NƏĞMƏ 99
Milyonlarla qardaşlar
Çap versiyası
	- 1. Hər millətdən, hər dildəndir - Dindaşlarım mənim. - Bu qardaşlar sadiqdir, - Haqq yolunda mətin. - Bax on minlərlə on min - Rəbçün həmd söyləyir. - Pak ibadət naminə onlar - Hər diyardan gəlir. 
- 2. Vəz edənlər bir ordudur, - Xoş xəbəri yayır. - Bax on minlərlə on min - Sülh müjdəsi verir. - Əzmlə xidmət etsək də, - Bəzən çətin olur. - Bil, Ağamız təravət verir, - Bəxş eyləyir uğur. 
- 3. Bax Şahidlər milyonlarla - Həmd ucaldır Rəbbə. - Şövqlə xidmət edirlər - Hər gün Rəbb önündə. - Bax on minlərlə on min - Daima car çəkir. - Rəblə yaxın əməkdaş olmaq - Hər vaxt sevinc verir. 
(Həmçinin baxın: Əşy. 52:7; Mət. 11:29; Vəhy 7:15.)