Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/7 s. 19
  • O, insanlarda yaxşı şey axtarır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • O, insanlarda yaxşı şey axtarır
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Yehova yaxşılığın ən böyük nümunəsidir
    Gözətçi qülləsi 2002
  • Yaxşılıq. Ona necə yiyələnməli?
    Gözətçi qülləsi 2019
  • Yaxşılığı təzahür etdirməyə davam edin
    Gözətçi qülləsi 2002
Gözətçi qülləsi 2010
w10 1/7 s. 19

Allaha yaxınlaşın

O, insanlarda yaxşı şey axtarır

1 PADŞAHLAR 14:13

«RƏBB bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir» (1 Salnamələr 28:9). Müqəddəs Kitabda qələmə alınan bu sözlər Yehova Allahın bizimlə yaxından maraqlandığını göstərir və ürəyimizdə Ona qarşı minnətdarlıq hissi oyadır. Adəmdən günahı miras aldığımıza baxmayaraq, Yehova Allah ürəyimizdə yaxşı şeylər axtarır. Bunu 1 Padşahlar 14:13 ayəsində Aviya ilə bağlı dediyi sözlərindən aydın görmək olar.

Aviya pis ailədə böyümüşdü. Atası Yarovam dönük bir sülalənin başçısı idia. Yehova Yarovamın ailəsini «peyin yandırılan kimi» məhv etmək qərarına gəlmişdi (1 Padşahlar 14:10). Lakin O əmr vermişdi ki, onun ailəsindən yalnız bir nəfər — ağır xəstə olan Aviya basdırılmağa layiq görülsünb. Nəyə görə məhz o? Müqəddəs Kitabda oxuyuruq: «İsrailin Allahı Rəbb Yarovamın nəslindən yalnız onda yaxşı bir şey tapmışdır» (1 Padşahlar 14:1, 12, 13). Bu sözlərdən Aviya haqqında nə öyrənirik?

Müqəddəs Kitabın heç bir yerində Aviyanın Allahın sadiq xidmətçisi olduğu deyilmir. Bununla belə, onda, cüzi də olsa, yaxşılıq tapılmışdı. «Rəbbə qarşı» (KM) olan bu yaxşılıq, çox ehtimal ki, ibadətlə bağlı idi. Ravvin yazılarına əsasən demək olar ki, Aviya Yerusəlimdəki məbədə ziyarətə getmişdi. Yaxud da, ola bilsin, xalqın Yerusəlimə getməsinin qarşısını almaq üçün atasının qoyduğu keşikçiləri götürmüşdü.

Aviyanın hansı yaxşılığı etdiyini dəqiq bilməsək də, bu, Yehovanın diqqətindən yayınmadı. İlk növbədə, o, bunu səmimi-qəlbdən etmişdi. Müqəddəs Kitabda deyildiyi kimi, onun etdiyi yaxşılıq «onda», başqa sözlə, ürəyində idi. İkincisi, o, bu hərəkəti ilə başqalarından fərqlənirdi. «Yarovamın nəslindən» olmasına baxmayaraq, Aviya yaxşı bir iş görmüşdü. Bir alim deyir: «Pis mühitdə və ailədə yaşayan insanın xeyirxah olması çox tərifəlayiqdir». Digər alimin sözlərinə görə isə, Aviyanın etdiyi yaxşılıq «zülmət gecədə daha da parlaq görünən ulduzlar və çılpaq ağaclar arasında gözəlliyi ilə seçilən sidr ağacı kimi nəzərəçarpan idi».

Ən vacibi isə odur ki, 1 Padşahlar 14:13 ayəsi Yehova Allahın şəxsiyyətinin gözəl bir yönünü açıqlayır və Onun bizdə nə axtardığını göstərir. Fikir verdinizsə, Allah Aviyada yaxşı bir şey ‘tapmışdı’. Bu göstərir ki, Yehova yaxşı şey tapana qədər Aviyanın ürəyini araşdırmışdı. Qohum-əqrəbalarından fərqli olaraq, Aviya, bir alimin dili ilə desək, «çaydaşları arasında» bir mirvariyə bənzəyirdi. Yehova onun yaxşılığını qiymətləndirərək mükafatlandırdı və pis ailənin üzvü olan bu insana müəyyən mənada mərhəmət göstərdi.

Qeyri-kamil olmağımıza baxmayaraq, Yehova Allahın bizdə yaxşı şeyləri axtardığını və onları qiymətləndirdiyini bilmək məgər bizi ruhlandırmır? (Məzmur 130:3). Qoy bu, bizi ürəklərimizi diqqətlə araşdıraraq zərrə qədər də olsun yaxşılıq tapmaq istəyən Allaha yaxınlaşmağa təşviq etsin!

[Haşiyələr]

a Yarovam İsrailin onqəbiləli şimal padşahlığında danaya ibadəti təsis etmişdi. Bununla o, xalqın Yerusəlimdəki məbədə gedib Yehovaya ibadət etməsinin qarşısını almaq istəyirdi.

b Müqəddəs Kitabın yazıldığı dövrdə basdırılmağa layiq görülməyən insanlar Allahın lütfündən məhrum hesab olunurdular (Yeremya 25:32, 33).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş