NƏĞMƏ 83
Ev-ev təbliğ edək
Çap versiyası
	- 1. Biz evbəev, qapı-qapı - Söylərik xoş müjdə. - Layiq olan kim varsa qoy, - Bilik alsın Rəbdən. - Allah göydə qurub Şahlıq, - Qoy bu gözəl müjdə, - Vüsət alsın, təbliğ edək - Onu biz hər yerdə. 
- 2. Biz evbəev, qapı-qapı - Səslərik xilasa. - Allah nicat verər ona - Adın kim zikr etsə. - Bəs necə zikr edər adı - Eşitməsə insan? - Yehovanın uca adın - Gərək edək bəyan. 
- 3. Gəl evbəev, qapı-qapı - Yayaq xoş müjdəni. - İmkan verək biz hər kəsə - Özü etsin seçim. - Yehovanın adın çəkək, - Bütün dünya bilsin. - Qapı-qapı gedib tapaq - Rəbbi sevən kəsi. 
(Həmçinin baxın: Həv. 2:21; Rom. 10:14.)