Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 38 s. 273—281
  • Allaha ibadətdən necə sevinc duya bilərəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allaha ibadətdən necə sevinc duya bilərəm?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Oxşar material
  • Vaxtdan necə səmərəli istifadə edim?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Nəyə görə həmişə mübahisə edirik?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Nəyə görə məktəbdə imanımı bölüşməyə qorxuram?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Məqsədlərimə necə nail ola bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 38 s. 273—281

Fəsil 38

Allaha ibadətdən necə sevinc duya bilərəm?

16 yaşlı Elvin çarpayısında uzanıb. Anası qapının ağzında dayanaraq: «Elvin, dur! Bilirsən ki, axşam yığıncaq var!» — deyə səslənir. Elvinin ailəsi Yehovanın Şahididir və məsihçi görüşləri onların həyatının ayrılmaz bir hissəsidir. Ancaq son vaxtlar Elvinin yığıncaqlara getməyə heç həvəsi yoxdur.

— E-e-e... ana, olar, mən getməyim? — deyə o mızıldanır.

— Bəsdir, deyindin. Get geyin, yenə gecikmək istəmirəm! — deyib, anası otaqdan çıxır.

Elvin özünü saxlaya bilməyib anasının arxasınca deyir: «Bilirsən, ana, bu, sənin dinindir, mənim yox.» Elvin addım səslərinin kəsilməsindən başa düşür ki, anası onun dediklərini eşitdi. Amma anası heç nə deməyib gedir.

Elvin özünü günahkar hiss edir. O, anasının xətrinə dəymək istəmirdi. Ancaq ürəyindən üzr istəmək də keçmir. Belə vəziyyətdə edə biləcəyi yeganə şey...

Ah çəkərək, Elvin geyinməyə başlayır. Sonra öz-özünə deyinərək: «Gec-tez öz qərarımı verməliyəm. Özümü yığıncaqda yad kimi hiss edirəm. Bəlkə, mən heç məsihçi olmaq istəmirəm!»

BU CÜR hisslər sənə də tanışdırmı? Bəzən elə gəlirmi ki, başqaları ruhani işlərdən zövq aldığı halda, sən özünü buna məcbur edirsən? Məsələn:

● Müqəddəs Kitabı öyrənmək sənə dərs oxumaq kimi gəlir?

● Evdən-evə təbliğ etməkdən xoşun gəlmir?

● Yığıncaq görüşləri çox vaxt sənə darıxdırıcı gəlir?

Əgər bu suallara «hə» cavabı vermisənsə, ruhdan düşmə. Sən Allaha xidmətdən sevinc duymağı öyrənə bilərsən. Gəl görək necə.

PROBLEM 1 Müqəddəs Kitabı öyrənmək

Nəyə görə çətindir? Ola bilsin, sən oxumağı sevmirsən. Yəqin, bir yerdə oturub uzun müddət diqqətini bir şeyə cəmləmək sənin üçün çətindir. Üstəlik, dərslərin də çoxdur.

Nəyə görə vacibdir? Müqəddəs Kitab Allahdan ilham almaqla yanaşı, «təlim, tənbeh, islah və salehlik yolunda tərbiyə üçün faydalıdır» (2 Timoteyə 3:16). Müqəddəs Kitabı öyrənməyin və oxuduqların üzərində dərindən düşünməyin sayəsində özün üçün yeni bir dünya kəşf edəcəksən. Unutma ki, heç nə asanlıqla əldə olunmur. Necə deyərlər, işləməyən dişləməz. Əgər yaxşı bir idmançı olmaq istəyirsənsə, oyunun qaydalarını öyrənməli və məşq etməlisən. Möhkəm və sağlam olmaq istəyirsənsə, idmanla məşğul olmalısan. Eynilə, Yaradan haqqında öyrənmək üçün də Onun Kəlamını araşdırmaq lazımdır.

Həmyaşıdların deyir: «Yuxarı sinifdə oxuyanda seçim qarşısında qalmışdım. Uşaqlar hər cür nalayiq işlərlə məşğul olurdular. Mən də bir qərar verməliydim: “Onlar kimi olmaq istəyirəm? Valideynlərimin mənə öyrətdikləri həqiqətdirmi?” Bu suallara özüm cavab tapmalıydım» (Tşedza).

«Öyrəndiklərimin həqiqət olduğuna həmişə inanmışam, amma yenə də özüm buna əmin olmalıydım. Mən ailəm istədiyi üçün yox, özüm istədiyim üçün Allaha ibadəti seçməliydim» (Namiq).

Nə edə bilərsən? Öz tələbatlarına və marağına uyğun şəxsi öyrənmə planı qur. Araşdıracağın mövzuları özün seç. Nədən başlamaq olar? Niyə də Müqəddəs Kitabı və inandığın təlimləri dərindən araşdırmayasan? Bunun üçün sən «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabından istifadə edə bilərsəna.

Hərəkətə keç! Daha çox öyrənmək istədiyin iki və ya üç mövzunun qarşısına ✔ işarəsi qoy. Əgər istəsən, sənin üçün maraqlı olan digər mövzuları da qeyd edə bilərsən.

□ Allah varmı?

□ Müqəddəs Kitabı yazanların Allahdan ilham aldığına necə əmin ola bilərəm?

□ Nəyə görə təkamülə deyil, yaradılışa inanmalıyam?

□ Allahın Padşahlığı nədir və onun mövcudluğunu necə sübut edə bilərəm?

□ İnsan öləndə nə baş verdiyinə dair nöqteyi-nəzərimi necə izah edə bilərəm?

□ Ölülərin dirilməsinə necə əmin ola bilərəm?

□ Hansı dinin həqiqət olduğuna necə əmin ola bilərəm?

․․․․․

PROBLEM 2 Xidmətə çıxmaq

Nəyə görə çətindir? Ola bilsin, başqalarına Müqəddəs Kitab haqda danışmaq sənə çətin gəlir, yaxud da təbliğ edən zaman sinif yoldaşlarınla qarşılaşmaqdan qorxursan.

Nəyə görə vacibdir? İsa Məsih öz davamçılarına demişdi: «Şagird hazırlayın,.. sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Matta 28:19, 20). Ancaq bunun üçün başqa səbəblər də var. Araşdırmalara əsasən, bir çox yerlərdə gənclərin əksəriyyəti Allaha və Müqəddəs Kitaba inanır. Amma həmin gənclərin gələcəyə real ümidləri yoxdur. Sən isə Müqəddəs Kitabı öyrənməyin sayəsində bir çox gənclərin axtardığı və ehtiyac duyduğu dəyərli biliklərə yiyələnmisən! Öyrəndiklərini başqaları ilə bölüşməklə özünü daha yaxşı hiss edəcək, ən əsası, Yehovanın ürəyini sevindirəcəksən (Süleymanın məsəlləri 27:11).

Həmyaşıdların deyir: «Dostumla effektiv təqdimələr hazırladıq, etirazların öhdəsindən gəlməyi və təkrar başçəkmələr etməyi öyrəndik. Xidmətdə nə qədər çox səy göstərirdimsə, bir o qədər də sevinc duyurdum» (Namiq).

«Altı yaş məndən böyük olan bir bacı mənə çox kömək edir. O, məni özü ilə xidmətə aparır, bəzən də səhər yeməyinə dəvət edir. Bacı mənə düşüncə tərzimi dəyişməyə kömək edən Müqəddəs Kitab ayələri göstərdi. İndi onun gözəl nümunəsi sayəsində insanlara səmimi maraq göstərməyi bacarıram. Ömrüm boyu ona borclu olacağam!» (Şəhla).

Nə edə bilərsən? Valideynlərinin razılığı ilə yığıncaqda yaşca səndən böyük olan və xidmətdə səninlə əməkdaşlıq edə biləcək bir nəfər tap (Həvarilərin işləri 16:1—3). Müqəddəs Kitabda deyilir: «Dəmir dəmiri itilər, insan insanın ağlını iti edər» (Süleymanın məsəlləri 27:17). Yaşca böyük və zəngin təcrübəsi olan insanlarla ünsiyyətin faydası çoxdur. «Onların yanında insan özünü daha rahat hiss edir», — deyə 19 yaşlı Arzu qeyd edir.

Hərəkətə keç! Yığıncağınızdan xidmətdə sənə dəstək olacaq bir nəfərin adını (valideynlərindən savayı) yaz.

․․․․․

PROBLEM 3 Məsihçi yığıncaqlarında iştirak etmək

Nəyə görə çətindir? Bütün günü sinifdə oturduqdan sonra bir saatdan çox yığıncaqda məruzələrə qulaq asmaq bir ömür kimi gələ bilər.

Nəyə görə vacibdir? Müqəddəs Kitab məsihçiləri təşviq edir: «Gəlin bir-birimizə qarşı diqqətcil olub bir-birimizi məhəbbətə və xeyirxah işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, əksinə, o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq» (İbranilərə 10:24, 25).

Həmyaşıdların deyir: «Yığıncaq görüşlərinə hazırlaşmaq olduqca vacibdir. Bəzən özünü məcbur etmək lazım gəlir. Ancaq yığıncağa hazırlıqlı gələndə görüşdən daha çox sevinc əldə edirsən, çünki söhbətin nədən getdiyini bilirsən, hətta cavab vermək imkanın da olur» (Elda).

«Fikir vermişəm ki, cavab verəndə yığıncaq mənim üçün daha maraqlı olur» (Cessika).

Nə edə bilərsən? Hazırlaşmağa vaxt ayır və imkan daxilində cavab verməyə çalış. Bunun sayəsində yığıncağın fəal üzvü olduğunu hiss edəcəksən.

Səncə, nə daha maraqlıdır — idman oyununa televizorda baxmaq, yoxsa meydançada oynamaq? Aydındır ki, iştirakçı olmaq tamaşaçı olmaqdan daha maraqlıdır. Nəyə görə yığıncaq görüşlərinə də bu cür yanaşmayasan?

Hərəkətə keç! Hər həftə yığıncağa hazırlaşmağa nə zaman, ən azı, 30 dəqiqə vaxt ayıra biləcəyini yaz.

․․․․․

Bir çox gənclər Məzmur 34:8 ayəsindəki: «Dadın, görün Rəbb nə qədər şirindir», — sözlərinin həqiqət olduğuna əmin olmuşlar. Məgər bir yeməyin necə ləzzətli olduğunu eşitməkdənsə, onu dadmaq daha yaxşı deyil? Eyni şeyi Allaha ibadətə də şamil etmək olar. Ruhani işlərlə məşğul olmağın necə xeyir-dualar gətirdiyini özün dad və gör. Müqəddəs Kitabda deyilir ki, deyilənləri eşitməklə kifayətlənməyib, onları yerinə yetirən insan «öz işində xoşbəxt olacaq» (Yaqub 1:25).

NÖVBƏTİ FƏSİLDƏ

Qarşına məqsədlər qoymağı və onlara nail olmağı öyrən.

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən dərc olunur.

AÇAR AYƏ

“İndən belə bu zəmanəyə uyğunlaşmayın. Əksinə, ağlınızı yeniləşdirərək büsbütün dəyişin ki, Allahın iradəsinin faydalı, xoş və kamil olduğuna əmin ola biləsiniz” Romalılara 12:2

MƏSLƏHƏT

Bir dəftər götür və yığıncaqda səslənən əsas fikirləri qeyd et. Beləcə, vaxt tez gəlib keçəcək və öyrənmək sənin üçün daha asan olacaq!

BİLİRSƏN... ?

İmanını yoxlamaqda səhv heç nə yoxdur. Əslində, suallar vermək və araşdırma aparmaq Allah haqqında bildiklərinin həqiqət olub-olmadığını anlamağın ən yaxşı üsuludur (Həvarilərin işləri 17:11).

HƏRƏKƏT PLANI!

Hər gün Müqəddəs Kitabı oxumağa ․․․․․ dəqiqə və hər həftə yığıncaq görüşlərinə hazırlaşmağa ․․․․․ vaxt ayıracağam. ․․․․․

Yığıncaqda diqqətlə qulaq asmaq üçün mən... ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Nəyə görə ruhani işlərlə məşğul olmaq gənclərə darıxdırıcı gələ bilər?

● Bu fəsildə Allaha ibadətlə bağlı sadalanan üç sahədən hansının üzərində işləmək istəyərdin?

[278–ci səhifədəki yazı]

“Mən valideynlərimin yox, öz istəyimlə bu dini seçmişəm. Yehova mənim Allahımdır və mən Onu kədərləndirmək istəmirəm” Samanta

[280 və 281–ci səhifələrdəki çərçivə/şəkillər]

Onlar qarşılarına məqsədlər qoydular

Müqəddəs Kitabda deyilir: «Bilmirsiniz sabah başınıza nə gələcək» (Yaqub 4:14). Ölüm qaşla göz arasındadır. Gözləmədiyimiz anda, hətta cavan yaşda belə həyatımızı itirə bilərik. Katrina və Kaylın həyat hekayəsini oxuyarkən yaşadıqları qısa ömür yolunda qoyduqları ruhani məqsədlərə nail olmaqla Yehovanın qarşısında necə yaxşı ad qazandıqlarına diqqət yetir (Vaiz 7:1).

Katrina həyatla vidalaşanda cəmi 18 yaşı vardı, amma o, artıq 13 yaşından «həyat planını» qurmuş, nail olmaq istədiyi məqsədlərin siyahısını tutmuşdu. O, Allahın tammüddətli xidmətçisi olmaq, Müqəddəs Kitab müəllimlərinə tələbat olan ərazidə xidmət etmək və atası ilə birlikdə Padşahlıq zallarının tikintisində iştirak etmək arzusunda idi. «Mən həyatımı Yehova Allaha həsr etmişəm! — deyə Katrina yazmışdı. — Başlıca məqsədim Allahın normalarına uyğun yaşayıb, Onun ürəyini sevindirməkdir». Dəfn mərasimində Katrina «həyatında yeganə amalı Yehovaya xidmət etmək olan gözəl gənc bir qız» kimi anıldı.

Məqsədlər qoymağın nə qədər vacib olduğunu Kayla uşaq yaşlarından öyrətmişdilər. O, 20 yaşında dəhşətli avtomobil qəzasının qurbanı oldu. Onun ölümündən sonra yaxınları hələ dörd yaşında ikən anası ilə birlikdə tərtib etdiyi «məqsədlər kitabı»nı tapdılar. Kaylın vəftiz olunmaq, yığıncaqda məruzələr söyləmək, Yehovanın Şahidlərinin mərkəzi idarəsində xidmət etmək kimi məqsədləri vardı. O, mərkəzi idarədə insanlara Allah haqqında öyrənməyə kömək edən ədəbiyyatlar çap etmək istəyirdi. Kaylın illər öncə qələmə aldığı arzularını oxuduqdan sonra anası belə sözlər dedi: «O, bu məqsədlərinin hər birinə nail oldu».

Bəs sənin hansı məqsədlərin var? Heç kim bilmir sabah başına nə gələcək. Buna görə də, hər günün qədrini bilmək lazımdır! Katrina və Kayl kimi, sən də vaxtından mümkün qədər səmərəli istifadə et. Həyatının sonuna yaxın növbəti sözləri deyən həvari Paveldən nümunə götür. O demişdi: «Mən cəsarətlə vuruşdum, qarşımdakı məsafəni axıradək qaçdım və iman yolundan kənara çıxmadım» (2 Timoteyə 4:7). Növbəti fəsil bu sahədə sənə kömək edəcək.

[274 və 275–ci səhifələrdəki şəkil]

Fiziki cəhətdən sağlam olmaq istəyirsənsə, idmanla məşğul ol. Ruhən sağlam olmaq istəyirsənsə, Allahın Kəlamını araşdır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş