Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/3 s. 18—22
  • ‘Ey uşaqlar, valideynlərinizə itaət edin’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Ey uşaqlar, valideynlərinizə itaət edin’
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • İtaətkarlığın gətirdiyi əbədi mükafat
  • Yaxşı usta İsa
  • Müqəddəs Kitabın bilicisi və müəllimi
  • İsa itaətkar idi
  • İtaət etmək həmişə asan olmur
  • İtaətkarlığı öyrənmək
  • İsa peyğəmbər itaətkar idi
    Övladlarımızı öyrədək
  • İsa itaətkar olmağı öyrəndi
    Gözətçi qülləsi 2010
  • İtaətkarsınız?
    Gözətçi qülləsi 2023
  • İtaətkarlıq səni qoruyur
    Böyük Müəllimdən öyrən
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/3 s. 18—22

‘Ey uşaqlar, valideynlərinizə itaət edin’

«Ey uşaqlar, Rəbb yolunda valideynlərinizə itaət edin, çünki bu ədalətlidir» (EFESLİLƏRƏ 6:1).

1. İtaətkarlıq həyatını necə xilas edə bilər?

OLA bilsin, biz bu gün başqalarından fərqli olaraq, ona görə sağıq ki, vaxtında itaətkarlıq göstərmişik. Nəyə? Məsələn, ‘əsrarəngiz yaradılmış’ bədənimizin xəbərdarlıqlarına (Məzmur 139:14). Göydə qara buludlar görünüb, ildırım çaxandan sonra havadakı elektrik yükləri üzündən adamın saçı biz-biz durur. Kimə bunun təhlükəli olmasını başa salıblarsa, o bilir ki, bu, yaxınlaşan qasırğanın əlamətidir, buna görə də, həyat üçün təhlükəli olan şimşək və doludan daldalanmaq üçün təhlükəsiz yer axtarmağa başlayır.

2. Nəyə görə uşaqların xəbərdarlıqlara ehtiyacı var və nəyə görə onlar valideynlərin sözünə qulaq asmalıdırlar?

2 Siz uşaqların da, ehtiyacı var ki, təhlükələr barədə xəbərdarlıqlar alasınız, bu məs’uliyyət isə valideynlərinizin üzərinə düşür. Bəlkə də ata-anan sənə dəfələrlə deyib: «Əlini qaza uzatma. Yanarsan», «suyun qırağına getmə. Suya düşərsən», «yolu keçəndə hər iki tərəfə bax. Maşın vurar». Əfsuslar olsun ki, uşaqlar valideynlərinə qulaq asmadıqlarından bədən xəsarəti almış və hətta ölmüşlər. Valideynlərin sözünə qulaq asmaq «ədalətlidir», yə’ni belə də olmalıdır. Bu, həmçinin müdriklikdir (Süleymanın məsəlləri 8:33). Başqa ayədə isə deyilir ki, bu, İsa Məsihə «məqbuldur». Bəli, valideynlərin sözünə baxmağı Allah əmr edir (Koloslulara 3:20; 1 Korinflilərə 8:6).

İtaətkarlığın gətirdiyi əbədi mükafat

3. ‘Həqiqi həyat’ əksəriyyətimiz üçün nə deməkdir və uşaqlar ona necə nail ola bilərlər?

3 Valideynlərinə itaətkarlıq ‘indiki həyatını’ qoruyacaq, itaətkarlıq, həmçinin, sənə ‘həqiqi həyat’ adlanan ‘gələcək həyata’ nail olmağa kömək edəcək (1 Timoteyə 4:8; 6:19, İ–93). Əksəriyyətimiz üçün həqiqi həyat Allahın yeni dünyasında sonsuz həyat deməkdir və Yehova bu həyatı Onun əmrlərinə sədaqətlə riayət edənlərə və’d edir. Həmin vacib əmrlərdən biri budur: «“Atana və anana hörmət et ki, sənə səadət yar olsun və yer üzündə uzunömürlü olasan”. Bu, daxilində və’d olan ilk əmrdir». Beləliklə, valideynlərinə qulaq assan, səadət tapacaqsan. Gələcəyin qorxusuz olacaq və ehtimal ki, yerüzü Cənnətdə əbədi həyatı alacaqsan! (Efeslilərə 6:2, 3).

4. Uşaqlar Allaha hörmət etdiklərini necə göstərə bilərlər və bu onlara hansı xeyri gətirir?

4 Valideynlərinə tabe olanda sən təkcə onlara yox, həm də Allaha hörmət etdiyini göstərirsən, çünki bunu səndən tələb edən Allahdır. Eyni zamanda bunun sənə xeyri var. Müqəddəs Kitabda deyilir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm» (Yeşaya 48:17; 1 Yəhya 5:3). İtaətkarlığın xeyri nədədir? Bu sənin ata-ananı sevindirir, onlar isə bunun müqabilində mütləq səni sevindirəcəklər (Süleymanın məsəlləri 23:22-25). Ən vacibi isə sən öz itaətkarlığınla səmavi Atanı sevindirirsən, O da səndən gözəl xeyir-dualarını əsirgəməyəcək. Gəlin özü haqqında «mən daim Onun xoşuna gələn işləri görürəm» deyən İsaya Yehovanın necə xeyir-dua verdiyini və müdafiə etdiyini nəzərdən keçirək (Yəhya 8:29).

Yaxşı usta İsa

5. Nəyin əsasında İsanın yaxşı usta olduğunu deyə bilərik?

5 İsa Məryəmin ilki idi. Atalığı Yusif dülgərliklə məşğul olurdu. Çox ehtimal ki, İsa da Yusifdən bu sənəti öyrənərək dülgər oldu (Matta 13:55; Mark 6:3; Luka 1:26-31). Səncə, İsa necə dülgər idi? Hələ mö’cüzəvi surətdə bakirə Məryəmin bətninə köçürülməmişdən göydə yaşayan zaman, müdrikliyin təcəssümü olaraq o demişdi: «Rəbbin yanında me’mar [«mahir usta», YD] idim. Hər gün fərəhlənirdim». Allah göydə öz işində səriştəli olan İsadan razı idi. Bəs sənin fikrincə, o, yerdə yaşayanda da mahir usta, yaxşı dülgər olmaq üçün yeniyetməlik dövründə çoxmu çalışırdı? (Süleymanın məsəlləri 8:30; Koloslulara 1:15, 16).

6. a) Nədən bilirik ki, İsa uşaq olanda evdə iş görürdü? b) Uşaqlar İsadan nədə nümunə götürə bilərlər?

6 Əlbəttə, digər uşaqlar kimi İsa da balaca olanda bə’zən oyunlar oynayırdı (Zəkəriyyə 8:5; Matta 11:16, 17). Əmin ola bilərsən ki, böyük, kasıb ailənin ilk uşağı kimi, İsa Yusifdən dülgərliyi öyrənməklə yanaşı, ev işləri də görməli idi. Sonralar İsa təbliğçi olub, şəxsi rahatlığını qurban verərək həyatını Yehovaya xidmətə həsr etdi (Luka 9:58; Yəhya 5:17). Bəs sən İsanı nədə təqlid edə bilərsən? Valideynlərin sənə otağını səliqəyə salmağı və ya başqa iş görməyi tapşırırlarmı? Onlar səni məsihçi görüşlərinə gələrək və ya başqalarına Yehova Allah haqqında danışaraq Allaha ibadət etməyə təşviq edirlərmi? Səncə, İsadan buna bənzər işləri görməyi xahiş etsəydilər, o necə hay verərdi?

Müqəddəs Kitabın bilicisi və müəllimi

7. a) İsanın Pasxa bayramına kimlərlə getdiyi güman edilir? b) Başqaları evə yola düşəndə İsa harada idi və nə üçün?

7 İsrailli ailələrdəki kişilərin hamısına üç yəhudi bayramında Yehovaya ibadət etmək üçün mə’bədə getmək əmr olunmuşdu (Qanunun təkrarı 16:16). İsa 12 yaşında olanda Pasxanı qeyd etmək üçün Yerusəlimə, ola bilsin, bütün ailəsi ilə birlikdə getmişdi. Güman ki, gedənlərin arasında İsanın bacı-qardaşları, Məryəmin bacısı olduğu ehtimal edilən Şalomit, onun əri Zevedey və sonralar həvari olan oğulları Yaqub və Yəhya da var idia (Matta 4:20, 21; 13:54-56; 27:56; Mark 15:40; Yəhya 19:25). Geri qayıdanda Yusif və Məryəm yəqin elə düşünürdülər ki, İsa qohumları ilə birlikdədir, ona görə də onun geri qayıdanların arasında olmadığını əvvəlcə görmədilər. Üç gündən sonra Məryəm və Yusif nəhayət ki, İsanı mə’bəddə tapdılar. O, «müəllimlərin arasında oturub onları dinləyir, suallar verirdi» (Luka 2:44-46).

8. İsa mə’bəddə nə edirdi və camaat nə üçün heyrət içində idi?

8 İsa müəllimlərə necə «suallar verirdi»? O, sadəcə öyrənməyə həvəsli olduğundan və ya mə’lumat əldə etmək istəyindən irəli gələrək suallar vermirdi. Burada işlənən yunan sözü istintaq zamanı aparılan sorğu-suala, verilən dolaşdırıcı suallara aiddir. Bəli, İsa hələ uşaq ikən Müqəddəs Kitabı elə yaxşı bilirdi ki, hətta ali təhsilli din müəllimlərini belə heyrətə salmışdı! Müqəddəs Kitabda oxuyuruq: «Onu dinləyənlərin hamısı Onun zəkasına və cavablarına təəccüblənirdilər» (Luka 2:47).

9. Müqəddəs Kitabı öyrənməkdə İsadan necə nümunə götürə bilərsən?

9 Səncə, İsa nəyin sayəsində hələ uşaq ikən Müqəddəs Kitabı elə mükəmməl bilirdi ki, təcrübəli müəllimləri belə heyrətə gətirmişdi? Əlbəttə, bunda onun Allahdan qorxan valideynlərinin də rolu böyük idi, Məryəmlə Yusif İsanı körpəlikdən Allahın nəsihəti ilə tərbiyə etmişdilər (Çıxış 12:24-27; Qanunun təkrarı 6:6-9; Matta 1:18-20). Şübhəsiz, Yusif balaca İsanı sinaqoqa aparırdı ki, orada Müqəddəs Yazıların oxunub müzakirə edilməsinə qulaq assın. Bəs sənin valideynlərin Müqəddəs Kitabı səninlə öyrənirlərmi, səni məsihçi görüşlərinə aparırlarmı? Sən də İsa kimi valideynlərinin sə’ylərini qiymətləndirirsənmi, öyrəndiklərini başqaları ilə bölüşürsənmi?

İsa itaətkar idi

10. a) İsanın valideynləri onun harada olacağını nə üçün bilməli idilər? b) İsa uşaqlara hansı gözəl nümunəni qoydu?

10 Necə fikirləşirsən, üç gündən sonra axır ki, İsanı mə’bəddə tapan Məryəmlə Yusif özlərini necə hiss etdilər? Onların ürəyi sakitləşdi. Ancaq İsa təəccübləndi ki, valideynləri onun harada olduğunu bilmirdilər. Onların hər ikisi İsanın mö’cüzəli şəkildə dünyaya gəldiyini bilirdi. Bundan başqa, bütün təfsilatları bilməsələr də, onun gələcəkdə Xilaskar və Allahın Padşahlığının Padşahı olacağından az-çox xəbərdar idilər (Matta 1:21; Luka 1:32-35; 2:11). Buna görə də, İsa onlardan soruşdu: «Məni nə üçün axtarırdınız? Bilmirdinizmi ki, Mən Atamın evində olmalıyam?» Ancaq İsa itaətkarlıq göstərərək valideynləri ilə birlikdə evinə, Nazaretə qayıtdı. Müqəddəs Kitabda deyilir: «İsa... onlara itaət edirdi. Onun anası da bütün bu sözləri öz ürəyində saxlayırdı» (Luka 2:48-51).

11. İsanın nümunəsindən itaətkarlığa dair nə öyrənirsən?

11 Bəs valideynlərinə hər zaman itaət ­edərək İsanın nümunəsini izləmək sənin üçün asandırmı? Yoxsa sənə elə gəlir ki, ata-anan müasir dünyadan geri qalıb və sən ­onlardan çox bilirsən? Düzdür, bəlkə də, sənin müəyyən şeylər, məsələn, mobil telefonları, kompüter və başqa texniki yeniliklər haqqında daha çox biliyin var. Ancaq ‘zəkası və cavabları’ ilə təcrübəli müəllimləri heyrətə salan İsa haqqında fikirləş. Yəqin razılaşarsan ki, onunla müqayisədə sən çox az bilirsən. Bununla belə İsa valideynlərinin sözündən çıxmırdı. Bu o demək deyil ki, İsa onların qərarları ilə həmişə razı olurdu. Buna baxmayaraq, İsa bütün yeniyetməlik illərində «onlara itaət edirdi». İsanın nümunəsindən özün üçün hansı ibrət dərsini götürə bilərsən? (Qanunun təkrarı 5:16, 29).

İtaət etmək həmişə asan olmur

12. İtaətkarlıq sənin həyatını necə xilas edə bilər?

12 Sözə qulaq asmağın həmişə asan olmadığı aşağıdakı nümunədən aydın görünür. İki balaca qız altıcərgəli böyük yolun bir tərəfindən o birisinə yerüstü keçiddən keçmək əvəzinə, yolu qaçaraq keçmək istəyirdilər. Onlar yerüstü keçidə tərəf gedən yoldaşlarını səslədilər: «Con, gəl! Sən bizimlə getmirsən?» Con tərəddüd edəndə qızlardan biri onu ələ salmağa başladı: «Qorxaq pişik!» Con isə cəsarətlə dedi: «Mən anamın sözündən çıxmaq istəmirəm». Bir neçə dəqiqədən sonra, keçidin üstündə olanda Con təkərlərin ətürpədici səsini eşitdi. Aşağı baxanda gördü ki, qızları maşın vurub. Onların biri öldü, digərinin isə ayağı elə ciddi zədələnmişdi ki, onu kəsmək lazım gəldi. Qızların anası onlara həmişə yolüstü keçiddən keçməyi tapşırırdı. Sonralar o, Conun anasına demişdi: «Kaş ki, mənim qızlarım da sənin oğlun kimi sözəbaxan olardı» (Efeslilərə 6:1).

13. a) Sən nə üçün valideynlərinə itaət etməlisən? b) Yalnız hansı halda valideynin sözündən çıxmaq düzgün olardı?

13 Allah nə üçün uşaqlara «valideynlərinizə itaət edin» deyir? Valideynlərinin sözünə baxanda sən Allaha tabe olursan. Üstəlik, ata-anan səndən daha təcrübəlidir. Məsələn, yuxarıda danışdığımız hadisədən cəmi beş il əvvəl Conun anasının rəfiqəsinin oğlu həmin yolu keçəndə maşının altında qalıb ölmüşdü. Düzdür, valideynlərə qulaq asmaq hər zaman asan olmur, amma bunu Allah səndən tələb edir. Digər tərəfdən isə, valideynlərin və ya başqaları sənə yalan danışmağı, oğurluq etməyi və ya Allahın xoşuna gəlməyən başqa işləri görməyi desələr, sən ‘insanlardan artıq, Allaha itaət etməlisən’. Buna görə də, Müqəddəs Kitab uşaqları «Rəbb yolunda» valideynlərinə itaət etməyə çağırır. Bu o deməkdir ki, Allahın qanunlarına müvafiq olan hər bir şeydə valideynlərinə itaət etməlisən (Həvarilərin işləri 5:29).

14. Kamil insan üçün itaətkarlıq göstərmək nəyə görə daha asandır, bununla belə nə üçün onun da itaətkarlığı öyrənməyə ehtiyacı olardı?

14 Sən elə fikirləşirsən ki, İsa kimi kamil, yə’ni «nöqsansız, günahkarlardan ayrılmış» olsaydın, valideynlərinə qulaq asmaq həmişə asan olardı? (İbranilərə 7:26). Bəli, kamil olsaydın, indiki kimi pisliyə meylin olmazdı (Yaradılış 8:21; Məzmur 51:5). Ancaq İsa da itaətkarlığa dair dərs alası oldu. Müqəddəs Kitab deyir: «Oğul olduğu halda, [İsa] çəkdiyi iztirablarla itaətli olmağı öyrəndi» (İbranilərə 5:8). İztirablar İsaya, göylərdə heç zaman öyrənə bilməyəcəyi itaətkarlığı öyrənməyə necə kömək etdi?

15, 16. İsa itaətkarlığı necə öyrəndi?

15 İsa körpə olanda Yusif və Məryəm Yehovanın rəhbərliyi altında onu pislikdən qorudular (Matta 2:7-23). Ancaq sonda Allah onu qeyri-adi şəkildə müdafiə etmədi. İsanın çəkdiyi mə’nəvi və fiziki iztirablar o qədər şiddətli idi ki, Müqəddəs Kitab onun ‘Allaha güclü fəryadla və göz yaşları ilə dualar və xahişlər etdiyini’ deyir (İbranilərə 5:7). Bu nə zaman baş vermişdi?

16 Əsas e’tibarilə bu, İsanın yerüzü həyatının son saatlarında — Şeytan onun nöqsansızlığını sarsıtmaq üçün var gücü ilə çalışanda baş verdi. Cinayətkar sayılaraq öldürülməsinin Atasının adına ləkə gətirəcəyi fikri İsaya elə əzab verirdi ki, o, Getsamani bağında «şiddətli iztirab içində olaraq daha sə’ylə dua edirdi; və Onun təri yerə daman qan damlalarına bənzəyirdi». Bir neçə saat sonra İsa işgəncə dirəyində can verəndə elə şiddətli ağrılar çəkirdi ki, o, ‘güclü fəryadla göz yaşları’ tökdü (Luka 22:42-44; Mark 15:34). Beləliklə o, «çəkdiyi iztirablarla itaətli olmağı öyrəndi» və bununla da Atasının ürəyini sevindirdi. İndi göylərdə olan İsa itaətkarlıq göstərmək üçün mübarizə apararkən çəkdiyimiz iztirabları başa düşür (Süleymanın məsəlləri 27:11; İbranilərə 2:18; 4:15).

İtaətkarlığı öyrənmək

17. Uşaqlar valideynlərinin cəzasına necə yanaşmalıdırlar?

17 Ata-ananın səni cəzalandırması göstərir ki, onlar sənin yaxşılığını istəyir və səni sevirlər. «Çünki elə bir oğul varmı ki, atası onu tərbiyələndirməsin?» deyə Müqəddəs Kitab soruşur. Əgər valideynlərin səni kifayət qədər sevmədiklərindən sənə tərbiyə vermək üçün vaxt və qüvvə sərf etməsəydilər, məgər bu kədərli olmazdımı? Eynilə, Yehova da məhəbbətdən irəli gələrək sənə öyüd-nəsihət verir. «Hər tərbiyə isə, indiki zamanda sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan, bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir» (İbranilərə 12:7-11).

18. a) Məhəbbətlə verilən cəza nəyin sübutudur? b) Məhəbbətlə verilən cəzanın insanlara hansı xeyri gətirdiyinin şahidi olmusan?

18 Müdrikliyinə görə İsanın xatırlatdığı qədim İsrail padşahı Süleyman valideynlərin məhəbbətli cəzasının vacibliyini belə qeyd etmişdi: «Oğlundan kötəyi əsirgəyən sanki ona nifrət edər, oğlunu sevən ona düzgün tərbiyə verər». Süleyman hətta dedi ki, valideyn cəzasını alan insan, ola bilsin, canını ölülər diyarından xilas edib (Süleymanın məsəlləri 13:24; 23:13, 14; Matta 12:42). Bir məsihçi qadın xatırlayır ki, uşaqlıqda özünü görüşlərdə pis aparanda atası evdə onu mütləq cəzalandıracağını deyirdi. İndi o, atasını vaxtında onu nəvazişlə cəzalandıraraq həyatını düzgün səmtə yönəltdiyi üçün sevə-sevə xatırlayır.

19. Valideynlərə xüsusilə nəyə görə itaət etmək lazımdır?

19 Əgər valideynlərin səni sevdikləri üçün vaxt və qüvvə sərf edib tərbiyələndirirlərsə, buna görə onlara minnətdar ol. İsa Məsih valideynləri Yusiflə Məryəmə itaət etdiyi kimi, sən də öz valideynlərinə tabe ol. Lakin valideynlərinə xüsusilə ona görə itaət et ki, bunu səndən səmavi Atan Yehova Allah tələb edir. Bu sənə xeyir gətirəcək, həmçinin «sənə səadət yar olacaq və yer üzündə uzunömürlü olacaqsan» (Efeslilərə 6:2, 3).

[Haşiyə]

a «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyası, II cild, 841-ci səhifəyə (ing.) baxın. Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.

Necə cavab verərdiniz?

• Valideynin sözünə baxmağın xeyri nədədir?

• İsa balaca olanda valideynlərinə itaət etməklə uşaqlara hansı nümunəni qoydu?

• İsa itaətkarlığı necə öyrəndi?

[20-ci səhifədəki şəkil]

On iki yaşlı İsa Müqəddəs Yazıları mükəmməl bilirdi.

[22-ci səhifədəki şəkil]

İsa iztirabların sayəsində itaətkarlığı necə öyrəndi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş