Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/12 s. 9—13
  • Siz Ağanın etibar etdiyi nökərbaşısınız!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Siz Ağanın etibar etdiyi nökərbaşısınız!
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • NÖKƏRBAŞI VƏ ONUN ROLU
  • BİZ ALLAHA MƏXSUSUQ
  • YEHOVA BİZDƏN NƏ TƏLƏB EDİR?
  • SADİQ QALMAĞIN VACİBLİYİ
  • ÖZÜMÜZÜ BAŞQALARI İLƏ MÜQAYİSƏ ETMƏK DÜZGÜNDÜRMÜ?
  • Bilirsiniz?
    Gözətçi qülləsi 2019
  • Gələcəyini hikmətlə qur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Gələcəyin barədə düşün
    İsa Məsihin həyatı və xidməti
  • Sadiq nökərbaşı və onun rəhbərlik şurası
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/12 s. 9—13

Siz Ağanın etibar etdiyi nökərbaşısınız!

«Siz özünüzə məxsus deyilsiniz» (1 KOR. 6:19).

NECƏ CAVAB VERƏRDİN?

Qədimdə nökərbaşının vəzifəsi nədən ibarət idi?

Allaha xidmət edən nökərbaşıların hamısı hansı məsuliyyətləri yerinə yetirirlər?

Biz nökərbaşı kimi daşıdığımız məsuliyyətə necə yanaşmalıyıq?

1. Yaşadığımız dünya azadlığa necə yanaşır?

TƏXMİNƏN 2500 il bundan əvvəl yunan dramaturqu belə sözlər yazmışdı: «Heç kim könüllü olaraq köləlik boyunduruğu altına girmir». Bu gün çoxları bu sözlərlə razılaşırlar. Köləlik dedikdə çoxlarının gözü qarşısında əziyyət və zülm çəkən, başqalarına xidmət edən və özünün yox, məxsus olduğu ağasının mənafeyini düşünən nökər canlanır.

2, 3. a) Məsihin qulları, yəni xidmətçiləri könüllü olaraq hansı mövqeyi tuturlar? b) Nökərbaşının rolu barədə hansı sualları nəzərdən keçirəcəyik?

2 İsa demişdi ki, onun şagirdləri təvazökar xidmətçi, yəni nökər olacaqlar. Ancaq məsihçilərin nökər kimi xidmət etməsinə alçaldılmaq və ya zülm çəkmək daxil deyil. Bu nökərlərə etibar və hörmət edilir. Məsələn, gəlin İsanın ölümündən əvvəl bir «nökər» haqqında dediklərinə nəzər salaq. Məsih «sadiq və ağıllı nökər» təyin edəcəyini demişdi (Mat. 24:45—47).

3 Paralel ayələrdən göründüyü kimi, nökər eyni zamanda «nökərbaşı» da adlanır. (Luka 12:42—44 ayələrini oxu.) Bugünkü məsihçilərin hamısı sadiq nökərbaşı sinfinin üzvləri deyillər. Lakin Müqəddəs Kitabda göstərilir ki, Allahın bütün xidmətçiləri, müəyyən mənada, nökərbaşıdırlar. Onların məsuliyyətləri nədən ibarətdir? Və bu məsuliyyətlərə necə yanaşmaq lazımdır? Gəlin qədimdə nökərbaşının rolunun nədən ibarət olduğuna nəzər salaq.

NÖKƏRBAŞI VƏ ONUN ROLU

4, 5. Qədimdə nökərbaşının hansı məsuliyyətləri var idi? Nümunələr çəkin.

4 Qədimdə çox vaxt nökərbaşıya ev işlərini və ya ağasının vacib tapşırıqlarını yerinə yetirmək həvalə olunurdu. Həmçinin o, ağasının mülkü və ya pulu, eləcə də digər nökərləri üzərində nəzarət edirdi. Bunu çoxlu var-dövlətə sahib olan İbrahimin mülkünün qayğısına qalan Eliezerin nümunəsindən görə bilərik. Çox ehtimal ki, İbrahim oğlu İshaqa həyat yoldaşı seçmək üçün Mesopotamiyaya məhz onu göndərmişdi. Bu necə də böyük üstünlük idi! (Yar. 13:2; 15:2; 24:2—4).

5 İbrahimin nəticəsi Yusif Potifarın evinin qayğısına qalırdı (Yar. 39:1, 2, 4). Sonralar Yusifin öz evinə nəzarət edən nökərbaşısı oldu. Həmin nökərbaşı Yusifin on qardaşına qonaqpərvərlik göstərmişdi. Həmçinin Yusif gümüş kasanın oğurlanmasını təşkil etməyi ona tapşırmışdı. Göründüyü kimi, nökərbaşılar böyük etibar sahibi idilər (Yar. 43:19—25; 44:1—12).

6. Məsihçi ağsaqqalların üzərinə hansı məsuliyyətlər düşür?

6 Yüzilliklər sonra həvari Pavel yazmışdı ki, məsihçi nəzarətçilər «Allahın nökərbaşısı» olmalıdırlar (Tit. 1:7). «Allahın... əmanət etdiyi sürünü»n qayğısına qalan çobanlar, yəni nəzarətçilər yığıncaqda göstərişlər verir və rəhbərliyi üzərlərinə götürürlər (1 Pet. 5:1, 2). Düzdür, yığıncaqda məsuliyyətlər müxtəlif olur. Məsələn, bu gün nəzarətçilərin əksəriyyəti yalnız bir yığıncaqda xidmət edir. Amma səyyar nəzarətçilər çoxlu yığıncaqlara xidmət edirlər. Filialın komitə üzvləri isə bir ölkənin ərazisində yerləşən bütün yığıncaqların qayğısına qalırlar. Bununla belə, onların hamısından vəzifələrini sədaqətlə yerinə yetirmələri gözlənilir, çünki onlar Allaha «hesabat verəcək»lər (İbr. 13:17).

7. Bütün məsihçilərin müəyyən mənada nökərbaşı olduğunu haradan bilirik?

7 Bəs nəzarətçi kimi xidmət etməyən bir çox sadiq məsihçilər barədə nə demək olar? Həvari Peter bütün məsihçilərə ünvanladığı məktubunda qeyd etmişdi: «Hər kəs aldığı ənama əsasən, Allahın müxtəlif yollarla ifadə olunan lütfünün nümunəvi nökərbaşısı kimi bir-birinə xidmət etsin» (1 Pet. 1:1; 4:10). Xeyirxahlıqdan irəli gələrək Allah hamımıza çoxlu ənam, istedad, yəni həmimanlılarımızın rifahı üçün istifadə edə biləcəyimiz bacarıq verib. Nəticə etibarilə, Allaha xidmət edənlərin hamısı nökərbaşıdır və bu üstünlük sayəsində onlar şərəfə, etibara və məsuliyyətlərə layiq görülürlər.

BİZ ALLAHA MƏXSUSUQ

8. Yadda saxlamalı olduğumuz birinci prinsip hansıdır?

8 İndi biz nökərbaşı kimi yadda saxlamalı olduğumuz üç əsas prinsipə diqqət yetirəcəyik. Birincisi: hamımız Allaha məxsusuq və Ona hesabat verəcəyik. Pavel yazmışdı: «Siz özünüzə məxsus deyilsiniz, çünki [Məsihin qanı ilə ödənilmiş fidyə qurbanlığı sayəsində] baha qiymətə alınmısınız» (1 Kor. 6:19, 20). Yehovaya məxsus olduğumuz üçün hər birimiz Onun əmrlərinə tabe olmaq məsuliyyəti daşıyırıq, Onun əmrləri isə ağır deyil (Rom. 14:8; 1 Yəh. 5:3). Biz həmçinin Məsihin də qullarıyıq (Filip. 1:1). Keçmişdəki nökərbaşılar kimi, bu gün bizə də böyük sərbəstlik verilib, ancaq bu sərbəstlik məhduddur. Bizdən göstərişlərə əməl etmək tələb olunur. Allahın təşkilatında nə qədər məsuliyyətimizin olmasından asılı olmayaraq, hər birimiz Allahın və Məsihin qullarıyıq.

9. İsa ağa ilə nökər arasındakı münasibətləri nümunə əsasında necə göstərdi?

9 İsa bizə ağa ilə nökər arasındakı münasibətləri başa düşməyə kömək edir. Bir dəfə o, şagirdlərinə bütün günü işlədikdən sonra evə qayıdan nökər barədə danışdı. Sizcə, ağası nökərə: «Tez süfrəyə keç, əyləş», — dedi? Yox, əksinə, o: «Şam yeməyimi hazırla, önlüyünü tax və mən yeyib qurtaranadək mənə qulluq et, sonra özün də yeyərsən», — dedi. İsa bu nümunəni necə tətbiq etdi? O dedi: «Sizə tapşırılmış işləri görüb qurtaranda deyin: “Biz heç nəyə yaramayan nökərlərik. Biz sadəcə işimizi gördük”» (Luka 17:7—10).

10. Nədən görünür ki, Yehova Onun üçün etdiyimiz hər bir şeyi qiymətləndirir?

10 Əlbəttə, Yehova bizim Onun üçün etdiyimiz hər bir şeyi qiymətləndirir. Müqəddəs Kitab bizi əmin edir: «Allah ədalətsiz deyil ki,.. Onun adına bəslədiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun» (İbr. 6:10). Yehova bizdən gücümüzdən artıq heç nə tələb etmir. Üstəlik, Onun tələbləri bizim xeyrimizədir və həddən artıq ağır deyil. Bununla belə, İsanın məsəlində deyildiyi kimi, nökər heç vaxt öz maraqlarını birinci yerə qoyaraq özünü razı salmağa çalışmır. Eynilə, biz də özümüzü Yehovaya həsr edəndə Onun maraqlarını həyatımızda birinci yerə qoyacağımıza söz vermişdik. Elə deyil?

YEHOVA BİZDƏN NƏ TƏLƏB EDİR?

11, 12. Nökərbaşı kimi, biz hansı xüsusiyyəti təzahür etdirməli və hansılardan qaçınmalıyıq?

11 İkinci prinsip: nökərbaşı kimi, hamımız eyni əsas normalara uyğun yaşamalıyıq. Düzdür, müəyyən məsuliyyətlər bütün yığıncaq üzvlərinə yox, yalnız bəzilərinə verilir. Bir çox məsuliyyətlər isə hamıya həvalə edilir. Məsələn, İsa Məsihin şagirdi, o cümlədən Yehova Allahın şahidi olduğumuz üçün bizdən başqalarına məhəbbət göstərmək tələb olunur. İsa Məsihin dediyi kimi, məhəbbət həqiqi məsihçilərin fərqləndirici xüsusiyyətidir (Yəh. 13:35). Biz yalnız həmimanlılarımızı sevməklə kifayətlənməli deyilik, həmçinin imanımıza şərik olmayan insanlara da məhəbbət göstərməyə çalışmalıyıq. Bu, hamımızın edə biləcəyi və etməli olduğu bir şeydir.

12 Həmçinin bizdən nümunəvi davranmaq tələb olunur. Biz Allahın Kəlamında mühakimə olunan hərəkətlərdən və həyat tərzindən qaçınmalıyıq. Pavel yazmışdı: «Nə əxlaqsızlar, nə bütpərəstlər, nə zinakarlar, nə qeyri-təbii cinsi əlaqə üçün istifadə edilən kişilər, nə kişibazlar, nə oğrular, nə tamahkarlar, nə içki düşkünləri, nə nalayiq söz danışanlar, nə də soyğunçular Allahın padşahlığına girməyəcəklər» (1 Kor. 6:9, 10). Düzdür, Allahın salehlik normalarına riayət etmək üçün səy tələb olunur. Ancaq bu cür səy göstərməyin bizə çoxlu faydası var. Məsələn, bizim yaxşı sağlamlığımız, başqaları ilə aramızda sülh münasibəti və Allahla dostluğumuz olacaq. (Yeşaya 48:17, 18 ayələrini oxu.)

13, 14. Bütün məsihçilərin üzərinə hansı məsuliyyət qoyulub və biz buna necə yanaşmalıyıq?

13 Keçmişdə nökərbaşı çoxlu işləməli olurdu. Eyni şeyi bizim haqqımızda da demək olar. Bizə dəyərli ənam — həqiqət haqqında dərin biliklərə yiyələnmək imkanı verilib. Allah bizim bu bilikləri başqaları ilə bölüşməyimizi istəyir (Mat. 28:19, 20). Pavel yazırdı: «Qoy bizi Məsihin xidmətçiləri və Allahın müqəddəs sirrinin nökərbaşıları kimi tanısınlar» (1 Kor. 4:1). Pavel müqəddəs sirrə, yəni Müqəddəs Kitab həqiqətlərinə görə məsuliyyət daşıdığını və Ağası İsa Məsihin tapşırdığı kimi, bu həqiqətləri başqalarına öyrətməli olduğunu bilirdi (1 Kor. 9:16).

14 Başqalarına həqiqəti çatdırmaqla onlara məhəbbət göstərmiş oluruq. Əlbəttə, məsihçilərin vəziyyətləri müxtəlif olduğundan xidmətdə eyni dərəcədə iştirak edə bilmirlər. Yehova bunu başa düşür. Ən vacibi odur ki, hamı əlindən gələni etsin. Bununla biz Allaha və yaxınlarımıza təmənnasız məhəbbət təzahür etdirmiş oluruq.

SADİQ QALMAĞIN VACİBLİYİ

15-17. a) Nəyə görə nökərbaşı sadiq olmalıdır? b) İsa sədaqətsizliyin nəticəsini nümunə əsasında necə göstərdi?

15 Yadda saxlamalı olduğumuz üçüncü prinsip: biz sadiq və etibarlı insan olmalıyıq. Nökərbaşının çoxlu gözəl xüsusiyyətləri və qabiliyyətləri ola bilər, ancaq əgər o, məsuliyyətsiz davranar və ya ağasına sədaqətsiz olardısa, bütün bunlar əhəmiyyətini itirərdi. İşində uğurlu olmaq və ağasını razı salmaq istəyən nökər üçün sadiqlik olduqca vacibdir. Pavelin sözlərini xatırlayaq: «Nökərbaşıdan isə sədaqət tələb olunur» (1 Kor. 4:2).

16 Əmin ola bilərik ki, əgər sədaqətli olsaq, Allah bizi mütləq mükafatlandıracaq. Yox, əgər sədaqətsiz olsaq, zərər çəkəcəyik. Bu prinsip İsanın talant haqqındakı məsəlindən aydın görünür. Ağa onun pulunu dövriyyəyə buraxan sadiq nökəri təriflədi və onu bol-bol mükafatlandırdı. Ağasının ona həvalə etdiklərinə qarşı məsuliyyətsiz davranan nökər isə «yaramaz və tənbəl» adlandırıldı. Həmin qulun talantını əlindən aldılar, özünü isə bayıra atdılar. (Matta 25:14—18, 23, 26, 28—30 ayələrini oxu.)

17 Başqa bir vaxt İsa sədaqətsizliyin hansı nəticələrə gətirib çıxardığını vurğulayaraq demişdi: «Bir dövlətli adamın evində nökərbaşı vardı. Bir gün ona xəbər çatdı ki, nökərbaşı onun malını israf edir. Onda o, nökərbaşını yanına çağırıb dedi: “Bu nədir sənin haqqında eşidirəm? İşin barədə hesabat ver, çünki sən artıq bu evi idarə etməyəcəksən”» (Luka 16:1, 2). Nökərbaşı ağasının mal-mülkünü talan etdiyi üçün ağası onu qovmaq qərarına gəldi. Bu, bizim üçün böyük dərsdir! Əlbəttə, biz heç vaxt Allahın tapşırıqlarına barmaqarası baxmaq istəmərik.

ÖZÜMÜZÜ BAŞQALARI İLƏ MÜQAYİSƏ ETMƏK DÜZGÜNDÜRMÜ?

18. Nəyə görə özümüzü başqaları ilə müqayisə etməməliyik?

18 Hər birimiz özümüzdən soruşa bilərik: «Mən nökərbaşı kimi daşıdığım məsuliyyətə necə yanaşıram?» Əgər özümüzü başqaları ilə müqayisə etsək, problemlər yarana bilər. Müqəddəs Kitab bizə məsləhət görür: «Qoy hər kəs öz işini sınaqdan keçirsin, onda özünü başqaları ilə müqayisə etmədən özünə baxıb sevinəcək» (Qalat. 6:4). Özümüzü başqaları ilə müqayisə etmək əvəzinə, yaxşı olardı ki, diqqətimizi şəxsən edə biləcəyimiz şeylərə cəmləyək. Bu, bizi təkcə təkəbbürlükdən deyil, həmçinin məyusluqdan da qoruyacaq. Özümüzü qiymətləndirməyin sayəsində vəziyyətin dəyişdiyini dərk edəcəyik. Ola bilsin, səhhətimizlə bağlı problemlər, yaşlılıq və ya müxtəlif məsuliyyətlər ucbatından əvvəllər gördüyümüz işləri yerinə yetirə bilmirik. Bütün bunlara baxmayaraq, bizim daha çox şey etməyə gücümüz çatar. Bəs onda nəyə görə xidmətimizi genişləndirməyək?

19. Məsuliyyətlər almayanda nəyə görə ruhdan düşməməliyik?

19 İndi isə gəlin malik olduğumuz və ya əldə etmək istədiyimiz məsuliyyətləri nəzərdən keçirək. Məsələn, qardaş yığıncaqda ağsaqqal kimi xidmət etmək və ya konqreslərdə çıxışlar etmək istəyə bilər. Bu məsuliyyətlərə yararlı olmaq üçün səy göstərmək yaxşıdır, ancaq onları ümid etdiyimiz vaxtda almayanda ruhdan düşməməliyik. Başa düşmədiyimiz səbəblərdən bəzi məsuliyyətləri almaq üçün düşündüyümüzdən daha çox gözləməli oluruq. Yəqin yadınızdadır, Musa özünü israilliləri Misirdən çıxartmağa hazır hiss etsə də, o, 40 il gözləməli oldu. Bunun sayəsində onun inadkar və üsyankar xalqa rəhbərlik etmək üçün lazımi keyfiyyətlər inkişaf etdirməyə kifayət qədər vaxtı oldu (Həv. iş. 7:22—25, 30—34).

20. Yonatanın nümunəsindən nə öyrənirik?

20 Elə ola bilər ki, müəyyən məsuliyyətlər bizə heç vaxt verilməsin. Bunu Yonatanın nümunəsindən görmək olar. O, Şaulun oğlu olduğu üçün bütün İsrail üzərində padşah olmalı idi. Lakin Allah ondan yaşca çox cavan olan Davudu padşah seçdi. Yonatan buna necə münasibət göstərdi? O, bunu qəbul etdi, üstəlik, öz həyatını təhlükəyə ataraq Davudu müdafiə etdi. O, Davuda dedi: «İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam» (1 Şam. 23:17). Yonatanın nümunəsindən nə öyrənə bilərsən? O, vəziyyətlə barışdı və atasından fərqli olaraq, Davuda paxıllıq etmədi. Başqaları hər hansı təyinat alanda paxıllıq etmək əvəzinə, hamımız üzərimizə düşən məsuliyyətləri yerinə yetirmək üçün əlimizdən gələni etməliyik. Əmin ola bilərik ki, yeni dünyada Yehova xidmətçilərinin Onun iradəsinə müvafiq olan bütün istəklərini yerinə yetirəcək.

21. Biz nökərbaşı kimi daşıdığımız məsuliyyətə necə yanaşmalıyıq?

21 Gəlin həmişə yadda saxlayaq ki, biz qəddar ağaya xidmət etmək məcburiyyətində olan nökər yox, Allahın nökərbaşılarıyıq. Yehova bizə etibar edir və bir daha heç vaxt təkrarlanmayacaq bir işdə — son günlərdə xoş xəbərin təbliğində iştirak etmək imkanı verməklə bizi böyük şərəfə layiq görüb. O, həmçinin bizə həvalə etdiyi məsuliyyətləri yerinə yetirməklə bağlı böyük seçim azadlığı da verib. Gəlin bundan sonra da sadiq nökərbaşı olaq və heç vaxt unutmayaq ki, Kainatda ən qüdrətli Şəxsə xidmət etmək böyük şərəfdir.

[12–ci səhifədəki şəkil]

Məsuliyyətimizin nədən ibarət olmasından asılı olmayaraq, gəlin sadiq qalaq

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş