Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/3 s. 30—31
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir?
    «Gözətçi qülləsi»nin 2013-cü il buraxılışından olan təlim məqalələri (ingilis dilində)
  • Niyə pornoqrafiyadan uzaq durmalısan?
    Gənclərin sualları
  • Şeytanın tələsinə qarşı etibarlı müdafiə
    Gözətçi qülləsi 2019
  • Həyat yoldaşınız pornoqrafiyaya baxır?
    Gözətçi qülləsi 2023
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/3 s. 30—31

Oxucuların sualları

Məsihçinin pornoqrafiyaya baxmaq vərdişi o həddə gəlib çata bilərmi ki, onu yığıncaqdan kənar etmək lazım gəlsin?

▪ Bəli, ola bilər! Bu, pornoqrafiyanın hər bir növündən uzaq durmaq üçün nə qədər böyük səy göstərməyin vacib olduğunu vurğulayır. Buraya kitablarda, jurnallarda, filmlərdə, video və İnternet saytlarında göstərilən və ya yazılı şəkildə təqdim olunan pornoqrafik materiallar daxildir.

Pornoqrafiya bəlasına dünyanın hər yerində rast gəlmək mümkündür. İnternet pornoqrafik materialları daha əlçatan etdiyi üçün ona baxan insanların sayı günü-gündən artır. Bəzi gənclər və yaşlı insanlar pornoqrafik veb-saytlara təsadüfən daxil olmuşlar. Digərləri isə belə saytlara bilərəkdən girirlər, onlar evdə və ofisdə tək olanda pornoqrafik materiallara gizlicə baxır və ya oxuyurlar. Nəyə görə bu, məsihçilər üçün ciddi məsələdir?

Bunun əsas səbəblərindən birini İsanın növbəti xəbərdarlığında tapırıq: «Qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur» (Mat. 5:28). Yalnız ər-arvad arasındakı normal cinsi əlaqə düzgündür və ər-arvad bu münasibətdən həzz ala bilər (Sül. məs. 5:15—19; 1 Kor. 7:2—5). Lakin pornoqrafiyanın əsasında bunlar durmur. Əksinə, pornoqrafik materiallarda təqdim olunan qeyri-qanuni cinsi əlaqə insanlarda əxlaqsız fikirlərin yaranmasına təkan verir. Elə İsanın söylədiyi xəbərdarlıq məhz buna qarşı idi. Aydındır ki, pornoqrafiyaya baxmaq və ya bu kimi materiallar oxumaq birbaşa olaraq Allahın növbəti göstərişinə ziddir: «Buna görə də torpaqdan yaradılmış bədəninizin üzvlərindəki meyilləri — cinsi əxlaqsızlığa, natəmizliyə, şəhvətə, ehtirasa və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün» (Kolos. 3:5).

Əgər məsihçi bir-iki dəfə pornoqrafiyaya baxıbsa, nə baş verə bilər? Onun vəziyyəti müəyyən mənada məzmurçu Asəfin üzləşdiyi təhlükəli vəziyyətə oxşayır. O demişdi: «Ayaqlarım az qala büdrəmişdi, addımlarım məni yıxmışdı». Əgər məsihçi gözünü çəkmədən çılpaq qadın və ya kişilərin pornoqrafik şəkillərinə, yaxud da iki nəfərin əxlaqsızlıqla necə məşğul olduğuna baxırsa, demək olarmı ki, onun vicdanı Allah qarşısında təmizdir və o, Allahla sülh münasibətindədir? Asəf də özünə yer tapa bilmirdi: «Həmişə əziyyətə düşürəm, hər səhər töhmətə rast gəlirəm» (Məz. 73:2, 14).

Bu pisliyin tələsinə düşən məsihçi ayılmalı və ruhani köməyə ehtiyacı olduğunu boynuna almalıdır. Belə köməyi məsihçi yığıncağında tapmaq olar: «Əgər kimsə bilmədən səhv bir iş görərsə, siz yetkin məsihçilər, onu mülayimcəsinə düzəltməyə çalışın. Eyni zamanda, özünüzdən muğayat olun» (Qalat. 6:1). Bir və ya iki ağsaqqal, xəstəni sağaltmağa qadir olan «imanla edilən dua» da daxil olmaqla, həmin insana lazımi köməyi göstərəcək və onun «təqsiri bağışlanacaq» (Yaq. 5:13—15). Pornoqrafiya bəlasından azad olmaq məqsədilə kömək istəyən məsihçilər, Asəf kimi, onlar üçün Allaha yaxınlaşmağın yaxşı olduğunu görmüşlər (Məz. 73:28).

Lakin həvari Pavel yazmışdı ki, günah işlədənlərin bəziləri «natəmiz işlərindən, cinsi əxlaqsızlıqdan və pozğun davranışlarından əl çəkib»a tövbə etməmişlər (2 Kor. 12:21). Burada «natəmiz işlər» kimi tərcümə edilən yunan sözü barədə professor Marvin Vinsent yazmışdı ki, bu sözün altında iyrənc natəmizlik nəzərdə tutulur. Əfsuslar olsun ki, bəzi pornoqrafik materiallar çılpaq insanların təsvir olunduğu, eləcə də kişi və qadınların əxlaqsızlıqla məşğul olduqları səhnələrdən daha betərdir. İyrənc, ikrah doğuran pornoqrafiyaya homoseksualizm (eyni cinsdən olan insanların bir-biri ilə əlaqədə olması), qrup şəklində cinsi əlaqə, heyvanla cinsi əlaqə, uşaq pornoqrafiyası, qrup şəklində zorlama, vəhşicəsinə qadınlara əzab verərək cinsi həzz almaq, özlərini bir-birlərinə bağlayan insanların cinsi əlaqəyə girməsi və ya cinsi həzz almaq məqsədilə başqalarına işgəncə vermək kimi növləri daxildir. Zehinləri qaranlıqda olan Pavelin bəzi müasirləri «abır-həyanı büsbütün itirərək acgözlüklə hər cür natəmiz iş görmək üçün özlərini pozğunluq girdabına qərq [etmişdilər]» (Efes. 4:18, 19).

Pavel Qalatiyalılara 5:19 ayəsində də «natəmizlik» sözündən istifadə edir. Bir britaniyalı alim qeyd etmişdir ki, bu ayədə bu söz «daha çox bütün qeyri-təbii istəklərə» aid ola bilər. Hansı məsihçi etiraz edər ki, yuxarıda qeyd olunan iyrənc, qeyri-təbii cinsi əlaqənin təsvir olunduğu pornoqrafiyanın növləri «qeyri-təbii istəklər» deyil və insanda ikrah doğurmur? Qalatiyalılara 5:19—21 ayələrində Pavel sonda qeyd edir ki, bu cür natəmiz «işlərlə məşğul olanlar Allahın padşahlığına girməyəcəklər». Beləliklə, əgər iyrənc, qeyri-təbii cinsi əlaqə ilə bağlı olan pornoqrafiyaya baxmaq vərdişi kimdəsə dərin kök salıbsa və uzun müddətdir ki ona baxırsa, üstəlik, tövbə edib əməlindən əl çəkmirsə, belə insan məsihçi yığıncağında qala bilməz. Yığıncağın təmizliyini və ovqatını, yəni ab-havasını qorumaq üçün onu yığıncaqdan kənar etmək lazımdır (1 Kor. 5:5, 11).

Amma pornoqrafiyanın iyrənc növlərinə aludə olanların bəziləri ağsaqqallara müraciət etmiş və həyatlarında köklü dəyişiklik etmək üçün lazımi ruhani kömək almışlar. Qədim Sardis şəhərində yaşayan bəzi məsihçilərə müraciətində İsa demişdi: «Yaxasını güc-bəla ilə ölümdən qurtaranları qüvvətləndir... Aldığın və eşitdiyin şeyləri yadına sal, onları qoru və tövbə et. Əgər oyanmasan,.. nə vaxt gələcəyimi bilməyəcəksən» (Vəhy 3:2, 3). Tövbə etmək və od-alovdan qurtulmaq mümkündür (Yəhuda 22, 23).

Yuxarıda deyilənləri nəzərə alaraq, məgər təhlükəli həddə yaxınlaşmamaq üçün qəti addımlar atmağımız daha yaxşı deyil? Bəli, biz pornoqrafiyanın bütün növlərindən uzaq durmaq niyyətimizdə qəti olmalıyıq!

[Haşiyə]

a «Natəmiz iş, cinsi əxlaqsızlıq və pozğun davranış» arasındakı fərqi anlamaq üçün «Gözətçi qülləsi»nin 2006-cı il 15 iyul sayının 29-dan 31-dək səhifələrinə (rus.) baxın.

[30–cu səhifədəki yazı]

Bu pisliyin tələsinə düşən məsihçi ayılmalı və ruhani köməyə ehtiyacı olduğunu boynuna almalıdır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş