NƏĞMƏ 40
Kimə məxsussan sən?
Çap versiyası
	1. Kimə məxsussan sən?
Tabesən kimə söylə?
Səcdə etdiyin olar ağan,
Sənə bax odur hökm edən.
Qulluq edə bilməz
İki ağaya heç kəs:
Birin çox sevər, vəfa göstərər,
O, digərin heç saymaz.
2. Məxsussan sən kimə?
Kimə baş əyirsən sən?
Saxta tanrılar olsa belə,
Gerçək Rəbbə səcdə eylə.
Kimin sən əmrinə
Önəm verəcəksən de,
Fani insanın, ya tək Allahın?
Qərar sənindir indi.
3. Kimə məxsusam mən?
Məxsusam Yehovaya.
Rəbbə eyləyərəm ibadət,
Ona bəslərəm sədaqət.
Günah pəncəsindən
Baha qiymətə aldı —
Oğlu canımın oldu fidyəsi,
Rəbbə həmdlər ucaldım.
(Həmçinin baxın: Yuş. 24:15; Zəb. 116:14, 18; 2 Tim. 2:19.)