Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  3 s. 8—9
  • İnsanların müsbət cəhətlərini görün

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsanların müsbət cəhətlərini görün
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • Problem
  • Müqəddəs Kitabdan məsləhət
  • Nə edə bilərsiniz?
  • Qərəzə yoluxmusunuz?
    Oyanın! 2020
  • Aramızda birlik olsun
    Gözətçi qülləsi 2018
  • Özünüz barədə lüzumundan artıq fikirləşməyin
    Gözətçi qülləsi 2020
  • Övladınıza təvazökar olmağı öyrədin
    Oyanın! 2019
Əlavə
Oyanın! 2020
g20 №  3 s. 8—9
Şəkillər: 1) Cütlük tələsir, kor qadının yollarını kəsməsi onları qıcıqlandırır. 2) Sonra həmin cütlük konsertdə violonçeldə çalan kor qadına heyranlıqla baxır.

İnsanların müsbət cəhətlərini görün

Problem

Eqoistlik insanda qərəz hissi yaradır. Eqoist insan özü barədə çox yüksək fikirdə olur. O özünü hamıdan üstün sayır, özündən fərqlənən adamlara isə yuxarıdan aşağı baxır. Bu tələyə hamı düşə bilər. Bir ensiklopediyada deyilir: «Əksər xalqlar — kimisi az, kimisi çox — düşünür ki, onların həyat tərzi, yeməkləri, geyimləri, vərdişləri, etiqadları, dəyərləri və s. başqa xalqlarınkından üstündür» («Encyclopædia Britannica»). Bu cür yanlış düşüncəyə yoluxmamaq üçün nə edə bilərik?

Müqəddəs Kitabdan məsləhət

«Təvazökar olub başqalarını özünüzdən üstün sayın» (FİLİPPİLİLƏRƏ 2:3).

Mənası: Özümüz barədə həddən artıq yüksək fikirdə olmamaq üçün təvazökar olmağı öyrənməliyik. Təvazökar insan başa düşür ki, başqaları həyatın müəyyən sahələrində ondan üstündür. Elə bir cəmiyyət yoxdur ki, bütün yaxşı keyfiyyətlərə və bacarıqlara sahib olsun.

Misal üçün Stefanın nümunəsinə baxaq. O, kommunist ölkəsində böyüyüb boya başa çatmışdı. Bu görə də qeyri-kommunist ölkələrindən olan insanlara qərəzlə yanaşırdı. Amma Stefan ürəyində bu hissi boğmağa müvəffəq oldu. O deyir: «Mən başa düşürəm ki, qərəz hissinin öhdəsindən gəlmək üçün başqalarını özündən üstün saymaq vacibdir. Mən hər şeyi bilmirəm, ona görə də hərədən bir şey öyrənmək olar».

Nə edə bilərsiniz?

Özünüzə qarşı dürüst olmağa çalışın və səhvlərinizi görün. Qəbul edin ki, başqaları müəyyən sahələrdə sizdən daha bacarıqlıdır. Düşünməyin ki, müəyyən cəmiyyətdən olan insanların hamısı eyni səhvləri edir.

Müəyyən cəmiyyətdən olan insan haqqında mənfi qənaətə gəlməzdən öncə düşünün:

Qəbul edin ki, başqaları müəyyən sahələrdə sizdən daha bacarıqlıdır.

  • «Bu insanda xoşuma gəlməyən xüsusiyyətlər doğrudan da pis xüsusiyyətlərdir, yoxsa sadəcə biz fərqliyik?»

  • «Bəs o məndə səhv tapa bilər?»

  • «O hansı sahələrdə məndən bacarıqlıdır?»

Bu suallara dürüst cavab versəniz, nəinki qərəz hissini dəf edərsiniz, üstəlik həmin adamda gözəl cəhətlər görə bilərsiniz.

Real həyatdan nümunə: Nelson (Birləşmiş Ştatlar)

«Uşaqlığım, əsas etibarilə, bir irqdən olan adamların arasında keçib. 19 yaşım olanda böyük şəhərə köçüb fabrikdə işə düzəldim. Orada müxtəlif xalqlardan, irqlərdən olan adamlarla işləyib, yaşayırdım.

Get-gedə iş yoldaşlarımı yaxından tanıdım, bəziləri ilə dostlaşdım. Gördüm ki, insanın dərisinin rəngindən, dilindən, milliyyətindən onun zəhmətkeş, etibarlı olduğu görünmür, daxili aləmi barədə heç nə öyrənmək olmur.

Sonralar başqa ölkədən və irqdən olan bir qadınla ailə qurdum. Fərqli yeməklərlə, yeni musiqi ilə tanış olmaq çox xoşdur. Həyat mənə öyrətdi ki, hər bir insanın həm səhvləri, həm də gözəl xüsusiyyətləri var. Düzünü desəm, başqa irqdən və mədəniyyətdən olan insanların gözəl xüsusiyyətlərini görüb, onlardan öyrənmək sayəsində indi daha yaxşı insan olmuşam».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş