Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/7 s. 27—31
  • Yeganə Allah olan Yehova ailəsini bir yerə yığır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yeganə Allah olan Yehova ailəsini bir yerə yığır
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • İŞLƏRİN İDARƏSİ VƏ NAİLİYYƏTLƏR
  • «RUHUN BİRLİYİNİ» QORUYUN
  • «BİR-BİRİNİZƏ QARŞI XEYİRXAH... OLUN»
  • AİLƏDƏ MƏHƏBBƏT VƏ HÖRMƏT GÖSTƏRMƏYİ ÖYRƏNMƏYİN VACİBLİYİ
  • «MƏHƏBBƏT YOLUNDA YERİYİN»
  • Məsihçi birliyimiz Allaha izzət gətirir
    Gözətçi qülləsi 2010
  • Məsihçilər arasında həqiqi birliyə nail olmaq mümkündür!
    Müqəddəs ibadətimiz 2003
  • Allahın xalqı kimi “həmahəng” şəkildə birləşiblər
    Müqəddəs ibadətimiz 2002
Gözətçi qülləsi 2012
w12 15/7 s. 27—31

Yeganə Allah olan Yehova ailəsini bir yerə yığır

«Sizə yalvarıram... ruhun birliyini qorumağa ürəkdən çalışın» (EFES. 4:1, 3).

NECƏ İZAH EDƏRDİNİZ?

Allahın «işlərin idarəsi»nin məqsədi nədir?

Biz «sülhün birləşdirici telləri içində ruhun birliyini» necə qoruyuruq?

Başqalarına qarşı xeyirxah olmağa bizə nə kömək edəcək?

1, 2. Yehovanın Yer kürəsinə və bəşəriyyətə dair niyyəti nə idi?

AİLƏ. Bu sözü eşidəndə xəyalınızda nə canlanır? Mehribançılıq? Səadət? Müəyyən bir məqsədə çatmaq üçün birgə çalışmaq? Yoxsa böyüməyə, yeni şeylər öyrənməyə, fikirləri bölüşməyə imkan verən təhlükəsiz isti bir yuva? Əgər sizin də ailəniz səmimi və qayğıkeşdirsə, yəqin ki, bunların hamısı. Ailənin Banisi Yehova Allahdır (Efes. 3:14, 15). Allahın niyyəti əzəldən budur ki, göydə və yerdə yaşayanların hamısı bir ailə olub təhlükəsizlikdə yaşasınlar, aralarında qarşılıqlı etibar və əsil birlik hökm sürsün.

2 Lakin ulu valideynlərimiz günaha batan andan etibarən insanlar Allahın böyük ailəsinin üzvü deyillər. Buna baxmayaraq, Allahın niyyəti puça çıxmayıb. Allah Adəmlə Həvvanın övladlarının Cənnətdə yaşamalarının qeydinə qalacaq (Yar. 1:28; Yeşaya 45:18). O, bu niyyətini həyata keçirmək üçün lazım olan hər şeyi hazırlayıb. Bu tədbirlərdən bəziləri haqda əsas mövzusu birlik olan «Efeslilərə məktub»da bəhs edilir. Gəlin bu məktubdan bəzi ayələrə diqqət yetirək və görək Yehovanın göydə və yerdə yaşayanları birləşdirmək niyyətinin həyata keçməsinə biz öz töhfəmizi necə verə bilərik.

İŞLƏRİN İDARƏSİ VƏ NAİLİYYƏTLƏR

3. Efeslilərə 1:10 ayəsindəki «işlərin idarəsi» nədir və onun birinci mərhələsi nə zaman başlayıb?

3 Musa israillilərə demişdi: «Allahımız...[Yehova] yeganə Rəbdir» (Qanun. t. 6:4). Yehovanın niyyəti və işləri harmoniya təşkil edir. Allah «təyin edilmiş vaxtın sonunda» göydə və yerdə olan şüurlu varlıqların hamısını bir ailə olması üçün hazırlamağa başladı. O, bu hazırlıq tədbirlərini «işlərin idarəsi» adlandırdı. (Efeslilərə 1:8—10 ayələrini oxu.) İşlərin idarəsi iki mərhələdə həyata keçirilir. İlk mərhələ zamanı Allah məsh olunmuş məsihçiləri göydə yaşamaq üçün hazırlayır; burada onlar İsa Məsihin başçılığı altında xidmətlərinə davam edəcəklər. Birinci mərhələ eramızın 33-cü ilinin Əllinci gün bayramında başlayıb: bu zaman Yehova Məsihlə birgə göydə idarə edəcək insanların yığımına başlayıb (Həv. iş. 2:1—4). Məsihin fidyə qurbanlığının sayəsində məsh olunmuş məsihçilər yaşamaq üçün saleh elan ediliblər, buna görə də onlar «Allahın övladları» kimi övladlığa götürüldüklərini qəbul edirlər (Rom. 3:23, 24; 5:1; 8:15—17).

4, 5. İşlərin idarəsinin ikinci mərhələsi nədir?

4 İkinci mərhələyə isə Məsihin hökmranlığı zamanı yer üzündə yaradılacaq Cənnətdə yaşayacaq insanları hazırlamaq daxildir. Bu qrupun ilk hissəsini böyük izdiham təşkil edir (Vəhy 7:9, 13—17; 21:1—5). Məsihin Minillik Hökmranlığı zamanı onlara milyardlarla dirilmiş insanlar qoşulacaq (Vəhy 20:12, 13). Dirilmənin aramızda birliyin hökm sürdüyünü göstərmək üçün əlimizə nə qədər fürsət verəcəyini bir təsəvvür edin! Minilliyin sonunda «yerdə olanları» son sınaq gözləyir. Bu sınaqdan sadiq çıxanlar Allahın yerdəki övladları kimi övladlığa götürüləcəklər (Rom. 8:21; Vəhy 20:7, 8).

5 Bu gün Allahın işlərinin idarəsinin hər iki mərhələsi həyata keçirilir. Bəs biz ayrı-ayrılıqda Allahın işlərinin idarəsinin təşkilinə öz töhfəmizi necə verə bilərik?

«RUHUN BİRLİYİNİ» QORUYUN

6. Hansı Müqəddəs Kitab ayələri göstərir ki, məsihçilər birgə yığışmalıdırlar?

6 Müqəddəs Yazılarda qeyd olunur ki, məsihçilər hərfi mənada birgə yığışmalıdırlar (1 Kor. 14:23; İbr. 10:24, 25). Bu, eyni məkanda, məsələn, alış-veriş mərkəzlərində və ya idman komplekslərində birgə vaxt keçirməkdən daha böyük məna kəsb edir. Əsil birlik bundan qat-qat üstündür. Biz bu cür birliyə Yehovanın göstərişlərinə əməl edəndə və Onun müqəddəs ruhunun bizi formalaşdırmasına yol verəndə nail oluruq.

7. Ruhun birliyini qorumaq nə deməkdir?

7 Düzdür, Yehova Məsihin fidyə qurbanlığı sayəsində məsh olunmuş məsihçiləri oğulları kimi, başqa qoyunları isə dostları kimi saleh elan edib. Lakin nə qədər ki biz bu sistemdə yaşayırıq, aramızda fikir ayrılığı qaçılmazdır (Rom. 5:9; Yaq. 2:23). Əks halda, Yehovanın: «Bir-birinizə qarşı dözümlü olun», — məsləhətinə ehtiyac olmazdı. Aramızda birlik necə yaranır? Bunun üçün biz «tam təvazökarlıq, həlimlik» inkişaf etdirməliyik. Bundan əlavə, Pavel bizi təşviq edir ki, «sülhün birləşdirici telləri içində ruhun birliyini qorumağa ürəkdən [çalışaq]». (Efeslilərə 4:1—3 ayələrini oxu.) Bu məsləhəti tətbiq etmək Allahın ruhunun təsirinə boyun əymək və ona daxilimizdə səmərə yetişdirməyə imkan vermək deməkdir. İnsanlar arasında həmişə ayrılıq salan günahlı bədənin əməllərindən fərqli olaraq, ruhun səmərəsi aralarında uçurum olanları birləşdirir.

8. Günahlı bədənin əməlləri birliyi necə pozur?

8 Gəlin görək «günahlı bədənin əməlləri» insanları necə ayırır. (Qalatiyalılara 5:19—21 ayələrini oxu.) Cinsi əxlaqsızlıq onu törədən insanı Yehovadan və yığıncaqdan ayırır, xəyanət isə ailə üçün böyük zərbə ola bilər — o, uşaqları valideynlərindən, günahsız tərəfi isə həyat yoldaşından ayırır. Natəmizlik insanın Allahla və Onu sevən insanlarla birliyinə xələl gətirir. Məlumdur ki, iki əşya bir-birinə yapışsın deyə hər ikisinin də səthi təmiz olmalıdır. İnsan pozğun davranışa yol verməklə Allahın salehlik qanunlarına böyük hörmətsizlik etmiş olur. Günahlı bədənin əməlləri olan bunların hamısı insanları bir-birindən və Allahdan ayırır. Bu cür davranış tərzi Yehovanın şəxsiyyətinə tamamilə ziddir.

9. «Sülhün birləşdirici telləri içində ruhun birliyini» qorumağa çalışıb-çalışmadığımızı müəyyən etmək üçün özümüzü necə yoxlaya bilərik?

9 Buna görə də hər birimiz özümüzdən soruşmalıyıq: «“Sülhün birləşdirici telləri içində ruhun birliyini” qorumaq üçün mən nə dərəcədə ürəkdən çalışıram? Kiminləsə aram dəyəndə özümü necə aparıram? Dostlarımın məni dəstəkləyəcəyinə ümid edərək narazılığımı çoxlu sayda insanların qarşısında bildirirəmmi? Həmimanlımla sülhü bərpa etməyə çalışmaq əvəzinə, ağsaqqalların işə müdaxilə edərək mənim tərəfimi tutacaqlarını gözləyirəmmi? Xətrinə dəydiyim bacı və ya qardaşa problem barədə xatırlatmamaq üçün ondan qaçırammı?» Bu kimi hərəkətlər Yehovanın göydə və yerdə olanların hamısını Məsihdə birləşdirmək niyyətinə töhfə verdiyimizi göstərəcəkmi?

10, 11. a) Həmimanlılarımızla sülhdə olmaq nə dərəcədə vacibdir? b) Sülh və ruhani firavanlıq üçün vacib olan əməllər hansılardır?

10 İsa demişdi: «Əgər bəxşiş götürüb qurbangaha gəlsən və orada yadına düşsə ki, qardaşın səndən inciyib, bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get qardaşınla barış, sonra gəlib bəxşişini təqdim edərsən. Rəqibinlə məhkəməyə gedərkən, hələ yolda ikən çalış onun könlünü al» (Mat. 5:23—25). Yaqub yazmışdı ki, «salehlik bəhrəsinin toxumu... sülhpərvərlər üçün əmin-amanlıq şəraitində əkilir» (Yaq. 3:17, 18). Deməli, sülh olmasa, biz saleh davrana bilmərik.

11 Bir nümunəyə baxaq. Hesablamalara görə, vaxtilə müharibələrin tüğyan etdiyi bəzi ölkələrdə 35 faizdən çox torpaq sahəsi əkin-biçin üçün yararsızdır, çünki sakinlər həmin ərazilərin minalandığından ehtiyat edirlər. Minalar partlayanda fermerlər torpaqlarını atıb gedirlər. Kəndlilər iş tapmaqda çətinlik çəkirlər, şəhərlər qida çatışmazlığı ilə üzləşir. Eynilə, əgər qardaşlarla sülhü poza biləcək hər hansı bir xüsusiyyətimiz varsa, ruhani inkişafdan dala qalacağıq. Lakin əgər tez insanları bağışlayır və başqalarının rifahı üçün çalışırıqsa, əsil firavanlıq üçün gözəl şərait yaranır.

12. Ağsaqqallar birliyimizi qorumaqda bizə necə kömək edə bilərlər?

12 «İnsanlar timsalında hədiyyələr» də birliyi qoruyub saxlamaqda vacib rol oynayır. Onlar bizə «imanda birliyə» yetişməyə kömək etmək məqsədilə veriliblər (Efes. 4:8, 13). Ağsaqqallar bizimlə müqəddəs xidmətdə iştirak edəndə və Allahın Kəlamına əsaslanmış məsləhətlər verəndə bizə inkişaf etməyə və yeni şəxsiyyətə bürünməyə kömək edirlər (Efes. 4:22—24). Onların məsləhətlərini səni Oğlunun rəhbərliyi altında yeni dünyada yaşamaq üçün hazırlayan Yehovadan gələn rəhbərlik kimi qəbul edirsənmi? Ey ağsaqqallar, başqalarına düzəliş verərkən bu məqsədi yadınızda saxlamağa çalışırsınızmı? (Qalat. 6:1).

«BİR-BİRİNİZƏ QARŞI XEYİRXAH... OLUN»

13. Əgər biz Efeslilərə 4:25—32 ayələrindəki məsləhətlərə riayət etməsəydik, bu, nə ilə nəticələnə bilərdi?

13 Efeslilərə 4:25—29 ayələrində bizim xüsusilə qaçmalı olduğumuz əməllər göstərilir. Bura yalan, qəzəb, tənbəllik və təhqiramiz danışıq daxildir. Əksinə, biz ruhi inkişaf üçün faydalı sözlər deməliyik. Əgər insan bu məsləhətləri qulaqardına vurursa, o, Allahın ruhunu kədərləndirmiş olur, çünki birliyi yaradan qüvvə məhz bu müqəddəs ruhdur (Efes. 4:30). Pavelin növbəti məsləhətini tətbiq etmək də sülh və birliyi qorumaqda əvəzsiz rol oynayır: «Qoy kin, hirs, qəzəb, qışqırıq, təhqiramiz danışıq, ümumiyyətlə hər cür pislik sizdən uzaq olsun. Bir-birinizə qarşı xeyirxah, şəfqətli olun, Allah Məsih vasitəsilə sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlayın» (Efes. 4:31, 32).

14. a) «Xeyirxah... olun» ifadəsi nəyi bildirir? b) Xeyirxah olmağa bizə nə kömək edəcək?

14 «Xeyirxah... olun» ifadəsi göstərir ki, bəzən biz bu cür davrana bilmirik və bizə bu xüsusiyyəti daha çox inkişaf etdirmək lazımdır. Buna görə də başqalarının hisslərini özümüzünkündən üstün tutmağı öyrənmək çox vacibdir! (Filip. 2:4). Ola bilsin ki, hərdən ağlımızdan keçən fikri kiməsə desək, bu, gülüşə səbəb ola, yaxud da bizi başqalarının gözündə daha ağıllı göstərə bilər. Bəs bu, xeyirxahlığın təzahürü olardımı? Bu haqda qabaqcadan fikirləşmək bizə xeyirxah olmağa kömək edəcək.

AİLƏDƏ MƏHƏBBƏT VƏ HÖRMƏT GÖSTƏRMƏYİ ÖYRƏNMƏYİN VACİBLİYİ

15. Efeslilərə 5:28 ayəsində Pavel Məsihin yığıncaqla münasibətinin hansı cəhətinə diqqət yetirir?

15 Müqəddəs Kitab Məsihlə yığıncaq arasında münasibəti ərlə arvad arasındakı münasibətlə müqayisə edir. Məsihin nümunəsi ərə arvadına rəhbərlik verməli, onu sevməli və qayğısına qalmalı olduğunu, qadına isə ərinə itaət etməli olduğunu başa düşməyə kömək etməlidir (Efes. 5:22—33). Pavel: «Eləcə də ər arvadını öz bədənini sevdiyi kimi sevməlidir», — deyəndə nəyi nəzərdə tuturdu? (Efes. 5:28). Bundan əvvəl Pavel Məsihin yığıncağı necə sevdiyindən danışırdı. Biz oxuyuruq: «Məsih də yığıncağı sevdi və özünü onun yolunda fəda etdi ki, onu Allahın sözü vasitəsilə yuyub təmizləsin». Bəli, Yehovanın yenidən hər şeyi Məsihdə birləşdirmək niyyətilə ayaqlaşmaq üçün ər ailəsini ruhani cəhətdən qidalandırmalıdır.

16. Əgər valideynlər Yehovanın ailədə onlara həvalə etdiyi vəzifəni yerinə yetirsələr, bunun nəticəsi nə olacaq?

16 Valideynlər yadda saxlamalıdırlar ki, Yehova onlara uşaqlarını tərbiyə etmək vəzifəsini tapşırıb. Əfsuslar olsun ki, bu gün çoxları doğmalarını sevmir (2 Tim. 3:1, 3). Bir çox atalar öz məsuliyyətlərindən boyun qaçırırlar və bununla onlar uşaqlarına böyük zərbə vurmuş olurlar. Lakin Pavel məsihçi atalara belə məsləhət vermişdi: «Uşaqlarınızı əsəbiləşdirməyin, onları Yehovanın verdiyi tərbiyə və öyüd-nəsihətlə böyüdün» (Efes. 6:4). Axı uşaqlar məhəbbət və hakimiyyətə hörmət barədə ilk dəfə ailədə öyrənirlər. Uşaqlarına bu xüsusiyyətləri aşılamağa müvəffəq olan valideynlər Yehovanın işlərin idarəsinə, yəni hamını birləşdirmək məqsədinə uyğun davranıblar. Biz də qəzəbi, hiddəti, təhqiramiz danışığı özümüzdən uzaqlaşdırmaqla və evimizi məhəbbətin hökm sürdüyü isti yuvaya çevirməklə övladlarımıza məhəbbət göstərmək və hakimiyyətə hörmət etməklə bağlı vacib dərslər öyrədirik. Bu, onları Allahın yeni dünyasındakı həyata hazırlayacaq.

17. İblisə qarşı durmaq üçün bizə nə lazımdır?

17 Biz dərk etməliyik ki, Kainatda ilk dəfə sülhü pozan İblis Allahın iradəsini yerinə yetirmək səylərimizə güclü müqavimət göstərəcək. Çoxları məhz Şeytanın istədiyi kimi yaşayırlar, məsələn, boşanırlar, rəsmi nikah olmadan birgə yaşayırlar və ya eynicinsli insanlar arasındakı nikaha normal baxırlar. Ancaq biz öz davranış tərzimizi və baxışlarımızı müasir cəmiyyətin normalarına uyğunlaşdırmırıq. Bizim üçün nümunə Məsihdir (Efes. 4:17—21). Buna görə də İblisə və onun cinlərinə uğurla müqavimət göstərməyimiz üçün Müqəddəs Kitab bizi «Allahın verdiyi bütün yaraqları» əynimizə geyinməyə təşviq edir. (Efeslilərə 6:10—13 ayələrini oxu.)

«MƏHƏBBƏT YOLUNDA YERİYİN»

18. Məsihçi birliyimizin açarı nədir?

18 Məsihçi birliyimizin həqiqi açarı məhəbbətdir. Bizim ürəyimiz «bir Ağa»mız olan İsa Məsihə, bir Allahımız olan Yehovaya və bir-birimizə olan məhəbbətdən dolub-daşır, bu da bizi «sülhün birləşdirici telləri içində ruhun birliyini qorumağa» təşviq edir (Efes. 4:3—6). İsa belə məhəbbət barədə dua edirdi: «Mən yalnız onlar üçün yox, onları eşidib mənə iman edəcək adamlar üçün də yalvarıram ki, aralarında birlik olsun. Ata, Sən mənimlə, mən də Səninlə vəhdətdə olduğum kimi, qoy onlar da bizimlə vəhdətdə olsunlar... Mən Sənin adını onlara açdım və yenə açacağam ki, mənə duyduğun məhəbbət onlarda da olsun və mən onlarla vəhdətdə olum» (Yəh. 17:20, 21, 26).

19. Siz nə etməyə qəti qərarlısınız?

19 Ola bilər ki, qeyri-kamillik ucbatından müəyyən dəyişikliklər etmək bizə çətin gəlir. Belə olan halda məhəbbət bizi məzmurçu kimi dua etməyə təşviq etməlidir: «Qəlbimi səmimi et, qoy Sənin ismindən qorxum» (Məz. 86:11). Gəlin İblisin bizi sevən Atamızdan və Onun bəyəndiyi insanlardan ayırmaq cəhdlərinə müqavimət göstərməyə qəti qərarlı olaq. Səylə çalışaraq ailədə, xidmətdə və yığıncaqda «Allahın sevimli övladları olduğunuz üçün Ona bənzəməyə [çalışaq] və məhəbbət yolunda [yeriyək]» (Efes. 5:1, 2).

[29–cu səhifədəki şəkil]

O, bəxşişini qurbangahın qarşısında qoyub qardaşı ilə barışmağa gedir

[31–ci səhifədəki şəkil]

Valideynlər, uşaqlarınıza başqalarına hörmət etməyi öyrədin

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş