NƏĞMƏ 141
Həyat bir möcüzə
Çap versiyası
	- 1. Doğulan körpə, yağış damlası, - Günəşin hər şöləsi, qar dənəsi. - Bax bütün bunlar Allahdan bəxşiş, - Tanıdır Rəbbi bizə gözəl yaranış. - NƏQARƏT - Gərək biz həyatın qədrini bilək, - Xilqətin Xaliqini — Allahı çox sevək. - Hər nə etsək də, biz onu qazanmarıq, - Həyat bir möcüzə, Yehovadan bir pay! 
- 2. Ümidin üzən həyatdan bezər, - Diləyər Rəbdən ölüm, ah-zar edər. - Ancaq bu həyat misilsiz ənam, - Allaha qəlbdən edirik həmdi-şükran. - NƏQARƏT - Gərək biz həyatın qədrini bilək, - Xilqətin əşrəfini — insanı çox sevək. - Hər nə etsək də, biz onu qazanmarıq, - Həyat bir möcüzə, Yehovadan bir pay! 
(Həmçinin baxın: Əyy. 2:9; Zəb. 34:12; Vaiz 8:15; Mət. 22:37—40; Rom. 6:23.)