Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  3 s. 10—11
  • Dost əhatənizi genişləndirin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dost əhatənizi genişləndirin
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • Problem
  • Müqəddəs Kitabdan məsləhət
  • Dost əhatəsini genişləndirməyin faydası
  • Nə edə bilərsiniz?
  • Onlar qərəzə qalib gəldilər
    Oyanın! 2020
  • Məhəbbət göstərin
    Oyanın! 2020
  • Dost dairəmi genişləndirməyə dəyər?
    Gənclərin sualları
  • Dost seçimində hikmətli olun
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Oyanın! 2020
g20 №  3 s. 10—11
Müxtəlif irqlərdən olan dörd qadın xoş söhbət edir, uşaqları isə oyun meydançasında birgə oyun oynayır.

Dost əhatənizi genişləndirin

Problem

Əgər xoşumuza gəlməyən insanlardan həmişə uzaq gəzsək, ürəyimizdə qərəz hissini daha da alovlandıracağıq. Yalnız özümüzə bənzəyən insanlarla dostlaşsaq, düşünəcəyik ki, təkcə biz düzgün fikirləşirik, düzgün davranırıq və təkcə bizim hisslərimiz önəmlidir.

Müqəddəs Kitabdan məsləhət

«Ürəyinizi geniş açın» (2 KORİNFLİLƏRƏ 6:13).

Mənası: Ayədəki «ürək» sözü insanın hisslərini, duyğularını bildirir. Əgər yalnız özümüzə bənzəyən insanları seviriksə, bizə geniş ürəkli insan demək olmaz. Odur ki, bizdən fərqlənən insanlarla da dostlaşmalıyıq.

Dost əhatəsini genişləndirməyin faydası

Başqaları ilə şəxsən tanış olanda onların nəyə görə bizdən fərqləndiyini başa düşürük. Münasibətlərimiz yaxın olduqca isə onlara artıq özümüzünkü kimi baxırıq. Onların qədrini bilirik, sevinclərinə, kədərlərinə şərik oluruq.

Məsələn, Nazarinin nümunəsinə baxaq. O, bir vaxtlar mühacirlərə qərəzli yanaşırdı. Görün ona nə kömək elədi. Nazari deyir: «Mən onlarla işləyirdim, bir yerdə vaxt keçirirdik. Elə adamlarla tanış oldum ki, cəmiyyətdə onlar haqda deyilənlərin tam əksi idilər. Fərqli mədəniyyətdən olan insanlarla tanış olanda görürsən ki, heç də hamı eyni deyil. Onları sevməyə, dəyərləndirməyə başlayırsan».

Ehtiyatlı olun

Bəzi insanların həyat tərzi, vərdişləri həm özlərinə, həm də başqalarına zərər yetirir. Buna görə də dost əhatəmizi genişləndirərkən diqqətli olmalıyıq. Əxlaqsız, nadürüst insanlarla dostluq etməmək qərəzli olmaq demək deyil. Düzdür, biz əxlaq dəyərlərimizə uyğun olmayan insanlara zərər yetirməməliyik, yaxud onların haqlarını tapdalamamalıyıq. Amma dostluq məsələsinə gələndə yaxşı olar ki, onlarla oturub-durmayaq (Məsəllər 13:20).

Nə edə bilərsiniz?

Başqa ölkədən, millətdən olan, yaxud başqa dildə danışan adamlarla söhbət etməyə çalışın. Məsələn,..

  • Özləri barədə danışmağı xahiş edin.

  • Onları nahara dəvət edin.

  • Həyatları barədə danışdıqlarını dinləyin, nələrə dəyər verdiklərini öyrənin.

Başa düşməyə çalışsanız ki, onların şəxsiyyətini formalaşdıran həyatda yaşadıqları şeylərdir, həmin cəmiyyətdən olan insanlara münasibətiniz yaxşılaşacaq.

Real həyatdan nümunə: Kandasami və Sukamma (Kanada)

«Biz aparteid dövründə Cənubi Afrikada böyümüşük. O vaxtlar müxtəlif irqlərdən olan insanlar ayrı yaşamalı idilər. Bu da irqlər arasında qərəz hissini gücləndirirdi. Biz qaradəriliyik. Ağdərililərə nifrət edirdik. Çünki onlar bizi alçaldırdılar. Həmin vaxt fikirləşmirdik ki, bizdə də qərəz var. Əksinə, özümüzü qərəzin qurbanı hesab edirdik.

Münasibətimizi dəyişmək üçün əhatə dairəmizi genişləndirib müxtəlif millətdən olan insanlarla dostluq etməyə başladıq. Ağdərili adamlarla oturub-durduqca gördük ki, oxşar cəhətlərimiz çoxdur. Hamımızın həyatında oxşar şeylər baş verir, oxşar problemlərimiz olur.

Hətta bir dəfə evimizdə uzun müddət ağdərili cütlüyü qonaq saxladıq. Onlarla yaxından tanış olduq. Çox keçməmiş dostlaşdıq, bir-birimizə eyni gözlə baxmağa başladıq. Bunun sayəsində ümumilikdə ağdərililərə münasibətimiz yaxşılaşdı».

Əsl dostlar

Coni və Gideon Yehovanın Şahidlərinin ibadət evinin girişində uşaqları salamlayır.

Coni və Gideon fərqli irqlərdəndir, bir vaxtlar onların siyasi baxışları da bir-birindən fərqlənirdi. Ancaq indi onlar yaxın dostdurlar.

«Coni və Gideon. Bir zaman düşmən idilər, indi isə qardaş» adlı videoya baxın. Videonun adını jw.org saytında yazıb axtarın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş