz üzərinə götürməsindən asılı olmayaraq, özündən soruş: «Sülh olsun deyə hansı sözləri seçməliyəm, səsimin tonu necə olmalıdır və necə davranmalıyam?»

Dilindən müdrikcəsinə istifadə et

Yehova başa düşür ki, narahatçılıqlarımızı kiminləsə bölüşməyə ehtiyacımız var. Həmimanlılarımızla olan fikir ayrılıqlarını həll etməriksə, başqalarını da bu məsələyə qatmaq ehtimalı yaranacaq. Ürəyimizdə yığılıb qalan kin-küdurət asanlıqla tənqidi sözlərə çevrilə bilər. Dilin düzgün istifadə edilməməsinə dair Süleymanın məsəlləri 11:11 ayəsində deyilir: «Şərin qarğışı oranı [şəhəri] viran qoyar». Eynilə, həmimanlımız haqda dediyimiz düşünülməmiş sözlər şəhərəbənzər yığıncağın sülhünü poza bilər.

Ancaq sülhə can atmaq o demək deyil ki, biz bacı-qardaşlarımız haqda ümumiyyətlə danışmamalıyıq. Həvari Pavel həmimanlılarına məsləhət vermişdi: «Ağzınızdan heç bir çürük söz çıxmasın». Sonra isə əlavə etmişdi: «Ruhi inkişaf üçün yaxşı söz söyləyin ki, sizi dinləyənlərə nemət versin. [...] Amma bir-birinizə qarşı lütfkar, şəfqətli olun və... bir-birinizi bağışlayın» (Efes. 4:29-32). Sözlərinlə, yaxud hərəkətlərinlə xətrinə dəydiyin həmimanlın sənə yaxınlaşırsa, xüsusən də o sənin barəndə digərlərinin yanında heç vaxt pis bir şey söyləməyibsə, ondan üzr istəyib barışmaq yaxşı olmazdımı? Bunun kimi də, əgər biz həmimanlılarımız haqqında həmişə müsbət danışan adam kimi tanınırıqsa, bu, fikir ayrılıqları yarananda sülhü bərpa etməyimizi asanlaşdıracaq (Luka 6:31).

Allaha ‘çiyin-çiyinə xidmət edək

Qeyri-kamil olduğumuz üçün xətrimizə dəyən insanlardan kənar gəzməyə, özümüzə qapılmağa meylliyik. Amma bu, heç də müdrik hərəkət deyil (Sül. məs. 18:1). Biz, Yehovanın adını daşıyan yekdil xalq kimi, Ona ‘çiyin-çiyinə xidmət etməyə’ qəti qərarlıyıq (Sef. 3:9).

Başqalarının dediyi düşünülməmiş sözləri və ya yersiz hərəkətləri heç vaxt bu qətiyyətimizi zəiflətməməlidir. Məbəddə gətirilən təqdimlərin İsanın fidiyə qurbanlığı ilə əvəz olunmasından bir neçə gün əvvəl və İsanın din alimlərini açıqca mühakimə etməsindən bir qədər sonra İsa ‘dolanmaq üçün əlində olan bütün pulunu verən’ dul qadına diqqət yetirmişdi. İsa bu qadını dayandırmağa çalışdımı? Xeyr. Əksinə, Yehovanın o vaxtlar olan yığıncağını qadının sədaqətlə dəstəkləməsini müsbət qiymətləndirdi (Luka 21:1-4). Başqa insanların haqsız davranışı həmin qadını Yehovaya ibadəti dəstəkləmək borcundan azad etmirdi.

Bacı və ya qardaşımızın davranışının məsihçiyə yaraşmadığını, hətta ədalətsiz olduğunu zənn etsək də, necə reaksiya göstərəcəyik? Bunun Yehovaya bütün ürəkdən ibadət etmək qətiyyətimizi zəiflətməsinə yol verəcəyikmi? Yoxsa Allahın yığıncağında sülhü qorumaq üçün yaranan hər bir fikir ayrılığını cəsarətlə həll edəcəyik?

«Mümkünsə, — Müqəddəs Yazılar məsləhət edir, — əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun» (Rom. 12:18). Gəlin bu məsləhətə qətiyyətlə əməl edək və həyata aparan yolda möhkəm duraq.

[Haşiyə]

a İsanın Matta 18:15-17 ayələrindəki məsləhətinə dair «Gözətçi Qülləsi»nin 1999-cu il 15 oktyabr sayının 17-22-ci səhifələrindəki (rus.) məqaləyə baxın.

[17-ci səhifədəki şəkil]

Evodiya və Sintixi sülhə can atmalı idilər

[18-ci səhifədəki şəkil]

Sülh olsun deyə hansı sözləri seçməliyik, səsimizin tonu necə olmalıdır və necə davranmalıyıq?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş