Nəğmə 52
Ürəyini qoru
1. Ürək həyat mənbəyidir,
Qorun pis əməldən.
Bilir Rəbb qəlbindəkini,
Görür səni içdən.
Hərdən ürək əyri yola
Çəkə bilər səni,
Sayıq ol, qoy ürəyinə
Ağlın yol göstərsin.
2. Qəlbin həlim olsun deyə
Dua et Allaha.
Şükr et, bildir arzuların,
Aç qayğını Ona.
Yehovanın nəsihəti
Verir böyük fayda.
Qəbul et onu ürəkdən,
Allahı razı sal.
3. Qəlbindən şübhələri qov,
Həqiqəti düşün,
Ürəyinə təsir etsin
Rəbbin sözü hər gün.
Yehova sadiq qalanı
Əmin ol, çox sevir.
Xidmət etsən tam ürəklə,
Dostun olar sənin.
(Həmçinin baxın: Məz. 34:1; Filip. 4:8; 1 Pet. 3:4.)