Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/2 s. 24—28
  • Ən yaxşı həyat yoluna xoş gəlmisiniz!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ən yaxşı həyat yoluna xoş gəlmisiniz!
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Vəftiz olunmaq nəyə görə lazımdır?
  • Xeyir-dua: sevən qardaşlıq
  • «Haqq-Taalanın pənahında» təhlükəsizlik
  • Ruhani cənnətimizi qiymətləndir
  • İsadan öyrənməyə davam et
  • Ən yaxşı həyat yoluna bağlan!
  • Vəftiz olunmağa hazırsınız?
    Gözətçi qülləsi 2020
  • Qarşınıza Allaha əbədiyyən xidmət etmək məqsədini qoyun
    Əbədi həyata aparan bilik
  • Vəftiz və Allahla dostluq
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Məsihçi vəftizi üçün tələblər
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/2 s. 24—28

Ən yaxşı həyat yoluna xoş gəlmisiniz!

«Yaşayırıqsa da, ölürüksə də, həmişə Rəbbinik» (ROM. 14:8).

1. Ən yaxşı həyat yolu barədə İsa nə öyrədirdi?

YEHOVANIN arzusu odur ki, biz ən yaxşı həyat yolunu seçək. Düzdür, hərə bir yolun yolçusudur, lakin bir yol ən yaxşı həyat yoludur. Məgər Allahın Kəlamına uyğun yaşamaqdan və Onun Oğlu İsa Məsihin nümunəsini izləməkdən yaxşı yol ola bilərmi? İsa davamçılarına Allaha ruhən və həqiqətən ibadət etməyi öyrətmiş və onlara şagird hazırlamağı tapşırmışdı (Mat. 28:19, 20; Yəh. 4:24). İsanın öyrətdiklərinə uyğun yaşamaqla biz Yehovanı sevindirir və Onun xeyir-dualarını alırıq.

2. Birinci əsrdə çoxları Padşahlıq haqqında xoş xəbərə necə hay verirdi və «Yola» məxsus olmaq nə demək idi?

2 ‘Ürəyi əbədi həyata meyilli olanlar’ (YD) həqiqətə iman gətirib vəftiz olunanda onlara «ən yaxşı həyat yolunda sizi görməyə şadıq!» deməyə tam əsasımız var (Həv. iş. 13:48). Eramızın birinci əsrində müxtəlif millətlərdən olan minlərlə insanlar həqiqəti qəbul edib vəftiz olunmaqla hamının qarşısında Allaha həsr olunduqlarını nümayiş etdirirdilər (Həv. iş. 2:41). Həmin erkən məsihçilərin «Yola» mənsub olduqları deyilirdi (Həv. iş. 9:2; 19:23). Məsihin davamçısı olanların həyatı ona iman etmək və nümunəsini izləmək ətrafında dövr etdiyi üçün bu söz çox münasib idi (1 Pet. 2:21).

3. Yehovanın xidmətçisi olmaq istəyənlər nəyə görə vəftiz olunurlar və son on il ərzində nə qədər adam vəftiz olunub?

3 Yaşadığımız son günlərdə şagird hazırlamaq işi sürətlənib və hal-hazırda 230-dan çox ölkə və ərazidə həyata keçirilir. Son on il ərzində 2 700 000-dən çox adam Yehovaya xidmət etmək qərarı vermiş və həsr olunmalarını vəftiz olunmaqla simvolizə etmişlər. Bu, orta hesabla həftədə 5 000 nəfər deməkdir! Vəftiz olunmaq qərarı insanın Allaha məhəbbətindən, Müqəddəs Kitab biliklərindən və öyrəndiklərinə iman etməsindən irəli gəlir. Vəftiz həyatımızda ən mühüm hadisədir, çünki bu, Yehova ilə sıx münasibətlərin başlanğıcıdır. Həmçinin bununla göstəririk ki, Yehovanın keçmişdə xidmətçilərinə Öz yolu ilə yeriməyə kömək etdiyi kimi, bizim də Ona sədaqətlə xidmət etməyimizə kömək edəcəyinə əminik (Yeşaya 30:21).

Vəftiz olunmaq nəyə görə lazımdır?

4, 5. Vəftiz olunmağın gətirdiyi faydanı və xeyir-duaları sadalayın.

4 Əgər sən Allah haqqında biliyə yiyələnib həyatında dəyişikliklər etmisən və hal-hazırda vəftiz olunmamış təbliğçisənsə, bu, tərifəlayiqdir. Bəs sən duada özünü Allaha həsr etmisənmi və vəftiz olunmağa hazırlaşırsanmı? Müqəddəs Kitabdan öyrəndiyin kimi, bilirsən ki, öz kefinə yaşamaq və mal-mülk toplamaq əvəzinə, həyatın boyu Yehovaya həmd etməlisən. (Məzmur 148:11—13 ayələrini oxu; Luka 12:15.) Belə isə, vəftiz olunmağın hansı faydası var və bu, hansı xeyir-duaları gətirir?

5 Həsr olunmuş məsihçi kimi, sənin həyatında ən böyük məqsədin olacaq. Allahın iradəsini yerinə yetirdiyin üçün xoşbəxt olacaqsan (Rom. 12:1, 2). Yehovanın müqəddəs ruhu sənə özündə sülh və «iman» (YD) kimi xüsusiyyətlər yetişdirməyə kömək edəcək (Qalat. 5:22, 23). O, sənin dualarına cavab verəcək və Kəlamına uyğun yaşamaq səyini xeyir-dualandıracaq. Xidmətin sənə sevinc gətirəcək və Allaha məqbul həyat tərzi sürmək əbədi həyat ümidini möhkəmləndirəcək. Üstəlik, özünü Yehovaya həsr edib vəftiz olunsan, bəlli olacaq ki, sən həqiqətən də Yehovanın Şahidi olmaq istəyirsən (Yeşaya 43:10—12).

6. Vəftiz olunmaqla biz nə göstəririk?

6 Özümüzü Yehovaya həsr edib vəftiz olunmaqla Ona məxsus olduğumuzu göstəririk. Həvari Pavel yazmışdı: «Bizlərdən heç kim özü üçün yaşamır və heç kim özü üçün ölmür. Yaşayırıqsa, Rəbb üçün yaşayırıq; ölürüksə, Rəbb üçün ölürük. Buna görə, yaşayırıqsa da, ölürüksə də, həmişə Rəbbinik» (Rom. 14:7, 8). Yehova bizi iradə azadlığına layiq görüb. Allaha məhəbbətdən irəli gələrək Onun buyurduğu yolla getmək qərarını qəbul etməklə Onun qəlbini sevindirmiş oluruq (Sül. məs. 27:11). Vəftiz — Allaha həsr olunmağımızın simvoludur. Həmçinin bununla biz hamının qarşısında Yehovanın Rəhbərimiz olduğunu və ali hökmranlıq məsələsində Onun tərəfini tutduğumuzu göstəririk (Həv. iş. 5:29, 32). Öz növbəsində Yehova da bizimlə olacaq. (Məzmur 118:6 ayəsini oxu.) Vəftiz olunan insanın qarşısında həm indi, həm də gələcəkdə bir çox başqa ruhani xeyir-dualar almaq imkanı açılır.

Xeyir-dua: sevən qardaşlıq

7-9. a) Hər şeylərini atıb ardınca gedənləri İsa nəyə əmin etdi? b) İsanın Mark 10:29, 30 ayələrindəki vədi necə həyata keçir?

7 Həvari Peter İsaya dedi: «Budur, biz hər şeyi atıb Sənin ardınca gəldik; elə isə, bizim nəyimiz olacaq?» (Mat. 19:27). Peteri özünün və digər şagirdlərin gələcəyi maraqlandırırdı. Özlərini Padşahlığın təbliğ işinə tam həsr etmək üçün onlardan böyük fədakarlıq tələb olunurdu (Mat. 4:18—22). İsa onları nəyə əmin etdi?

8 Markın yazdığı Müjdəyə əsasən isə, İsa şagirdlərinin ruhani qardaşlığın bir hissəsi olacaqlarını qeyd etdi: «Elə bir adam yoxdur ki, Mənim adım və Müjdə naminə evini, qardaşlarını, bacılarını, anasını, atasını, arvadını, uşaqlarını və yaxud torpaqlarını atmış olsun, və indi, bu zamanda, əziyyətlərlə bərabər, yüz qat artıq evlər, qardaşlar, bacılar, atalar və analar, uşaqlar və torpaqlar, gələcək dövrdə də əbədi həyat almasın» (Mark 10:29, 30). İsanın vəd etdiyi kimi, birinci əsrdəki Lidiya, Akila, Priskila və Qay kimi məsihçilər ‘evlərini’ həmimanlılarına təqdim etmiş və onlar üçün ‘qardaş, bacı və ana’ olmuşdular (Həv. iş. 16:14, 15; 18:2—4; 3 Yəh. 1, 5—8).

9 İsanın bu vədi hal-hazırda daha böyük miqyasda yerinə yetir. Davamçılarının atdıqları «torpaqlar» müxtəlif ölkələrdə Padşahlığın maraqlarını irəlilətmək üçün çoxlarının, o cümlədən missionerlərin, bet-ellilərin, beynəlxalq proqram xidmətçilərinin və başqalarının könüllü olaraq geridə qoyduqları qazanc mənbəyinə aiddir. Bir çox bacı-qardaşlar həyatlarını sadələşdirmək məqsədi ilə doğma evlərindən imtina etmişlər; Yehovanın onların qayğısına necə qaldığını və xidmətlərinin onlara necə sevinc gətirdiyini göstərən hadisələr barədə eşitmək bizi çox sevindirir (Həv. iş. 20:35). Üstəlik, Yehovanın bütün vəftiz olunmuş xidmətçiləri, ümumdünya məsihçi qardaşlığının üzvləri kimi, ‘əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarmağın’ gətirdiyi xeyir-dualardan zövq ala bilirlər (Mat. 6:33).

«Haqq-Taalanın pənahında» təhlükəsizlik

10, 11. ‘Haqq-Taalanın pənahı’ nədir və biz ora necə daxil ola bilərik?

10 Özlərini Allaha həsr edib vəftiz olunanların aldıqları dəyərli xeyir-dualardan biri də ‘Haqq-Taalanın pənahında yaşamaq’ şərəfinə layiq görülmələridir. (Məzmur 91:1 ayəsini oxu.) Bu, insanı ruhani zərərdən qoruyan simvolik mənada təhlükəsiz bir yer, yəni vəziyyətdir. Ruhani gözləri olmayan və ya Allaha etibar etməyənlər bu yerin harada olduğundan xəbərsizdirlər. Həsr olunmağımıza uyğun yaşamaqla və Yehovaya tam etibar etməklə biz, mahiyyət etibarilə, deyirik: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm» (Məz. 91:2). Yehova Allah bizim təhlükəsiz sığınacağımız olur (Məz. 91:9). Məgər bundan da təhlükəsiz və yaxşı yer ola bilərmi?

11 Yehovanın ‘pənahına’ daxil olmaq Onunla sıx münasibət inkişaf etdirmək imkanı əldə etmək deməkdir. Bu, həsr olunma və vəftizdən sonra başlayır. Daha sonra biz Yehova ilə münasibəti Ona yaxınlaşmaqla, yəni Müqəddəs Kitabı oxumaqla, ürəkdən dua etməklə və Ona tam etibar etməklə qururuq (Yaq. 4:8). Yaradana etibarı heç vaxt sarsılmayan İsa qədər Yehovaya yaxın olan olmayıb (Yəh. 8:29). Buna görə də gəlin Yehovaya, həmçinin Onun həsr olunma andımıza uyğun yaşamağa kömək etmək istədiyinə və bunu bacardığına heç vaxt şübhə etməyək (Vaiz 5:4). Allahın Öz xalqına bəxş etdiyi ruhani ənamlar Onun bizi həqiqətən də sevdiyinə və xidmətdə uğur qazanmağımızı istədiyinə danılmaz sübutdur.

Ruhani cənnətimizi qiymətləndir

12, 13. a) Ruhani cənnət nədir? b) Yığıncaqda yenilərə necə kömək edə bilərik?

12 Həsr olunma və vəftiz həm də qarşımızda Allah tərəfindən xeyir-dualandırılan ruhani cənnətdə yaşamaq imkanını açır. Bu, bizim Yehova Allahla və həmimanlılarımızla sülhdə yaşadığımız nadir ruhani mühitdir (Məz. 29:11; Yeşaya 54:13). Dünyada heç bir şey bizim ruhani cənnətimizlə müqayisəyə gələ bilməz. Bunu xüsusilə də bir çox millətlərdən, dillərdən və etnik qruplardan olan bacı-qardaşlar arasında əmin-amanlıq, birlik və qardaşlıq məhəbbətinin hökm sürdüyü beynəlxalq konqreslərdə görmək olar.

13 Bizim yaşadığımız ruhani cənnət acınacaqlı vəziyyətin hökm sürdüyü dünyadan kəskin surətdə fərqlənir. (Yeşaya 65:13, 14 ayələrini oxu.) Biz Padşahlıq haqda təbliğ etməklə başqalarını bu ruhani cənnətə dəvət etmək şərəfinə malikik. Yığıncağa gələn və xidmətdə təlim alan yenilərə kömək etmək də şərəfdir. ‘Rəbb yolunu [Apollosa] daha dəqiq izah edən’ Akila və Priskila kimi, bizə də ağsaqqalların rəhbərliyi altında imana təzə gələn bəzi insanlara kömək etmək imkanı verilə bilər (Həv. iş. 18:24—26).

İsadan öyrənməyə davam et

14, 15. İsadan daima öyrənmək üçün hansı tutarlı səbəblərimiz var?

14 İsadan daima öyrənməyimiz vacibdir. Çünki yer üzünə gəlməzdən öncə, saysız-hesabsız minilliklər ərzində o, Atası ilə çiyin-çiyinə çalışmışdı (Sül. məs. 8:22, 30). İsa bilirdi ki, həyatda ən yaxşı yol Allaha xidmət etmək və həqiqət haqqında şahidlik etməkdir (Yəh. 18:37). Ona aydın idi ki, başqa cür yaşamaq xudbinlik və ağılsızlıqdır. O, ağır sınaqlara məruz qalacağını və öldürüləcəyini bilirdi (Mat. 20:18, 19; İbr. 4:15). Nümunəmiz olan İsa bizə nöqsansızlığı necə qorumağı öyrətdi.

15 Vəftiz olunduqdan tez sonra Şeytan onu ən yaxşı həyat yolundan döndərmək istədi, amma hər şey boşa çıxdı (Mat. 4:1—11). Bundan öyrənirik ki, Şeytanın nəyə əl atmasından asılı olmayaraq, biz nöqsansızlığımızı qoruya bilərik. Onun hədəfi vəftiz olunmağa hazırlaşanlar və yenicə vəftiz olunanlardır (1 Pet. 5:8). Yanlış məlumatları olan ailə üzvlərimiz yaxşı niyyətdən irəli gələrək bizə müqavimət göstərə bilərlər. Bu kimi sınaqlar suallara cavab verəndə və ya şahidlik edəndə hörmət və nəzakət kimi gözəl məsihçi keyfiyyətləri təzahür etdirmək üçün fürsətdir (1 Pet. 3:15). Bu, bizə qulaq asanlara müsbət təsir göstərə bilər (1 Tim. 4:16).

Ən yaxşı həyat yoluna bağlan!

16, 17. a) Qanunun təkrarı 30:19, 20 ayələrində yaşamaq üçün hansı üç tələb sadalanır? b) İsa, Yəhya və Pavel Musanın sözlərini necə təsdiq etdilər?

16 İsa yer üzünə gəlməzdən təxminən 1 500 il əvvəl, Musa israilliləri o vaxt mümkün olan ən yaxşı yolu seçməyə təşviq etdi: «Qarşınızda həyatla ölümü, bərəkətlə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz. Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın» (Qanun. t. 30:19, 20). İsraillilər Allaha sədaqətsiz çıxdılar, amma Musanın yaşamaq üçün sadaladığı üç əsas tələb dəyişilməyib. Musanın bu sözlərini İsa və digərləri başqa cür ifadə etdilər.

17 Birincisi, biz ‘Allahımız olan Rəbbi [Yehovanı] sevməliyik’. Onu sevdiyimizi saleh yollarına uyğun yaşamaqla göstəririk (Mat. 22:37). İkincisi, biz Allahın Kəlamını araşdırmaqla və Onun əmrlərinə riayət etməklə Onun ‘sözünü qulağımızda’ sırğa etməliyik (1 Yəh. 5:3). Bunun üçün bizdən müntəzəm olaraq Müqəddəs Kitabın araşdırıldığı yığıncaq görüşlərində iştirak etmək tələb olunur (İbr. 10:23—25). Üçüncüsü, biz Yehovaya ‘bağlanmalıyıq’. Üzləşdiyimiz çətinliklərdən asılı olmayaraq, gəlin həmişə Allaha iman gətirək və Onun Oğlunun ardınca gedək (2 Kor. 4:16—18).

18. a) «Gözətçi Qülləsi» jurnalında 1914-cü ildə həqiqət necə izah edilirdi? b) Bu gün ruhani nura necə yanaşmalıyıq?

18 Müqəddəs Kitab həqiqətinə uyğun yaşamaq əsil xeyir-duadır! 1914-cü ildə «Gözətçi Qülləsi»ndə çox vacib fikir yazılmışdı: «Məgər biz xoşbəxt və bəxtiyar xalq deyilikmi? Allahımız sadiq Allah deyilmi? Kimsə bundan yaxşı nə isə bilirsə, qoy onu qəbul etsin. Əgər sizlərdən kimsə bundan da yaxşı bir şey tapsa, ümid edirik ki, onu bizə də xəbər verəcək. Biz Allahın Kəlamında yazılanlardan daha yaxşı və ya onun yarısı qədər də yaxşı olan bir şey bilmirik... Həqiqi Allah haqqında aydın biliklərin qəlbimizə və həyatımıza gətirdiyi əmin-amanlığı, sevinci və xeyir-duaları heç bir sözlə və ya qələmlə ifadə etmək mümkün deyil. Allahın müdrikliyindən, ədalətindən, qüvvəsindən və məhəbbətindən bəhs edən Kəlam zehnimizin və ürəyimizin tələbatlarını tam ödəyir. Biz daha heç nə axtarmırıq. Bu gözəl Kəlamı daha aydın başa düşməkdən başqa, arzuolunan heç nə yoxdur» («Gözətçi Qülləsi», 1914-cü il 15 dekabr, səhifələr 377, 378, ing.). Biz indi də ruhani işıq və həqiqət üçün Yehovaya minnətdarıq. Həqiqətən də, indi Yehovanın «nurunda» yeriməyimiz üçün sevinməyə daha çox səbəblərimiz var (Yeşaya 2:5; Məz. 43:3; Sül. məs. 4:18).

19. Nəyə görə vəftiz üçün tələblərə cavab verənlər bu addımı atmağı təxirə salmamalıdırlar?

19 Əgər Yehovanın «nurunda» yerimək istəyirsənsə, amma hələ özünü Yehovaya həsr edib, vəftiz olunmamısansa, bunu təxirə salma. Müqəddəs Kitabın vəftiz olunmaq istəyənlər üçün tələblərinə cavab vermək üçün lazım olan hər şeyi et, bu, Allahın və Məsihin bizim üçün etdikləri hər şeyə görə minnətdarlığını bildirməyin ən gözəl yoludur. Malik olduğun ən dəyərli şeyini — həyatını Yehovaya ver. Göstər ki, Allahın Oğlunun ardınca getməklə Onun iradəsini yerinə yetirməyə hazırsan (2 Kor. 5:14, 15). Bəli, bu ən yaxşı həyat yoludur!

Necə cavab verərdiniz?

• Vəftiz nəyin simvoludur?

• Həsr olunma və vəftiz hansı xeyir-duaları gətirir?

• Nəyə görə İsadan öyrənmək çox vacibdir?

• Ən yaxşı həyat yoluna bağlı qalmaqda bizə nə kömək edəcək?

[25-ci səhifədəki şəkil]

Vəftiz olunmaqla sən ən yaxşı həyat yolunu seçdiyini göstərirsən

[26-cı səhifədəki şəkillər]

Sən ‘Haqq-Taalanın pənahındasanmı’?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş