NƏĞMƏ 138
Ağaran saçlar gözəllik tacıdır
Çap versiyası
	- 1. Ey Xuda, sadiqdirlər - Bu nuranilər. - Çox illər xidmət etmiş, - Yaşlaşmış onlar. - Həm dərd-sər, ağrı görmüş, - Həm itki vermiş. - Əsil həyatı eylə, - Onlara bəxşiş. - NƏQARƏT - Ey Ata, unutma, - Gör zəhmətlərin. - Tək pənah yerisən, - Ya Rəbb, onların. 
- 2. Sanki tacdır haqq yolda - Dən düşmüş saçlar. - Bu yaşlı qullar ilə - Rəbb fəxr eyləyər. - Gənc olmuşlar bir vaxtlar, - Hər işdə pərgar. - Padşahlıqçün can qoymuş - Bu gözəl şəxslər. - NƏQARƏT - Ey Ata, unutma, - Gör zəhmətlərin. - Tək pənah yerisən, - Ya Rəbb, onların. 
(Həmçinin baxın: Zəb. 71:9, 18; Məs. 20:29; Mət. 25:21, 23; Luka 22:28; 1 Tim. 5:1.)