Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/8 s. 12—17
  • Yaşlı adamlara qayğı göstərmək məsihçi məs’uliyyətidir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaşlı adamlara qayğı göstərmək məsihçi məs’uliyyətidir
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Övladlar kimi daşıdığımız məs’uliyyət
  • Ağsaqqallar qayğıkeş olduqlarını necə göstərə bilərlər?
  • Bir-birinə qayğı
  • Yehova qayğıkeş adamları mükafatlandırır
  • Aranızda olan yaşlılara hörmət edin
    Gözətçi qülləsi 2014
  • Allah yaşlıların qeydinə qalır
    Gözətçi qülləsi 2006
  • Yehova nəvazişlə yaşlı xidmətçilərinin qayğısına qalır
    Gözətçi qülləsi 2008
  • Müqəddəs Kitabda qoca valideynlərə baxmaq barədə nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/8 s. 12—17

Yaşlı adamlara qayğı göstərmək məsihçi məs’uliyyətidir

“İxtiyarlığınıza qədər də mən oyam və ağ saçlı oluncaya qədər sizi mən yüklənəcəyəm” (İŞAYA 46:4).

1, 2. Səmavi Atamızın göstərdiyi qayğı, insan valideynlərinin qayğısından nə ilə fərqlənir?

SEVƏN valideynlər uşaqlarını körpəlikdən yeniyetmə dövrünə qədər bəsləyirlər. Hətta uşaqlar böyüyüb ailə quranda da, ata və anaları onlara səmimi diqqət və yardım göstərməyə davam edirlər.

2 Buna baxmayaraq, uşaqlarına qayğı göstərməkdə valideynlərin imkanı məhduddur. Bizim səmavi Atamız isə, Özünün sadiq xidmətçilərinə həmişə səmimi diqqət və yardım göstərir. Qədim zamanlarda Özünün xalqına müraciət edərək, Yehova və’d etmişdir: “İxtiyarlığınıza qədər də mən oyam və ağ saçlı oluncaya qədər sizi mən yüklənəcəyəm” (İşaya 46:4). Bu sözlər yaşlı məsihçilərə necə də təsəlli verir! Yehova, Ona sədaqətlərini qoruyub saxlayanları tərk etmir. Əksinə, onları dəstəkləməyə, möhkəmləndirməyə və bütün həyatları boyu, hətta qocalıqda belə onlara yol göstərməyə söz verir (Məzmur 48:14).

3. Bu məqalədə nə nəzərdən keçiriləcək?

3 Biz, Yehovanı təqlid edərək, yaşlılara necə qayğı göstərə bilərik? (Efeslilərə 5:1, 2). Gəlin yetkin yaşa çatmış övladların, yığıncağın ağsaqqallarının və ümumiyyətlə bütün məsihçilərin, ümumdünya qardaşlığımızın yaşlı üzvlərinə necə qayğı göstərə biləcəklərini nəzərdən keçirək.

Övladlar kimi daşıdığımız məs’uliyyət

4. Valideynlərinə münasibətdə məsihçi övladlar hansı məs’uliyyəti daşıyırlar?

4 “Atana və anana hörmət et” (Efeslilərə 6:2; Çıxış 20:12). İbranicə Müqəddəs Yazılardan olan bu sadə, lakin vacib sözləri sitat gətirərək, həvari Pavel övladlara onların valideynləri qarşısında olan məs’uliyyətlərini xatırlatdı. Bəs bu sözləri yaşlılara göstərilən qayğıya necə tətbiq etmək olar? Məsihəqədərki dövrlərin tə’sirli bir nümunəsi bu suala cavab verməkdə bizə kömək edəcək.

5. a) Yusifin öz oğulluq borcunu unutmadığı nədən görünür? b) Valideynlərimizə hörmət göstərmək nə deməkdir və bu sahədə Yusif hansı gözəl nümunəni vermişdir?

5 Yusif 20 ildən artıq bir müddət ərzində qo­ca atası ilə, qəbilə başçısı olan Yaqubla, əlaqəni itirmişdi. Buna baxmayaraq, Yusif atasına qarşı oğulluq məhəbbətini itirməmişdi. O, özünü qardaşlarına tanıtdıqdan sonra soruşdu: “Atam hələ sağdırmı?” (Yaradılış 43:7, 27; 45:3, MKŞ). Həmin vaxt Kən’an torpağında aclıq hökm sürürdü. Buna görə də, Yusif atasına xəbər göndərdi: ‘Daha durma, yanıma gəl. Goşen vilayətində yaşayarsan; mənə yaxın olarsan. Orada sənin qayğına qalaram’ (Yaradılış 45:9-11; 47:12, MKŞ). Beləliklə, yaşlı valideynlərə hörmət göstərmək, özləri öz qayğılarına qala bilməyəndə onları müdafiə etmək və maddi cəhətdən tə’min etmək deməkdir (1 Samuel 22:1-4; Yəhya 19:25-27). Yusif bu məs’uliyyəti məmnunluqla qəbul etdi.

6. Yusif öz atasına səmimi məhəbbətini necə təzahür etdirdi və biz onun nümunəsini necə təqlid edə bilərik?

6 Yehovanın xeyir-duası ilə Yusif Misirin ən varlı-hallı və nüfuzlu adamlarından biri oldu (Təkvin 41:40). Lakin özünü o dərəcədə vacib və başıqarışıq hesab etmirdi ki, 130 yaşlı atasına hörmət etməsin. Biləndə ki, Yaqub (və ya İsrail) artıq yaxındadır, “Yusif arabasını hazırlayıb, Goşenə, atası İsraili qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət ağladı” (Yaradılış 46:28, 29, MKŞ). Bu salamlamaq, sadəcə olaraq rəsmi hörmət əlaməti deyildi. Yusif yaşlı atasını ürəkdən sevirdi və öz sevgisini göstərməyə utanmırdı. Əgər bizim də yaşlı valideynlərimiz varsa, onlara öz incə hisslərimizi açıq-aşkar təzahür etdiririkmi?

7. Yaqub nəyə görə istəyirdi ki, onu Kən’anda basdırsınlar?

7 Yaqub ömrünün sonuna qədər Yehovaya sadiq qaldı (İbranilərə 11:21). Allahın və’dlərinə olan imanla təşviq olunaraq, Yaqub xahiş etdi ki, onu Kən’anda basdırsınlar. Bu işin böyük xərc və əziyyətlərlə bağlı olmasına baxmayaraq, Yusif atasının xahişini yerinə yetirməklə ona hörmət göstərdi (Təkvin 47:29-31; 50:7-14).

8. a) Yaşlı valideynlərimizin qayğısına qalmağa bizi ilk növbədə təşviq edən nədir? b) Yaşlı valideynlərinin qayğısına qalmaq üçün tammüddətli bir xidmətçi nə etmişdir? (13-cü səhifədəki çərçivəyə baxın.)

8 Yusifi atasının qayğısına qalmağa təşviq edən nə idi? Əlbəttə ki, Yusif atasını sevirdi və atasının ona həyat verdiyi və onu böyütdüyü üçün ona minnətdar idi. Həm də Yusif, şübhəsiz ki, Yehovanı razı salmağı ürəkdən arzu edirdi. Bizdə də belə arzu olmalıdır. Pavel yazırdı: “Əgər bir dul qadının uşaqları və ya nəvələri varsa, qoy onlar qabaqca öz şəxsi ailələrinə baxaraq, Allaha hörmət etməyi, böyüklərinə də haqqını verməyi öyrənsinlər; çünki bu, Allaha məqbuldur” (1 Timoteyə 5:4). Həqiqətən də, Yehovaya məhəbbət və Onun qarşısında ehtiramlı qorxu, bizim üçün hansı çətinliklərlə bağlı olsa da, bizi yaşlı valideynlərimizin qayğısına qalmağa təşviq edəcəkdira.

Ağsaqqallar qayğıkeş olduqlarını necə göstərə bilərlər?

9. Sürünü, o cümlədən yaşlı məsihçiləri otarmaq üçün Yehova kimləri tə’yin edib?

9 Yaqub uzun ömrünün sonunda Yehova haqqında ‘bu günə qədər bütün ömründə onu otaran Allah’ kimi danışmışdır (Təkvin 48:15). Bizim günlərdə Yehova yer üzündəki xidmətçilərini, Oğlu İsa Məsihin — “Baş Çoban”ın idarə etdiyi məsihçi ağsaqqalların vasitəsilə otarır (1 Peter 5:2-4). Ağsaqqallar sürünün yaşlı üzvlərinə qayğı göstərməkdə Yehovanı necə təqlid edə bilərlər?

10. Yaşa dolmuş məsihçilərə maddi yardımın göstərilməsi üçün nə edilir? (17-ci səhifədəki çərçivəyə baxın.)

10 Məsihçi yığıncağının yaranmasından tezliklə sonra həvarilər, ehtiyacı olan dul məsihçi qadınlara “gündəlik yardım” göstərmək işinə nəzarət etmək üçün, “haqlarında yaxşı şəhadət olunan, Müqəddəs Ruh və hikmətlə dolu yeddi nəfər” seçdilər (Həvarilərin işləri 6:1-6). Bir qədər sonradan, Pavel ağsaqqal olan Timoteyə, layiqli dul qadınları maddi yardım almağa hüququ olanların siyahısına salmaq göstərişi verdi (1 Timoteyə 5:3, 9, 10). Eyni tərzdə bu gün də, yığıncağın ağsaqqalları zəruri olanda yaşa dolmuş məsihçilərə həvəslə praktiki yardım təşkil edirlər. Lakin Allahın yaşa dolmuş sadiq xidmətçilərinə qayğı göstərmək özünə daha çox şey daxil edir.

11. Kiçik məbləğdə ianə verən yoxsul dul qadın haqqında İsa nə dedi?

11 Yer üzündəki xidmətinin sonuna yaxın İsa bir dəfə mə’bəddə oturub, “xalqın daxıla pul atdığını” müşahidə edirdi. Bu zaman kim isə onun diqqətini cəlb etdi. Müqəddəs Kitab xəbər verir: “Bir dul qadın gəlib bir kodrant məbləğində iki lepton atdı”. İsa şagirdlərini yanına çağırıb onlara dedi: “Sizə doğrusunu deyirəm ki, bu yoxsul dul qadın qutuya pul atanların hamısından çox atdı; çünki onların hamısı öz varlarının artıqlığından verdilər, bu qadın isə kasıblığına baxmayaraq, bütün varını, dolanmaq üçün əlində olan bütün pulunu verdi” (Mark 12:41⁠-44). Dul qadının ianəsini məbləğinə görə qiymətləndirsək, o çox böyük deyildi. Lakin İsa bilirdi ki, onun səmavi Atası sadiqliyin səmimi təzahürünü çox yüksək qiymətləndirir. Dul qadının yaşından asılı olmayaraq, onun etdiyi İsa üçün əhəmiyyət kəsb edirdi.

12. Ağsaqqallar yaşlı məsihçilərin gördükləri işi qiymətləndirdiklərini necə göstərə bilərlər?

12 İsaya bənzər tərzdə, ağsaqqallar da yaşa dolmuş məsihçilərin həqiqi ibadətin maraqları uğrunda etdikləri hər bir işi qiymətləndirirlər. Xidmətə getdiklərinə, məsihçi görüşlərində iştirak etdiklərinə, yığıncağa müsbət tə’sir göstərdiklərinə və mətin olduqlarına görə ağsaqqallar haqlı olaraq yaşlıları tə’rifləyə bilərlər. Ağsaqqalların səmimi qəlbdən söylədikləri ruhlandırıcı tə’rif sözləri sayəsində, yaşlılar müqəddəs xidmətdə özləri ilə “iftixara səbəb” tapa bilər və özlərini başqa məsihçilərlə və ya özlərinin əvvəlki halı ilə ruhdan salan müqayisədən qaçına bilərlər (Qalatiyalılara 6:4).

13. Ağsaqqallar yaşlıların qabiliyyət və təcrübələrindən necə istifadə edə bilərlər?

13 Ağsaqqallar yaşlı məsihçilərin təcrübə və qabiliyyətlərindən istifadə etməklə də onların işlərinin qiymətləndirildiyini göstərə bilərlər. Nümunəvi yaşlı təbliğçiləri yeri gəldikcə səhnəciklərdə iştirak etməyə və müsahibə verməyə də’vət etmək olar. Bir ağsaqqal qeyd edir: “Mən övladlarını həqiqətdə böyüdən yaşlı qardaşdan və ya bacıdan müsahibə götürəndə, bütün zal sakitcə oturur və qulaq asır”. Başqa bir yığıncağın ağsaqqalları xəbər verirlər ki, 71 yaşlı pioner bir bacı Padşahlığın təbliğçilərinin təbliğ xidmətində müntəzəm olaraq iştirak etmələrinə müvəffəqiyyətlə kömək edir. Bacı həmçinin həmən təbliğçiləri, Müqəddəs Kitabı və gündəlik ayəni oxumaq və üzərində dərindən düşünmək kimi “təməllərdən” möhkəm yapışmağa təşviq edir.

14. Bir yığıncağın ağsaqqalları yaşlı bir ağsaqqalın gördüyü işi qiymətləndirdiklərini necə göstərdilər?

14 Ağsaqqallar eyni zamanda yaşlı ağsaqqalların da yardımlarını qiymətləndirirlər. Artıq 70-dən yuxarı yaşı olan və uzun illər ağsaqqal xidmət edən Joze bu yaxınlarda ciddi cərrahiyyə əməliyyatına mə’ruz qalmışdır. Onun sağalması üçün uzun müddət tələb olunduğundan, o düşündü ki, sədrlik vəzifəsini təhvil versin. Joze deyir: “Digər ağsaqqalların reaksiyası məni təəccübləndirdi. Onlar mənim təklifimi qəbul etmək əvəzinə, bundan sonra da öz vəzifəmi yerinə yetirə bilim deyə mənə hansı köməkliyin lazım olduğunu soruşdular”. Gənc ağsaqqalın köməkliyi sayəsində Joze sədrlik edən nəzarətçi xidmətini sevinclə davam etdirdi, bu isə hamı üçün xeyir-dua oldu. Ağsaqqallardan biri deyir: “Jozenin ağsaqqal kimi etdiklərini qardaşlar yüksək qiymətləndirirlər. Onlar Jozeni təcrübəsinə və iman nümunəsinə görə sevir və ona hörmət edirlər. O, bizim yığıncağı zənginləşdirir”.

Bir-birinə qayğı

15. Nəyə görə bütün məsihçilər yaşlı həmimanlılarının rifahı üçün qayğı göstərməlidirlər?

15 Yaşlıların qayğısına yalnız onların övladları və tə’yin olunmuş xidmətçilər qalmalı deyillər. Məsihçi yığıncağını insan bədəni ilə müqayisə edərək Pavel yazırdı: “Allah az e’tibarlı üzvə daha çox e’tibar göstərərək, bədəni elə tərtib etdi ki, bədəndə ayrılıq olmasın, əksinə bütün üzvlər bir-birinin qayğısına qalsın” (1 Korinflilərə 12:24, 25). Məsihçi yığıncağı yekdilliklə fəaliyyət göstərsin deyə, onun hər bir üzvü öz həmimanlısının, o cümlədən yaşlı olanların rifahı üçün qayğı göstərməlidir (Qalatiyalılara 6:2).

16. Məsihçi görüşlərində yaşlı olanlara necə maraq göstərə bilərik?

16 Məsihçi görüşləri, yaşa dolmuş həmimanlılara maraq göstərməyimiz üçün gözəl imkan yaradır (Filipililərə 2:4; İbranilərə 10:24, 25). Görüşdən əvvəl və ya sonra yaşlılarla ünsiyyət etmək üçün vaxt ayırırıqmı? Onlardan sağlamlıqları barədə soruşmaq münasib olsa da, ruhlandırıcı hadisə danışmaqla və ya Müqəddəs Kitabdan hansısa fikirlə bölüşməklə, onlara ‘ruhani bir ən’am bəxş edə’ bilərikmi? Bə’zi yaşlılara hərəkət etmək çətin olduğundan, onların bizə yaxınlaşacaqlarını gözləmək əvəzinə, bizim onlara yaxınlaşmağımız yaxşı olardı. Əgər bacı və ya qardaş pis eşidirsə, biz yavaş-yavaş və aydın surətdə danışa bilərik. Və həqiqətən də qarşılıqlı surətdə “təşviq olunaq” deyə, yaşlı adamın nə dediyinə diqqətlə qulaq asmalıyıq (Romalılara 1:11, 12).

17. Evdən çıxa bilməyən yaşlı məsihçilərə necə qayğı göstərmək olar?

17 Bəs əgər yaşlılardan kim isə məsihçi görüşlərinə gələ bilmirsə necə? Yaqub 1:27 ayəsindən aydın olur ki, bizim vəzifəmiz “yetimləri və dulları onların məşəqqətli anlarında ziyarət etmək”dir. Yaşlı insanları ziyarət etmək onlar üçün necə də xoşdur! Eramızın təxminən 65-ci ilində Romada məhbus olduğu zaman “qoca Pavel”, demək olar ki, tənha qalmışdı. O, əməkdaşı Timoteylə görüşməyi ürəkdən arzulayırdı və yazırdı: “Çalış ki, yanıma tez gələsən” (Filimona 9; 2 Timoteyə 1:3, 4; 4:9). Həqiqi mə’nada əsir olmasalar da, bə’zi yaşlı adamlar pis səhhətləri ucbatından evdən çıxa bilmirlər. Onlar sanki deyirlər: “Xahiş edirəm, çalışın ki, məni tezliklə ziyarət edəsiniz”. Biz bu cür xahişlərə hay veririkmi?

18. Yaşlıları ziyarət etməyin hansı faydası var?

18 Yaşlı bacı və qardaşların həmimanlıların ziyarətindən əldə etdikləri faydanı qiymətləndirməmək olmaz. Onisifor adlı bir məsihçi Romada olanda, Paveli sə’ylə axtardı, tapdı və sonra ‘dəfələrlə [ona] ürək-dirək verdi’ (2 Timoteyə 1:16, 17). Yaşlı bir bacı deyir: “Gənclərlə vaxt keçirməyi çox sevirəm. Ən çox xoşuma gələn odur ki, onlar mənimlə ailələrinin üzvü kimi davranırlar. Bu mənim əhval-ruhiyyəmi yaxşılaşdırır”. Başqa yaşlı bir məsihçi bacı e’tiraf edir: “Kim isə mənə açıqca göndərəndə, bir az telefonla danışanda və ya bir neçə dəqiqəlik qonaq gələndə, mən çox minnətdar oluram. Bu təmiz hava kimi təravət gətirir”.

Yehova qayğıkeş adamları mükafatlandırır

19. Yaşlıların qayğısına qalmaq hansı xeyir-duaları gətirir?

19 Yaşlılara qayğı göstərmək çoxlu xeyir-dualar gətirir. Yaşa dolmuş insanlarla ünsiyyət etmək və onların bilik və təcrübələrindən istifadə etmək özü-özlüyündə böyük üstünlükdür. Yaşlıların qayğısına qalanlar növbəti sözlərin doğruluğuna əmin olurlar: “Vermək... daha böyük bəxtiyarlıq gətirir”, onlar həm də Müqəddəs Kitab məs’uliyyətlərini yerinə yetirdiklərinə görə ürəklərində məmnunluq və sülh duyurlar (Həvarilərin işləri 20:35). Yaşlıların qayğısına qalanlar özləri yaşlaşanda tərk ediləcəklərindən qorxmamalıdırlar. Allahın Kəlamı bizə zəmanət verir: “Comərd bolluğa yetişər, su verənə su verilər” (Süleymanın məsəlləri 11:25, MKŞ).

20, 21. Yaşlı insanların qayğısına qalan kəslərə Yehova necə yanaşır və biz bundan sonra da nə etməyə qərarlıyıq?

20 Yehova, yaşlı həmimanlılarının ehtiyaclarına təmənnasız qayğı göstərdiklərinə görə Allah qorxusuna malik olan övladları, ağsaqqalları və digər qayğıkeş məsihçiləri mükafatlandırır. Bu cür ruhu növbəti məsəlin sözlərində tapırıq: “Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, çünki onun əvəzi Rəbdən gələr” (Süleymanın məsəlləri 19:17, MKŞ). Əgər məhəbbət bizi kasıba səxavət göstərməyə təşviq edirsə, Allah bunu, xeyir-dua halında qaytarılacaq borc sayır. O, həm də bizə bir çoxu “dünyanın yoxsulları” sayılan, lakin “imanda zəngin” olan yaşlı həmimanlılarımıza göstərdiyimiz məhəbbət dolu qayğının əvəzini verir (Yaqub 2:5).

21 Allah bunun əvəzini necə də səxavətlə verir! Onun verdiyi mükafat özünə əbədi həyatı daxil edir. Bu, Yehovanın xidmətçilərindən çoxu üçün ilk günahın nəticələrinin aradan qaldırılacağı və yaşlı sadiq insanların yenidən gənclik qüvvələrinin bərpa olunacağı yer üzündəki Cənnətdə sonsuz həyat olacaqdır (Vəhy 21:3-5). Sevinc gətirən bu vaxtı gözləyərək, gəlin bundan sonra da yaşlıların qayğısına qalmaq kimi məsihçi məs’uliyyətimizi yerinə yetirək.

[Haşiyə]

a Yaşlı valideynlərə qayğı göstərməyə dair praktiki məsləhətləri “Ailə xoşbəxtliyinin sirri” kitabının 173-182-ci səhifələrində, həmçinin “Oyanın!” jurnalının 1994-cü il 8 fevral sayının, 3-10-cu səhifələrində (ing.) tapa bilərsiniz.

Necə cavab verərdiniz?

• Övladlar yaşlı valideynlərinə necə hörmət göstərə bilərlər?

• Ağsaqqallar sürünün yaşlı üzvlərinin sə’ylərinə görə olan minnətdarlıqlarını necə göstərirlər?

• Ayrı-ayrı məsihçilər yaşlılara necə səmimi maraq göstərə bilərlər?

• Yaşlı məsihçilərə qayğı göstərmək hansı xeyir-duaları gətirir?

[13-cü səhifədəki çərçivə]

Valideynləri yardıma ehtiyac duyanda

Filip 1999-cu ildə Liberiyada tikintidə könüllü işçi kimi xidmət edəndə, atasının ağır xəstə olduğu haqda xəbər aldı. Anasının bütün çətinliklərin öhdəsindən tək gələ bilməyəcəyinə əmin olduğu üçün qərara gəldi ki, evə qayıtsın və atasına tibbi yardım göstərilməsinin qayğısına qalsın.

Filip yadına salır: “Qayıtmaq asan deyildi, lakin mən bilirdim ki, valideynlərimə qayğı göstərmək mənim birinci dərəcəli borcumdur”. Növbəti üç il ərzində Filip valideynlərini daha rahat evə köçürtdü və həmimanlılarının köməyi ilə həmin evi atasının xüsusi tələbatlarına müvafiq olaraq düzəltdi.

Filipin anası, atasının pis səhhəti ilə bağlı olan çətinliklərin öhdəsindən gəlmək üçün indi daha yaxşı təchiz edilib. Təzəlikcə Filip Yehovanın Şahidlərinin Makedoniyadakı filialında könüllü işçi kimi xidmət etmək də’vətini qəbul edə bilmişdir.

[17-ci səhifədəki çərçivə]

Onun ehtiyaclarına e’tinasız yanaşmadılar

Avstraliyada yaşayan 85 yaşlı məsihçi Ada, pisləşən səhhətinə görə evdən bayıra çıxa bilməyəndə, yığıncağın ağsaqqalları ona yardım göstərmək üçün ölçü götürdülər. Onlar həmin bacıya kömək edə biləcək qrup təşkil etdilər. Bu bacı-qardaşlar səliqə-sahman yaratmağa, paltar yumağa, qida hazırlamağa və yaşlı bacının başqa göstərişlərini yerinə yetirməyə şad idilər.

Bu yardım işinə on il bundan qabaq başlanılmışdır. Bütün bu illər ərzində Ada bacıya, onun 30-dan artıq həmimanlısı, Yehovanın Şahidləri qayğı göstərmişdir. Onlar əvvəlki kimi onu ziyarət edir, ona Müqəddəs Kitab nəşrlərini oxuyur, yığıncağın üzvlərinin ruhani nailiyyətlərindən danışır və onunla birlikdə dua edirlər.

Ağsaqqallardan biri vurğulamışdır: “Ada bacının qayğısına qalanlar, ona kömək etməyi şərəf sayırlar. Bir çoxlarını onun çoxillik sadiq xidməti ruhlandırır və hətta onlar üçün bu bacının qayğısına qalmamaq ağlasığmaz işdir”.

[15-ci səhifədəki şəkil]

Yaşlı valideynlərimizə incə hisslərimizi səxavətlə təzahür etdiririkmi?

[16-cı səhifədəki şəkillər]

Yığıncağın bütün üzvləri yaşlı həmimanlılarına məhəbbət təzahür etdirə bilərlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş