Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/10 s. 26—28
  • Möhkəm təməl üzərində kök salmısanmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Möhkəm təməl üzərində kök salmısanmı?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • «Geniş, uzun, uca və dərin»
  • Necə başa düşürsən?
  • ‘Dünya yaranmazdan qabaq təyin ediliblər’
  • «Bol-bol göstərdiyi Öz lütfünün zənginliyinə görə»
  • Allahın niyyətinin müqəddəs sirri
  • «Əqlən... kamil olun»
  • Bəşəriyyətin problemləri tezliklə həll olunacaqdır!
    Gözətçi qülləsi 2002
  • Allahın niyyətini yerinə yetirmək üçün ‘işlərin idarəsi’
    Gözətçi qülləsi 2006
  • Allahın lütfü barəsindəki müjdəni təbliğ edin
    Gözətçi qülləsi 2016
  • Taleyiniz sizin ixtiyarınızdadırmı?
    Gözətçi qülləsi 2005
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/10 s. 26—28

Möhkəm təməl üzərində kök salmısanmı?

NƏ VAXTSA güclü tufanın o tərəf-bu tərəfə əydiyi böyük ağacı görmüsənmi? Güclü təsirə məruz qalmasına baxmayaraq, ağac davam gətirir. Nəyə görə? Çünki onun torpağın dərinliklərinə uzanan güclü kök sistemi var. Biz də bu ağac kimi ola bilərik. Əgər möhkəm təməl üzərində kök salmışıqsa, biz də həyatımızda tufanabənzər sınaqlara tab gətirə biləcəyik (Efes. 3:14-18). Söhbət hansı təməldən gedir?

Allahın Kəlamında deyilir ki, məsihçi yığıncağının təməlinin «guşə daşı... İsa Məsih Özüdür» (Efes. 2:20; 1 Kor. 3:11). Biz məsihçilər ‘Onun yolunda yeriməyə, Onda kök salıb, inkişaf etməyə və imanda möhkəmlənməyə’ təşviq olunuruq. Belə etməklə biz, «boş hiylə»yə əsaslanan ‘iqnaedici sözlər’ də daxil olmaqla, imanımızı sınağa çəkən bütün çətinliklərə tab gətirə biləcəyik (Kolos. 2:4-8).

«Geniş, uzun, uca və dərin»

Bəs biz necə ‘kök sala’ və ‘imanda möhkəmlənə’ bilərik? Dərin kök salmağın vacib üsullarından biri Allahın ilhamlanmış Kəlamını diqqətlə və səylə öyrənməkdir. Yehova istəyir ki, biz «bütün müqəddəslərlə birlikdə» həqiqətin ‘genişliyini, uzunluğunu, ucalığını və dərinliyini başa düşək’ (Efes. 3:18). Buna görə də heç bir məsihçi Allahın Kəlamında olan «ibtidai» şeylərlə, yəni sadəcə səthi biliklə kifayətlənməməlidir (İbr. 5:12; 6:1). Əksinə, Müqəddəs Kitab həqiqətlərinin dərinliklərini başa düşmək üçün hər birimizdə güclü istək olmalıdır (Sül. məs. 2:1-5).

Əlbəttə, həqiqətdə ‘kök salmaq’ üçün təkcə çoxlu biliyə yiyələnmək kifayət deyil. Bunun üçün daha çox şey tələb olunur. Axı Şeytan da Müqəddəs Kitabda nə yazıldığını yaxşı bilir. Biz Məsihin ‘hər dərrakədən üstün olan məhəbbətini dərk etməliyik’ (Efes. 3:19). Ancaq əgər biz Yehovanı və həqiqəti sevdiyimiz üçün Müqəddəs Kitabı öyrəniriksə, Onun Kəlamından aldığımız dəqiq biliklər imanımızı möhkəmləndirəcək (Kolos. 2:2).

Necə başa düşürsən?

Nəyə görə indi Müqəddəs Kitabın bəzi vacib həqiqətlərini necə başa düşdüyünü yoxlamayasan? Bu, səni Müqəddəs Kitabı daha çalışqanlıqla öyrənməyə təşviq edəcək. Misal üçün, həvari Pavelin efeslilərə yazdığı məktubun giriş ayələrini oxu. («Efeslilərə» adlı çərçivəyə bax.) Bu ayələri oxuduqdan sonra özündən soruş: «Çərçivədə gətirilən Müqəddəs Kitabın bu parçasında kursivlə göstərilən ifadələrin mənasını başa düşürəmmi?» Gəlin onları bir-bir nəzərdən keçirək.

‘Dünya yaranmazdan qabaq təyin ediliblər’

Pavel həmimanlılarına yazırdı: «[Allah] bizi qabaqcadan Özü üçün İsa Məsih vasitəsilə oğulluğa təyin etdi». Bəli, Yehova qərar verdi ki, bəzi insanları övladlığa götürərək kamil səmavi ailəsinə qəbul etsin. Allahın övladlığa götürdüyü bu oğulları padşah və kahin kimi Məsihlə birlikdə idarə edəcəklər (Rom. 8:19-23; Vəhy 5:9, 10). Şeytan ilk dəfə Yehovanın hökmranlığına meydan oxuyanda Onun yaratdığı insanlarda nöqsan olduğunu iddia etdi. Buna görə də, Yehovanın bəşəriyyəti pislikdən və onun mənbəyi olan Şeytan İblisdən tamamilə azad etmək üçün bəşər ailəsinin üzvlərindən insanlar seçməsi necə də münasibdir! Lakin Yehova kimlərin Onun oğulları olacağını qabaqcadan müəyyən etməmişdi. Əksinə, O qərara almışdı ki, Məsihlə birlikdə göylərdə hökmranlıq edəcək insanlardan ibarət bir qrup və ya sinif təşkil etsin (Vəhy 14:3, 4).

Pavel məsihçilərə «dünya yaranmazdan qabaq» onların bir qrup kimi seçildiyini deyəndə hansı «dünya»nı nəzərdə tuturdu? O, Allahın yeri və ya bəşəriyyəti yaratmazdan öncəki vaxtı nəzərdə tutmurdu. Əgər belə olsaydı, ədalətin əsas prinsipləri pozulardı. Yehova Adəmlə Həvvanın günah işlədəcəyini onların yaranmasından öncə müəyyən etmiş olsaydı, onlar öz hərəkətlərinə görə məsuliyyət daşıya bilərdilər? Bəs Adəmlə Həvva Şeytana qoşularaq Allahın hökmranlığına qarşı üsyan qaldırdıqdan sonra yaranan vəziyyəti necə düzəldəcəyinə Allah nə zaman qərar verdi? Yehova bunu yalnız ilk valideynlərimizin üsyanından sonra, günahlarının yuyulması mümkün olan qeyri-kamil bəşəriyyətin isə yaranmasından öncə etdi.

«Bol-bol göstərdiyi Öz lütfünün zənginliyinə görə»

Nəyə görə Pavel qeyd edir ki, «Efeslilərə məktub»un giriş ayələrində haqqında bəhs olunan tədbirlər Allahın ‘bol-bol göstərdiyi lütfünün zənginliyi’ sayəsində mümkündür? O, bununla Yehovanın günahlı bəşəriyyəti satın almağa borclu olmadığını göstərdi.

Anadangəlmə bizlərdən heç kim xilasa layiq ola bilməz. Lakin bəşəriyyətə dərin məhəbbətindən irəli gələrək Yehova bizi xilas etmək üçün xüsusi tədbirlər görüb. Qeyri-kamilliyimizi və günahlı olmağımızı nəzərə alsaq, Pavelin dediyi kimi, bizim xilasımız həqiqətən də Yehovanın lütfü sayəsində mümkündür.

Allahın niyyətinin müqəddəs sirri

Başlanğıcda Allah Şeytanın vurduğu zərəri necə aradan qaldıracağını açıqlamamışdı. Bu, müqəddəs «sirr» idi (Efes. 3:4, 5). Sonralar, məsihçi yığıncağı təşkil olunanda Yehova insanlara və yer üzünə dair ilkin niyyətini necə həyata keçirəcəyini təfsilatı ilə açıqladı. Pavelin dediyi kimi, «vaxt tamam olduqda» Allah ‘işlərin idarəsinə’ (YD) başlayacaqdı, yəni bütün şüurlu varlıqları birləşdirmək üçün hərəkətə keçəcəkdi.

Bu birləşmənin birinci mərhələsi eramızın 33-cü ilinin Pentikost günü başlandı. Həmin gün Yehova göylərdə Məsihlə birgə idarə edəcək şəxsləri yığmağa başlamışdı (Həv. iş. 1:13-15; 2:1-4). İkinci mərhələ isə yer üzündə Allahın Padşahlığının hakimiyyəti altında yaşayacaq kəslərin toplanması ilə başlanacaqdı (Vəhy 7:14-17; 21:1-5). ‘İşlərin idarəsi’ ifadəsi altında Allahın Padşahlığı nəzərdə tutulmur, çünki bu Padşahlıq 1914-cü ildə qurulub. Əslində, bu ifadə kainatda birliyi bərqərar etmək üçün Allahın gördüyü işləri bildirir.

«Əqlən... kamil olun»

Şübhəsiz, Müqəddəs Kitabı öyrənmək üçün yaxşı qrafikimizin olması sayəsində həqiqətin ‘genişliyini, uzunluğunu, ucalığını və dərinliyini’ tam anlaya biləcəyik. Lakin yüksəktempli həyat tərzi Şeytan üçün əlverişli şərait yaradır ki, insanın bu kimi vərdişlərini zəiflətsin, hətta məhv etsin. Bunun səninlə də baş verməsinə yol vermə. ‘Əqlən kamil olmaq üçün’ Allah tərəfindən sənə verilən ‘ağıldan’ istifadə et (1 Kor. 14:20; 1 Yəh. 5:20). Nəyə və nə üçün inandığına şəxsən özün əmin ol ki, ‘malik olduğun ümid barəsində cavab vermək üçün’ həmişə hazır olasan (1 Pet. 3:15).

Təsəvvür et ki, Pavelin «Efeslilərə məktub»u ilk dəfə oxunanda sən də orada idin. Məgər onun sözləri səni ‘Allahın Oğlu haqqındakı dəqiq biliyini’ (YD) artırmağa təşviq etməzdimi? (Efes. 4:13, 14). Əlbəttə, edərdi! Onda qoy Pavelin ilhamlanmış sözləri səni bu gün də hərəkətə təşviq etsin. Yehovaya dərin məhəbbət və Onun Kəlamından aldığın dəqiq bilik Məsihin ‘möhkəm təməli üzərində kök salıb mətin durmağına’ kömək edəcək. Onda sən bu pis sistem tam məhvə uğramazdan öncə, Şeytanın istənilən sınaqlarına tab gətirə biləcəksən (Məz. 1:1-3; Yer. 17:7, 8).

[27-ci səhifədəki çərçivə/şəkil]

«Efeslilərə»

«Bizi Məsihdə hər cür ruhani nemətlə səmavi aləmdə mübarək etmiş Rəbbimiz İsa Məsihin Allahı və Atasına həmd olsun! Çünki O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz Onun qarşısında məhəbbətdə müqəddəs və ləkəsiz olaq. Öz iradəsinin iltifatına görə, sevimli Oğlunda bizə ehsan etdiyi Öz izzətli lütfünün mədhi üçün, bizi qabaqcadan Özü üçün İsa Məsih vasitəsilə oğulluğa təyin etdi. Tam hikmətlə və anlayışla bizə bol-bol göstərdiyi Öz lütfünün zənginliyinə görə, Məsihdə, Məsihin qanı vasitəsilə xilasa, günahlarımızın əfvinə malikik. Allah, Məsihdə niyyət etdiyi Öz iltifatına görə, Öz iradəsinin sirrini bizə bildirdi» (Efes. 1:3-9). «O, Öz niyyətinə əsasən, təyin edilmiş vaxtın sonunda işlərin idarəsini təşkil etməyi, yəni göydə və yerdə olanları yenidən Məsihdə birləşdirməyi qərarlaşdırdı» (Efes. 1:10, YD).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş