NƏĞMƏ 128
Axıra kimi dözək
Çap versiyası
	- 1. Bütün vədələri Rəbbin - Ümid verir bizə. - Sevib öyrəndiyin Kəlam - Təsir edir ürəyə. - Olsun qoy imanın möhkəm, - Sarsılmaz qal əzmində. - Tərk etmə bu kamil yolu, - Haqdan dönmə nəbadə. 
- 2. Qoy heç zaman soyumasın - Qəlbdə ilk məhəbbət. - Təqib olsa da, sən qatlaş, - Bitər tezliklə zülmət. - Sən əsla etmə şəkk-şübhə, - Nə olsa da sınağın, - Yehova himayə edər. - Allahdır tək dayağın. 
- 3. Sona kimi dözən kəsi - Allah xilas edər. - Həyat kitabında adın - Lütfüylə həkk eyləyər. - Sən daima dözüm göstər, - Hər işdə ol qüsursuz. - Rəbb göstərər sənə rəğbət, - Olar sevincin sonsuz. 
(Həmçinin baxın: İbr. 6:19; Yaq. 1:4; 2 But. 3:12; Vəhy 2:4.)