Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/5 s. 19—20
  • Ərlər, Məsihin məhəbbətini təqlid edin!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ərlər, Məsihin məhəbbətini təqlid edin!
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Yığıncaq Məsih üçün əziz idi
  • ‘Onları qardaş adlandırmaqdan utanmırdı’
  • «Mənim dostlarımsınız»
  • O, «onları sona qədər sevdi»
  • Allahın birləşdirdiyini ayırmayın
    Gözətçi qülləsi 2007
  • Ərlər, Məsihin başçılığını qəbul edin
    Gözətçi qülləsi 2007
  • Daimi nikahın iki açarı
    Ailə xoşbəxtliyinin sirri
  • Ər-arvadlar üçün müdrik nəsihətlər
    Gözətçi qülləsi 2005
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/5 s. 19—20

Ərlər, Məsihin məhəbbətini təqlid edin!

YER üzündəki həyatının son gecəsində İsa sadiq həvarilərinə dedi: «Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm: sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəh. 13:34, 35). Bəli, həqiqi məsihçilər bir-birilərinə məhəbbət bəsləməlidirlər.

Həvari Pavel bilavasitə məsihçi ərlərə müraciət edərək demişdi: «Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi» (Efes. 5:25). Xüsusilə də arvadı Yehovanın həsr olunmuş xidmətçisi olan məsihçi ər Müqəddəs Kitabın bu nəsihətini öz nikahında necə tətbiq edə bilər?

Yığıncaq Məsih üçün əziz idi

Müqəddəs Kitabda deyilir: «Ərlər... öz arvadlarını öz bədənləri qədər sevməlidirlər. Öz arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin Rəbb cəmiyyəti etdiyi kimi, onu yedirir və bəsləyir» (Efes. 5:28, 29). İsa öz şagirdlərini nəvazişlə sevir və onların qayğısına qalırdı. Çünki onlar onun üçün çox əziz idilər. Qeyri-kamil olmalarına baxmayaraq, onlara qarşı mülayim və xeyirxah idi. İsa yığıncağı ‘bütün izzəti ilə Özünə ərz etmək’ arzusu ilə diqqətini şagirdlərinin gözəl xüsusiyyətlərinə cəmləşdirirdi (Efes. 5:27).

Məsih yığıncağa məhəbbət təzahür etdirdiyi kimi, ərlər də arvadlarına həm sözdə, həm də əməldə məhəbbət göstərməlidirlər. Əri tərəfindən bu cür məhəbbət görən qadın sevildiyini hiss edir və özünü xoşbəxt sanır. Digər tərəfdən isə, evində hər cür rahatlığa malik olan, amma həyat yoldaşı tərəfindən diqqət və məhəbbət görməyən qadın özünü bədbəxt hiss edir.

Ər həyat yoldaşını qiymətləndirdiyini necə göstərə bilər? Başqalarının yanında o, arvadı ilə hörmətlə davranacaq və dəstəyinə görə onu tərifləyəcək. Əgər ailənin rifahı üçün vacib olan bir işdə arvadın böyük köməyi olmuşdursa, kişi bunu başqalarına bildirməkdən çəkinməyəcək. Onlar təklikdə olanda da qadın onun məhəbbətini hiss edir. Ərinin nəvazişlə ona toxunması, gülümsəməsi, bərk qucaqlaması və tərifləməsi kiçik bir şey kimi görünsə də, bu, qadın üçün böyük əhəmiyyət kəsb edir.

‘Onları qardaş adlandırmaqdan utanmırdı’

Məsih İsa məsh olunmuş davamçılarını ‘qardaş adlandırmaqdan utanmırdı’ (İbr. 2:11, 12, 17). Məsihçi ər unutmamalıdır ki, arvadı eyni zamanda onun məsihçi bacısıdır. Qadının Yehovaya həsr olunması, vəftizdən öncə və ya sonra ərə gəlməsindən asılı olmayaraq, nikah əhdindən üstündür. Yığıncaqda şərh verərkən qardaş sənin həyat yoldaşına «bacı» deyə müraciət edir. Ər həyat yoldaşının təkcə Padşahlıq Zalında deyil, evdə də bacısı olduğunu yaddan çıxarmamalıdır. Padşahlıq Zalında olduğu kimi, evdə də onunla mülayim davranmaq vacibdir.

Əgər yığıncaqda əlavə məsuliyyətlərin varsa, yığıncaq və ailə məsuliyyətləri arasında tarazlığı qorumaq sənə çətin ola bilər. Ağsaqqalların və xidməti köməkçilərin qarşılıqlı əməkdaşlığı və məsuliyyətlərin düzgün bölüşdürülməsi sayəsində sənə ən çox ehtiyacı olan bacına — həyat yoldaşına daha çox vaxt ayıra biləcəksən. Unutma ki, yığıncaqda sənə həvalə olunan tapşırıqların öhdəsindən başqa qardaşlar da gələ bilər, ancaq həyat yoldaşı kimi səni heç kim əvəz edə bilməz.

Üstəlik, sən arvadının başısan. Müqəddəs Kitabda deyilir: «Hər ərin başı Məsih, arvadın başı ər»dir (1 Kor. 11:3). Sən bu başçılıq vəzifəsini necə yerinə yetirməlisən? Sözsüz ki, bunu yuxarıda gətirilən ayələri arvadına dəfələrlə sitat gətirməklə və ondan özünə qarşı hörmət tələb etməklə yox, məhəbbətlə etmək lazımdır. Həyat yoldaşınla münasibətdə İsa Məsihi təqlid etmək başçılığı düzgün həyata keçirməyin ən yaxşı yoludur (1 Pet. 2:21).

«Mənim dostlarımsınız»

İsa şagirdlərini dost adlandırmışdı. O, onlara demişdi: «Artıq sizə qul demirəm; çünki qul ağasının nə etdiyini bilməz. Amma sizə dost dedim, çünki Atamdan eşitdiyim bütün şeyləri sizə bildirdim» (Yəh. 15:14, 15). İsa ilə şagirdləri arasında yaxşı ünsiyyət mövcud idi. Həmçinin onlar bir çox işləri birgə edirdilər. «İsa ilə şagirdləri» Qanada keçirilən toy məclisinə çağırılmışdılar (Yəh. 2:2). Onların Getsamani bağı kimi birgə vaxt keçirdikləri və xoşladıqları yerlər vardı. Müqəddəs Kitabda deyilir ki, «İsa tez-tez şagirdləri ilə orada yığışırdı» (Yəh. 18:2).

Əlbəttə, qadın ərinin ən yaxın dostu olduğunu hiss etməlidir. Ərlə arvadın bir yerdə gördükləri işdən məmnunluq duyması necə də vacibdir! Allaha birgə xidmət edin. Onun Kəlamını birlikdə araşdırın. Bir-birinizə vaxt ayırın: gəzintiyə çıxın, söhbət edin, bir yerdə yemək yeyin. Sadəcə ər-arvad yox, yaxın dost olun

O, «onları sona qədər sevdi»

İsa şagirdlərini «sona qədər sevdi» (Yəh. 13:1). Bəzi ərlər bu sahədə Məsihi təqlid etmirlər. Onlar hətta ‘cavanlıqda evləndikləri arvadlarını’ gənc qadınlara görə ata bilərlər (Mal. 2:14, 15).

Başqaları isə, Villi kimi, Məsihi təqlid edirlər. Getdikcə səhhəti pisləşən Villinin arvadı Editanın uzun illər ərzində qayğıya ehtiyacı vardı. Villi öz hissləri ilə bölüşür: «Mən daima öz həyat yoldaşıma Allahdan olan bir hədiyyə kimi yanaşıram və onu olduğu kimi qəbul edirəm. Bundan əlavə, 60 il əvvəl istər pis, istərsə də yaxşı günündə onu tərk etməyəcəyimə söz vermişdim. Mən bu vədimi heç vaxt unutmayacağam».

Məsihçi ərlər, Məsihin məhəbbətini təqlid edin. Allah qorxusuna malik olan arvadınızı — bacınızı və dostunuzu qiymətləndirin.

[20-ci səhifədəki şəkil]

Həyat yoldaşın sənin ən yaxın dostundurmu?

[20-ci səhifədəki şəkil]

«Arvadlarınızı sevin»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş