NƏĞMƏ 3
Yehova gücümüz, ümidimiz, güvənc yerimiz
Çap versiyası
	- 1. Ey lütfkar Yehova, Sən bizə - gerçək ümid verdin. - O, naçar qəlbə çarədir, - gərək dünya bilsin. - Qayğılar artır günü-gündən, - təlaşa səbəb olur. - Parlayan ümid də sanki - yavaş-yavaş sönür. - NƏQARƏT - Sən gücüm, ümidim, - tək güvənc yerim. - Qoymazsan möhtac dar gündə. - Müjdəni yayanda - arxayınam mən, - Qorxmaram Sənin sayəndə. 
- 2. Ey Yehova, Sən oldun hayan - Bizə çətin anda. - Ovutdun bizi sevginlə - Dinclik tapdıq Səndə. - Bir zaman sönən həmin ümid - Yenidən şölə saçır. - Qulların böyük səbatla - Adın bəyan edir. - NƏQARƏT - Sən gücüm, ümidim, - tək güvənc yerim. - Qoymazsan möhtac dar gündə. - Müjdəni yayanda - arxayınam mən, - Qorxmaram Sənin sayəndə. 
(Həmçinin baxın: Zəb. 72:13, 14; Məs. 3:5, 6, 26; Ərm. 17:7.)