DƏRS 05
Müqəddəs Kitab Allahdan namədir
Yehova Allah bizə möhtəşəm bir hədiyyə verib. Bu, 66 bölmədən ibarət Müqəddəs Kitabdır. Amma, ola bilsin, siz düşünürsünüz: «Müqəddəs Kitab insanlara necə nazil olub? Bu kitabın müəllifi kimdir?» Bu suallara cavab tapmaq üçün gəlin Allahın Müqəddəs Kitabı bizə necə nazil etdiyinə nəzər salaq.
1. Müqəddəs Kitabı insanlar yazıbsa, nəyə görə Müəllifinin Allah olduğunu deyirik?
Müqəddəs Kitab b. e. ə. 1513-cü ildən b. e. təxminən 98-ci ilinə qədər yazılıb. 1600 ildən çox davam edən dövr ərzində yazılmış bu kitabı təxminən 40 nəfər kişi qələmə alıb. Onlar müxtəlif təbəqədən olan insanlar idi. Bununla belə, Müqəddəs Kitabın bütün hissələri bir-birilə həmahəngdir. Bu necə mümkündür? Çünki Müqəddəs Kitabın Müəllifi Allahdır. (1 Salonikililərə 2:13 ayəsini oxuyun.) Kitabı qələmə alan insanlar öz fikirlərini yazmırdılar. Onlar «müqəddəs ruh tərəfindən yönəldilərək Allahdan gələn sözləri» danışırdılara (2 Butrus 1:21). Allah müqəddəs ruhu vasitəsilə insanları hərəkətə gətirərək Öz fikirlərini yazdırmışdı (2 Timutiyə 3:16).
2. Müqəddəs Kitab kimlər üçündür?
Allah demişdi ki, Müqəddəs Kitabda yazılmış müjdə «hər xalqa, tayfaya, dilə və ümmətə» məxsus insanlara fayda gətirəcək. (Vəhy 14:6 ayəsini oxuyun.) Həqiqətən də, bu gün Müqəddəs Kitab bütün kitablardan daha çox dildə mövcuddur. Harada yaşamasından, hansı dildə danışmasından asılı olmayaraq, demək olar ki, hamı Müqəddəs Kitabı oxuya bilər.
3. Yehova Müqəddəs Kitabı necə qoruyub?
Müqəddəs Kitab dəridən və papirusdan hazırlanmış davamsız yazı materiallarının üzərinə yazılmışdı. Amma Müqəddəs Kitaba dəyər verən insanlar onu diqqətlə köçürürdülər. Bir sıra səlahiyyətli şəxslər Müqəddəs Kitabı yox etməyə çalışsalar da, bəzi insanlar həyatları bahasına onu qorumuşdular. Yehova yol verməyib ki, bizimlə ünsiyyət qurmasına kimsə və ya nəsə mane olsun. Müqəddəs Kitabda yazılıb: «Allahımızın sözü əbədi qalar» (Əşiya 40:8).
D Ə R İ N L İ Y Ə V A R I N
Görün Allah Müqəddəs Kitabı insanlara necə yazdırıb, onu necə qoruyub və hamı üçün necə əlçatan edib.
4. Müəllifinin kim olduğunu Müqəddəs Kitab özü açıqlayır
VİDEOYA baxın. Sonra 2 Timutiyə 3:16 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Əgər Müqəddəs Kitabı insanlar yazıbsa, onda nəyə görə o, Allahın Sözü adlanır?
Sizcə, Allahın Öz fikirlərini insanlara çatdırması məntiqli deyil?
Məktubu katib yazsa da, fikirlər müdirə aiddir. Eynilə, Müqəddəs Kitabı insanlar qələmə alsa da, oradakı fikirlər Allahdan nazil olub
5. Müqəddəs Kitabı məhv etmək mümkün olmadı
Müqəddəs Kitab Allahın Kəlamı olduğu üçün Onun Öz kitabını qoruduğuna arxayın ola bilərik. Tarix boyu bir çox səlahiyyətli şəxslər Müqəddəs Kitabı məhv etməyə çalışıblar. Din xadimləri sadə xalqın Müqəddəs Kitabı oxumaması üçün əllərindən gələni ediblər. Təqiblərə, ölüm hədələrinə baxmayaraq, bir çoxları həyatını təhlükəyə atıb Müqəddəs Kitabı qorumuşdu. Onlardan biri haqda öyrənmək üçün VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
İnsanların Müqəddəs Kitabı öz həyatları bahasına qoruması sizdə onu oxumağa həvəs yaradır?
Zəbur 119:97 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Özlərini təhlükəyə atıb, Müqəddəs Kitabı tərcümə etməyə və yaymağa insanları nə təşviq etmişdi?
6. Bütün insanlar üçündür
Müqəddəs Kitab dünyada ən çox dilə tərcümə olunmuş və ən geniş yayılmış kitabdır. Həvarilərin işləri 10:34, 35 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Nə üçün Allah istəyir ki, Kəlamı çoxlu dilə tərcümə olunsun və geniş yayılsın?
Müqəddəs Kitab haqqında öyrəndiyiniz hansı məlumat sizə daha maraqlı gəldi?
Dünya əhalisinin təxminən
100%-i
bildiyi dildə Müqəddəs Kitabı oxuya bilər
3000
və daha çox dildə mövcuddur
(tam və ya bir hissəsi)
5 000 000 000
nüsxəsi dərc olunub
(başqa kitablardan dəfələrlə çoxdur)
BƏZİ İNSANLAR DEYİR: «Müqəddəs Kitab dəyişdirilib».
Siz bu haqda nə düşünürsünüz?
Müqəddəs Kitabın dəyişdirilmədiyinə hansı sübut var?
İCMAL
Müqəddəs Kitab Allahın Kəlamıdır. Allah Öz Kəlamını bütün bəşəriyyət üçün əlçatan edib.
Təkrar
Allah Müqəddəs Kitabı necə nazil edib?
Bu dərsdə Müqəddəs Kitab barədə öyrəndiyiniz hansı məlumat sizə maraqlı gəldi?
Allahın sizinlə ünsiyyət etmək üçün bu qədər işlər görməsi sizdə hansı hissləri oyadır?
Ə L A V Ə M Ə L U M A T
Müqəddəs Kitabın ilk əlyazmalarından müasir tərcümələrinə qədər olan tarixi ilə tanış olun.
«Müqəddəs Kitab bizim dövrə necə gəlib çatıb?» («Oyanın!», noyabr 2007)
Müqəddəs Kitabın üç böyük təhlükədən necə qorunduğu barədə oxuyun.
«Allahın qoruduğu Müqəddəs Kitab» («Gözətçi qülləsi» № 4, 2016)
Görün insanlar hansı təhlükələrə rəğmən, Müqəddəs Kitabı tərcümə etmişlər.
Müqəddəs Kitab dəfələrlə köçürülüb və tərcümə olunub. Bu kitabın dəyişdirilmədiyinə necə əmin ola bilərsiniz?
a Yeddinci dərsdən öyrənəcəyimiz kimi, müqəddəs ruh Allahın qüvvəsidir.